Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə9/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   5   6   7   8   9   10   11   12   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



18

Vaqif  məşuqəni  o  qədər  canlı  təsvir  edir  ki,  sanki  onunla  qarşı-qarşıya  durub  söhbət  edirsən,  onun 

gözəlliyindən həzz alıb xoşlanırsan. 

Şairin ədəbi irsini araşdıran akademik H.Araslı yazır: “Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində 

yeni  bir  dövr  başlanır.  Vaqif  lirikası  ilə  poeziyada  yeni  bir  səhifə  açılır,  poeziyamızda  nikbin  bir  əhval-

ruhiyyə,  həyat  və  dünyəvi  gözəlliyə  pərəstiş  hisləri  qüvvətlənir. Realist  şeirin  ilk  nümunələri  onun  adı ilə 

bağlıdır. Vaqif yüksək zövq, incə hislər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət 

lirikası əsas yer tutur. Klassik şeirimizin əsas mövzusu olan gözəllik, şairin lirik qoşmalarında yeni bir məna, 

yeni  bir  təravət  kəsb  edir.  Aşıq  şeirimizdən  gələn  yüksək  dünyəvilik  Vaqif  lirikasında  istiqamətverici  rol 

oynayır” (1, 6-7). 

Doğrudan da, Vaqif yaradıcılığına təsir edən əsas amil, xüsusiyyət aşıq şeirimizin bədii pafosundan 

irəli gəlirdi. XVIII əsrdən etibarən, yazılı ədəbiyyatın xalq arasında geniş yayılması zərurəti meydana gəldi. 

Buna  görə  də,  Azərbaycan  şeirində  ədəbi  zövq  dəyişdi  və  xalq  yaradıcılığı  üslubu  ön  plana  keçdi.  Artıq 

divan ədəbiyyatının ədəbi üslubu sadə xalqın zövqünü oxşamırdı və ədəbiyyat daha çox xalq arasına onun öz 

istədiyi formada nüfuz etməli idi. Bu missiyanı yüksək səviyyədə həyata keçirən Molla Pənah Vaqif oldu. 

Onun  poeziyası  aşıq  şeirinin  bir  çox  bədii  xüsusiyyətlərini  yazılı  ədəbiyyata  gətirdi.  Xüsusilə  aşıq 

ədəbiyyatının  realizmi  Vaqif  yaradıcılığında  da  özünə  möhkəm  yer  tutdu,  hətta  bəzən  aşıq  poeziyasını 

üstələdi. 

Zəngin  xalq  yaradıcılığından,  aşıq  ədəbiyyatından  süzülüb  gələn  şən  əhvali-ruhiyyə,  gümrahlıq, 

xəlqilik, canlılıq, kolorit də Vaqif sənətinə az təsir göstərməmişdir. Ümumiyyətlə, onun poeziyasında xalq 

çeşməsindən bəhrələnməyən şeir tapmaq çətindir. Vaqif sənətinə gümrahlıq, canlılıq, həyat sevinci və nəşəsi 

aşılayan bu obyektiv amilləri xüsusi qeyd etməklə bərabər, şairin özünün də təbiətən nikbin, nəşəli, zövqlü, 

şən  ruhlu  olmasını  göstərmək  vacibdir.  Vaqifin  fitri  təbiətindəki  nikbin  ruh  onun  yaradıcılığını  daim 

müşayiət etmiş, qidalandırmışdır. Vaqif bütün varlığı, poeziyası, ictimai-siyasi baxışları və estetik idealları 

ilə real aləmlə bağlı sənətkardır. Onun həyat nəşəsi və insan gözəlliyi ilə yoğrulmuş poeziyasının təsiri təkcə 

Azərbaycan  ərazisi  ilə  məhdudlaşıb  qalmamışdır.  Onun  poeziyası  Qafqaz  xalqlarının,  o  cümlədən  qonşu 

xalqların ədəbiyyatlarında da əks-səda doğurmuş və onların ədəbiyyatına da nüfuz etmişdir. Bu cəhətdən də 

Vaqif adı tarixdə əbədiləşmiş, korifey sənətkarlarla bir sırada dayanır.  

Vaqif  bir  çox  sənətkarlardan  fərqli  olaraq,  insan  gözəlliyini  və  bu  gözəlliyin  insana  sevinc,  fərəh, 

səadət,  gümrahlıq,  həyat  nəşəsi  gətirmək  gücünü  nümayiş  etdirməklə  sanki  əsrin  özünə  və  sənətə  bir 

nikbinlik pafosu aşılamışdır. 

Vaqifin şeirlərində aşıq şeirindən süzülüb gələn xarici gözəllik əsas yer tutur.  

Üz yanında tökülübdür tel nazik, 

Sinə meydan, zülf pərişan, bel nazik

Ağız nazik, dodaq nazik, dil nazik, 

əllərin əlvan hənadan, Pəri! (1, 45). 

Vaqif hər gözəli gözəl adlandırmır, onun gözəllər haqqında öz fəlsəfəsi var. Şairə görə, gözəlliyin öz 

şərtləri vardır. O, gözəlliyi belə qiymətləndirir:  

Hər yetən gözələ gözəl demənəm, 

Gözəldə bir qeyri əlamət olur: 

Zülf bir yana düşər, gərdən bir yana

Özün bilməz, bir özgə babət olur. 

 

Oynayanda pərvaz edər nimtənə, 



Zülf dağılar, üzdə dönər xərmənə, 

Sərəndazın ucu düşər gərdənə

Açılsa bel-buxun, qiyamət olur (1, 123). 

“Hər  yetən  gözələ  gözəl  demənəm”  deyən  şairin  gözələ  öz  baxışı  var.  Şairin  təsvir  etdiyi  gözəlin 

yerişi, duruşu, baxışı, danışığı, naz-qəmzəsi ilə bərabər, o, “Güləş üzlü, şirin sözlü, xoş qılıq”, “Ağzı, burnu, 

dili, dodağı nazik”, “Yanağı gül, zülfü yasəmən”, “Haldan xəbər verən, dərd bilən” olmalıdır: 

Öyünməsin kimsə, gözələm deyib

Ayrı təhər olur halı gözəlin. 

Güləş üzlü, şirin gözlü, xoş qılıq, 

Ləblərindən axar balı gözəlin. 

Vaqifin şeirlərində XVIII əsrdə yaşamış gözəllərin canlı təsviri göz önünə gəlir: 

Qaşı tağ-tağ gərək, qabağı nazik, 

Ağzı, burnu, dili, dodağı nazik, 

Baldırları yoğun, ayağı nazik, 




M.P.Vaqif və müasirlik 

 

 



19

Var əndamı olur dolu gözəlin. 

Vaqifdən  əvvəl  də  gözəllərin  tərifindən,  məşuqun  gözündən,  qaşından,  baxışından,  həsrətindən  çox 

yazılıb. Xüsusilə, Füzulinin yaradıcılığı bu cəhətdən diqqəti daha çox cəlb edir. Lakin Füzulinin təsvir etdiyi 

gözəllərlə Vaqifin təsvir etdiyi gözəlləri eyniləşdirmək olmaz. Füzulinin əsərlərində klassik üslub, özündən 

əvvəlki sənətkarların qəzəllərindən gələn təsvir vasitələri üstünlük təşkil edirsə, Vaqif yaradıcılığında aşıq 

poeziyasının, canlı xalq danışıq dilinin əlamətləri daha çox diqqəti çəkir. 

Vaqif poeziyasında aşıq ədəbiyyatına məxsus bir xüsusiyyətə də rast gəlirik ki, bu da təbiət təsviridir. 

Lakin Vaqif poeziyası burada da həm klassik ədəbiyyatdan, eyni zamanda aşıq poeziyasından da seçilir: 

Kür qırağının əcəb seyrəngahı var, 

Yaşılbaş sonası, hayıf ki, yoxdur! 

Ucu tər cığalı siyah tellərin, 

Hərdən tamaşası, hayıf ki yoxdur! 

 

Qış günü qışlağı Qıraqbasanın, 



Gözüdür Aranın, cümlə-cahanın, 

Belə gözəl yerin, gözəl məkanın, 

Bir gözəl obası hayıf ki, yoxdur! (1, 119). 

Bu  deyim  tərzi,  bu  forma  da  Vaqifə  məxsusdur.  Vaqif  gözəlləri  necə  dəqiq  təsvir  edirsə,  təbiət 

təsvirində də həyat həqiqətlərini çılpaqlığlı ilə açıb göstərir.Onun poeziyasında vətənin füsünkar gözəllikləri 

çatişmazlıqları ilə real şəkildə öz əksini tapır. 

Vaqif  yaradıcılığında  bəzən  aşıq  poeziyası  ilə,  klassik  poeziyanın  sintezini  görürük.  Belə  ki,  Vaqif 

klassik  yaradıcılıq  üslubunun  nadir  nümunələrini  aşıq  poeziyasının  nümunələri  ilə  birləşdirir.  Təsadüfi 

deyildir  ki,  şairin  məhz  bu  sənətkarlıq  məharətindən  bəhs  edən  H.Araslı  yazır:  “XIX  əsr  və  XX  əsr 

aşıqlarının  çoxu  Vaqifin  mövzularını  təkrar  etmiş,  onun  kimi  qoşmalar  yaratmağa  çalışmış,  onun 

qafiyələrini,  rədiflərini  və  bədii  ifadələrini  dönə-dönə  işlətmişlər.  Xüsusən  Aşıq  Ələsgərdən  sonra  məşhur 

ustad aşıq kimi tanınan Bozalqanlı Aşıq Hüseynin yaradıcılığında Vaqifin qüvvətli təsiri hiss edilir. Onun 

qoşmaları içərisində Vaqifin misralarına çox rast gəlmək olur” (1, 10). 

Həqiqətən də, M.P.Vaqifin yaradıcılığı özündən sonra gələn aşıq və şairlərin yaradıcılığına güclü təsir 

etmişdir.  Hətta  bəzən  şairin  şeirləri  aşıq  və  şairlər  tərəfindən  kiçik  dəyişiklik  edilməklə  təkrarlanmışdır, 

nəzirələr yazılmışdır. Bu baxımdan  Aşıq Hüseynin Şəmkirlinin yaradıcılığı daha xarakterikdir. 

M.P.Vaqifdə : 

Başına döndüyün toy adamları, 

Siz də deyin : toya gələn oynasın. 

Adını demirəm, eldən ayıbdı, 

Filankəsin qızı filan  oynasın. 

 

Aşıq Hüseyn Şəmkirli : 



Başına döndüyün toy adamları, 

Siz də deyin : toya gələn oynasın. 

Adını demirəm, eldən ayıbdı, 

Qəmzəsi bağrımı dələn oynasın. 

Bu bəndlərdə üç misra olduğu kimi təkrarlanır. Dördüncü misrada isə fikir qalır, sözlər dəyişdirilir. 

Eləcə də aşağıdakı bəndlərdə də eyni ilə :  

M.P.Vaqifdə : 

Bir tuba boyludur, boyun növrəstə, 

Həsrətin çəkməkdən olmuşam xəstə. 

İşarət eylərəm anlayan dosta, 

Dostunun qədrini bilən oynasın   (1, 94) 

 

Aşıq Hüseyn Şəmkirlidə : 



Bir tubu boyludur, zülfləri dəstə

Dərdini çəkməkdən olmuşam xəstə. 

Əhdindən dönməyən ucuz söz üstə, 

Dostunun qədrini bilən oynasın. 

 

M.P.Vaqifdə : 



Nə müddətdir ona güvənən bizik, 


Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə