Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə10/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   6   7   8   9   10   11   12   13   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



20

Həsrətin çəkməkdən canımız üzdük. 

Hər əlinə alıb bir dənə üzük, 

Üzüyün dəstinə alan oynasın  (1, 94) 

 

Aşıq Hüseyn Şəmkirlidə : 



Əyninə geyibdi bərpadan dizlik, 

Dostlar arasında itməyə düzlük. 

Hər əlində vardır bir ala yüzlük, 

Yüzlüyü əlinə alan oynasın  (3, 17). 

Aşıq Hüseyn hələ kiçik yaşlarından aşıq sənətinin vurğunu olmuş, Qurbaninin, Abbas Tufarqanlının, 

Xəstə  Qasımın,  Vidadinin,  Vaqifin  şeirlərini  əzbərləmiş,  saz  çalmağı  da  öyrənmişdir.  Aşıq  Hüseynin 

yaradıcılığında xüsusilə  M.P.Vaqifin yaradıcılığı mühüm rol oynamışdır. Vaqifin yaradıcılığında axıcılıq, 

rəvanlıq,  açıq-saçıq  deyim  tərzi,  təşbehlər  eynilə  Aşıq  Hüseynin  yaradıcılığında  da  müşahidə  olunur. 

Tədqiqatçılar Aşıq Hüseynin  Vaqiflə qohumluq əlaqəsinin, bacısı oğlu olduğunu da qeyd edirlər (3, 3). 

Güman ki, Hüseyn kiçik yaşlaından dayısının şeirlərinə daha çox meyl etmiş, məclislərdə oxumuş, o 

şeirlərdən ilham alaraq özü də şeirlər yazmışdır. Bu, aşığın yaradıcılığında aydınlığı ilə seçilir. Molla Pənah 

Vaqifin “ Hər yetən gözələ gözəl demənəm” misrası ilə başlayan şeiri də Aşıq Hüseyn Şəmkirli tərəfindən 

eynilə təkrarlanır. 

M.P.Vaqifdə : 

Hər yetən gözələ gözəl demənəm, 

Gözəldə bir qeyri əlamət olur : 

Zülf bir yana düşər, gərdən bir yana, 

Özün bilməz, bir özgə babət olur. 

 

Aşıq Hüseyndə : 



Hər yetən gözələ gözəl demərəm

Gözəldə özgə bir əlamət olar. 

Zülf dağılar, çin-çin düşər gərdənə. 

Qaşınan, gözünən işarət olar. 

 

M.P.Vaqifdə : 



Oynayanda pərvaz edər nimtənə, 

Zülf dağılar, üzdə dönər xərmənə. 

Sərəndazın ucu düşər gərdənə, 

Açılsa bel-buxun qiyamət olur  (1, 23) 

 

Aşıq Hüseyndə :  



Əl dəyəndə fəryad edər nimtənə, 

Tel tökülər, üzü dönər gülşənə. 

Bərəndazı  başdan salar gərdənə

Görünsə məmələr qiyamət olar  (3, 25). 

Gətirdiyimiz nümunələrdən göründüyü kimi, Aşıq Hüseyn bəzən Vaqifin təsiri altından çıxa bilmir, 

onun təşbeh ve istiyarələrini olduğu kimi təkrarlayır. 

Yuxarda  nümunə  gətirdiyimiz  həm  Vaqifin,  həm  də  Aşıq  Hüseynin    “Oynasın”  rədifli  şeirlərində 

dərdindən xəstə olduqları gözəlin  “adını demirəm eldən ayibdı” müraciəti ilə oynamasını arzulayırlar. Lakin 

Aşıq Hüseynin müassiri olan Qasım bəy Zakir bunun tam əksini söyləyirdi: 

Ey yığılan canlar, siz olun tarı, 

Amandı, qoymayın, yar oynamasın. 

Bir belə adamın içində yəqin, 

Əlbəttə, bədnəzər  var, oynamsın. 

 

Xalq içində xəcil etməsin bizi, 



Müştaqdır gözünə aləmin gözü. 

Yel atar çarğatın, açılar üzü, 

Badə gedər namus-ar, oymasın  (4, 73). 

Zkirin  bu  şeiri  tamamilə  aşıq  şeiridir,  lakin  Zakir  Vaqif  və  aşıq  Hüseyndıən  fərqli  olaraq,  yarın 

oynamasını  istəmir.  Ona  görə  isətmir  ki,  məclisdə  “bədnəzərlər”,  “gönüqalınlar”  ,  “dabanıçatdaqlar”  , 



M.P.Vaqif və müasirlik 

 

 



21

naməhrəmlər  var.  İstəmir  ki,  yarının  gözəlliyini  onlar  görsün.  Bir  tərəfdən  bədnəzərlərdən  qorxur,  digər 

tərəfdən  yarının  təkcə  ona  məxsus  olduğunu  söyləyir.  Deyir  “oynasa  oynasın  gönüqalınlar”  ,  ancaq  “ol 

məməsi nar oynamasın” . Çünki bu gözəllik ancaq şairə məxsusdur. Bura da bir mentalitet də diqqəti cəlb 

edir. Ümumiyyətlə, Vaqif yaradıcılığı ilə Zakir yaradıcılığın müqayisə etdikdə Vaqifin yaradıcılığında açıq-

saçıqlıq daha çox diqqəti cəb edir. Vaqif gözəlin “açılsa bel-buxun qiyamət olur” . “ bulaq tək qaynaya həm 

gözü,  qaşı”  ,  “bir  sərxoş  yerişli,  məstanə  gözlü”  olmasını  istəyirsə,  Zakir  isə  hər  şeyin  örtülü  olmasını, 

gözəlin abır, həya  etməsini arzulayır. 

Qasım bəy Zakirin yuxarida göstətdiyimiz  “Oynamasın” qoşmasına elə bir ustad aşıq olmamışdır ki, 

bu  rədifdə,  bu  məzmunda  şeir  yazmasın.  Məsələn,  Aşıq  Ələsgər  də  Zakirin  şeirindən  ruhlanaraq  belə 

söyləmişdir. 

İltimas eylərəm gedən canlardan , 

Dost-düşmən içində yar oynamasın. 

Cavandı, oynamaq ona xoş gələr, 

Bizə əysikliyi var, oynamasın (5, 50). 

XVIII əsrdə  artıq qəzəl, mərsiyyə, mədhiyyə kimi şeir formaları zəifləmişdir. Ona görə də Vaqifin 

yaradıcılığı  xalq  içərisində  daha  geniş  yayılmağa  başlamışdır.  Bunun  bir  tərəfi  də  heca  vəzni  və  aşıq 

poeziyası  ilə  bağlı  idi.  Vaqifdən  sonra,  yəni  XIX  əsrdə  bir  tərəfdən  Aşıq  Alı,  Aşıq  Musa,  şair  Məmməd 

Hüseyn,  Aşıq  Məhəmməd,  Yəhya  bəy  Dilqəm,  Molla  Cümə,  Aşıq  Pəri,  Aşıq  Abbas,  Aşıq  Ələsgər, 

Kəlbəcərli Aşıq Qurban, Bərxiyanlı Aşıq Məhəmməd, Aşıq Rəcəb, Aşıq Cavad və başqaları, digər tətəfdən 

aşıq  şeiri  üslubunda  şeirlər  yazan  Məhəmməd  bəy  Aşiq,  Baba  bəy  Şakir,  Mirzə  Baxış  Nadim,  Mücrüm 

Kərim Vardani, Səfərqulu xan Nəva, Kazım ağa Saliq, Qasım bəy Zakir,Mirzə Fətəli Axundzadə və onlarca 

başqa şairlər, Cənubi Azərbaycanda Əndəlib Qaracadaği, Seyid Əbülqasım Nəbati və başqa aşıq və şairlər 

heca vəzni və aşıq şeiri üslubunda  gözəl şeirlər yazırdilar. Molla Pənah Vaqifin ən böyük xidməti o idi ki, 

ədəbiyyatda  bir  dönüş  yaratmışdır.  Düzdür,  Vaqifdən  əvvəl  də  aşıq  şeiri  tərzində  nümunələr  yaranmışdır. 

Lakin Vaqifdən sonra bu kütləviləşmişdir. Bunun bir tərəfi də dövrlə, zamanla bağlı olmuşdur. Maraqlı və 

yaxşı cəhətlərdən biri bu idi ki, təkcə aşıq şeiri tərzində yazılan əsərlərdə deyil, həmçinin XIX əsrdə divan 

ədəbiyyatı  istiqamətində  də,  “ədəbi  məclislərdə”  də,  XIX    əsr  təriqət  şeirlərində  də,  dini  mövhümata 

müqavimət  ədəbiyyatında  da  XIX  əsr  satirik  şeirində  də,  maarifçi-realis  istiqamətdə  də,klassik  poetik 

ənənlələrin  yaşadığı  kimi,  bütün  bu  istiqamətlərdə  mövcud  əsrin  ədəbiyyatında  əsas  bədii  istiqamətlərdən 

olan  aşıq  şeirinin,  aşıq  şeiri  tərzinin  ciddi  bədii-estetik  təsiri  olmuşdur.  Aşıq  şeiri  ənənələri  bütün  ədəbi 

istiqamətlərdə öz nüfuzlu yerini tutmuş klassik üslubda yazan bir sıra  şairlərin yaradıcılığında aşıq şeirinin, 

xalq poeziyasının poetik elementlərindən, bədii vasitərindən, şeir formalarından ustalıqla istifadə edilmişdir. 

Vaqif  yaradıcılığı  təkcə  öz  dövrünün  sənətkarlarına  deyil,  eyni  zamanda,  özündən  sonra  gələn 

poeziyaya da güclü təsir etmişdir. Bu poeziyada Vaqifə xas spesifik bədii xüsusiyyətlər seçilməkdədir. Bu 

mənada Vaqif ədəbiyyat tariximizdə bir məktəb yaratmaqla ölümündən sonra da əsərlərilə xalqına xidmət 

etmişdir. 

M.P.Vaqif daxili qafiyəli şeirin də əsasını qoymuşdr: 

Bir çox ülfətlinin, məhəbbətlinin, 

Bir mərhəmətlinin, şəfəqqətlinin, 

Bir pəri tellinin,gün tələtlinin 

Bir məhcamallənın qurbanıyam mən(1, 80). 

Belə şeir forması Vaqfdən sonra Aşıq Hüseyn Bozalqanlının, Molla Cümənin, Aşıq Ələsgərin, Aşıq 

Rəcəbin və b. yaradıcılığında da geniş işlənmişdir. Aşıq Rəcəb yazır: 

Bir əli sazlının, şirin sözlünün, 

Bir xoş avazlının,gülər üzlünün, 

Bir quba qazlının, ala gözlünün, 

Bir fitnə feillinin dağı məndədir. 

Beləliklə,  bu  nəticəyə  gəlmək  olar  ki  aşıq  yaradıcılığı  yazılı  poeziyaya  saysız  hesabsız  mövzular 

mənbəyi  olmuş  və  yazılı  poeziya  sənətkarlarının  dünya  görüşünü  zənginləşdirmişdir.  Aşıq  poeziyası 

üslubunda və aşıq sayağı tərzdə yazılmış şeirlər yaddaşlara köçmüş, tez əzbərlənmiş, aşıqların repertuarında 

geniş  yayılma  imkanı  əldə  etmişdir.  Azərbaycan  yazılı  poeziyasının  görkəmli  nümayəndələri  aşıqların 

qabaqlaşma  üslubundan  istifadə  edərək  bir-biri  ilə  şeirləşmiş,  mənzum  məktublaşma  forması  yaratmışdır. 

Ustad  aşıqlar  el  şənlik  və  məclislərində  yazılı  poeziya  nümayəndələrinin  də  qoşma  və  gəraylılarından 

oxumuş və bu böyük sənətkarların tanınmasına səbəb olmuşdur. Ən başlıcası aşıq yaradıcılğı yazılı poeziaya 

təsir etdiyi kimi, qarşılıqlı olaraq özü də yazılı poeziya hesabına zənginləşmişdir.Vaqif yaradıcılığı da həmişə 

aşıqlarımızın dilinin əzbəri olmuş, ondan bəhrələnmişlər. 

 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə