Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə8/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   4   5   6   7   8   9   10   11   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



16

normal bədii zövq vahidi kimi alır. Buna görə də Vaqifin lüğəti kimlərdənsə kəmiyyətcə arxada qalar, ancaq 

semantik əhatəsinə görə heç bir şairin dili onunla bəhsə girə bilməz.    

Azərbaycan filologiyasında M.P.Vaqif sənətinin böyüklüyünü hamıdan daha yaxşı dərk (və şərh) edən 

F.Köçərli şairin dilinin (ümumiyyətlə, təfəkkürünün) xalqın məişətinə aşınalıqdan irəli gələn naturalizmini 

göstərmək  məqsədilə  yazmışdı:  “Qəribə  hal  budur  ki,  yüz  ildən  bəri  bizim  tərəkəmə  xalqının  dolanacağı 

dəyişməyibdir. Necə ki, Vaqifin əsərində onlar narahat və natəmiz və fəna bir halda güzəran edirdilər, indi də 

həmin qərar üzrə məişət etməkdədirlər. Tərəkəmə övrətlərinin çoxusu əsla təmizlik bilməzlər. Necə ki, şair 

onları vəsf edir, uzun dırnaqlı, baldırı çirməkli, yalın ayaqlı, yorğanı-yasdığı tozlu-torpaqlı… həmin bizim 

tərəkəmə  xalqının  övrətləridir  ki,  əllərin-üzlərin  həftədə  bir  dəfə  yumazlar,  başların  daramazlar,  danışmaq 

bilməzlər  və  örkən-çatı  toxumaqdan  qeyri  bir  şeyə  qabiliyyətləri  yoxdur.  Həqiqətdə  “hazır  çobandılar, 

düdükləri yox”.  

Molla Pənah Vaqifin adı həm də Azərbaycanın tarixi taleyində özünəməxsus yeri olan ictimai-siyasi 

xadimlərdən biri kimi çəkilir. O, Azərbaycanın xanlıqlar dövrünün tanınmış dövlət xadimlərindən biri kimi 

ölkə əhəmiyyətli məsələlərin həllində, xüsusən xarici əlaqələrin genişlənməsində və zəhmətkeş xalqla saray 

arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynamışdır. Qarabağ xanlığının siyasi tarixində Molla 

Pənah  Vaqifin  böyük  xidmətləri  olmuşdur.  Dövlət  işlərində  Vaqif  elmi-helmi  və  uzaqgörənliyi  və  xalqa 

yaxınlığı ilə Molla Pənah Vaqif ola bilmişdir.  

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında heca vəznli şeir məktəbi yaratmışdır. Böyük sənətkarın 

adı ilə bağlı olan şeir-sənət ənənələri yaşamış, ədəbiyyatımızın sonrakı inkişaf mərhələlərində yaradıcılıqla 

davam  etdirilmişdir.  Azərbaycan  ədəbiyyatında  heca  vəznli  xalq  şeiri  üslubunun  möhkəmlənib  aparıcı 

mövqe  tutmasında  Molla  Pənah  Vaqifin  mühüm  rolu  olmuşdur.  Onun  adı  və  sənəti  həmişə  uca  tutulmuş, 

yüksək ehtiramla yad olunmuşdur. Xalq şairi Səməd Vurğunun məşhur “Vaqif” tarixi dramı (1938) və Yusif 

Vəzir Çəmənzəminlinin “İki od arasında” (1937) romanı qüdrətli sənətkara bəslənilən ümumxalq ehtiramına 

Azərbaycan ədəbiyyatında ucaldılmış möhtəşəm abidələrdir. Bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası 

(1960) böyük söz ustadının həyat və sənət ideallarını xalqımıza çatdırmağa uğurla xidmət edir.  

Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  1982-ci  ildə  Azərbaycanın  qədim  Şuşa 

şəhərində  Molla  Pənah  Vaqifə  ucaltdığı  böyük  məqbərə  bu  ölməz  sənətkarın  ədəbiyyatımızın  inkişafı 

sahəsindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin parlaq 

ifadəsidir. Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağı işğal edərkən Vaqifin məqbərəsini dağıtması 

bu təcavüzkar ölkənin mədəniyyətdən uzaq olan mənəviyyatsız simasını əks etdirir. Görkəmli Azərbaycan 

şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin doğma ölkəsi ilə birlikdə 

UNESCO  və  TÜRKSOY  miqyasında  beynəlxalq  səviyyədə  qeyd  olunması  böyük  ümummilli  və  bəşəri 

ideallara  xidmət  edən  böyük  sənətin  təntənəsidir.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 

“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”kı 12 yanvar 2017-

ci il tarixli sərəncamı müstəqil dövlətimizdə sənətə və sənətkara bəslənilən əbədi ehtiramın parlaq və əməli 

nümunəsidir. Dövlət sərəncamında öz əksini tapmış aşağıdakı sözlər Molla Pənah Vaqifin ölməz sənətinin 

yüksək qiymətini ifadə etməklə bərabər, qarşıda duran mühüm vəzifələri də nəzərə çarpdırır: “Molla Pənah 

Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır... Azərbaycan şeiri Vaqifin sayəsində 

tarixinin  növbəti  mərhələsinə  qədəm  qoymuşdur.  Onun  klassik  bədii  fikir  salnaməmizin  parlaq 

səhifələrindən  birini  təşkil  edən  irsi  müasir  dövrdə  də  insanların  əxlaqi-mənəvi  kamilləşməsinə  xidmət 

göstərir”.  

 

Ədəbiyyat 



1. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005 

2. Cəfərov N. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı: Az.DKP, 1995  

3. Cəfərov N. Molla Pənah Vaqif. Bakı: Ressenans-A, 2017  

4. Xudiyev N. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, 2012 

5. Vaqif M.P. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004 

6. Vaqif M.P – 300. (Tərtib edənlər: S.Quliyeva, L.Əhmədova). Bakı: Milli Kitabxana, 2017 

 

 

 



 

 

 




M.P.Vaqif və müasirlik 

 

 



17

XƏLİLOV  NİZAMİ 

filologiya üzrə elmlər doktoru, professor 

  Bakı Dövlət Universiteti 

 

VAQİF YARADICILIĞINDA AŞIQ POEZİYASININ YENİ MƏRHƏLƏSİ VƏ                                   



ŞAİRİN AŞIQ YARADICILIĞINA TƏSİRİ 

 

Açar sözlər: M.P.Vaqif, aşıq yaradıcılığı, qoşma, müxəmməs 



 

The place of the Ashug  poetry in Vagif’s activity and it’s stages and impact poet to Ashuq poetry 

 

Ashug poetry had special place in M.P.Vagif’s activity. Using ashug poetry he gave a new colour to 



classic poetry. At the same time using ashug poetry helped him to enlarge it’s development, add it some new 

colours and enrich it. 

 

Keywords: Vagif, Kind of ashug poetry, goshma, muxammas, garayli, folk poetry 



 

Heca vəznli şeir M.P.Vaqif yaradıcılığında silinməz izlər buraxdı. Onun əsərlərinin poetikası həqiqi 

mənada  gələcək  şeirin  cığırlarını  müəyyənləşdirdi.  O,  Azərbaycan  poeziyasına  yeni  üslub,  forma  gətirdi. 

Onun  şeirlərindəki  dil  zənginliyi  hadisəyə  çevrildi,  klassik  poeziyaya  yeni  bir  nəfəs  verdi.  Məhəbbət 

lirikasına yeni siqlət gətirdi. Vaqif lirikası aşıq poeziyasından bəhrələndiyi kimi, eyni zamanda aşıq poeziya-

sının inkişafını genişləndirdi, ona yeni çalarlar əlavə etdi. Müxəmməs janrı aşıq poeziyasında Vaqifdən əvvəl 

olubsa  da,  buna  rast  gəlmirik.  Aşıq  ədəbiyyatında  və  klassik  poeziyada  müxəmməsin  ilk  mükəmməl 

nümunəsini Vaqif yaradıcılığında müşahidə edirik. 

Biz bu mülahizəni söyləyəndə Vaqifə qədər müxəmməs şeir formasının olmasını əsla inkar etmirik. 

Güman ki, başqa şeir şəkilləri kimi müxəmməs forması da olmuşdur. Lakin bütün tələblərə, yəni, mükəmməl 

vəzn quruluşuna və qafiyələnmə prinsiplərinə əməl  olunmasından söhbət gedəndə, ilk növbədə M.P.Vaqif 

yada düşür. 

Müxəmməsdən  bəhs  edən  bəzi  tədqiqatçılar  da  bu  formanın  yazılı  ədəbiyyatdan  aşıq  poeziyasına 

keçməsi fikrindədirlər.  

Biz  də  o  fikirdəyik  ki,  müxəmməs  şeir  forması  M.P.Vaqifdən  çox-çox  əvvəl  yaranmışdır.  Hətta 

M.Füzulinin  beşlikləri  də  müxəmməs  şeir  formasındadır.  Lakin  M.P.Vaqif  yaradıcılığındakı  mükəmməl 

müxəmməs formasına ondan əvvəlki mənbələrdə rast gəlmək olmur. 

Onu  da  nəzərə  çatdıraq  ki,  Vaqifin  müxəmməslərindən  bəhs  edənlər  birinci  növbədə  “Görmədim” 

müxəmməsini  diqqətə  çatdırırlar.  Lakin  Vaqifin  qoşmaları  kimi,  müxəmməslərində  də  aşiq-məşuq 

münasibətlərinin təsviri o qədər güclüdür ki, sanki şair canlı bir mənzərə yaradır. 

Şairin  yaradıcılığında  məhəbbət  mövzusunda  yazılmış  şeirləri  üstünlük  təşkil  edir.  Vaqifin  poe-

ziyasında gözəllərin tərifi o dərəcədə canlıdır ki, sanki həmin gözəl səninlə üzbəüz dayanıb, qarşındadır. 

Bütün dünya xalqlarının qədim və orta əsrlərində elə bir şair təsəvvür etmək olmaz ki, o, məhəbbəti 

tərənnüm  etməsin.  Bu  cəhətdən  Azərbaycan  orta  əsr  poeziyası  xüsusilə  seçilir.  Bir  tərəfdən  aşıq  şeirinin 

geniş  vüsət  alması,  digər  tərəfdən  aşıq  şeiri  tərzində  yazan  şairlərin  get-gedə  artması  ilk  növbədə  onların 

canlı dil ilə, geniş kütlə ilə təmasından, ünsiyyətindən irəli gələn bir hal idi. Bu bolluğun içərisində seçilmək, 

yeni söz demək, yeni forma, məzmun gətirmək, yeni boyalar əlavə etmək, əlbəttə ki, hər kəsə qismət deyildi. 

Bu baxımdan Vaqif yaradıcılığı diqqəti daha çox çəkir. Prof.A.Dadaşzadə yazır: “İlk baxışda başqa şairlər 

kimi, Vaqif də gözələ məhəbbətini bildirir, hətta bəzən hicran əzablarından şikayətlənir. Lakin aydındır ki, 

Vaqifin gözəlləmələri ilə ondan əvvəlki klassik məhəbbət lirikası bir-birindən çox fərqlənir. Vaqifin lirikası 

həm Füzuli, həm Nəsimi, həm Xətai lirikasından seçilir” (2, 68-69).                  

 M.P.Vaqif hər şeydən əvvəl yenilikçi şair idi. XVIII əsrdə islam ideologiyasının qüvvətli olduğu bir 

şəraitdə: “Mənim yarım deyil ol Kəbədən kəm”, “Sən yüz mərtəbə ol Kəbəyi ülyadan artıqsan” kimi ifadələr 

işlətmək  o  qədər  də  asan  deyildi.  Vaqif  isə  insan  gözəlliyini  hər  şeydən  uca  tuturdu.  O,  hər  cür  örtüyə, 

pərdəyə  qarşı  çıxaraq  “ataq  üzdən-gözdən  tamam  niqabı”  deyərək  realizmi  şeirə,  sənətə  gətirirdi.  Vaqifin 

vəsf etdiyi məhəbbətdə üç mühüm cəhət – gözəllik, vəfa, ağıl birləşir və bir-birini tamamlayır. 

Vaqif gözəlin qaşını qibləyə, üzünü Kəbəyə bənzədir. Gözəldə naz-qəmzə olmasını arzulayır:  

Həqdir, gözəl xoşdur cahan içində, 

Gözəldə bir nazü qəmzə gərəkdir. 

Didarını görmək iman təzələr, 

Qaşı qiblə, üzü Kəbə gərəkdir. 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə