Microsoft Word ulker dissertasiya docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix26.10.2017
ölçüsü0,58 Mb.
#6832
1   ...   16   17   18   19   20   21   22   23   24

65 

 

reallaşdırılması, onun hüquqi təminatı və tənzimlənməsi. 



Dövlət  idarəçiliyinin  müxtəlif  səviyyələrdə  (vətəndaşlar,  ailələr,  əmək 

kollektivləri,  ictimai  birliklər  və  dövlət  strukturu)  təkmilləşdirilməsi  müxtəlif 

analitik təhlillərin aparılmasını tələb edir. Bu nöqteyi-nəzərdən dövlət idarəçiliyinin 

səmərəliliyinin  təhlili  və  təkmilləşdirilməsinə  kompleks  yanaşma  üslubundan 

istifadə edilməlidir. 

Dövlət  hakimiyyəti  və  yerli  özünü  idarəetmə  orqanlarının,  ayrı-ayrı  vəzifəli 

şə

xslərin  hesabatları  dövlət  idarəçiliyinin  səmərəliliyinin  obyektiv  təhlili  və 



təkmilləşdirilməsi,  həyatın  müxtəlif  məsələri  üzrə  kütləvi  müzakirələr  və 

səsvermələrə əsaslanmalıdır. 

Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi 

ictimai  təşkilatların  hüquqi  vəziyyətini  müəyyən  edərək  onların  fəaliyyətini 

mühafizə  edir.  ctimai  təşkilatların  hüquq  və  mənafelərini  isə  məhkəmə, 

prokurorluq və başqa dövlət orqanları qoruyur. 

Dövlət  iqtisadi  bazis  üzərində  siyasi  üstqurumdur.  Siyasi  sistemin  bütün  təşkilati 

qurumları  olan  dövlət  təşkilatları,  ictimai  təşkilatlar,  əmək  kollektivləri  dövlət  və 

ictimai  həyatın  hüquqi  əsasını  təşkil  edən  qanunlar  çərçivəsində  fəaliyyət 

göstərirlər. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd 

və vəzifələri, idarəetmə qurumları və funksiyaları da dəyişir. Buna müvafiq surətdə 

dövlət anlayışına müxtəlif baxışlar mövcuddur. 

Dövlət  idarəçiliyinin  səmərəliliyinin  təkmilləşdirilməsində  aşağıdakılar 

xüsusi əhəmiyyət kəsb edir: 

ctimai  fikrin  mütəmadi  olaraq  müəyyən  edilməsi  və  ümumiləşdirilməsi 

müvafiq  informasiyanın  toplanması  və  təhlilinin  müxtəlif  metodlarından  istifadə 

olunması: 

  Dövlət  idarəçiliyinin  xarakteri  və  səviyyəsi  ilə  əlaqədar 

qiymətləndirmə. Nəticələr müvafiq sosioloji tədqiqatlara əsaslanmalıdır; 

 

ctimai  fikrin  prioritetliyini  və  hörmətini  saxlamaq  məqsədi  ilə  aktiv 



normativ və praktiki tədbirlərin həyata keçirilməsi; 


66 

 

 



darəetmədə  yol  verilmiş  nöqsanlarla  və  buraxılan  səhvlərlə  əlaqədar 

vətəndaşların  müraciətlərinin  araşdırılması  və  idarəetmə  prosesinin 

təkmilləşdirilməsi; 

  Neqativ hadisələr və proseslərlə əlaqədar informasiya axınlarının daha 

tam  təhlil  edilməsi  və  yol  verilməz  halların  aradan  qaldırılması  üçün 

idarəçilik qərarla-rının qəbul edilməsi; 

  Dövlət  idarəçilyi  orqanlarının  və  dövlət  qulluqçularının  daha  çox  və 

bilavasitə vətəndaşlarla geniş təmasda və dialoqda olmaları. 

Dövlət  idarəçiliyinin  təhlili  və  təkmilləşdirilməsində  aşağıda 

göstərilən tələblərə xüsusi fikir verilməlidir: 

  dövlət idarəçiliyində işçilərin sayının azldılması; 

  dövlət idarəçiliyində idarəçilik xərclərinin azaldılması; 

  əhaliyə  xidmət  göstərən  idarələr  arasında  rəqabətin  inkişafının 

gücləndirilməsi; 

  özəl sektora çox böyük imtiyazların verilməsi; 

  dövlət  təşkilatlarının  fəaliyyətinin  nəticə  göstəricilərinin  müqayisəli 

təhlili; 

  dövlət qulluqçularına inamın, etibarın aşağı düşməsinə yol vermək; 

  iş vaxtından tam məhsuldar istifadə etmək; 

  iş rejiminə nümunəvi əməl etmək; 

  dövlət sahibkarlığının inkişafına geniş imkan yaratmaq; 

  dövlət  idarəçiliyinin  təkmilləşdirilməsi  və  onun  səmərəliliyinin 

yüksəldilməsi  məqsədilə  “Dövlət  idarəçiliyinin  xüsusi  informasiya  bazası 

və informasiyatelekommunikasiya mərkəzi”nin yaradılması; 

  əhalinin maddi və mənəvi rifah halının durmadan yaxşılaşdırılması ilə 

ə

laqədar layihələrin işlənib hazırlanması və həyata keçirilməsi; 



  fövqəladə  halların  idarə  edilməsinin  və  həyat  fəaliyyətinin 

təhlükəsizliyinin  təmin  edilməsinin  dövlət  tənzimlənməsi  mexanizminin 

tətbiqinin təmin edilməsi; 



67 

 

  ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsinin dövlət tənzimlənməsi 



mexanizminin tətbiqinin təmin edilməsi; 

  ölkədə  resursların  (təbii,  material-texniki,  enerji,  əmək  və  maliyyə) 

idarə  edilməsinin  dövlət  tənzimlənməsi  mexanizminin  tətbiqinin  təmin 

edilməsi; 

  ölkədə  idarə  edilməsinin  dövlət  tənzimlənməsi  mexanizminin 

tətbiqinin təmin edilməsi; 

  ölkədə  sosial  fövqəladə  halların  aradan  qaldırılmasının  dövlət 

tənzimlənməsi mexanizminin tətbiqinin təmin edilməsi; 

  ölkədə  əhalinin  mənzil-məişət  şəraitinin  yaxşılaşdırılmasının  idarə 

edilməsinin dövlət tənzimlənməsi mexanizminin tətbiqinin təmin edilməsi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




68 

 

3.3.  Dövlət idarəçiliyinin strateji proqramları 

 

Dövlət ərazi hüdudlarımızda mövcud olan potensial ehtiyatlardan maksimum 



istifadə  etməklə  gələcəkdə  strateji  məqsədlərə  nail  olmaq  üçün  proqramlar  işləyib 

hazırlamışdır.  Bu  proqramlar  iqtisadi  yüksəlişə,  bölgədə  artan  nüfüza  dəlalət 

etməklə yanaşı vətəndaşların həyat səviyyələrini yüksəltməyə xidmət edir. Dəyişən 

iqtisadi  proseslərin  mənfi  təsirlərindən  sığortalanmış  bu  proqramlar  böyük 

layihələrin  gercəkləşməsi  üçün  hesablanmış,  planlaşdırılmış  addımlar  ardıllığını 

özündə birləşdirir.  

Dövlət  sturuktur  siyasəti  strateji  məsələləri  həyata  keçirmək  üçün  məqsədli 

proqramlardan  geniş  istifadə  edir.  Bu  zaman  iqtisadi  proseslərin  gedişinə  və 

iqtisadiyyatın strukturuna təsir göstərməklə dövlət vacib olan problemləri həll edir. 

Bu  zaman  məqsəd  kimi  ümummilli  səviyyəli  məsələlər,  məsələn:  sahibkarlığın 

inkişaf  etdirilməsi,  texnoloji  infrastrukturun  inkişaf  etdirilməsi  və  tətbiqi  ilə  milli 

iqtisadiyyatın  səmərəli  inkişafına  nailolma  və  s.  kimi,  yaxud  da  kiçiksəviyyəli, 

məsələn: konkret müəssisənin inkişaf probleminin həlli

43



qtisadi  inkişafın  proqramlaşdırılması  bütün  iqtisadiyyatın  və  ayrı-ayrı 

sahələrin,  sferaların  inkişafının  proqramlarının  işlənib  hazırlanması  və 

reallaşmasıdır. Proqramlar dövlətin bir başa  iqtisadiyyata aktiv müdaxiləsinin aləti 

olmaqla təkrar istehsal prosesində tətbiq edilir. Proqramlar büdcə siyasətinin həyata 

keçirilməsindəəsas  rol  oynayaraq  iqtisadiyyatda  mövcud  olan  sosial  iqtisadi 

məqsədləri  müəyyən  etmək  və  bu  məqsədlərə  nail  olmaq  üçün  tədbirlərin  işlənib 

hazırlanmasını təşkil edir.  

Ə

gər ölkəmizdə kecidin ilkin mərhələsində proqramlaşdırma inzibati amirlik 



sisteminə xas olan tədbirlər vasitəsilə həyata keçirilirdisə, artıq formalaşan qarışıq 

iqtisadiyyatı  şəraitində  o  daha  çox  iqtisadi  tədbirlərə  üstünlük  verərək  işlənir. 

Proqramlar işlənib hazırlanarkən aşağıdakı mərhələlər həyata keçirilir: 

1) 


Problemin təyin edilməsi və onun aktuallığının müəyyənləşdirilməsi. 

                                                            

43

qtisadiyyatin  dövlət  tənzimlənməsinin  əsaslari  (metodiki  vasitə)  M.A.ƏHMƏDOV  A.C.HÜSEYN,  



Bakı 2011, səh 26 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə