Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   2   3   4   5   6   7   8   9   ...   12

 

21 


təqlidi Şeyx Cəfər Kaşiful‐ğita (Kaşiful‐ğita əsərində) 

kimi  dahilər  eyni  yekdil  rəyin  olduğunu  iddia 

etmişlər.  Elə  buna  görə  də  böyük  şiə  alimlərinin 

əsərlərində  Quranın  mütləq  şəkildə,  istər  artırma, 

istərsə  də  azaltma  yolu  ilə  təhrif  olunmaması 

barəsində  yekdil  rəyin  mövcudluğunun  iddia 

olunduğunu iddia etmək olar.  

İndi  isə  görkəmli  şiə  alimlərinin  görüşlərinə  nəzər 

salaq: 

1.

Hicrətin 

üçüncü 

əsrində 


böyük 

şiə 


tədqiqatçılarından  olmuş  Fəzl  ibn  Şazan  “İzah” 

əsərində  Quran  ayələrinin  azaldılma  yolu  ilə  təhrif 

olunduğunu  inkar  edərək,  təhrif  barəsində  mövcud 

olan  rəvayətlərin  nəql  olunmasının  digər  firqələrə 

aid olduğunu bildirmişdir.  

2.Hicrətin  dördüncü  əsrində  şiə  aləminin  elmi 

simalarından  olan,  Şeyx  Səduq  kimi  tanınan  İbn 

Cəfər  Məhəmməd  ibn  Əli  ibn  Babəveyh  Qumi 

“Etiqadlar” adlı elmi əsərində yazır: 

“Bizim Quran haqqında əqidəmiz belədir:  

Hazırkı  Quran  eynilə  Peyğəmbərə  (s)  nazil  olan 

Qurandır.  Ona  heç  bir  şey  artırılmamışdır.  Kimsə 

bizi hazırkı Quranın azaldılmasına əqidə bəsləməkdə 

ittiham etsə, yalançıdır”.  

3.Dahi  şiə  fəqihi  Seyid  Mürtəza  Ələmül‐huda  kimi 

tanınan  Əli  ibn  Hüseyn  Musəvi 

“Tərablosiyyat

  



məsələlərinin cavabında yazır:  

“Quranın  təhrif  olunmadığını  bilmək,  şəhərləri 

tanımaq, 

məşhur 


tarixi 

olayların 

 

22

həqiqətəuyğunluğunu  bilmək  kimi  bir  şeydir. 



Onların 

həqiqətəuyğunluğunu 

tam 

əminliklə 



bildiyimiz kimi, Quranın təhrif olunmadığına da qəti 

şəkildə  əminik.  Çünki  müsəlmanlar  Quranın 

qorunmasına  daim  hədsiz  səy  göstərmişlər.  Quran 

Peyğəmbər 

(s) 

dönəmində 



tam 

şəkildə 


tənzimlənmişdir.  Belə  ki,  o  həzrət  Quranın 

qorunması  üçün  Übəy  ibn  K`əb  və  digər  bir  neçə 

nəfərdən  ibarət  heyət  yaratdı  və  Quranı  dəfələrlə 

tam şəkildə onlar üçün oxudu”.  

Seyid Mürtəza sözünə davam edərək yazir: 

“Şiələrdən  və  ya  Əhli‐sünnənin  “Hışviyyə” 

qolundan bu fikirlə razılaşmayıb ona qarşı çıxanlarla 

razılaşmaq  olmaz.  Çünki  onların  dəlil  kimi 

göstərdikləri, bir neçə səhih (düzgün) hesab etdikləri 

zəif rəvayətdir.

1

  

4.Şeyxut‐taifə  Əbu  Cəfər  Məhəmməd  ibn  Həsən 



Tusi bu haqda yazır: 

“Quran  kimi  dəyərli  bir  kitabın  azaldılıb‐

çoxaldılmasından 

söhbət 


etmək 

bu 


kitaba 

hörmətsizlikdir.  Çünki  ona  bir  şeyin  artırılmadığı 

haqda yekdil rəy mövcuddur. Bir şeyin azaldılmasını 

da  müsəlman  məzhəbləri  qəbul  etmirlər.  Bu,  ilk 

növbədə  şiə  alimlərinin  fikirləri  və  səhih  (düzgün) 

rəvayətlərin məzmunu ilə üst‐üstə düşür. Qurandan 

bir  neçə  ayənin  çıxarıldığını  göstərən  şiə  və  əhli‐

sünnə rəvayətləri “xəbəri‐vahid” olduğu üçün onlara 

                                                 

1

 Məcməul‐bəyan, c. 1, səh. 15. 




 

23 


əsaslanıb  əmin  ola  bilmərik.  Buna  görə  də  onlara 

əsaslanmaq düzgün deyil”.

1

 

5.Böyük  təfsirçı  alim  “Məcməul‐bəyan”  əsərinin 



müəllifi Əbu Əli Fəzl ibn Həsən Təbərsi öz təfsirinin 

müqəddiməsində yazır: 

“Qurana  bu  və  ya  digər  ayənin  artırılması  şiələrin 

yekdil  rəyinə  görə  düzgün  deyil.  Hər  hansı  bir 

ayənin  azaldılmasını  isə  şiələrin  bir  neçəsi  və  Əhli‐

sünnənin “Həşviyyə” qolu nəql etmişdir. Lakin şiələr 

bunun əksini qəbul edirlər. 

6.Seyid ibn Tavus yazır: 

“Şiə 


məzhəbi 

Quranın 


təhrif 

olunmadığı 

qənaətindədir”.

2

 



Digər bir yerdə yazır:  

“Hazırkı Quranın Peyğəmbərə (s) nazil olunan Quran 

olduğuna,  o  həzrətin  Quranı  bir  yerə  toplamasına 

inandıqları  bir  halda,  mədinəlilərlə  məkkəlilərin, 

kufəlilərlə bəsrəlilərin fikir ayrılıqlarından danışanlara, 

“   ِﻢﻴِﺣﱠﺮﻟا  ِﻦَﻤْﺣﱠﺮﻟا  ِﻪﱠﻠﻟا  ِﻢْﺴِﺑ

  ﴿ 


(Bismillahir‐Rəhmanir‐Rəhim)

 

ayəsi  Quranın  bir  hissəsidir,  amma  surədən  deyil”  ‐ 



deyə fikirləşənlərə təəccüb edirəm. Təəccüblüdür ki, 

əqlin  və  şəriətin  təsdiq  etdiyi  kimi  Quran  mütləq 

şəkildə  təhrif  olunmayıbsa,  belə  bir  fikri  necə  irəli 

sürürlər”.

3

 

7.Molla Möhsün Feyz Kaşani yazır: 



                                                 

1

 Tibyan kitabının giriş sözü. 



2

 Sədus‐süud, səh. 144. 

3

 Həmin qaynaq, səh. 193. 



 

24

“Təhrifi  təsdiqləyən  hədislər  Allahın  kitabı  ilə 



ziddiyyət  təşkil  edir.  Bu  kimi  hədislər  ya  rədd 

edilərək kənara qoyulmalı, ya da yozulmalıdır”.

1

 

8.Şeyx  Tusi  kimi  tanınan  Məhəmməd  Bəhauddin 



Amuli Quran haqqında yazır: 

“Düzgün  fikir  Quranın  mütləq  şəkildə  təhrif 

olunmamasıdır. Xalq arasında dillərə düşmüş, Əlinin 

(ə)  adının  bəzi  ayələrdən  çıxarılması,  misal  üçün, 

guya, 



 



َﻚْﻴَﻟِإ  َلِﺰﻧُأ  ﺎَﻣ  ْﻎﱢﻠَﺑ  ُلﻮُﺳﱠﺮﻟا  ﺎَﻬﱡﻳَأ  ﺎَﻳ

 

﴿

  ayəsinin  əslində             



ﻲﻠﻋ  ﻲﻓ

 

 



َﻚْﻴَﻟِإ  َلِﺰﻧُأ  ﺎَﻣ  ْﻎﱢﻠَﺑ  ُلﻮُﺳﱠﺮﻟا  ﺎَﻬﱡﻳَأ  ﺎَﻳ

 

﴿

  olması  fikrini  şiə 



alimləri qəbul etmirlər”.

2

 



9.“Vəsailüş‐şiə”  kimi  mühüm  bir  hədis  kitabının 

müəllifi  Şeyx  Məhəmməd  ibn  Həsən  Hürr  Amuli 

Quranın təhrif olunmadığını sübuta yetirmək məqsədi 

ilə qələmə aldığı elmi əsərdə yazır:  

“Tarixi  və  məsum  imamlardan  (ə)  nəql  olunan 

rəvayətləri  dəqiq  araşdıran  hər  bir  şəxs  Quranın 

minlərlə  səhabə  tərəfindən  təsdiqləndiyinə  və 

Peyğəmbər  (s)  dönəmində  tam  şəkildə  toplanaraq 

tərtib edildiyinə əmin olar”.

3

 

10. Nadir şiə fəqihlərindən olan Şeyx Cəfər Kaşifül‐

ğita dəyərli “Kaşifül‐ğita” əsərində yazır: 

“Müsəlmanların  yekdil  rəyinə,  din  və  məzhəb 

prinsiplərinə  görə,  Qurana  bir  şey  əlavə  edilməmiş, 

Quranın  öz  buyuruğuna  və  bütün  alimlərin  yekdil 

rəyinə  görə,  ondan  heç  bir  şey  çıxarılmamışdır.  Bu 

                                                 

1

 Təfsire‐Safi, c. 1, səh.15. 



2

 Alaur‐rəhman, səh. 26. 

3

 İzharul‐həqq, c. 2, səh. 129. 




Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə