Microsoft Word ulker dissertasiya docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix26.10.2017
ölçüsü0,58 Mb.
#6832
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

47 

 

1. 



Bazar  sisteminin  səmərəli  fəaliyyətinə  şərait  yaradan  ictimai  mühitin 

və hüquqi bazanın təmin edilməsi. 

2. 

Rəqabətin müdafiəsi. 



3. 

Gəlir və sərvətlərin yenidən bölgüsü. 

4. 

Milli məhsulun quruluşunu dəyişmək məqsədi ilə ehtiyatların 



bölgüsünü təkmilləşdirmək. 

5. 


qtisadiyyatın sabitləşdirilməsi. 

Qarışıq  iqtisadiyyat  yeni  iqtisadi  mexanizmin  yaradılması  və  hüquqi  bazanın 

təmin  edilməsini  tələb  edir.  Sərbəst  qtisadiyyat  yaratmaq,  möhkəm  qtisadi 

sabitliyə  nail  olmaq,  işsizlik  və  inflyasiyanın  qarşısını  almaq,  sosial  ədalətliyi, 

qtisadi  artımı,  bazar  infrastrukturunu  təmin  etmək  üçün  güclü  hüquqi  təminat 

yaratmaq lazımdır. 

qtisadiyyatın  normal  tənzimlənməsi  və  səmərəli  fəaliyyəti  üçün  dövlətin 

hüquqi təminatı və müdafiəsi sahəsindəki işi onun başlıca funksiyası kimi çıxış edir. 

Heç  də  təsadüfi deyildir  ki,  I.Kant  göstərir  ki,  « qtisadiyyat  ədalətli  yox,  səmərəli 

olmalıdır». 

Dövlət  səmərəli  müasir  iqtisadiyyatını  təmin  etmək  üçün  mülkiyyət 

inhisarçılığını  aradan  qaldırmaq,  özəlləşdirmə,  xüsusi  sahibkarlıq,  sosial  - qtisadi 

inkişafa stimul yaradan vergi sisteminin tətbiq edilməsi, maliyyə-kredit sisteminin 

normal  tənzimlənməsi,  bazar  infrastrukturunun  yaradılması,  xarici  - qtisadi 

ə

laqələrin  düzgün  təşkili,  əhalinin  sosial  müdafiəsi,  ətraf  mühitin  və  ekoloji 



vəziyyətin sağlamlaşdırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi və s. sahələr 

üzrə müvafiq qanunlar işləyib hazırlayır və qəbul edir. 

qtisadiyyat  dövlət  işindən  vətəndaş  cəmiyyətinin  əsas  işinə  çevrilməlidir. 

Qarışıq iqtisadiyyatında dövlət iqtisadi münasibətlərdə artıq inhisarçı subyekt kimi 

yox, bazarın iştirakçılarından biri kimi çıxış edir. 

Dövlət  inhisarçılığını  aradan  qaldırmaq  və  sərbəst  qtisadiyyat  yaratmaq 

məqsədi  ilə  iqtisadi  həyatın  tamamilə  yeni  və  hərtərəfli  normativ  hüquqi  bazasını 

yaratmaq lazımdır. 




48 

 

Qarışıq iqtisadiyyatında dövlət xüsusi mülkiyyət hüququnu və bu mülkiyyətin 



istifadəsindən mənfəət əldə etmək hüququnu müəyyənləşdirir və təsbit edir. Dövlət 

tərəfindən xüsusi mülkiyyətin müdafiəsi torpaq, fabrik, dükanla yanaşı, intellektual 

mülkiyyətə  də  aiddir.  Əks  halda,  şirkətlər  və  sahibkarlar  intellektual  sahəyə 

investisiya qoymazlar. 

Mülkiyyət hüququnu müəyyənləşdirib, onu qorumaqla, səmərəli hüquqi sistem 

yaratmaqla  dövlət  əmtəələrin  və  xidmətlərin  xüsusi  bazarlarının  səmərəli 

fəaliyyətinə, onlara cəmiyyət tərəfindən yardım göstərilməsinə nail olur. 

Rəqabət,  sözün  əsl  mənasında,  iqtisadiyyatının  əsas  hərəkətverici  qüvvəsidir. 

Rəqabət  əmtəə  istehsalçısını  məhsulun  keyfiyyətini  yüksəltməyə,  onun  çeşidini 

yaxşılaşdırmağa,  istehsal  xərclərini  aşağı  salmağa  sövq  edir.  Bütün  bunlar  isə 

yüksək  keyfiyyətli  məhsul  istehsal  etmək,  istehlakçıların  tələbatını  ödəmək, 

məhsulların  qiymətlərini  aşağı  salmaq  və  mənfəətin  artmasına  səbəb  olur.  Qarışıq 

iqtisadiyyatı  iqtisadiyyatda  inhisarçılığın  aradan  qaldırılması  və  rəqabət  mühitinin 

yaranmasını tələb edir. 

Dövlət  iqtisadiyyatda  inhisarçılığı  qadağan  etmək,  qtisadi  sistemdə  yüksək 

rəqabət  səviyyəsini  yaratmaq  üçün  antiinhisar  qanunları  qəbul  edir.  Bu  məqsədlə 

respublikada «Haqsız rəqabət» və «Antiinhisar fəaliyyəti haqqında» qanunlar qəbul 

edilmişdir.  «Haqsız  rəqabət»  qanunu  bazar  subyektlərinin  haqsız  rəqabət 

metodlarının  tətbiqi  üçün  məsuliyyətini  müəyyən  edir  və  sahibkarlıq  fəaliyyətinin 

ə

dalətli  üsullarla  aparılmasına  hüquqi  təminat  yaradır.  Haqsız  rəqabət 



qanunvericilik  aktları  ilə  qadağan  olunur  və  bu  metodlardan  istifadə  edənlər 

məsuliyyətə cəlb olunurlar. 

 Qeyd etmək lazımdır ki, bir çox hallarda dövlət tənzimlənməsi və antiinhisar 

siyasəti  rəqabəti  gücləndirmək  əvəzinə  onu  bəzən  zəiflədir.  Bu  siyasətə  əmtəə  və 

xidmətlərin istehsalına müstəsna lisenziyalar verilməsi, vergilər, xarici malların və 

xidmətlərin  idxalını  məhdudlaşdıran  kvotalar,  əmək  haqqını  müəyyənləşdirən 

lisenziyalar və s. daxildir. Məhdudiyyətlər əlverişli deyil və yalnız bir qrup azsaylı 

insanların  arzusu  ilə  qəbul  edilə  bilər.  Bu  isə  cəmiyyətin  qalan  üzvləri  üçün 




49 

 

səmərəli deyil. 



Dövlətin rəqabətə kömək köstərmək üçün tətbiq etdiyi qanunlar və tənzimləmə 

tədbirləri  ardıcıl  olaraq  həyata  keçirilməli  və  bu  sahədə  dünya  dövlətlərinin 

təcrübəsi nəzərə alınmalıdır. 

Qarışıqiqtisadiyyat  şəraitində  dövlətin  rol  və  məsuliyyətinin  artması, 

funksiyalarının genişlənməsi  qtisadiyyatın normal inkişafına əsaslı təsir edir ki, bu 

da ölkədə sabitliyin təmin edilməsinə gətirib çıxarır. 

Dünyanın  aparıcı  iqtisadçıları  dövləti  maliyyə,  büdcə  və  pul  -  kredit  siyasəti 

vasitəsi ilə iqtisadiyyatın sabitləşdirilməsi, böhranın, işsizliyin, inflyasiyanın aradan 

qaldırılmasının mümkünlüyünün elmi yollarını işləyib hazırlamışlar. 

Maliyyə  -  büdcə  siyasəti  yüksək  işsizlik  və  zəif  inflyasiya  dövründə  milli 

qtisadiyyatın stimullaşdırılması, yaxud sürətli inflyasiya və aşağı səviyyəli işsizlik 

dövrlərində  onun  ləngidilməsinə  yönəldilmiş  dövlət  xərclərinə  və  vergiqoyma 

problemlərinə toxunur. 

Ölkədə  iqtisadi  artımı  təmin  etmək  və  insanların  maddi  rifahını 

yaxşılaşdırmağın əsas amili sabitlikdir. Sabitlik iki yerə bölünür: siyasi sabitlik və 

maliyyə sabitliyi. Respublikada siyasi sabitlik möhkəmlənir. Bu isə xarici və daxili 

sərmayədarlar üçün çox vacib göstəricidir.  

Maliyyə  sabitliyi  isə  inflyasiyanın  səviyyəsi,  büdcə  kəsirinin  azaldılması, 

manatın  alıcılıq  qabiliyyətinin  artması  və  dollara  nisbətdə  məzənnəsinin 

möhkəmlənməsi və s. məsələləri əhatə edir. Dövlət həyata keçirdiyi iqtisadi siyasəti 

respublikanın ən vacib, aktual problemlərinin həllinə yönəldib. Bu birinci növbədə 

istehsalı  dirçəltmək  və  onun  əsasında  əhalinin  həyat  səviyyəsini  yüksəltməkdən 

ibarətdir. 

Dövlətin  iqtisadi  siyasətində  üstünlük  banklardan,  ticarət  -  kommersiya 

strukturlarından istehsala keçməlidir. Onun vasitələrindən biri dövlətin təkmil vergi 

siyasəti yeritməsidir. 

Müxtəlif  mülkiyyət  formalarına,  rezident  və  qeyri  -  rezident  müəssisə  və 

təşkilatlara  bərabər  vergi  dərəcəsi  tətbiq  etmək,  güzəştləri  minimuma  endirmək, 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə