Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə4/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   2   3   4   5   6   7   8   9   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



8

Şəhərin  və  onun  ətraflarının  xarici  hücumlara  qarşı  müdafiəsinin  əhəmiyyətini  yaxşı  anlayan  Vaqif  bu 

nöqteyi-nəzərdən İbrahim xana faydalı məsləhətlər verərmiş.  

XIX əsrin şairlərindən H.Qaradaği öz təzkirəsində yazır: “Yazılanlara görə Vaqifin bir para elmlərdə 

səriştəsi var imiş. Ələlxülus hücum və elmi-mühəndislikdə İbrahim xanın hərəmxanasının və onun özünün 

və  övladının  hər  cürə  təmiratının  və  şəhərin  ətrafına  çəkilmiş  hasar  və  barının  ümdə  naziri  və  mübaşiri 

mərhum Molla Pənah imiş. Bu günə iyirmi il müddəti, hər bir ümuratda müdəbbiranə hörmət ilə İbrahim xan 

xanədanında dolaşıb. Mərhum İbrahim xan Molla Pənahı hər bir ümuratda qabil və kamil görməyi cəhətə, 

həmişə onu möhtərəm və artıq dost tutub onun məsləhət və tədbiri ilə iş görərmiş. Bu səbəbdən Qarabağda 

zərbülməsəl olub bir söz söylənilir: “Hər oxuyan Molla Pənah və hər qatırçı Murad olmaz” (5, 3). 

A.Berje yazır ki, “Vaqif xüsusilə, təcrübəli mühəndis kimi tanınmışdı. Şuşadakı Xan sarayı, yaşayış 

yerləri və qala hasarları onun tərəfindən tikilmişdi”. 

Vidadinin bir şeirində Vaqifin mühəndisliyinə işarə edərək yazır: 

Məhşərə tən qayim olsun binası, 

O məscid ki, doğru imarət eylərsən (7, 35) 

Vaqif dövründə Azərbaycan bir sıra xanlıqlara ayrılmışdı. Bu, ölkənin mədəni-iqtisadi inkişafına mane 

olur və vətənin istiqlaliyyətini müdafiə etmək işini çətinləşdirirdi. Ölkənin gələcəyini düşünən fədakar dövlət 

xadimləri  bütün  xanlıqları  bir  mərkəzdə  birləşdirib,  müstəqil  dövlət  yaratmaq  uğrunda  mübarizə  edirdilər. 

Lakin onlar birləşə bilmirdilər: Şəkidə Çələbi xan, Qarabağda Pənah xan, Qubada Fətəli xan ayrı-ayrılıqda 

mübarizə  aparırdı.    Bu  zaman  ölkənin  azadlığını  qorumaq  və  müstəqil  Azərbaycan  yaratmaq  uğrunda 

siyasətə  Vaqif  rəhbərlik  edirdi.  Onun  təşəbbüsü  ilə  İbrahim  xan  Yerevan  hakimi  Məhəmməd  xanı,  Talış 

hakimi Mir Mustafanı və Gürcüstan hökmdarı ikinci İraklini birləşməyə çağırır. Bu məqsədlə Vaqif Tiflisə 

gedir,  onlarla  uzun  müddət  məktublaşır.  Dörd  hökmdar  mübarizədə  bir-birilərinə  yardım  edəcəklərinə  söz 

verirlər.  

XVIII  əsrin  90-cı  illərində  Qarabağ  xanlığı  İran  və  Çar  Rusiyası  arasında  kimi  seçmək,  kimə 

arxalanmaq  məsələsini həll etməli idi. İbrahim xan və Vaqif İranda bərqərar olmuş Ağa Məhəmməd şaha 

tabe  olmaq  fikrində  deyildi.  1795-ci  ildə  İran  qoşunu  Qarabağ  torpağına  daxil  olur,  Şuşa  qalası  mühasirə 

edilir. Qala mətanətlə müdafiə olunaraq hücumu dəf edə bildi. Vaqif  bu müdafiəyə şəxsən rəhbərlik edirdi. 

Mühasirə zamanı maraqlı bir hadisə baş vermişdi. “Ağa Məhəmməd şah İbrahim xanı qorxutmaq niyyəti ilə 

bir beyt yazıb qalaya göndərmişdi. 

Fələyin mancanağından fitnə daşları yağır, 

Sən əbləhcəsinə şüşə içərisində dayanmısan. 

Xan məktubu Vaqifə vermiş və o, şair Dərgidən götürdüyü beyt ilə dərhal cavab vermişdi: 

Məni qoruyan mənim tanıdığımdırsa, 

Şüşəni daş qoltuğunda salamat saxlayar. (8, 80-81)  

Cavab şahı bərk qəzəbləndirmişdi. 

Vaqifin əsərlərindən və Vaqifə yazılan şeirlərdən onun mərd və cəsur bir şəxsiyyət olduğu aydın olur. 

O, silah gəzdirən igid, hərbi işlərə rəhbərlik edən tədbirli bir vəzir idi. Bu cəhəti F.Közərli də qeyd edir: 

“Vaqif özü şair isə də, vaxtın təqazisinə görə onun meyli-könülü silah və əsləhəyə dəxi olub, igidlik 

iddiasına həm düşərmiş və  məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış” (4, 113). 

Qalabəyi Məhəmməd xanın Vaqifə yazdığı cavabından gətirdiyiniz misralar bu cəhətdən maraqlıdır: 

Az qalıbdır yaşın yetirə yüzə

İndən belə bəsdir, dəm vermə sözə, 

Qılıncı, tüfəngi bağışla bizə, 

Kağız, qələm, dəvam, çuxanı saxla. (6, 9)  

Ağa  Məhəmməd  şah  Qacar  Şuşa  qalasını  33  gün  mühasirə  edirsə  də  xalqın  əzmini  qıra  bilmir. 

Qarabağ  xanlığı  yalnız  öz  qalasını  mühafizə  etmir.  O,  özünün  Yerevan  və  Gürcüstan  müttəfiqlərinə  də 

kömək göndərir. 

Qacar  ordusu  Şuşa  şəhərini  təslim  edə  bilmir.  Bu  vuruşmaların  şahidi  olan  Mirzə  Camal  Şuşanın 

müdafiəsində xalqın göstərdiyi qəhrəmanlığı təsvir edərək yazır ki: 

“Ol vəxtdə mən dəvanı və əhvalatı görürdüm. Qarabağ əhli-müsəlman öz qoşunu ilə xalqın hüzuruna 

cəngə amadə durmuşdu. 

Neçə dəfə Ağa Məhəmməd şah öz külli qoşunu ilə hücum etdi ki, qələni təsxir eləsin, amma İbrahim 

xanın rəşid və qoçaq süvari və piyadə əsakiri dilir olan sərkərdələri onun müqabilinə çıxıb mərdanə dəva 

edib, onu məyus və məğrub geri qaytardılar. Axırda Ağa Məhəmməd şahın əli boşa çıxıb Gürcüstan səmtinə 

üz qoydu” (10, 26-28). 




M.P.Vaqif və müasirlik 

 

 



9

Ağa  Məhəmməd  şah  Qacar  Şuşa  məğlubiyyətini  yaddan  çıxara  bilmirdi.  O,  Qafqaza  sahib  olmaq, 

İbrahim xandan və onun hazırcavab vəziri Vaqifdən intiqam almaq üçün fürsət gözləyirdi. 

Bu zaman  Rusiya orduları Qafqazdan geri çəkildi. Eyni zamanda təbii fəlakət nəticəsində Qarabağa 

dəhşətli bir aclıq düşdü. Belə bir fürsəti Ağa Məhəmməd xan əldən qaçırmayaraq, 1797-ci ildə böyük bir 

qüvvə ilə Araz çayını keçərək Şuşa üzərinə hərəkət edir. Bu gözlənilməz  hücum Qarabağ xanlığını çıxılmaz 

bir vəziyyət qarşısında qoydu. Aclıq və xəstəlikdən əhalinin böyük bir qismi baş götürüb o biri xanlıqlara 

köçdüyündən nə ordu toplamaq və onu təmin etmək imkanı oldu.  Odur ki, xan öz saray ərkanı ilə Şuşadan 

çıxıb şəhəri müharibəsiz təslim etməyə məcbur olur. 

İbrahim xanın öz adamları ilə Beyləqana qaynı Əmma xanın yanına gedir, lakin Vaqif şəhərdə qalır. 

Rəvayətə görə Vaqifin xan ilə birlikdə şəhərdən çıxmamasının mühüm bir dövlət sirri ilə əlaqədar olduğunu 

təxmin etməyə imkan verir. Şuşa qalası alındıqdan sonra Vaqif  həbs olunur. 

“Tarixi məxəzlərin verdiyi məlumata görə Vaqif cürətli, öz izzət-nəfsini qoruyan, mərd və mübariz bir 

şəxsiyyət olmuş, ölüm qarşısında belə düşmənə əyilməmişdir” 

Qacar  qoşunları  Şuşa  şəhərini  işğal  edir,  Vaqif  də  həbsə  alınıb,  səhər  öldürülmək  üçün  saxlanılır. 

Lakin Ağa Məhəmməd şah həmin gecə yatağında öldürülür. Vaqif həbsdən azad olur və dostu Molla Vəli 

Vidadiyə məşhur şeirini yazır: 

Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax! 

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! 

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, 

Hökmi-adil padşahi-qadirü qəhharə bax! 

İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda, 

Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! 

Vaqifa, göz yum cahanin baxma xubi züştinə 

 Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax! (6, 167) 

Qacarın  ölümündən  sonra  Şuşada  müvəqqəti  olaraq  İbrahim  xanın  qardaşı  oğlu  Məhəmməd  bəy 

Cavanşir xanlığı ələ keçirir. Məhəmməd bəy Cavanşir hər şeydən əvvəl əmisinin yaxın adamlarını aradan 

götürməyi qət edir. Ona görə də hamıdan əvvəl Vaqifi öldürmək üçün bəhanələr axtarır.  

Bunu hiss edən  Vaqif, ağır dəqiqələr keçirir. “Görmədim” rədifli məşhur müxəmməsini yazır: 

Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim, 

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. 

Aşinalar ixtilatında sədaqət görmədim, 

Biətü iqrarü imanü dəyanət görmədim, 

Bivəfadan lacərəm təhsili-hacət görmədim. 

Baş ağardı, ruzigarım оldu gün-gündən siyah

Еtmədim, səd hеyf kim, bir mahi rüxsarə nigah, 

Qədr bilməz həmdəm ilə еylədim ömrü təbah

Vaqifə, ya rəbbəna, öz lütfünü еylə pənah, 

Səndən özgə kimsədə lütfü inayət görmədim. (6, 199-201) 

Məhəmməd bəyə də könülsüz yazılmış bir şeir həsr edirsə də, bu şeir təsirsiz qalır. Vaqif İbrahim xana 

gizli məktub yazıb, necə qayıtmasını xahiş edir. Məktubu çarığında aparan kəndli tutulur. Məhəmməd bəy 

Vaqifi oğlu ilə birlikdə 1797-ci ildə Şuşa şəhərində öldürtdürür.  

 

Ədəbiyyat 



1. Araslı H. Bakı, Azərnəşr, 1952, s.7 

2. Бартолд В. История культурой жизни Туркистана. Л., 1927. 

3. Dadaşzadə A. Vaqif həyatı və yaradıcılığı. Azərbaycan  EA nəşr., 1966, 189 s. 

4. Köçərli F. Azərbaycan ədəbiyyatı tarixi materialları , I cild, I hissə,  1925. 

5. Qaradaği H. Təzkirə əlyazması. Azərb. SSR. EA. №7602. 

6. Molla Pənah Vaqif. Əsərləri. Azərb.Dövlət Nəşriyyatı, Bakı, 1968, 280 s. 

7. Molla Vəli Vidadi. Əsərləri. Bakı, 1957. 

8. Mirzə Adıgözəlbəy. Qarabağnamə. Bakı, 1950. 

9. Mir Mehdi Xəzani. Tarixi-Qarabağ. Bakı ,1950.  

 

 



 


Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə