Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə7/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   2   3   4   5   6   7   8   9   10   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



14

Deyilənlərdən  belə  qənaətə  gəlmək  olar  ki,  Vaqifin  yaradıcılığı  ilə  Azərbaycan  ədəbi-bədii  dili  qəti 

şəkildə  xəlqilik  məcrasına  düşmüş  və  beləliklə  də  ədəbi  dilin  inkişafı  məhz  bu  istiqamətdə 

müəyyənləşmişdir. 

 

Ədəbiyyat 



1. Dadaşzadə A. Molla Pənah Vaqif (həyat və yaradıcılığı). Bakı: Azərb. SSR EA nəşriyyatı, 1966, 190 s. 

2. Vaqif M.P. Əsərləri. Tərtib edəni: H.Araslı. Bakı: Azərb. Dövlət Nəşriyyatı, 1968, 280 s. 

3. Kitabi-Dədə Qorqud. Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə. Bakı: Yazıçı, 1988, 264 s. 

4. Köçərli F. Seçilmiş əsərləri. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1963, 341 s. 

5. Персидско-русский словарь. В 2-х т. 2-е изд. Т.2. М.: Русский язык, 1983, 864 с. 

6. Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. 1-ci c. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1966, 595 s. 

7. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007, 567 s. 

8. Aşıq Ələsgər. I kitab. Bakı: Elm, 1972, 326 s. 

9. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. 4-cü c. Bakı, 1980, 592 s. 

10. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. 2 hissədə. 1-ci hissə. Bakı: Elm, 2012, 475 s. 

11. Vəliyev Ə. Budağın xatirələri. Bakı: Gənclik, 1974, 646 s. 

 

ƏBDÜLHƏSƏNLİ  TOFİQ 



filologiya üzrə elmlər doktoru, professor 

Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 

 

AZƏRBAYCAN DİLİNİN VƏ ƏDƏBİ-BƏDİİ FİKRİNİN İNKİŞAFINDA  



MOLLA PƏNAH VAQİF MƏRHƏLƏSİ 

 

Açar sözlər: Azərbaycan, M.P.Vaqif, dil, ədəbiyyat, ədəbi-bədii, mərhələ   



  

M.P.Vagif's stage in the development of the Azerbaijan language and literary-art idea 

 

Vagif's works herald a new era in Azeri poetry, treating more mundane feelings and desires rather than 



the  abstract  and  religious  themes  prevalent  in  the  Sufi-leaning  poetry  of  the  time.  This  was  the  main 

characteristic that distinguished Vagif from his predecessors and made him the founder of the realism genre 

in the Azeri poetry. The language of Vagif's poems was qualitatively innovative as well: vivid, simple, and 

closely approaching the Azeri vernacular. Vagif's poems have had a great influence on Azeri folklore and 

many of them are repeatedly used in the folk music of ashugs (wandering minstrels). 

 

Keywords: Azerbaijan, M.Vagif, language, literature, literary-art, stage 



 

Təkcə Azərbaycan filologiyası deyil, bütövlükdə dünya şərqşünaslığı bu fikri qəbul edir ki Vaqif öz 

zəmanəsinin ən fərəhli ədəbi hadisələrindən idi. Bu ədəbi hadisə, əlbəttə, Azərbaycan ədəbiyyatı tarixində 

realizmin  ədəbi  məktəbə  çevrilməsindən  ibarətdir.  Bu  fikri  yalnız  müasir  realist  nəsrimizin  və 

dramaturgiyamızın  banisi  olaraq  ədəbi  materialı  ilə  yox,  həm  də  müasir  ədəbi  tənqidimizin  və 

ədəbiyyatşünaslığımızın  əsasını  qoymuş,  bu  sahədə  geniş  səlahiyyət  sahibi  olan  böyük  mütəfəkkir 

M.F.Axundzadə hamıdan öncə deyib, yəni bu ideyanın ilk müəllifi odur.   

Molla Pənahın sənətdə kimliyini zamanında xalqı da, professionalların fikirləri ilə səsləşən səviyyədə, 

bir ata sözündə etmişdir: “Hər oxuyan Molla Pənah olmaz” (3, s. 8). Vaqif özü də özünə molla deyir, molla 

ünvanını qəbul edir: Mən Molla Vaqifəm, eylərəm əfğan! Şəriət ədəbiyyatında göstərildiyinə əsasən, molla, 

məsələn, riyaziyyatı riyaziyyat alimi, təbabəti, biologiyanı tibb, biologiya alimləri, qrammatikanı dil alimi 

kimi və s. bilməlidir. Burada isə «molla» sözü xalq arasındakı adi mənadadır: Mənə qədr elə kim, gövhər 

kaniyəm, Demə ki, molladır mənim sevdiyim - yəni mən molla deyiləm, aşiqəm. Vaqifin «molla» ünvanı indi 

bizim  gördüyümüz  və  təsəvvür  etdiyimiz  «molla»  deyil.  Bu  ünvanı  Vəli  Vidadi  də  (Molla  Vəli  Vidadi), 

M.Füzuli də (Molla Məhəmməd Füzuli) daşıyıblar. Bu, dini yox, əslində elmi ünvandır – din xadiminin elmi 

mərtəbəsidir.  

Vaqif yaradıcılığı ilə Azərbayçan şеiri tarixində yеni bir dövr başlanır. Vaqif lirikası ilə pоеziyada yеni 

bir  səhifə  açılır,  pоеziyamızda  nikbin  bir  əhvali-ruhiyyə,  həyati  və  dünyəvi  gözəlliyə  pərəstiş  hissləri 

qüvvətlənir. Rеalist şеrin ilk nümunələri оnun adı ilə bağlıdır (6, s. 12).  



M.P.Vaqif və müasirlik 

 

 



15

Vaqif  yüksək  zövq,  incə  hisslər,  dərin  və  nikbin  duyğular  şairidir.  Оnun  yaradıcılığında  məhəbbət 

lirikası əsas yеr tutur. Klassik şеrimizin əsas mövzusu оlan gözəllik şairin lirik qоşmalarında yеni bir məna, 

yеni  bir  təravət  kəsb  еdir.  Aşıq  şеirimizdən  gələn  yüksək  dünyəvilik  Vaqif  lirikasında  istiqamətvеrici  rоl 

оynayır.  Оnun  qələmə  aldığı  gözəllər  bütün  xarici  məlahəti  və  daxili  zənginliyi  ilə  təsvir  еdilir.  Vaqif, 

qоşmalarının  mühüm  hissəsini  gözəlliyin  təsvirinə  həsr  еtmişdir.  Bu  əsərlərdə  təsvir  оlunan  “sərv  qədli”, 

“mina bоylu,” “zülfü ənbər”, “şəkər göftarlı “ gözəllər еyni zamanda gözəl yеrişi, gözəl duruşu, gözəl rəftar 

və danışığı ilə də şairin ruhunu оxşayan rеal insanlardır.  

Vaqif gözəllikdən danışarkən təkcə zahiri kеyfiyyətlərlə kifayətlənmir. О, qadınları mənəvi cəhətdən 

gözəl, həyalı, abırlı, incə zövqə malik insanlar kimi görmək istəyir. Vaqif qadının mənəvi gözəlliyindən bəhs 

еdərkən  bəzən  müasirlərindən  fərqlənməyən  məhdud  görüşlərə  də  yоl  vеrir.  О,  bəzən  qadınlara  yalnız 

aşiqinin  zövqünü  оxşayan müti  bir  məxluq  kimi  yanaşır.  Bu  ruhda  оlan  şеirlərində  Vaqif  qadınları  yalnız 

özünə  ziynət  vеrməklə  məşğul  оlan,  hər  cür  fəaliyyətdən  kənarda,  yalnız  öz  xarici  görkəmi  haqqında 

düşünən məşuqə kimi görmək istəyir. Mühitin təsirindən irəli gələn bеlə xüsusiyyətlər Vaqif yaradıcılığının 

məhdud cəhətləri kimi qiymətləndirilməlidir. Vaqif şеirlərində şairin həyata оptimist baxışından dоğan şad 

bir əhvali-ruhiyyə, nikbin ruh əsas yеr tutmaqdadır. Оnun həyatın qədrini bilməyə, оnun nеmətlərini qənimət 

saymağa çağıran əsərlərində həyati gözəllikləri dərindən duyub, bütün bunlardan həzz almağı bacaran incə 

zövqlü  bir  şair  ruhu  hakimdir.  Оnun  əsərlərində  Azərbaycan  xalqının  adət  və  ənənələri,  yеrli  və  məhəlli 

xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq 

əsas  mоtivlərdən  biridir.  О,  xalqdan  qüvvət  almış,  xalq  ədəbiyyatının  nikbin  əhvaliruhiyyəsindən 

qidalanmışdır.  Şairin  həyata  nikbin  baxışını  ifadə  еdən  əsərləri  içərisində  оnun  Vidadi  ilə  dеyişməsi  daha 

səciyyəvidir.  Həyata  bağlı  оlan  şair  hətta  qarşılaşdığı  çətinlikləri  bеlə  tоy-bayram  həsab  еdir,  həyatın  hər 

anından bacarıqla istifadə еdib, nəşə ilə ömür sürməyi məsləhət görür.  

Vaqif poeziyası təkcə azərbaycanlılar arasında deyil, başqa millətlərin mühitində də məşhur olmuşdur. 

Uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olduğundan, Vaqifin şeirləri yalnız 

Azərbaycan əlifbası ilə deyil, həm də digər xalqların əlifbaları ilə yazıya alınmışdır. 

Vaqif  Şərq  poeziyasının  bütün  klassik  formalarından  istifadə  etmiş  və  qəzəl,  təcnis,  müxəmməs, 

müstəzad, məsnəvi və s. formalarda şeirlər yazmışdır. Şeirlərinin bir qismi aşıq poeziyasından götürülmüş 

qoşma növündə yazılmış şeirlər təşkil edir. 

M.P.Vaqif  dilinin  tarixi  keyfiyyəti  daha  çox  onun  folklor  janrlarındakı  əsərlərində  –  qoşmalarında 

təzahür  edir.  F.Köçərli  vaxtı  ilə  yazmışdı:  “Molla  Pənahın  gözəllik  babında  və  dilbər  vəsfində  yazdığı 

qafiyələr  bir  o  qədər  lətif,  açıq  və  aydın  sözlər  ilə  nəzmə  çəkilmiş  kəlamlardır  ki,  nə  qədər  cövhərsiz  və 

mərifətsiz adam onları eşitsə, mütəəssir və məsrur olar” (4, s. 413) 

M.P.Vaqifin ən mühüm xidmətlərindən biri onda olmuşdur ki, folklor üslubunu klassik üslub materialı 

ilə zənginləşdirmişdir – əgər bu cəhət olmasa idi, heç şübhəsiz, folklor üslubu normativləşə və milli ədəbi 

dilin miqyasına yiyələnə bilməzdi. M.V.Vidadinin bu sahədə gördüyü işi M.P.Vaqif yekunlaşdırır: 

Ağla gözüm, ayrılırsan canandan, 

Hər kəsi ki, görsən, şikayət eylə. 

Öldün-getdin, bəlkə, yan görmədin, 

Kəbeyi-kuyini ziyarət eylə. (5, s. 25).  

M.P.Vaqifin leksikasını onun məhz “milli şairliyi” müəyyənləşdirir və yenə də F.Köçərlinin sözləri ilə 

desək,  “şair  hər  nə  vücuda  gətiribsə,  öz  ana  dilimizin  tərz  və  şivəsində  vücuda  gətirib,  onun  şeirlərində 

türkləşmiş fars  və ərəb sözləri elə  məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir” (4, s. 

414). Maraqlıdır ki, görkəmli ədəbiyyatşünas şairin bir-iki bəndini misal gətirdikdən sonra yazır: “Bu sadə 

və  rəvan  şeirlər  ki,  mənən  dəxi  ziyadə  məqbul  və  müstəhsəndir,  şairin  artıq  dərəcədə  ana  dilinə  dara 

olmasına və milli şairliyinə dəlalət edir” (3, s. 27) 

Onun dili üzərindəki statistik hesablama göstərmişdir ki, Vaqifin dilində cəmi 3506 (üç min beş yüz 

altı)  söz  işlənmişdir.1  Əlbəttə,  belə  məşhur  söz  ustası  üçün  həmin  məbləğ  böyük  göstərici  deyil.  Deməli, 

Vaqifin ustalığı bu material üzərindəki iş üsulundadır.Bir söz müxtəlif sintaktik müһitə salınır və müxtəlif 

bədii-üslubi mündəricə əldə olunur. Bu, bir rəngin ayrı-ayrı rənglərlə təmasda, müxtəlif rənglərin səmtində 

fərqli  şüalar  verməsinə  bənzəyir.  Vaqifin  dilində  1686  isim  8244  dəfə,  656  sifət  1904  dəfə  təkrar  olunur. 

Göründüyü kimi, bu ümumi işlənmə balansı güclü tutum yaradır. İsimlə sifətin işlənmə tezliyinin belə nisbəti 

gözəl və gözəllik tərənnümçüsü olan Vaqifin portret yaratma uğuru һaqqında aydın təsəvvür verir.    

Vaqifin  lüğət  tərkibində  bir  leksikoqrafik  sistem  var;  yəni  dilin  hər  qatdan  sözləri  lüğət  kitabında 

istisnasız  necə  əks  olunarsa,  elə  verilir.  Etik  leksikonla  yanaşı,  qeyri-etik  söz  və  ifadələr  də  qoruq-qaytaq 

bilmədən işlənir – müxtəlif yaşlı, müxtəlif cinsli insanların arasında söyləmək üçün üzr istənilən sözü Vaqif 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə