Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə6/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   2   3   4   5   6   7   8   9   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



12

Nimtənə sözü fars dilindən alınmadır. Bu söz fars dilində nimtəne şəklində “gödəkçə; yarım kaftan, 

canlıq” mənalarında işlənir (5, 682). 

Gülabətin köynək – güləbətin sapla (zərli sapla) işlənmiş, üzərinə bəzək vurulmuş köynək: Gülabətin 

köynək, abı nimtənə, Yaxasında qızıl düymə gərəkdir (2, 126). 

Qəsabə.  M.P.Vaqifin  əsərlərinin  tərtibçisi  H.Araslı  qəsabə  sözünün  mənasını  “qədimdə  qadınlara 

məxsus  baş  geyimi”  kimi  izah  etmişdir  (2,  271).  Bu  söz  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  “köhnə 

zamanlarda qadın paltarının yaxasından aşağıya doğru uzanan bəzəkli yaxalıq” kimi izah olunmuş və misal 

olaraq  Vaqifin  “Ətəkliyi  altun,  qəsabəsi  zər,  Çəhrayı  çarqat  qəddə  bərabər”  misraları  verilmişdir  (6,  c.1, 

487).  Ancaq  Vaqifin  əsərlərindən  seçilmiş  nümunələr  qəsabə  sözünün  “qadınlara  məxsus  baş  geyimi” 

mənasını ifadə etdiyini və H.Araslının həmin geyim adının mənasını düzgün izah etdiyini göstərir: 

Ətəkliyi altun, qəsabəsi zər, 

Çəhrayı çarqatı qəddə bərabər. (2, 50) 

Zülfün başı taxtalanıb qabaqda, 

Qıraq verir qəsabənin altından. (2, 76) 

Kəlağayı əlvan, qəsabə qıyqac, 

Altından cunası, hayıf ki, yoxdur. (2, 119) 

Aç üstün qabağın zər qəsabənin, 

Zülfün təxtəsini görkəz, bəri bax! (2, 132) 

Vaqifin müxtəlif şeirlərindən verilmiş bu nümunələrdə qəsabə sözünün baş geyimini bildirdiyi aydın 

şəkildə  görünür.  “Kəlağayı  əlvan,  qəsabə  qıyğac”  misrasında  “əyri,  çəpəki”  mənasını  ifadə  edən  qıyğac 

leksemindən isə qəsabənin təsvir olunan gözəlin başında çəpəki dayandığı anlaşılır. 

Kəlağayı – müxtəlif rəngli, haşiyəli baş örtüyü: Bu diyarda kalağay yox, kətan yox; Kəlağayı gülgəz, 

libası  əlvan;  Kalağayın  qabağına  al  bağlar;  Gəl  oyna,  əlinə  kəlağay  dola;  Kəlağayı  əlvan  qəsabə  qıyğac; 

çarqat  –  böyük  baş  yaylığı:  Al  çarqatdan  yaşmaq  tutub  çənəyə;  Çəhrayı  çarqatı  qəddə  bərabər;  Tovus 

qanadı tək ucu çarqatın, Pərvaz eylər solu-sağın üstündən; Açılanda çarqat tər zənəxdan, Nə əcayib durur 

qırağa zülfün; Müşki çarqat kənarında xumar göz; yaylıq – qadın baş örtüyü: Eylə ki, görər məni, yaylıq 

çəkər rüxsarinə (2, 181); ləçək – üçkünc baş örtüyü: Bəzək bilməz bu diyarın göyçəyi, Tanımaz al çarqat, 

zərrin  ləçəyi;  Al  geyib  əlvan  ləçək  örtər  gülabəfşan  çıxar,  Sanasan  bürci-fələkdən  bir  mahi-taban  çıxar; 

sərəndaz  –  baş  yaylığı:  Sərəndazın  ucu  düşər  gərdənə;  Al  sərəndazla  qəsabə,  üstü  türfə  ağ  cuna;  Müşki 

çarqat,  surəti  mahi-müsəffa  tək  bəyaz,  Al  sərəndazı  sərində  zərnişan  sevmək  gərək.  Bu  söz  Azərbaycan 

dilinin Balakən rayon şivəsində (Qullar k.) sərəndəz şəklində “cuna yaylıq” mənasında işlənir. Azərbaycan 

dilində alınma olan sərəndaz sözü fars dilində “qadın baş yaylığı” mənasını ifadə edir (5, 30); tirmə şal – 

tirmə parçadan olan böyük baş örtüyü: Gəh zaman başına tirmə şal bağlar (2, 78). Vaqifin dilində tirmə sözü 

bəzən  ayrılıqda  işlənib  “tirmə  şal”  mənasını  bildirir:  Qurşayıb  ol  ağü  nazik  əllər  ilə  tirməni,  İki  yandan 

ucların salmağı öldürdü məni (2, 187); çalma – başa örtülüb boynun dalında düyünlənən ləçək, yaylıq: Bir 

ayna qabaqlı, əyri çalmalı, Əlvan kalağaylı, səfalı sərxoş (2, 137). 

M.P.Vaqifin  əsərlərində  XVIII  əsrdə  Azərbaycan  qadınlarının  istifadə  etdikləri  bəzək  əşyalarının 

adları  da  öz  əksini  tapmışdır:  üzük//xatəm,  tənə,  heykəl,  həmayil,  kəhrəba,  qolbağ,  qızıl  qolbağ,  bazbənd, 

gümüş bazbənd, kəmər, zər kəmər, gümüş kəmər, toqqa, ətəklik. 

Vaqifin öz şeirlərində bəzək əşyalarının təsvirinə xüsusi diqqət yetirməsi gözəlin portretinin daha real 

bir  şəkildə  canlandırılmasına  xidmət  edir  və  eyni  zamanda  milli  kolorit  yaradır.  Bu  xüsusiyyət  bəzək 

əşyalarının adlarının işləndiyi məqamlarda aydın şəkildə görünür. 

Üzük: Hər əlinə alıb bir danə üzük, Üzüyü dəstinə alan oynasın. Vaqifin dilində “üzük” mənasında 

ərəb mənşəli xatəm sözü də işlənmişdir: Barmağında xatəm, guşində tənə. 

Tənə  –  sırğa:    Barmağında  xatəm,  guşində  tənə,  Gireh-gireh  zülfün  tökə  gərdənə  (2,  126).  Müasir 

Azərbaycan  ədəbi  dili  baxımından  arxaikləşmiş  tənə  sözü  dialektlərdə  həm  tana  (Ağdam,  Bərdə,  Tərtər, 

Goranboy, Gəncə, Tovuz, Gədəbəy, Qax), həm də tənə (Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Şəki, 

Qax) şəkillərində eyni mənada işlənir (7, 480, 490). Burada diqqəti cəlb edən odur ki, həmin söz Vaqifin 

dilində Qazax şivəsində işlənən fonetik tərkibdə (tənə) müşahidə edilir. 

Heykəl – medalyon: Qolları bəzbəndli, boynu heykəlli, Ağ əllərin əlvan hənalı sərxoş (2, 137). Bəzək 

əşyasının adını bildirən bu sözə eyni mənada Aşıq Ələsgərin “Yaraşır” rədifli qoşmasında da təsadüf edilir: 

Salıbsan gərdənə heykəl həmayil, Qızıl bazubəndlər qola yaraşır (8, 100). Həmin leksik vahid Azərbaycan 

dilinin Qazax, Şəmkir şivələrində heykal şəklində “paxlavavarı iri muncuq” mənasında işlənir (7, 198). 

Həmayil – boyundan asılan qadın bəzəyi: Sərxoş durub sarayından baxanda, Ağ gərdənə həmayillər 

taxanda  (2,  53).  Fikrimizcə,  burada  qızıldan  hazırlanmış  həmail  nəzərdə  tutulur.  Azərbaycan  qadınlarının 

bəzək  əşyası  kimi  boyunlarına  qızıl  həmail  taxdıqları  məlumdur.  S.M.Qənizadənin  və  Əbülhəsənin 

əsərlərində qızıl həmailin  adı çəkilir: ...lakin yenə özünü ona borclu bilib əhd etmişdi ki,  Diləfruzun toyu 




M.P.Vaqif və müasirlik 

 

 



13

olanda adətə müvafiq ona bir qızıl həmayil hədiyyə etsin (S.M.Qənizadə, Müəllimlər iftixarı); Xara, atlas, 

qanavuz,  fay  və  başqa  ipək  paltarlar  geyib  qiymətli  daş-qaş  taxmış  dövlətli  arvadları  qızıl  həmayillərini, 

imperial  sırğalarını,  brilyant,  almas,  zümrüd  qaşlı  üzüklərini  necə  də  tələsik  çıxarıb  təlaşla  qoyunlarında 

gizlətdiklərini də Veyis görmüşdü (Əbülhəsən, Dünya qopur). 

Kəhraba  –  kəhrəbadan  düzəldilmiş  bəzək  əşyası:  Gümüş  biləklərin,  bəyaz  qolların,  sarı  kəhrəbası, 

hayıf ki, yoxdur; Büllur biləkləri kəhrabasına, Gül əlində qolbağına yaraşmış. 

Qolbağ (qızıl qolbağ): Qızıl qolbaqları, yanar biləyi, Qucaqlayıb kəhrübanın altından; Ağ biləklərdə 

qızıl  qolbağı  öldürdü  məni.  Bazbənd  –  qolbağ:  Qolları  bəzbəndli,  boynu  heykəlli;  Qol  gümüş  bazbəndli, 

beldə kəmər – üstü mina. 

Kəmər – paltarın üstündən belə bağlanan qızıl, gümüş və s. ilə bəzədilmiş belbağı: Bir səmənbərlinin, 

zər kəmərlinin, Bir incəbellinin qurbanıyam mən; Gümüş kəmər bənd eyləmiş miyana; Qol gümüş bazbəndli, 

beldə kəmər – üstü mina. Toqqalı – kəmərli: Başına döndüyüm, telli, toqqalı, Qaşların canımı haq-nahaqq 

alı (2, 87). 

Ətəklik – qadın üst köynəyinin ətəyinə bənd edilən bəzək növü: Ətəkliyi altun, qəsabəsi zər, Çəhrayı 

çarqatı qəddə bərabər (2, 50). Ətəklik sözü Azərbaycan dilinin Qarabağ şivələrində (Şuşa, Ağdam, Ağcabədi, 

Bərdə, Tərtər, Füzuli) “qadın bəzəyi” mənasında indi də işlənir. – Mənim bir bilərziyimi, bir də ətəkliyimi 

dandı, vermədi (Şuşa) (7, 166). 

Zərgərlik üsulu ilə hazırlanan və müxtəlif  növləri olan ətəkliklər əsasən toy, şənlik paltarının ətəyinə 

tutulurdu. Ətəkliklər üçün hazırlanmış zərgərlik bəzəkləri ya bafta, ya da ensiz parça üzərinə bənd edilirdi. 

Ətəkliklər Azərbaycan qadınları arasında XX əsrin əvvəllərinədək geniş yayılmışdı (9,237). 

M.P.Vaqifin əsərlərində dialektizmlərə, yəni məhəlli  dialektlərə  məxsus fonetik, morfoloji və leksik 

xüsusiyyətlərə də təsadüf edilir. Bunlar əsas etibarilə Qarabağ şivələrinə, qismən Qazax şivəsinə xas olan, 

bəzi  hallarda  isə  hazırda  digər  şivələrdə  işlənən  xüsusiyyətlərdir.  T.İ.Hacıyev  doğru  olaraq  qeyd  edir  ki, 

Vaqifin dilində fonetik, leksik və morfoloji dialektizmlərə təsadüf olunması realist ədəbiyyatın danışığa ifrat 

yaxınlığı ilə bağlıdır (10, 452). Vaqifin dilində dialektizm xarakterində olan xüsusiyyətlərdən bəzilərini qeyd 

edirik. 

Fonetik dialektizmlər. Sifət, yenə, kövrək sözlərinin dialekt fonetikasına uyğun bir şəkildə işlənməsi. 

Sufat  (<  sifət):  Gözəl  çoxdur,  mələk,  pərizad  da  var,  Gəlsin  görüm,  hansı  sən  sufat  da  var;  Mən  aşiq 

olmuşam o xoş sufata (2, 69, 135). Genə (< yenə): Rəngi-ruyin dönüb heyvaya genə; Genə xəyalın xəyala 

qatar;  Genə  hər  görəndə  istər  yaşına;  Genə  yanar  oda  saldı  canımı;  Bilməm  nə  demiş  dilbərə  ədna  genə 

məndən (2, 25, 49, 78, 89, 184). Köyrək (< kövrək): Ey gözüm, nə dəyib köyrək könlünə? (2, 93). 

Morfoloji dialektizmlər. 1) İkinci şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmiş ismin hallanmasında 

yiyəlik  halda  -n  şəkilçisi  əvəzinə  “y”-nın  işlənməsi  (həm  Qarabağ,  həm  də  Qazax  şivələrinə  xas  olan 

xüsusiyyətdir):  Ləbiyin  ləzzətin  bənzətdi  qəndə  (2,  41);  2)  Qazax  dialektinin  xüsusiyyətinə  uyğun  olaraq 

saitlə bitən ismin təsirlik halda -yi şəkilçisini qəbul etməsi: Kə’bəyi-kuyini görən kimsənə, Nə zaman qibləyi 

ziyarət eylər (2, 109); 3) Deyə feili bağlamasının və köməkçi funksiya yerinə yetirən deyə sözünün deyin 

şəklində işlənməsi: Əqlin aldın, yaram, – deyin Vaqifin (2, 137); Sən gəlmədin deyin yasa batmışam (2, 85). 

Vaqifin dilində müasir dövrdə Azərbaycan dilinin dialekt leksikasına aid edilən sözlər də müəyyən 

yer tutur. 

Yen – paltarın qolunun ağzı: Yenindən düymə, ondan sonra belindən kəmər açmaq (Zaqatala şivəsində 

yenq “paltarın qolunun ağzı”). 

Kələz – kərtənkələ: Kələz ilən, əqrəb ilən, mar ilən, Ağzınadək qəbrin dolar, ağlarsan (Qazax, Şəki, 

Oğuz, Qax və Quba şivələrində kələz “kərtənkələ”). 

Çərə – çəp: Qeyri gözəllərdən heç fikir çəkmə, Sən elə o gözü çərəni saxla (Göyçay şivəsində çeri 

“çəp”, Ordubad, Şərur, Cəbrayıl, Salyan, Lerik şivələrində çer “çəp”). 

Naçaq  –  xəstə:  Bir  gün  sağ  olursan,  yeddi  gün  naçaq,  Övrətlər  bağrını  üzər,  ağlarsan  (Qazax, 

Zəngilan, Culfa, Oğuz şivələrində: naçax “xəstə”). 

Onalmaz  –  sağalmaz:  Bir  onalmaz  dərdiməndi-intizarın  olmuşam  (Zaqatala,  Qax  və  Çənbərək 

şivələrində onalmax “sağalmaq”). 

Təmənnəşmək  –  hal-əhval  tutmaq:  Halallaşıb,  hümmətləşib  dost  ilən,  Təmənnəşib  görüşmədik, 

ayrıldıq  (Qarakilsə  şivəsində:  təmənnaşmax  “hal-əhval  tutmaq,  əhvallaşmaq”).  Təmənləşmək  feili  eyni 

mənada  Əli  Vəliyevin  “Budağın  xatirələri”  romanında  öz  əksini  tapmışdır:  Əlini  uzadanda  qalxıb 

təmənləşdim (11, 390). 

Təzmək – qaçmaq: Bir gözəlin həsrətini çəkərdim, Təzə-təzə gəlib bizə çıxıbdır (Biləsuvar şivəsində 

tezməg “qaçmaq; hürküb qaçmaq”, Cəbrayıl, Kəlbəcər, Ordubad şivələrində təzmək “hürküb qaçmaq”). 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə