Bakı – Mütərcim – 2018
Rəşad
Nəsirov
AZƏRBAYCAN MİLLİ
MƏTBUATININ İNKİŞAFINDA
ŞUŞALI ZİYALILARIN ROLU
(1875-1935)
Redaktor:
Ənvər Çingizoğlu
Rəyçilər:
Bəhram Məmmədli,
tarix üzrə fəlsəfə doktoru, dosent
Mahal Qacar
tarix üzrə fəlsəfə doktoru, dosent
R.Nəsirov. Azərbaycan Milli mətbuatının inkişafında şuşalı
ziyalıların rolu (1875‐1935). – Bakı. Mütərcim, 2018. – 216 səh.
Əməkdar jurnalist Rəşad Nəsirovun bu kitabı Azərbaycan
Milli mətbuatının inkişafında mühim rol oynamış şuşalı ziyalı‐
lardan bəhs edir. Jurnalistlərlə bağlı çox dəyərli mülahizələri,
elmi düşüncələri, kəsərli‐tutarlı yazıları öz əksini tapmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Eyni za‐
manda jurnalistika fakültəsində təhsil alan tələbələr, bu sahədə
çalışan jurnalistlər, Azərbaycanın mətbuat tarixi ilə maraqla‐
nanlar üçün faydalı mənbədir.
ISBN: 978‐9952‐28‐380‐8
© R.Nəsirov, 2018
~ 3 ~
ÖN SÖZ
İŞIQLI XATİRƏLƏR MƏNBƏYİ
Şuşa haqqında çox yazılıb və bütün bu tədqiqatlarda, publisisti-
kada, xatirələrdə Şuşa geniş mənada (ədəbiyyat, teatr, kino, rənggar-
lıq...) Azərbaycan mədəniyyətinin, ilk növbədə də, xanəndəlikdən
tutmuş, estrada ifaçılığınacan, «Koroğlu»dan və «Qız qalası»ndan,
«Sevil»dən və «Min bir gecə»dən tutmuş simfonik muğamlara və ro-
manslaracan Azərbaycan musiqisinin inkişafında müstəsna yeri olan
məkanlardan biri kimi təqdim olunur.
Bu cəhətin təbii olduğunu göstərməyə, adlar çəkməyə, əlbəttə,
ehtiyac yoxdur.
Cıdır düzündən, Turşsudan, İsa bulağından tutmuş Kirs meşə-
lərinəcən Şuşanın təbii gözəlliyi, saf havası, suyu da bu kitablarda,
məqalələrdə, esselərdə öz layiqli yerini tutub.
Ancaq eyni zamanda, Azərbaycan ictimai fikrinin inkişafında
da Şuşa mütəfəkkirlərinin – ədiblərin, mədəniyyət xadimlərinin, icti-
mai xadimlərin rolu böyük olub və bu baxımdan Rəşad Nəsirovun
«Azərbaycan milli mətbuatının inkişafında şuşalı ziyalıların rolu» ki-
tabı həm elmi, həm də siyasi-ictimai baxımdan əhəmiyyətli bir hadi-
sədir. Orasını da xüsusi qeyd etmək istəyirəm ki, söhbət müasir dövr-
dən yox, 1875-1935-ci illər arasında nisbətən az tədqiq olunmuş bir
zamandan gedir.
1875-ci il (22 iyul) – «Əkinçi»nin nəşrə başlaması tarixidir və
Rəşad Nəsirovun tədqiqatı bu tarixdən başlayaraq, mətbuatımızın
keşməkeşli, mürəkkəb və ziddiyyətli (ancaq şərəflə yaşanmış!) illər-
dən keçmiş altmış illik bir dövrünə və Şuşa ziyalılarının mətbuatı-
mızın bu mühüm dövrdəki inkişafında oynadığı rola həsr edilmişdir.
Müəllif yazır ki, «Əkinçi» «çar Rusiyasının əsarəti altında olan
xalqımızın sabahını düşünən hər kəs üçün bir cəsarət nümunəsi olub».
Elə bilirəm ki, «cəsarət» Rəşad Nəsirovun dəqiq müəyyənləş-
dirdiyi o cəhətdir ki. Həsən bəy Zərdabi, Mirzə Fətəli, Mirzə Cəlil,
~ 4 ~
Əli bəy Hüseynzadə. Ömər Faiq Nemanzadə , eləcə də Şuşa mühiti-
nin yetişdirdiyi Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürrəhim
bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbə-
yov qardaşları, Yusif Vəzir Çəmənzəminli, Əfrasiyab Bədəlbəyli və
bir çox başqa qələm sahiblərinin xalqın azadlığı, mədəniyyəti və
maarifi uğrunda apardıqları vətəndaş mücadiləsini səciyyələndirir.
Şuşa mühitini təsvir etmək xüsusi bacarıq, səriştə və zövq tələb
edir və yalnız ona görə yox ki, olduqca zəngin və rəngarəngdir – bu
öz yerində, həm də ona görə ki, bu mühitdə Şuşa camaatının hiss-hə-
yəcanının, dünyabaxışının, yumorunun ifadəsi olan məxsusi bir kolo-
riti var. Rəşadın kitabının yaxşı cəhətlərindən biri də ondadır ki, o,
dəqiq tarixi faktlar və hadisələrlə bərabər, məhz həmin Şuşa koloritini
də duya, hiss edə bilmiş və bunu göstərməyi bacarmışdır.
Aydın məsələdir ki, mühit öz-özünə yaranmır, mühiti insanlar
yaradır və bu mənada Rəşadın kitabında başqa mühüm bir cəhəti də
xüsusi qeyd etmək istəyirəm: müəllif öz mövzusunu tədqiq edə-edə
inandırıcı elmi ümumiləşdirmələrə nail olduqdan sonra, böyük bir
fəsli konkretləşdirir, yəni indiki halda Şuşa ziyalılarının bioqrafiya-
sını təqdim edir.
Müxtəlif həcmli oçerklərdə Mir Möhsün Nəvvabdan tutmuş
Teymur Elçinə kimi onlarla şuşalı ziyalıların yaradıcılıq portretləri
elə işlənmiş, onların milli mətbuatımızın inkişafındakı rolu elə müəy-
yənləşdirilmişdir ki, elə bil, söhbət bir kitab fəslindən yox, kiçik bir
ensiklopediyadan gedir.
Bu yerdə mən kiçik də bir xatirəni söyləmək istəyirəm.
Müharibədən sonrakı dövrdə Azərbaycan Yazıçılar İttifaqının
Şuşada məşhur «Yazıçılar Evi» deyilən bir yaradıcılıq evi var idi və
yay aylarında yazıçılar (bəzən başqa sənət adamları da) həm işləmək,
həm də istirahət etmək üçün ailələri ilə birlikdə ora köçürdülər. Şuşalı
Ələsgərovların bu üç mərtəbəli böyük mülkü, barlı-bağatlı böyük hə-
yəti Ağadədəli məhəlləsindən yuxarıda, şəhərin ən hündür və ən səfa-
lı bir yerində yerləşirdi və elə bil, o hava, o mənzərə, o Şuşa aurası
yaradıcı adamın qolundan tutub, onu yazı mizinin arxasına aparırdı.
~ 5 ~
İlyas Əfəndiyev, Fikrət Əmirov, Süleyman Rəhimov, Balaş
Azəroğlu və Mədinə Gülgün, Cahanbaxış, Qasım Qasımzadə,
İsmayıl Şıxlı, Bayram Bayramov, Məsud Əlioğlu, Əliağa Kürçaylı,
Cəlal Məmmədov 1950-ci illərdə yay aylarını çox zaman həmin
«Yazıçılar Evi»ndə keçirirdilər. 1955-56-cı illərdə – o zaman mən
6-7-ci siniflərdə oxuyurdum – lüğətçi və tərcüməçi Xudadat bəy
Əzizbəyov da ailəsi ilə birlikdə «Yazıçılar Evi»ndə istirahət edirdi
və indi, bu sətirləri yazarkən, mən fikirləşirəm ki, hündür boylu,
şümşad görkəmli, səliqə ilə geyinən, istirahətdə olduğuna baxmaya-
raq həmişə qalstuk taxan, məclislərdə az yeyən, az içən və az danı-
şan bu yaraşıqlı adam XX əsr Azərbaycan mütəfəkkir-maarifçiləri-
nin həyatda qalmış (sinfi mübarizəni, 37-ni yaşamış) barmaqla sayı-
lan nümayəndələrindən biri idi.
Xudadat bəy bir tərəfdən sadəliyi, o biri tərəfdə də həmin sa-
dəliyin arxasında açıq-aşkar görünən müdrikliyi və yüksək mədə-
niyyəti ilə elə ilk görüşdən nüfuz qazanırdı, elə bil, onun danışığı,
ədası, necə deyərlər, oturuşuduruşu maqnit kimi bir şey idi, dərhal
nüfuzu, ehtiramı özünə çəkirdi. İlyas Əfəndiyevin, yaxud Fikrət
Əmirovun hansı bir hörmətlə onunla görüşüb, hal-əhval tutmaları
indi də mənim gözlərimin qabağındadır və bu adam Sovet hakimiy-
yətinin əleyhinə bir kəlmə söz deməsə də (qorxulu illərin yaratdığı
sərhesablıq idi!), görünüşü, hətta deyərdim ki, bütün varlığı ilə bu
hakimiyyətlə heç zaman barışmayacaq bir uzaqlıqdan, yadlıqdan
xəbər verirdi.
Əgər səhv etmirəmsə, Xudadat bəy o zaman Robindranat
Taqorun romanını Azərbaycan dilinə tərcümə edirdi və mən onun
İlyas Əfəndiyevlə söhbətlərinə qulaq asdıqca, bu söhbətlər əsnasın-
da onun ara-sıra bir tərəfdən fars dilində Sədidən, Hafizdən, Füzuli-
dən gətirdiyi misallar, o biri tərəfdən də yerinə düşdükcə rus dilində
Puşkindən, Lermontovdan şeir parçaları söyləməsi Şekspirə, Balza-
ka, Tolstoya, Stendala istinad etməsi mənə çox təsir edirdi.
Bəzən Xudadat bəy Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, Nəcəf
bəy Vəzirovu elə xatırlayırdı, elə bil, söhbət söhbət çoxdan həyat-
dan getmiş klassiklərdən yox, bizim müasirlərimizdən gedir və o za-
Dostları ilə paylaş: |