Microsoft Word ulker dissertasiya docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix26.10.2017
ölçüsü0,58 Mb.
#6832
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

50 

 

vergi  bazasını  genişləndirmək,  istehsal  sahələrinə  kapital  qoyuluşunu 



stimullaşdıran,  bazar  qtisadiyyatı  tələblərindən  irəli  gələn  çevik  vergi  siyasəti 

yeritmək lazımdır. 

Maliyyə - sənaye qruplarının yaranması, inteqrasiyanın dərinləşməsi, istehsal, 

ticarət,  bank  strukturlarını  bir  təşkilati-hüquqi  formada  birləşməsi  və  qiymətli 

kağızlar  bazarının  yüksək  səviyyəyə  çatması  dövlətə  imkan  verir  ki,  vahid  vergi 

dərəcəsi tətbiq etsin. 

Dövlətin  yerinə  yetirmiş  olduğu  maliyyə  siyasətində  maliyyə  nəzarətindən 

geniş  istifadə  edilir.  Maliyyə  nəzarəti  funksiyası  istehsalçıların  gəlirlərinin  dövlət 

tərəfindən aşkar edilməsində və qeydiyyatında ifadə olunur. Vergi qanununa görə, 

bu gəlirlərin bir hissəsi vergilər şəklində sosial və digər ümumdövlət ehtiyaclarının 

ödənilməsi  üçün  dövlət  büdcəsinə  daxil  olur.  Dövlət  vergilərin  xərclənməsinin 

düzgünlüyünə nəzarət edir. 

Dövlətin yerinə yetirmiş olduğu funksiyalardan biri sosial funksiyadır. Sosial 

funksiya əhalinin sosial müdafiəsini, bütün cəmiyyət üzvləri üçün onların nemətlər 

istehsalında  bilavasitə  iştirakından  asılı  olmayaraq  normal  həyat  şəraitini  təmin 

etməyə  xidmət  edir.  Müasiriqtisadiyyata  keçid  nəticəsində  inzibati  -  amirlik 

sistemində dövlət tərəfindən bərabərçilik prinsipi üzrə sosial nizamasalma tədricən 

aradan  qaldırılır.  Qarışıqiqtisadiyyat  istehsalçıların  və  istehlakçıların  azaldığı, 

müstəqilliyi,  iqtisadi  sərbəstliyi  ilə  şərtlənir.  Hal-hazırkiiqtisadiyyatı  əhalini  fəal 

iqtisadi fəaliyətə cəlb edir, onlarda sahibkarlıq, maddi  maraq, qanun və hüquqlara 

riayət etmək vərdişləri tərbiyə edir. 

Dövlətin  sosial  sahədə  həyata  keçirdiyi  funksiya  ilk  növbədəəhalinin  təhsil, 

səhiyyə, sosial müdafiə, sosial təminatı və s. sahələrdə işlərin aparılmasında özünü 

göstərir. 

Dövlət  əhalinin  tam  və  səmərəli  məşğulluğunu,  ictimai  tələbatı  nəzərə 

alınmaqla  əmək  qabiliyyətli  bütün  əhalinin  qabiliyyətinə,  təhsilinə  və  peşəsinə 

uyğun işlə təmin edən elmi - texniki, iqtisadi və sosial tədbirlər kompleksini həyata 

keçirir. Qarışıq iqtisadiyyatlaəlaqədar olaraq maddi nemətlərin bölgüsü istehsalçılar 




51 

 

və istehlakçılar arasında qeyri - bərabər bölüşdürülür. Burada bazar və kommersiya 



prisnipləri inkişaf edir. 

Bununla  yanaşı  olaraq,  dövlət  xəstələrin,  əlillərin,  qocaların,  tələbələrin, 

uşaqların sosial təminatı məsələsini öz üzərinə götürür. 

Dövlət  səhiyyə,  təhsil,  mənzil  tikintisinə,  rabitə  və  nəqliyyatın  normal 

inkişafına daima qayğı göstərir. Qarışıq iqtisadiyyat və mədəniyyətin inkişafı, sosial 

münasibətlərin  və  cəmiyyətin  başlıca  məhsuldar  qüvvəsi  olan  insanın  özünün 

təkmilləşdirilməsi böyük dövlət qayğısı tələb edir. 

Dövlət  insanların  mədəni  həyatda  iştirakı  və  mədəniyyət  sərvətlərindən 

istifadə etməsi qayğısına qalır. 

Dövlət  müxtəlif  mülkiyyət  növləri  əsasında  fəaliyyət  göstərən  səhiyyənin 

bütün  növlərinin  inkişafı  üçün  zəruri  tədbirlər  görür.  Sanitariya  -  epidemiologiya 

salamatlığına  təminat  verir,  əhalinin  sağlamlığının  möhkəmləndirilməsində, 

gənclərin  əməyə  və  Vətəni  müdafiəyə  hazırlanmAsında  bədən  tərbiyəsinin  və 

idmanın əhəmiyyəti artır. 

Qarışıq  iqtisadiyyatda  ölkədə  əhali  arasında  təbəqələşməyə,  yəni  yoxsul  və 

varlılara  bölünməsinə,  dövlət  quruculuğu  prosesi  isə  ölkəmizdə  hüquqi  dövlətin 

yaranmasına, maddi cəhətdən əlverişsiz vəziyyətdə olanların real sosial müdafiəsini 

təmin  edir.  Dövlət  quruculuğunun inkişafı  isə  yoxsul təbəqənin  sosial  müdafiəsini 

təmin etmək məqsədi ilə ayrılan vəsaitin get - gedə artmasına səbəb olur. 

Ekoloji  funksiya  -  bütün  dünya  dövlətlərinin  həyatda  əhəmiyyətli 

fəaliyyətinin  əsas  ana  xəttidir.  Bir  -birilə  qarşılıqlı  əlaqədə  olan  təbiət 

komponentlərindən torpaq, yerüstü və yeraltı sular, atmosfer, yerin təki, bitkilər və 

heyvanlar  aləmi  və  onları  birləşdirən  ekoloji  sistemlər  və  komplekslər  təbiəti 

mühafizə obyektləri dövlətlərin daima diqqət mərkəzindədir. 

Təbiəti  mühafizə  və  təbiətdən  istifadə  haqqında  qanunun  məqsədi  cəmiyyət 

ilə  təbiətin  ahəngdar  qarşılıqlı  əlaqəsini  təmin  edərək  ərazinin  əzəli  təbii 

xüsusiyyətlərini,  habelə  canlı  orqanizmləri  və  onların  yaşayış  mühitini  qoruyub 

saxlamaqdır. 




52 

 

Təbii  mühitin  ayrı  -  ayrı  komponentləri  ilə  bağlı  olan  ictimai  münasibətlər 



torpaqların, yerin təkinin, su ehtiyatlarının atmosfer havasının, floranın (o cümlədən 

meşə  ehtiyatlarının),  faunanın  (o  cümlədən  balıq  ehtiyatlarının),  istirahət 

(rekreasiya)  ehtiyatlarının  mühafizəsi  və  onlardan  istifadə  haqqında  bu  qanuna 

ə

sasən  qəbul  edilmiş  qanunvericilik  aktları  ilə,  habelə  əlaqədar  qanunlarla 



tənzimlənir. 

Dövlət təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləyən 

qtisadi  mexanizmini  işləyib  həyata  keçirir.  Burada  iqtisadi  mexanizmin  əsas 

vəzifəsi ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə, onların bərpası və 

artırılması  tədbirlərinin  işlənib  hazırlanmasına,  planlaşdırılmasına  və  yerinə 

yetirilməsinə təbiət istifadəçilərinin maddi həvəsini artırmaqdır. 

Hüquq  qaydasının  mühafizəsi  dedikdə,  dövlətin  qanunverici  göstərişlərinin 

ictimai  münasibətlərin  bütün  iştirakçıları  tərəfindən  dürüst  və  tam  həyata 

keçirilməsinin təmin edilməsinə yönələn dövlət fəaliyyətidir. Dövlət ictimai həyatda 

xüsusi məhkəmə, prokurorluq və s. orqanların köməyilə reallığı təmin edir və hüquq 

normaları  dövlət  tərəfindən  rəsmi  aktlarda  müəyyən  olunur.  Müasir  iqtisadiyyat  

şə

raitində  hüquq  şəxsiyyətin  iqtisadi  azadlığının  təmininin  zəruri  aləti  kimi  çıxış 



edir.  Hüquq  və  iqtisadiyyatın  qarşılıqlı  əlaqəsi  ictimai  inkişafın  ümumi 

qanunauyğunluqlarına tabedir. Bir tərəfdən qarışıq iqtisadiyyatının tələbatı obyektiv 

olaraq  müəyyən  iqtisadi  münasibətlərin  tənzimlənməsinin  hüquqi  formasının, 

mülkiyyətin  müxtəlif  formalarının  hüquqi  təsbitinin  və  mühafizəsinin, 

istehsalçıların müstəqilliyinin təmin edilməsinin zəruriliyini doğurur. 

Dövlətin  xarici  funksiyaları  özündə  beynəlxalq  aləmdə  fəaliyyətinin  əsas 

istiqamətlərini  təcəssüm  etdirir.  Dünya  birliyinin  bütün  dövlətləri  ilə  faydalı 

ə

məkdaşlıq və xarici hücumlardan ölkənin müdafiəsini təşkil edir. 



Cəmiyyətin  inkişafının  müasir  səviyyəsi  bütün  sivilizasiyalı  dövlətlərin 

qtisadiyyat, siyasət, mədəni və s. sahələrdə əməkdaşlıq etməsini tələb edir. Burada   

dövlətin      mənafelərinin      bütün      dövlətlərin      konkret    və  ümumi  mənafelərinə 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə