Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   17   18   19   20   21   22   23   24   25

111 
 
yaradılmasının 
beynəlxalq 
nəqliyyat-kommunikasiya 
ə
laqələrinin genişlənməsinə və regionun iqtisadi inkişafına, 
təhlükəsizliyinə  və  sabitliyinə  töhfə  verəcəyini  qeyd 
etdilər. 
8.  Türkdilli  dövlətlər  arasında  bütün  sahələrdə  əlaqələrin 
dərinləşdirilməsinə  və  bu  məqsədlə  qarşılıqlı  səfərlərin 
həyata keçirilməsinə, təcrübə mübadiləsinə və əməkdaşlığa 
xüsusi  əhəmiyyət  verdiklərini  bildirdilər.  Türkdilli 
ölkələrin  xalqları  arasında  ikitərəfli  və  çoxtərəfli 
ə
məkdaşlığın  möhkəmləndirilməsinə,  eləcə  də  ictimai 
ə
laqələrin 
inkişaf 
etdirilməsinə 
xidmət 
edəcək 
parlamentlər,  mərkəzi  və  yerli  hakimiyyət  və  mətbuat 
orqanları 
arasında 
ə
laqələrin 
genişləndirilməsini 
dəstəklədiklərini ifadə etdilər. 
9.  Elm,  təhsil,  mədəniyyət,  incəsənət,  turizm,  idman  və 
digər  sahələrdə  əlaqələrin  genişləndirilməsində  qarşılıqlı 
maraqlı olduqlarını təsdiq etdilər, Türkdilli xalqlar arasında 
mənəvi  və  humanitar  əlaqələrin  saxlanılması  və 


112 
 
möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildirdilər. 
10. Elm təşkilatları və elm xadimləri arasında əlaqələrə, o 
cümlədən müvafiq sahədəki konkret layihələrə dəstəklərini 
ifadə etdilər və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini 
bir daha təsdiqlədilər...
47
 
 
 
Sazişi yaxud əldə olunmuş razılıq səviyyəsini şəxsi 
və verbal notalar, şəxsi müraciətlər vasitəsilə təsdiqləmək, 
rəsmiləşdirmək hallarına da az təsadüf edilmir: 
NÜMUNƏ 
D PLOMAT K  MÜNAS BƏTLƏR N  QURULMASINA 
DA R NOTALAR MÜBAD LƏS  
 
ABŞ prezidentinin SSR -nin Xarici  şlər üzrə  
Xalq komissarı M.M.Litvinova notası 
Ağ ev, Vaşinqton 
16 noyabr 1933 il 
Hörmətli Cənab Litvinov,  
                                                           
47
http://mfa.gov.az/index.php?options=news&id=14&news_id=671&language=az
 


113 
 
Böyük sevinclə sizi məlumatlandırıram ki, bizim 
danışıqların  nəticəsiolaraq  Birləşmiş  Ştatların  Höküməti 
Sovet  Sosialist  Respublikalar  ttifaqının  Höküməti  ilə 
normal  diplomatik  münasibətləri  qurmaq  və  Səfirlə
mübadiləsini həyata keçirmək qərarına gəldi. 
 
nanıram  ki,  xalqlarımız  arasında  qurulmuş 
münasibətlərin daima normal və dostcasına qalmağına və 
bizim  millətlərin  qarşılıqlı  fayda  və  ümumi  sülhün 
qorunması  istiqamətində  əməkdaşlıq  etməsinə  nail 
olunacaq. 
Cənab M.M.Litvinova ən səmimi arzularla 
Franklin D. Ruzvelt 
 
SSR -nin Xarici  şlər üzrə Xalq Komissarının 
ABŞ-ın prezidenti Franklin D.Ruzveltə notası 
 
 
Hörmətli Cənab Prezident,  
Böyük  sevinclə  sizi  məlumatlandırıram  ki,  Sovet 
Sosialist  Respublikalar  ttifaqının  HökümətiBirləşmiş 
Ş
tatların  Höküməti  ilə  normal  diplomatik  münasibətləri 


114 
 
qurmaq  və  Səfirlər  mübadiləsini  həyata  keçirmədən  
məmnunluğunu ifadə edir. 
Mən də sizin ümidlərinizi bölüşürəm ki,xalqlarımız 
arasında  qurulmuş  münasibətlərin  daima  normal  və 
dostcasına qalmağına və bizim millətlərin qarşılıqlı fayda 
və  ümumi  sülhün  qorunması  istiqamətində  əməkdaşlıq 
etməsinə nail olunacaq. 
Cənab Prezidentə ən səmimi arzularla 
Maksim Litvinov 
Sovet Sosialist Respublikaları  ttifaqının 
Xarici  şlər üzrə Xalq Komissarı
48
 
Diplomatik  sənədin  həcminə  mühüm  dərəcədə  təsir 
edən  onun  arqument  hissəsidir.  Ümumi  məlumat, 
mövgeyi əks etdirən sənədlərdə çox vaxt arqument hissəyə 
ehtiyac duyulmur. Lakin qarşı tərəfə, sənədin ictimaiyyətə 
açıqlanması  nəzərdə  tutulduqda  isə  bütövlükdə  həm  yerli, 
həm  beynəlxalq  dairələrə  yanaşmanızı  aydınlaşdırmaq, 
izah  etmək,  əsaslandırmaq  lazım  gəldikdə,  arqumentlərsiz 
keçinmək mümkün deyil. Təbii ki, bir sıra məsələlərdə əks 
                                                           
48
МуратовЕ
.Н.Göst. əsəri.s. 63-64. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə