Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə11/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

  B i b l i o q r a f i y a     
 
45
Mən hər dəfə onunla rastlaşanda “məndə sığar iki cahan, mən 
bu cahana sığmazam” misralarını xatırlayırdım.  Şair Xəlil, 
müəllim Xəlil bu məhdud, qapalı cahana sığmırdı. 
İsmayıl Şıxlı, 
Xalq yazıçısı 
 
Müasir Azərbaycan poeziyasının yaradıcılarından biri olan 
Xəlil Rza Ulutürk zəngin ədəbi irs yaratmışdır. Onun ədəbi yara-
dıcılığı  və ictimai fəaliyyəti çoxcəhətlidir:  şair,  ədəbiyyatşünas, 
tərcüməçi, salnaməçi, müəllim. 
Teymur Əhmədov, 
filologiya elmləri doktoru, 
professor 
 
Xəlil Rza Ulutürk ensiklopedik zəkalı alim, təfəkkürlü ürək 
sahibidir. Alimlik, şairlik, vətəndaşlıq, qeyrət və hünər onun şəx-
siyyətində birləşmişdir, amma hansı  tərəfdən baxsan, o qüdrətli, 
coşqun, Prometey hünərli şairdir. 
Qulu Xəlilov, 
professor 
 
Xəlil Rza böyük söz ustasıdır, poeziya quludur, sənət fədaisi-
dir. Xəlil həm də  cəngavərliyi, səbri, dözümü ilə  həqiqətən ulu 
Türkdür, türk oğludur. 
Məmməd Araz, 
Xalq şairi 
 
Xalqımızın müstəqilliyi yolunda kəfənini çoxdan geyinmiş 
Xəlil Rza Ulutürk şəhid oldu. Ona “öldü” demək günahdır, məhz 
şəhid oldu! 
Yüzilliyimizin böyük vətəndaşlarından biri olan Xalq şairi 
Xəlil Rza Ulutürk təkcə böyük şair, görkəmli alim, əvəzsiz 
tərcüməçi deyildi. O, həm də azadlığı “qram-qram” istəməyən, 
milli mənliyimiz yolunda qələmini qılınca çevirən Babəkimiz idi. 
Şahmar Əkbərzadə, 
şair 
X ə l i l   R za   U l u t ü r k  
 
46 
Biz Xəlil Rza şairliyindən, Xəlil Rza tərcüməçiliyindən nəyi 
öyrənə bilirik? Yurdsevərliyi, elmi xidmətin, bədiiliyin yüksək 
mərhələsini. Məslək qəhrəmanı idi. “Gözümün içinə mil salsalar 
da, yenə də dönmərəm öz məsləkimdən”.  
Zəlimxan Yaqub, 
Xalq şairi 
 
Xəlil Rza əsl Vətən Məcnunu idi. Onun anası da, atası da, 
sevgilisi də, balaları da Vətən idi – Azərbaycan idi. Onun Vətən 
yolunda  şəhid Təbriz balası buna qanlı  və canlı sübutdur. Nəsi-
midən, Musa Cəlildən, Yulius Fucikdən, Lorkadan sonra hansı 
şairdir ki, bu mənada Xəlil Rzaya bərabər olsun? Və bütün bun-
larla demək istəyirəm ki, Xəlil Rza milli şüurumuzun, mənəviy-
yatımızın, Vətən eşqimizin, müstəqilliyimizin tərənnümündə 
Azərbaycanın heç bir şairi ilə müqayisəedilməz dərəcədə yüksək 
zirvədə durur. Bütün məişət xırdalıqlarından, dedi-qodulardan, 
cılız əhvalatlardan yüksəkdə duran Xəlil Rza həm də cox adi, çox 
sadə bir insan idi.
 
 
 
X.Rza elə qüdrətli bir sənətkardır ki, onun heç bir cüzi tərifə, 
qondarma təbliğata ehtiyacı yoxdur. Mən onu bəşər dahilərindən 
Yulius Fuçik, Qarsiya Lorka, Musa Cəlil və Sabirlə müqayisə 
edərdim. O Sabirlə ki, mühiti ilə vuruşlarda hər cürə fədakarlığa 
gedərək, 49 yaşında qan qusa-qusa canını tapşırdı. 
Qabil, 
Xalq şairi 
 
Xəlil Rza dünyanın oğlu idi. Mən türk dünyasının böyük oğ-
lu Xəlil bəylə mübarizə dolu ömür yolu keçdiyim üçün xoş-
bəxtəm. 
Xəlil ömürlərdə yaşayır, mübarizə aparır. Mübarizədə keçən 
ömürsə əbədiyyətə qovuşan ömürdür. 
Firəngiz Ulutürk, 
“Araz” ədəbi məclisinin və Xəlil Rza Ulutürk mükafatı 
laureatı. Şairin ömür-gün yoldaşı 


  B i b l i o q r a f i y a     
 
47
Xəlil Rzanın bütün damarları şimşək idi. Onun damarlarında 
qan əvəzinə od-alov axırdı. 
Nəriman Həsənzadə, 
Xalq şairi 
 
Xəlil Rza Azərbaycanın istiqlaliyyəti yolunda parlaq bir mə-
şəl idi. Özü aramızdan vaxtsız getsə də, bu məşəl sönməmişdir. 
Hüseyn Abbaszadə
Xalq yazıçısı 
 
Mən istiqlal şairi Xəlil Rzanın bütün yaradıcılıq laboratoriya-
sına bələdəm. Ona görə  də  dərin inamla deyə bilərəm ki, onun 
poeziyası  Vətən torpağına məhəbbət çeşməsindən qidalanıb. O, 
Azərbaycan xalqının azadlıq  şairidir.  Əsərlərində xalqa məhəb-
bətlə, zülmə, imperiya əsarətinə  dərin nifrət hissləri qoşa qanad 
kimi onu daim uca fəzalara qaldırır. 
Nəbi Xəzri, 
Xalq şairi 
 
Xəlil Rzanın xalqçılığı azərbaycançılığın, vətənçiliyin tərkib 
hissəsidir. Yəni Azərbaycan Vətəni yalnız azərbaycanlıların yox, 
həm də onlarla birgə qeyri-azərbaycanlılarındır. 
Əlizadə Əsgərli, 
filologiya elmləri doktoru, professor 
 
X.R.Ulutürk istiqlalın,  ədalətin, haqqın carçısı idi. Hər cür 
xəyanətkarlığa, xəbisliyə, bədxahlığa, nadanlığa, düşmənçiliyə 
düşmən idi. Azərbaycanı o, kin-küdurətdən, vəzifə və şöhrət hə-
risliyindən uzaq, haqqa tapınan, xoşbəxt və çiçəklənən bir diyar 
kimi görmək istəyir və bu amalla yaşayırdı. 
Mahmud Məmmədov, 
Aşıq, şair 
 
Xəlil Rza bizim zövqümüzün, ruhumuzun münəccimi idi. 
Mikayıl Mirzə, 
Xalq artisti 
X ə l i l   R za   U l u t ü r k  
 
48 
 
 
Ə S Ə R L Ə R İ 
 
Kitabları 
 
1957 
1.  Bahar gəlir /Xəlil Rza oğlu Xəlilov; red. Ə.Abasov.- 
Bakı: Uşaqgəncnəşr, 1957.- 39 s. 
Kitabın içindəkilər:  İnqilab qatarı; “Yest takaya partiya”; 
Alovlu ürək; Bahar gəlir; Qırılmış düymə; Elə baxma, gözəl qız; 
26-lar (poema). 
 
1959 
2.  Sevən gözlər:  Şeirlər /Xəlil Rza; red. İ.Soltan.- Bakı: 
Azərnəşr, 1959.- 83 s. 
Kitabın içindəkilər: Üfüqlər yanan yerdə; Radionu dinlər-
kən; Müqəddəs yol; Şərqin gözləri; Tamam doğmayan günəş; 
Şairin cavabı; Səməd Vurğuna; Böyük günlər bayrağı; Dostluq; 
Xəzər; O, dağlarda boy atdı...; Badam ağacı; Mənə  nələr dedi 
turacın səsi...; Ana məktubu; O maral kimi, o qartal kimi...; Sənət 
eşqi; Üç yarpaq; Sənin bağında; Qızıl salxımlar; Hayıf, ata sən 
görmədin...; Nə gözəl yerləri qorumuşdur o...; Təbəssüm; Sizin 
mavzoloyeniz; Övlad həsrəti; Ömr edəydik dağlar qədər;  İstisu-
yun sabahı; O qızın dedikləri; Sən Göy gölə vuruldun, mən isə...; 
Gözmuncuğu; Ağ saçlı cavan Xəzər; Sıldırım üstündə dayanan 
palıd;  Ən qiymətli  əklil; Qandallanmış qandallar; Moskvada 
Novruz bayramı; İki dəstə gül. 
 
1961 
3.  Məhəbbət dastanı:  şeirlər və poema /Xəlil Rza; red. 
İ.Tapdıq.- Bakı: Uşaqgəncnəşr, 1961.- 89 s. 
Kitabın içindəkilər: Şeirlər: Afrikanın səsi; Dostluğun qüd-
rəti; Fişənglər atılanda; Ata işdən gələndə; Nifrətim var; Cavabsız 
məktub; Ata əlləri; Çinli dostuma; Dincəlmək istəyirəm; Bəzənin, 
a qızlar!; Poema: Məhəbbət dastanı. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə