Microsoft Word ulker dissertasiya docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix26.10.2017
ölçüsü0,58 Mb.
#6832
1   ...   16   17   18   19   20   21   22   23   24

62 

 

Ümumi iştirak: 



Həm kişilərin, həm də qadınların idarəçilikdə iştirakı; 



darəçiliyin birbaşa, qanuni vasitəçi institutlar və ya nümayəndələr tərəfindən 

həyata keçirilməsi; 

Bir  tərəfdən  birliklərin  azadlığı  və  digər  tərəfdən  sivil  cəmiyyətin 

mövcudluğu. 

Qanunun aliliyi: 

Bərabərliyi,  ədaləti  təmin  edən  və  fəaliyyətin  aydın  sərhədlərini  müəyyən 

edən qanunların mövcudluğu; 

nsan hüquqlarının, xüsusilə, azlıqların hüquqlarının müdafiəsi; 



Müstəqil,  ədalətli  məhkəmə  hakimiyyətinin  və  korrupsiyadan  hüquq-

mühafizə orqanlarının mövcudluğu.   

Şə

ffaflıq: 



Qərar  qəbulu  və  qərarların  təsir  sərhədləri  mövcud  qanun-qaydalara  uyğun 

həyata keçirilməlidir; 

Qərarlar  haqqında  məlumatlar  açıq  olmalıdır  və  qərarların  təsir  sahələri 

(obyektlər) tərəfindən qəbul olunan olmalıdır. 

Operativlik: 

Bütün  steykholderlərin  maraqları  institutlar  və  proseslər  vasitəsilə  müəyyən 

vaxt çərçivəsində təmin olunmalıdır.  

Konsensusa orientasiya: 

Ümumi cəmiyyətə daha çox xidmət edən qərarların qəbul olunması; 



Cəmiyyətin  stabil  inkişafını  təmin  edən  uzunmüddətli  perspektivlərin 

mövcudluğu. 

Ə

dalət və bərabərlik: 



Bütün  cəmiyyət  üzvləri  idarəçilikdə  öz  rolunu  və  əhəmiyyətini  hiss 

etməlidirlər; 

Bütün  qrup  insanlara,  xüsusilə  daha  çox  ehtiyacı  olanlara  öz  vəziyyətlərini 

yaxşılaşdırmaq imkanı yaradılmalıdır. 



63 

 

Effektivlilik və nəticəlilik: 



Cəmiyyətin  ehtiyaclarını  ödəyən  qərarlar  qəbul  edən  subyektlər  öz 

səliyyətlərində olan resurslardan effektiv istifadə etməlidirlər; 

Ə

traf mühitin mühafizəsi və təbii resurslardan qənaətlə istifadə olunma.  



Məsuliyyət və hesabatlılıq: 

Dövlət  institutları  da  özəl  sektor  və  vətəndaş  cəmiyyəti  təşkilatları  kimi 

məsuliyyətli  olmalı,  cəmiyyət  və  institusional  steykholderlərə  hesabat 

verməlidirlər; 



Ümumiyyətlə,  hesabatlar  təşkilat  və  institutların  qərar  və  fəaliyyətinin  təsir 

dairəsinə daxil bütün subyektlərə və obyektlərə verilməlidir. 

          Yuxarıda sadalanan və yaxşı idarəçiliyi xarakterizə edən səkkiz əlaməti həm 

də dövlət idarəçiliyinin keyfiyyətini müəyyən edir. BMT metodikasına görə dövlət 

idarəçiliyinin  keyfiyyətini  müəyyən  edən  dəyərlər  “hüquqi”,  “siyasi”,  “idarəetmə” 

və “universal təşkilati” yanaşmalara uyğun qruplaşdırılır: 

Hüquqi  yanaşmanın  dəyərləri  –  bu  dəyərlərə  yaxşı  idarəçiliyin  “qanunun 

aliliyi” və “ədalət və bərabərlilik” əlamətləri daxildir; 

Siyasi  yanaşmanın  dəyərləri  –  bu  dəyərlərə  yaxşı  idarəçiliyin  “ümumi 

iştirak”, “operativlik” və “konsensusa orientasiya” əlamətləri daxildir; 

darəetmə  yanaşmasının  dəyərləri  -  bu  dəyərlərə  yaxşı  idarəçiliyin 

“effektivlilik və nəticəlilik” əlaməti daxildir; 

Universal təşkilati dəyərlər    -   bu dəyərlərə yaxşı idarəçiliyin “şəffaflıq” və 

“məsuliyyət və hesabatlılıq” əlamətləri daxildir. 

Son dövrlərdə dövlət idarəçiliyində idarəetmə üslübü üzrə problemin böyük 

bloku  idarəçi  kadrlarm  hazırlanması  və  cəlb  edilməsidir.  Burada  dövlət  aparatı 

məmurlarının  ştat  tərkibinin  optimal  strukturu  məsələləri,  dövlət  təşkilatları 

heyətinin  idarə  edilməsi,  mentalitet  və  peşəkar  dövlət  qulluqçularmm  iş  üslubuna 

olan  tələb,  liderlik  problemi,  bürokratizimlə  mübarizə  problemi  tədqiq  olunur

42



                                                            



42

Dövlət və bələdiyyə idarəçiliyi, (dərslik) Bakı 2010, səh 20 




64 

 

Yeni əsrdə ölkəmizdə kadr siyasətinin müasir tələblərə uyğun aparılması üçün real 



zəmin formalaşmışdır. 

Dövlət, hakimiyyətinin vahid ərazisi, həmin ərazidə yaşayan əhali və həmin 

ə

haliyə  aid  olan  hakimiyyətlə  xarakterizə  olunur.  Dövlət  bütün  ölkə  miqyasında 



siyasi  hakimiyyətin  vahid  ərazi  təşkilatıdır.  Ərazi  əlaməti  məkan  bölgüsü  nəzərə 

alınmaqla, dövlət aparatının fəaliyyətini və formalaşma xarakterini şərtləndirir. 

Dövlət  idarəçilyinin  nəticəsi  iqtisadi  tərəqqidə  və  vətəndaşların  maddi  rifah 

halında, sosial və mənəvi sferada, ictimai-hüquqi təhlükəsizlikdə və həyatın bütün 

sahələrində,  beynəlxalq  əməkdaşlığın  genişləndirilməsində  görünür.  Bütövlükdə 

cəmiyyətin,  ayrı-ayrılıqda  hər  bir  vətəndaşın  dövlət  idarəçiliyinin  qənaətbəxş  və 

səmərəliliyi  ilə  əlaqədar  öz  şəxsi  fikri  vardır.  Dövlət  idarəçiliyi  keyfiyyətinin 

adamlar  tərəfindən  qiymətləndirilməsi  heç  də  ixtisaslı  mütəxəssisləri  və  ictimai 

ə

həmiyyətli təhlilini əvəz edə bilməz. 



Təəssüf ki, dünya birliyi ölkələrinin, hətta inkişaf etmiş ölkələrin heç birində 

dövlət  idarəçiliyinin  səmərəliliyinin  təkmilləşdirilməsi  təcrübəsinin  müvafiq 

mexanizmi tam formalaşmamışdır.  

Dövlət  idarəçiliyinin  səmərəliliyinin  təkmilləşdirilməsi  ən  azı  aşağıdakı 

müqayisələr əsasında aparılmalıdır: 

  cəmiyyətin tələbat və ehtiyaclarına müvafiq məqsədlərin dövlət idarəçiliyi 

prosesində həyata keçirilməsi; 

  məqsədlərin  idarəçilik  prosesində  reallaşdırılması,  obyektiv  dövlət 

idarəçiliyinin qərar və fəaliyyətinin müvafiq nəticələri ilə tutuşdurulması; 

  dövlət  idarəçiliyinin  obyektiv  nəticələrinin  cəmiyyətin  tələbatları  və 

mənafeləri ilə tutuşdurulması; 

  dövlət  idarəçilyi  ilə  əlaqədar  ictimai  məsrəflərin  müvafiq  obyektiv 

nəticələrlə tutuşdurulması; 

  mümkün  olan  idarəçilki  potensialının  onun  real  istofadə  dərəcəsi  ilə 

tutuşdurulması; 

  bütövlükdə cəmiyyətin real tələbat və ehtiyaclarının dövlət idarəçiliyi ilə 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə