Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   2   3   4   5   6   7   8   9   ...   12

 

29 


olunaraq  nazil  olunmuş  həqiqi  Quranı  təmsil  edən 

Quranların  mövcudluğudur.  Təbii  ki,  bu  mərhələdə 

təhrif,  qiraətlərin  fərqlilik  mənasında  mümkündür. 

Eləcə  də  Quranın  bu  mərhələdə  azaltma  və  ya 

çoxaltma  yolu  ilə  təhrif  olunması  ehtimal  oluna  bilər. 

Bizim  mübahisə  obyektimizə  daxil  olan  Quran  bütün 

zamanlarda  mütəvatir  şəkildə  nəql  olunaraq  mövcud 

olmuş  və  olacaq  vahid  həqiqət,  Allahın  nazil  etdiyi 

kəlamdır. ﴾ َنﻮُﻈِﻓﺎَﺤَﻟ ُﻪَﻟ ﺎﱠﻧِإَو ﴿ 

“Sözsüz ki, Biz onu (hər cür 

təhrifdən; 

artırıb‐əskiltmədən) 

qoruyub 

saxlayacağıq!”

1

 ayəsində



 

özünə  yer  alan



  ”  əvəzliyi 

Qurana aiddir və o, bir Quran, vahid həqiqətdir. Digər 

yazılı  Quranlar  isə  onu  təmsil  edir.  Şübhəsiz  ki, 

Quranın ayrı‐ayrı çaplarında təhrif baş verə bilər.  

Yuxarıda  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  bir 

çox mühəddislərin: “Qorumaqda məqsəd, Allahın öz 

kitabını  nazil  etməzdən  öncə  qoruduğu  kimi,  nazil 

etdikdən sonra da qoruyacağıdır və burada Quranın 

səhifələr  üzərində  qorunması  nəzərdə  tutulmur”

2

‐ 



deyə  irəli  sürdükləri  fikir  heç  bir  dəlili  olmayan 

yanlış müddəadır. Quranın ecazkarlığı bu müddəaya 

qarşıdır.  Çünki  Quranın  heç  bir  təhrif  olunma 

qabiliyyətinə  malik  olmayan  belə  bir  yazılı 

mərhələdə qalması möcüzə olması fikrini inkar edir.  

 

 



 

                                                 

1

 Hicr, 9. 



2

 Fəslül‐xitab, səh. 360. 

 

30

SƏKKİZİNCİ MƏQAM 



QURANIN TƏHRİFİNİN ƏQLİ BAXIMDAN 

MÜMKÜNLÜYÜ, LAKİN TƏHRİF OLUNMAMASI 



ﻆﻔﺣ

”  (qoruma)  ayəsindən  məlum  olur  ki,  Quran 

əqli  baxımdan  təhrif  olunma  qabiliyyətinə  malikdir. 

Lakin  Allah‐təala  onu  bu  təhlükədən  qoruyur.  Əgər 

onun  təhrif  olunması  əqli  baxımdan  mümkün 

olmasaydı,  Allah‐təalanın  onu  qorumasına  ehtiyac 

yox idi. Allah‐təala bu sırf əqli mümkünlüyü heç bir 

zaman  dönməyəcəyi  qəti  vədəsi  ilə  qeyri‐mümkün 

etmişdir. 

 

 

 



 

 

 



 

 

 




 

31 


DOQQUZUNCU MƏQAM 

TƏHRİFİ İNKAR ETMƏK ÜÇÜN QURANA 

ƏSASLANDIQDA “ƏBƏS DAİRƏ” (DÖVREDİCİLİK) 

YARANMIRMI? 

Bir  çox  tədqiqatçılar  Quranın  təhrif  olunmadığını 

sübut  etmək  üçün  Quranın  özünə  əsaslanırlar. 

Burada  aydınlaşdırmaq  istədiyimiz  məsələ,  təhrif 

müddəasının  yanlışlığını  sübut  etmək  üçün  Qurana 

əsaslandıqda “əbəs dairə” yaranıb‐yaranmamasıdır.  

Bir  çoxları  belə  bir  şəraitdə  “əbəs  dairə”  yarandığı 

qənaətindədirlər və bu qənaətlərini aşağıdakı şəkildə 

əsaslandırırlar.  

Birincisi,  Quranın  təhrif  olunmamasının  sübutu, 

onun  ayələrinin  bizim  üçün  etibarlı  dəlil  ola 

bilməsindən  asılıdır.  Bir  halda  ki,  bu  ayələrin 

etibarlılığı  özü  də  Quranın  təhrif  olunmamasının 

sübutundan 

asılıdır. 

Deməli, 


Quranın 

təhrif 


olunmamasınin 

sübutu 


təhrif 

olunmamasının 

sübutundan asılıdır.  

İkincisi, 

bu 

müddəanın 



sübutu 

üçün 


əsaslandığımız  ayələrin  bizim  üçün  etibarlı  dəlil  ola 

bilməsi  Quranın  təhrif  olunmamasının  sübutuna 

bağlıdır. Bir halda ki, Quranın təhrif olunmamasının 

sübutu da həmin ayələrin etibarlı dəlil ola bilməsinə 

bağlıdır.  Nəticə  etibarilə,  məlum  ayələrin  etibarlı 

dəlil olması, həmin ayələrin etibarlı dəlil olmasından 

asılıdır və bu “səbəbiyyət” qanununda “əbəs dairə”, 

“dövredicilik”dir. 

 

32

Bu irada fərqli cavablar verilmişdir. İndi isə həmin 



cavabları diqqətinizə çatdırırıq. 

Birinci  cavab:  Mərhum  Ayətullah  Xoyi  “əl‐Bəyan” 

əsərində belə cavab verir:  

“Məsum  imamların  (ə)  ilahi  xəlifələr  olduqlarına 

əqidə  bəsləməyənlər  bu  irada  cavab  verə  bilməzlər. 

Lakin  onların  ilahi  xəlifələr,  Quranın  şərhçiləri 

olduqlarını qəbul edənlər üçün, artıq bu problem öz 

həllini  tapmış  olur.  Çünki  onlar  özləri  mövcud 

Qurana 

əsaslanmış, 



səhabələrinin 

Qurana 


əsaslanmalarını  da  təsdiqedici  rəftarla  qarşılamışlar. 

Deməli,  mövcud  Quran  təhrif  olunmuş  olsa  belə, 

imamların  (ə)  ona  əsaslandıqlarına  görə  bizim  də 

əsaslanmağımız üçün yetərlidir.  

Bu  cavab,  özündə  əks  etdirdiyi  iki  yanlışlığa  görə 

tutarlı sayıla bilməz. 

Birincisi,  bu  cavab,  yalnız  məsum  imamların  (ə) 

vilayətini  qəbul  edənlər  üçün  faydalı  ola  bilər.  Bu 

kimi irada bütün məzhəblər üçün faydalı ola biləcək 

cavab vermək zəruridir. 

İkincisi, bu cavab əslində iradın özünü qəbul etmək 

deməkdir.  Çünki  bu  fikrə  əsasən,  artıq  Quranın 

təhrif  olunmadığını  sübut  etmək  üçün  bilavasitə 

həmin  ayələrə  əsaslanmırıq.  Əksinə,  bu  ayələrə 

məsumların  (ə)  təsdiqi  ilə  əsaslanırıq  və  bu,  bizim 

müddəamıza  ziddir.  Bundan  başqa,  “Səqəleyn” 

hədisi  də  bu  fikri  qəti  şəkildə  rədd  edir.  Çünki 

sözügedən  hədisdə  Quran  özlüyündə  müstəqil  dəlil 

kimi təqdim olunmuşdur.  



Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə