Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə19/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   15   16   17   18   19   20   21   22   ...   274

M.P.Vaqif və müasirlik 

 

 



38

millətlər  arasında  ayrı-seçkilik  salmayan,  dini  ayrılığı  ortalığa  çıxarmayan,  həyat,  gözəllik  aşiqi  kimi  göz 

önündə canlanır. 

        Vaqif hələ öz sağlığında Cənubi Qafqazda da tanınmış, əsərləri yayılmışdır. Tədqiqatçılar göstərirlər ki, 

XVIII-XIX  əsrlərdə  gürcü  xalq  müğənnilərinin,  aşıqlarının  repertuarında  Vaqifin  qoşmaları  mühüm  yer 

tutmuşdur.  Bu  şeirlər  gürcü  əlifbası  ilə  həmin  müğənnilərin  dəftərlərinə  köçürülmüşdür.  Hazırda  gürcü 

əlifbası ilə yazıya alınmış həmin şeirlər Gürcüstan Elmlər Akademiyasının K.Kekelidze adına Əlyazmalar 

İnstitutunda və İ.Qrişaşvilinin kitabxana-muzeyində saxlanılır. Görkəmli gürcü yazıçısı Akaki Beliaşvilinin 

«Besiki»  romanı  bu  baxımdan  maraqlıdır.  Əsər  gürcü  şairi  və  siyasi  xadimi  Besiki  Qabaşvilinin  həyatına 

həsr edilmişdir. Burada şairin həyatı fonunda XVIII əsrdə baş vermiş mühüm sosial-siyasi hadisələr öz əksini 

tapmışdır. Romanda müəllifin Besiki ilə birlikdə onun azərbaycanlı müasiri Vaqifə də hörmət və məhəbbəti 

aydın hiss olunur (6, s. 122). 

         Azərbaycanın  görkəmli  yazıçısı  Y.V.Çəmənzəminlinin  “Qan  içində”  romanında  da  Vaqifin 

Gürcüstanla  əlaqələrinə geniş yer ayrılmışdır. Burada Gürcüstan hökmdarı II İrakli ilə danışıqlar aparmaq 

üçün Qarabağ xanlığı nümayəndə heyətinin Vaqifin rəhbərliyi ilə Tiflisə getməsi təsvir olunur. Vaqif qonşu 

gürcü xalqına xüsusi hörmət bəsləyir. O, II İraklinin 1783-cü ildə Rusiya ilə müqavilə bağlanmasını bəyənir, 

Cənubi Qafqaz xalqlarının Rusiya ilə ittifaqına yaxşı bir hal kimi baxır (7, s. 498). 

         Tədqiqatçıların  böyük  əksəriyyəti  Vaqifin  fəaliyyətinin  ən  müxtəlif  cəhətlərini  təhlil  edərək  belə  bir  

yekdil  qənaətə  gəlirlər  ki,  Vaqif,  hər  şeydən  əvvəl,  böyük  vətənpərvərdir,  öz  vətənini,  xalqını  və  dilini 

mümkün  olan  bütün  vasitələrlə  müdafiə  etmişdir.  Biz  də  hesab  ediriki,  böyük  dövlət  xadimi  haqqında 

tədqiqiatlar hələ bunda sonar da davam etməlidir və daha yeni faktlar, fikirlər elmi dövriyyəyə gətiriləcək. 

 

Ədəbiyyat 



1. http://lib.aliyevheritage.org/az/3313657.html. Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş 

gecədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Respublika Sarayı, 7 mart 1997-ci il. 

2. Ə.B.Haqverdiyev. Seçilmiş əsərləri. 2 cilddə. I c. “Lider Nəşriyyat. Bakı, 2005, 504 s. 

3.  Qarabağnamələr.  Qarabağ  xanlığının  1747-1845-ci  illərdə  siyasi  vəziyyətinə  dair.  Birinci  kitab.  Şəərq-

Qərb. Bak, 2006, 216 s. 

4. http://zim.az/elmi-meqaleler/3038-vaqif-yaradcl-aq-dbiyyat-il-klassik-poeziyann-qovanda.html. 

5.  Qarabağnamələr.  Qarabağ  xanlığının  1747-1845-ci  illərdə  siyasi  vəziyyətinə  dair.  İkinci  kitab.  Şəərq-

Qərb. Bakı, 2006, 288 s.  

6. Müşfiq Borçalı. M.P.Vaqif və Gürcüstan. Bakı, “Borçalı”, 2017, 172 s. 

7. Y.V.Çəmənzəmənlinin əsərləri. 3 cilddə. İkinci c. Avrasiya Press. Bakı, 2005, 664 s. 

 

BAXŞƏLİYEV SAMİR 



tarix üzrə fəlsəfə doktoru 

Azərbaycan Dövlət  Pedaqoji Universiteti 

 

MÜDRİK VƏZİR VƏ  AĞILLI SİYASƏTÇİ  



 

Açar sözlər: Vaqif, Qarabağ, diplomat, siyasət, tarix 

 

Wise vizier and clever politician 



 

      Vagif wise policy, and made a significant contribution to our people is one of the statesmen who. His 

work was  a  great experience. Vagif  saw a good education. He spoke in persian and arabic. Astranomiya, 

mathematics, music and poetry have extensive knowledge on. He worked as chief minister of the interior, 

and then in the Karabakh khanate vizier. Vagif high literacy and scientific knowledge has won the sympathy 

of all of us. 

 

Keywords: Vagif, Karabakh, diplomat, politics, history 



 

        Azərbaycanın tarixində müdrik siyasəti, xalqımızın mənafeyini, milli maraqlara cavab verən xidmətləri 

ilə  yadda  qalmış  dövlət  xadimlərindən  biri  də  Vaqif  olmuşdur.  Bu  görkəmli  tarixi  şəxsiyyətin  300  illik 

yubileyinin dövlət səviyyəsində keçirilməsinə hazırlıq işlərinin görülməsi heç də təsadüfi deyil (1). 

        Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, onun 

babaları   Bayat  tayfasından  olub.  Pənah  yaxşı  təhsil  görmüşdü.  O, fars və ərəb dillərində  danışır, 

astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq 



M.P.Vaqif və müasirlik 

 

 



39

Şəfi  əfəndinin  yanında  oxumuşdu.  Bəzi  salnaməçilər  belə  hesab  edirlər  ki,  sonrakı  təhsilini Gəncədə  və 

ya Təbrizdə almışdır.  

       Vaqif əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş 

və  elə  burada  da  Molla  Pənah  adını  almışdır.  Bu  zaman  onun  alimliyi  haqqında  xəbərlər  Molla  Pənahın 

yaşadığı ərazinin hüdudlarından çox-çox uzaqlara yayılır. 

        Tarixdən  məlumdur  ki,  XVIII  əsrin  ortalarında Gürcüstan sərhəddində  gərginlik  yaranır  və  bir  çox 

ailələr  Qazaxdan Qarabağ və Gəncəyə  köçürülürlər.  Vaqifin  ailəsi  də  köçkünlərin  arasında  idi.  Bu  ailə 

Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Aldığı cüzi maaş 

böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayırdı (3, s. 140). 

       Qarabağa gəldikdən  sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda 

şəhər sakinləri arasında həm müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ 

hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər. 

       Vaqifin  saraya  gəlməsi  barədə  bir  neçə  rəvayət  mövcuddur.  Bunlardan  birinə  əsasən,  Vaqif  ayın 

tutulması və zəlzələ olacağı haqda əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahimxəlil 

xan bu bacarıqlı münəccimlə tanış olur və Vaqifin dərin ağıl və zəkasını görən xan ona sarayda qalıb işləmək 

təklifi  verir.  Başqa  bir  rəvayətə  görə,  hələ  Gəncədə  ikən  Vaqif  Gəncə  xanı Cavad  xana bir  şikayətçinin 

dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdirir. Lakin 

İbrahimxəlil xanın təkidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir (3, s. 144). 

        Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəl eşikağası, yəni, daxili işlər 

naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərmişdir. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada 

da hamının rəğbətini qazanır. 

         Bundan başqa Vaqif astronomiya ilə ciddi məşğul olmuş, bu sahədəki biliklərini təcrübi olaraq günəş 

tutulmalarının  və  digər  təbii  hadisələrin  müəyyənləşdirilməsi  üçün  istifadə  edir,  astroloji  biliklərini  isə 

sarayda münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı 

da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq 

hesablamalar aparması da bəllidir. 

        “Qarabağnamələrdə” yazıldlğı kimi, Qarabağ xanlığının vəziri kimi Vaqif özünü layiqli dövlət xadimi, 

müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir (4, s. 182). 

         Vaqif Molla Vəli Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən 

yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqifin yaxın 

dostlarından biri – Hüseyn xan Müştaq 22 il Şəki xanı olmuşdu, Vaqifin onunla da şeirləşdiyi bəllidir. 

        Vaqif saraya düşdükdən sonra özü sünni olsa da, xanın inandığı şiə məzhəbini qəbul edir. Birinci vəzir 

olduqdan  sonra  xanlığın  xarici  siyasətinə  rəhbərlik  edir.  O  vaxt  Azərbaycanda  vəziyyət  çox  gərgin  və 

mürəkkəb  idi. 1747-ci  ildə Nadir  şah  Əfşarın  öldürülməsindən  sonra  Azərbaycanda  müstəqil  xanlıqlar 

yaranmışdı.  Lakin  bu  xanlıqların  müəyyən  iqtisadi,  siyasi  və  hərbi  uğurlarına  baxmayaraq,  onların  başı 

üzərində  hər  an  öz  müstəqilliklərini  itirmək  təhlükəsi  dolaşırdı.  Fasiləsiz  feodal  müharibələri  və  güclü 

qonşuların basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən 

dəstək  alsın.  İbrahim  xan  Gürcüstanla  ittifaqa  girir  və  birlikdə  Rusiyadan  dəstək  istəyirlər. 1783-cü  ildə 

gürcü  çarı  II  İrakli  Rusiya  təbəəliyini  qəbul  edir  və  Vaqif  bir  il  sonra Tiflisdə  həmin  ölkələr  arasında 

müqavilənin imzalanması mərasimlərində iştirak edir. 

       1783-cü ildə İbrahimxəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki, Qarabağ xanlığını 

Rusiya təbəəliyinə qəbul edilsin. İbrahim xan çətin bir seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda 

hakimiyyətə  gəlmiş Ağa  Məhəmməd  şah  Qacarı  seçməli  idi.  İbrahimxəlil  xan  çox  düşünmədən  Rusiyaya 

üstünlük verir. 1795-ci ildə Ağa Məhəmməd xan Qarabağa yaxınlaşanda, İbrahimxəlil xan II İrakli ilə daha 

artıq  yaxınlaşmağa  başlayır.  Vaqif  Qacara  qarşı  birləşmək  üçün  İbrahimxəlil  xan,  II  İrakli,  İrəvan  hakimi 

Məhəmməd xan və Talış hakimi Mir Mustafa xanla  danışıqlarda iştirak edir. 

       Qarabağ  üzərinə  yürüşə  hazırlaşarkən  Ağa  Məhəmməd  şah  İbrahimxəlil  xandan  ona  tabe  olmasını  və 

bunun  rəmzi  kimi  oğlunu  onun  yanına  girov  göndərməsini  tələb  edir.  İbrahimxəlil  xan  buna  razı 

olmur. 1795-ci  ildə  Ağa  Məhəmməd  xanın  qoşunları  Araz  çayını  keçərək,  Şuşa  istiqamətində  irəliləməyə 

başlayırlar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. O vaxt Şuşanın 33 

günlük  mühasirəsi  qalanın  müdafiəçilərini  sarsıtmır  və  şah  məcbur  olub,  mühasirəni  dayandıraraq, 

Gürcüstana yola düşür (2, s. 443). Qalanın müdafiəsində Vaqif özü də şəxsən iştirak etmişdi. 

        1796-cı  ildə  qraf V.Zubovun başçılıq  etdiyi  rus  qoşunları  Şamaxıdan  keçərək,  Qarabağ  sərhədlərinə 

gəlir. İbrahimxəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətə Vaqif və 

tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil olurlar (4, s. 251). 

        1796-cı  ildə  II  Yekaterina  vəfat  edir.  Yeni  imperator I  Pavel Qafqazdakı  rus  qoşunlarını  geri  çağırır. 

Qacar  bundan  istifadə  edərək,  həmin  il  o,  yeni  yürüşə  çıxır  və  bu  yürüşünü  Şuşadan  başlayır.  Bu  dəfə 




Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə