Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   ...   4   5   6   7   8   9   10   11   12

 

37 


ON BİRİNCİ MƏQAM 

TƏHRİF MÜDDƏASINI İNKAR EDƏN ƏQLİ VƏ 

“ÜQƏLAYİ”

 DƏLİLLƏRİN TƏDQİQİ  

Mütəxəssislrin  əsərlərindən  məlum  olur  ki,  onlar 

təhrifi  inkar  etmək  məqsədi  ilə  həm  əqli  (rasional) 

dəlillərə, həm 

də aqillərin metoduna əsaslanmışlar.  

 

Əqli (rasional) dəlillər: 



Bu  dəlilləri  açıqlamaq  üçün  iki  yol  mövcuddur. 

Birinci  yol  Ayətullah  Xoyinin  şərhlərində  “qeyri‐

müstəqil” əqli (rasional) dəlillərlə qeyd olunmuşdur. 

Burada  onu  ixtisarlaşdırılmış  şəkildə  diqqətinizə 

çatdırırıq: 

Təhrif  ehtimalı  üç  haldan  xaric  deyil.  Belə  ki,  əqli 

baxımdan  onun  üçün  dördüncü  hal  təsəvvür  etmək 

mümkün deyil.  

Birinci  hal:  Təhrifin,  Osmanın  xilafətindən  öncə 

Əbu Bəkr və Ömər vasitəsilə olunması ehtimalı. Bu, 

qəti olaraq yanlış fikirdir. Çünki üç ehtimaldan xaric 

deyil. 


Birinci  ehtimal:  Təhrifin  bilməyərəkdən  baş 

verməsi  ehtimalı.  Yəni  həzrət  Peyğəmbərin  (s) 

vəfatından  sonra  bu  iki  şəxs  Quranın  toplanmasını 

öhdəsinə 

götürmüş, 

məlumatsızlıq, 

Quranın 

hamısının 

onlara 

çatdırılmaması 



və 

ya 


diqqətsizlikdən  bəzi  ayələri  toplaya  bilməmişlər  və 

nəticədə Quran təhrif olunmuşdur.  

 

38

İkinci  ehtimal:  Təhrifin  yuxarıda  adları  çəkilən  iki 



şəxs  tərəfindən  bilərəkdən  həyata  keçirilməsi 

ehtimalı.  Bu,  onların  xilafətinə  və  rəhbərliklərinə 

zərbə vurmayan ayələrdə olmuşdur. 

Üçüncü  ehtimal:  Təhrifin  bilərəkdən  olması 

ehtimalı,  lakin  bu,  ikinci  ehtimaldan  fərqli  olaraq 

yuxarıda  adları  çəkilən  iki  şəxsin  hakimiyyəti  üçün 

təhlükəli  olan  ayələrdə  olmuşdur.  Hansı  ki,  təhrif 

nəzəriyyəsini  qəbul  edənlər  bu  ehtimalın  üzərində 

dayanırlar. 

Qeyd  olunan  bütün  ehtimallar  yanlışdır.  Birinci 

ehtimal iki səbəbə görə yanlışdır: 

1.

Şübhəsiz 

ki, 

Peyğəmbər 



(s) 

Quranın 


əzbərlənməsini,  qiraət  və 

tərtilini

  əmr  edirdi  və 

səhabələr bu məsələlərə böyük əhəmiyyət verirdilər. 

Buna  görə  də  əminik  ki,  Quran  tam  olaraq 

hafizələrdə,  yaxud  da  kağız  üzərində  sözügedən 

şəxslərə  çatdırılmışdır.  Quranın  nazil  olduğu 

dönəmdə 


ərəblər  cahiliyyət

  şerlərini  əzbərləməyə 

böyük əhəmiyyət verirdilər. Belə olan halda necə ola 

bilər ki, Qurana lazımi əhəmiyyət verməsinlər. 



2.“Səqəleyn”  hədisi  bu  ehtimalın  yanlışlığını  üzə 

çıxarır.  Çünki  bu  rəvayət  Peyğəmbərin  (s),  öz 

dövründə  insanlara  Qurana  tapınmaqlarını  əmr 

etdiyini göstərir. Təbii ki, bir neçə ayənin dəyişikliyə 

uğradığı  halda,  Qurana  bir  küll  halında,  tərtib 

olunmuş kitab kimi tapınmaq mümkün deyildi. 

İkinci ehtimalın yanlışlığı: 



 

39 


Təbii  ki,  təhrifin  bilərəkdən  olunması  üçün  hər 

hansı  bir  səbəb  lazımdır.  Əbu  Bəkr  və  Ömərin 

haikmiyyəti  üçün  zərərli  olmayan  ayələr  haqqında 

belə  bir  səbəb  olmamışdır.  Elə  buna  görə  də  bu 

ehtimal yanlışdır. 

Üçüncü ehtimalın yanlışlığı: Əgər belə bir vəziyyət 

yaransaydı, 

halda 



Əbu 

Bəkr 


və 

Omər 


hakimiyyətinin ilk müxalifləri, onların önündə gedən 

Əli  (ə),  həzrət  Zəhra  (ə),  mühacir  və  ənsardan  olan 

on  iki  nəfər  bu  məsələyə  öz  etirazlarını  bildirər  və 

onu  həmin  hakimiyyətin  nöqsanları  sırasında  qeyd 

edərdilər.  Halbuki,  velə  bir  iddia  onların  heç  biri 

tərəfindən qaldırılmamışdır.  

İkinci hal: Təhrifin, Osmanın xilafəti dövründə baş 

verməsi.  Bu  fikir  birinci  halda  qeyd  olunan  fikirdən 

daha zəif nəzəriyyədir. Çünki: 

Birincisi,  İslam  Osmanın  xilafət  dönəmində  elə 

yayılıb  möhkəmlənmışdı  ki,  Osman  belə  bir  iş 

görmək iqtidarında deyildi.  

İkincisi,  əgər  Osmanın  xilafət  dönəmində  təhrif 

Əhli‐beytin  (ə)  vilayəti  ilə  bağlı  olmayan  ayələrdə 

olubsa,  buna  heç  bir  səbəb  olmayıb.  Təbii  ki, 

Quranda  Əhli‐beytin  (ə)  vilayəti  ilə  bağlı  ayələrin 

təhrif  olunmadığına  əminik.  Çünki  Quranda  tam 

aydınlığı ilə Əlinin (ə) xilafətini göstərən ayə olsaydı, 

xalq  arasında  yayılar  və  artıq  xilafət  Osmana 

çatmazdı. 

Üçüncüsü,  Əgər  Osman  Quranı  təhrif  etsəydi,  ona 

qarşı 


çıxanlar 

üçün 


öz 

üsyanlarına 

bəraət 

 

40



qazandırmağa görə bundan yaxşı bəhanə yox idi. Bir 

halda  ki,  bu  haqda  ona  qarşı  heç  bir  irad 

bildirilməmişdir.  

Dördüncüsü,  əgər  Quran  Osman  tərəfindən  təhrif 

olunmuş  olsaydı,  Əli  (ə)  hakimiyyətə  gəldikdən 

sonra  Peyğəmbər  (s)  dövründə  mövcud  olan  əsl 

Quranı  meydana  çıxarardı.  Bir  halda  ki,  belə  bir 

vəziyyət yaranmamışdır.  

Deməli, ikinci hal da qəbulolunmazdır.  

Üçüncü  hal:  Təhrifin  Osmanın  xilafətindən  sonra 

Bəni‐üməyyə rejimi tərəfindən həyata keçirilməsi. Bu 

yozum  da  bu  günə  qədər  heç  bir  alimin  iddia 

etmədiyi məsələlərdəndir.  

Əqli  baxımdan  dördüncü  hal  olmadığı  üçün  belə 

nəticəyə  gəlirik  ki,  təhrif  müddəası  əqli  və  tarixi 

baxımdan  heç  bir  dəlili  olmayan  yanlış  iddiadır. 

Nəzərə almaq lazımdır ki, bu dəlil sırf müstəqil əqli 

qərar  (hökm)  deyil,  əksinə,  əqlin  tarixi  təhlildən 

çıxardığı nəticədir.  

İkinci  yol:  Burada  öncə  iki  müqəddiməyə  ehtiyac 

vardır: 

Birinci  müqəddimə:  İslam  dini  səmavi  dinlərin 

sonuncusu  olaraq,  ən  kamil  din  kimi  qiyamət 

gününə  qədər  böyük  bir  zamanı  əhatə  edən  bütün 

dövrlər üçün hamıya bəxş edilmişdir.  

İkinci 


müqəddimə: 

Belə 


bir 

din, 


onun 

göstərişlərinin  bir‐biri  ilə  sıx  əlaqədə  olduğunu, 

möhkəmliyini  göstərən  əbədi,  həmişəyaşar  bir 

sənədə malik olmalıdır.  




Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə