Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   ...   4   5   6   7   8   9   10   11   12

 

51 


ON BEŞİNCİ MƏQAM 

TİLAVƏTİN “NƏSX”İ VƏ “İNSA” ANLAYIŞLARI 

Əhli‐sünnə alimlərinin əsərlərində “tilavətin nəsxi” 

və  “insa”  terminlərinə  tez‐tez  rast  gəlirik.  Onların 

bəzisi  tilavətin  “nəsx”  olunmasının  “icmali”  şəkildə 

baş  verdiyinə  əqli  (rasional)  və  nəqli  (ənənəvi) 

dəlillər 

olduğu 

qənaətindədirlər.



1

 Aşağıdakı 

sətirlərdə iki terminin təhrif anlayışı ilə nə kimi fərqi 

olduğunu  və  ya  tilavətin  “nəsx”  olunmasını 

(qüvvədən  düşməsini)  qəbul  etdikdə  təhrifi  qəbul 

etmiş olub‐olmadığımızı araşdırmaq istəyirik. Hədis 

kitablarında  bir  çox  hədislər  mövcuddur  ki,  əhli‐

sünnə alimlərini, onları “tilavətin nəsxi”nə yozmağa 

vadar  etmişdir.  Bu  rəvayətlərdən  biri  “rəcm” 

(daşqalaq)  məsələsi  ilə  bağlıdır.  Ibn  Abbasın  nəql 

etdiyinə görə, Ömər demişdir: “Peyğəmbərə (s) nazil 

olan  ayələrdən  biri  də  “rəcm”  (daşqalaq)  ayəsidir. 



(...

ﺎﻤُهﻮُﻤَﺟْرﺎَﻓ  ﺎﻴَﻧَز  اَذإ  ُُﺔﺨْﻴﱠﺸﻟاَو  ُﺦْﻴﱠﺸﻟا

)  Peyğəmbər  (s)  öz 

dövründə  bu  hökmü  həyata  keçırırdı.  Biz  də  o 

həzrətdən  sonra  bu  hökmü  həmin  şəkildə  icra 

edirdik”.

2

  

Zeyd ibn Sabit deyir: “Peyğəmbərdən (s) eşitdim ki, 



ailəli  kişi  və  ya  ailəli  qadın  zina  edərsə,  daşqalaq 

olunmalıdır”.  

Zeyd,  Peyğəmbərin  (s)  bu  sözünün  Quranın  bir 

hissəsi olduğunu iddia etməmişdir. Ömər isə bunun 

                                                 

1

 Əl‐Əhkam fi‐üsulil‐əhkam, səh. 154. 



2

 Müsnəde‐Əhməd ibn Hənbəl, 1/47. 

 

52

Quran ayəsi olduğunu güman etmiş, Peyğəmbərdən 



(s) 

onu 


Qurana 

yazıb‐yazmaması 

haqqında 

soruşduqda, həzrət (s) cavab verməmişdir.

1

  

Əhli‐sünnə alimləri bu hökmün və Peyğəmbərin (s) 



sözünün  Quran  ayəsi  olduğunu  düşünmüş  və 

tilavətinin 

(oxunuşunun) 

“nəsx” 


olunduğunu 

(qüvvədən düşdüyünü), hökmün özünün isə hələ də 

qüvvədə olduğunu iddia etmişlər. 

Bu  nöqteyi‐nəzər  elmi  dairələr  tərəfindən  kəskin 

tənqid  atəşinə  tutulmuş  və  ona  bir  çox  iradlar 

bildirilmişdir. Bu irad və tənqidlərə nəzər salaq: 



1.

Nəsx”in,  növündən  asılı  olmayaraq,  (yəni  istər 

oxunuşun,  istərsə  də  hökmün  nəsx  olunması) 

“nasix”ə  (nəsx  edən,  qüvvədən  salan  yeni  hökmə) 

ehtiyacı  var.  Məlum  ayəni  qüvvədən  salacaq  hər 

hansı bir ayə mövcud deyil.  



2.

Lazımi  yerlərdə  sübuta  yetirilmişdir  ki,  “nəsx” 

şəriət  hökmləri  çərçivəsində  olmalıdır.  Tilavət  isə 

şəriət  hökmü  deyil  (əlbəttə,  bu  irada  belə  bir  cavab 

verilmişdir  ki,  tilavətdə  məqsəd  onun  özü  deyil, 

ayənin oxunmasının hökmüdür. Belə olan halda onu 

bir şəriət hökmü hesab etmək olar).

2

  



3.

Bu  növ  “nəsx”in,  yəni  ayənin  oxunuşunun 

qüvvədən düşməsi, özündə əks etdirdiyi hökmün isə 

hələ də qüvvədə qalmasının nə faydası var? 



4.Ən mühüm irad Ayətullah Xoyiyə məxsusdur. O 

yazır: 


                                                 

1

 Mühəlla, İbn Həzm, c. 1, səh. 253. 



2

 Əl‐Əhkam, Amudi, 3/155. 




 

53 


“Əgər  bu  “nəsx”  (yəni  oxunuşun  qüvvədən 

düşməsi)  Peyğəmbərin  (s)  yaşadığı  dövrdə,  o 

həzrətin  göstərişi  ilə  həyata  keçirilibsə  belə,  təhrifə 

səbəb olmamasına baxmayaraq, bu məsələni özündə 

əks  etdirən  rəvayətlər  “xəbəri‐vahid”dir  və  təbii  ki, 

onlara  etimad  göstərmək  olmaz.  Bundan  başqa, 

həmin  rəvayətlərin  bəzisində  bu  növ  “nəsx”in 

Peyğəmbər  (s)  zamanından  sonra  baş  verdiyi 

göstərilir.  Belə  olan  halda,  əgər  bu  “nəsx”  alimlər, 

dövrün  biliciləri  tərəfindən  həyata  keçirilmişdirsə, 

bu, təhrifi qəbul etmək deməkdir”.

1

  



“Rəcm”  (daşqalaq)  məsələsi  haqqında  deyilənlərin 

yanlışlığı isə olduqca aydın məsələdir. Çünki Quranın 

davamlı  olaraq  yazılmasına  böyük  diqqət  göstərən, 

vəhy  katiblərinə  hər  bir  ayənin  qeydə  alınmasını 

tapşıran  Peyğəmbər  (s),  “rəcm”  ayəsinin  Qurandan 

olmasına  baxmayaraq,  onun  yazılmasına  diqqətsizlik 

göstərib Ömərin sualına cavab olaraq necə susdu? 

Deməli,  oxunuşun  qüvvədən  düşməsi  məsələsi 

yanlışlığı aydın olan məsələlərdəndir. Belə ki, bir çox 

müasir  əhli‐sünnə  alimləri  əqli  baxımdan  oxunuşun 

qüvvədən  düşməsini  qəbul  etsələr  də  Quranda  belə 

bir  “nəsx”  olmadığı  fikrindədirlər.

2

 İbn  Həzm 



Əndəlosi öncə oxunuşun qüvvədən düşməsini qəbul 

etsə  də  sonda  onu,  Qurana  aidiyyatı  olmayan  bir 

şəkildə izah etmişdir.

3

  



                                                 

1

 Əl‐Bəyan, səh. 206. 



2

 Fəthül‐mənnan fi nəsxil‐Quran, səh. 224. 

3

 Mühəlla, İbn Həzm, c. 10, səh. 16. 



 

54

ON ALTINCI MƏQAM  



ŞİƏ MƏZHƏBİ TƏHRİF MÜDDƏASINI QƏBUL EDƏ 

BİLMƏZ 

Şiə  məzhəbi  nəinki  təhrif  müddəasını  qəbul  etmir, 

prinsipcə  onu  qəbul  edə  də  bilməz.  Çünki  Şiə 

məzhəbinin  etiqadı  ilə  bağlı  məsələlərin  özülünü 

Quranın “Təthir” ayəsi təşkil edir. 

 

﴾ اًﺮﻴِﻬْﻄَﺗ ْﻢُآَﺮﱢﻬَﻄُﻳَو  َﻞْهَأ َﺲْﺟﱢﺮﻟا ُﻢُﻜﻨَﻋ َﺐِهْﺬُﻴِﻟ ُﻪﱠﻠﻟا ُﺪﻳِﺮُﻳ ﺎَﻤﱠﻧِإ



ِﺖْﻴَﺒْﻟا ﴿  

 

“Allah  siz  əhli‐beytdən  çirkinliyi  (günahı)  yox 

etmək və sizi tərtəmiz (pak) etmək istəyir!” 

 

Lazımi  yerlərdə  sübuta  yetirilmişdir  ki,  bu  ayə 



Əhli‐beytin  (ə)  məsumluğuna  aşkar  dəlildir.  Hansı 

ki,  bu  məsumluq  xəlifəlik  və  rəhbərliyin  başlıca 

şərtidir.  Quranın  təhrif  olunduğunu  iddia  edən 

kimsə,  artıq  məsumluğun  isbatı  üçün  bu  ayəyə 

əsaslana  bilməz.  Bu  ayənin  əsl  məqsədi,  o  zaman 

məlum  olar  ki,  “Həmd”  surəsi  ilə  başlanan, 

Peyğəmbər  (s)  dönəmində  tərtib  edilən,  sonradan 

heç  bir  dəyişikliyə  məruz  qalmayan,  hər  bir  ayəsi 

özünəməxsus  lazımi  yerdə  yerləşən,  belə  ki,  yeri 

dəyişdikdə  məqsədinin  də  aradan  getdiyi  Quranı 

qəbul  edək.  Bu  ayədə  Allahın  məqsədi  budur  ki, 

Peyğəmbərin 

(s) 

qadınlarının 



üzərinə 

düşən 


vəzifələri  açıqlamaqla  yanaşı  məsum  Əhli‐beyt  (ə) 


 

55 


haqqında  da  xüsusi  məsələni  aydınlaşdırsın  və 

onlara  özünəməxsus  vəzifələri  olduğunu  xatırlatsın. 

Hər  halda  bu  kimi  ayələrin  təhrif  olunduğu  ehtimal 

olunarsa,  artıq  Şiə  etiqadları  üçün  heç  bir  əsas,  dəlil 

qalmayacaq.

1

 



 

 

 



 

 

 



 

 

                                                 



1

 Ətraflı məlumat üçün “Əhli‐beyt” və ya “Parlaq simalar” kitabına 

müraciət olunsun.  

 

56



ON YEDDİNCİ MƏQAM 

TƏHRİFLƏ BAĞLI RƏVAYƏTLƏRƏ ÜMUMİ BAXIŞ 

Təhrif  müddəasını  qəbul  edənlərin  ən  mühüm 

dəlilləri  Şiə  və  Əhli‐sünnə  kitablarında  qeyd 

olunmuş  rəvayətlərdir.  Bu  rəvayətlərin  sayı  bir  çox 

tədqiqatçıların 

hesablamalarına 

görə, 

1122‐yə 


yaxındır. 

Bəziləri 

bunların 

“icmali” 

şəkildə 

“mütəvatir”  olduğunu  qəbul  edirlər.  Onların 

fikrincə, bu rəvayətlərin çoxunun sənəd baxımından 

zəif  olduğuna  baxmayaraq,  hədislərin  çoxluğuna 

görə  onların  içində  “səhih”

1

 hədislərin  olduğu  da 



ehtimal olunur. Təhrif müddəasını qəbul edənlər bu 

hədislərə əsaslanaraq, Quran ayələrinin azaldıldığını 

iddia edirlər.  

Böyük  alimlər  bu  rəvayətlərə  cavab  olaraq  iki 

baxımdan irad tutmuşlar.  

1.

Sənəd  və  bu  rəvayətlərin  yer  aldığı  kitablar 

baxımından. 

2.Mövcud hədislərin təhrif müddəasını təsdiq edib, 

yaxud etməməsi baxımından.  

İndi isə hər iki iradın izahına nəzər salaq:  

Birinci iradın izahı: 

Bu  hədislərin  çoxunun  sənədində  Əhməd  ibn 

Məhəmməd  Səyyari  olduğu  müşahidə  olunur. 

“Rical”  alimlərinin  fikrincə,  o,  dinə  əhəmiyyət 

                                                 

1

 “Hədis”  elmi  terminologiyasında  məsumlara  (ə)  qədər  olan  sənəd 



silsiləsində  özünə  yer  almış  rəvayətçiləri  bütünlüklə  12  imamlı  və 

etibarlı olan hədisə “səhih” hədis deyilir.  




 

57 


verməyən  və  zəif  hədislər  nəql  edənlərdəndir. 

Nəcaşi  onu  “ğülüvv”  etməkdə  (Peyğəmbər  (s)  və 

imamlara  (ə)  pərəstişdə  ifrata  varıb,  bəzi  ilahi 

xüsusiyyətləri  onlara  aid  etmək)  etməkdə  ittiham 

edir.

1

  



İbn Qəzairi isə onu yolunu azmış adlandırır.

2

  



Bu rəvayətlərin sənəd silsiləsində müşahidə olunan 

rəvayətçilərdən  biri  də  Hüseyn  ibn  Zibyandır. 

“Rical” alimləri onun haqqında yazırlar: “O, (elm və 

iman  baxımından)  çox  zəifdir,  onun  bütün 

kitablarında “xəlt” (qatqı) mövcuddur”.  

İbn  Qəzairi  onu  “ğülüvv”  edən,  hədsiz  yalançı  və 

saxta  hədis  quraşdıran  adlandıraraq  məzəmmət 

edir.


3

 

Rəvayətlərin  sənəd  silsiləsində  müşahidə  olunan 



üçüncü  şəxs  Əli  ibn  Əhməd  Kufidir.  Rical  alimlərinin 

fikrincə,  o,  (elm  və  iman  baxımından)  zəif, 

rəvayətlərdə  dəyişiklik  aparan,  bir  çoxlarına  görə  isə 

yolunu azmış “ğali”lərdən (Peyğəmbər (s) və imamlara 

(ə)  pərəstişdə  ifrata  varıb,  bəzi  ilahi  xüsusiyyətləri 

onlara aid edən) olmuşdur.  

Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  bu 

hədisləri  nəql  edən  rəvayətçilər  (elm  və  iman 

baxımından) olduqca zəif olduqları üçün onlara etibar 

etmək olmaz.  

                                                 

1

 Ricale‐Nəcaşi, səh. 58. 



2

 Qamusur‐rical, c. 1, səh. 403. 

3

 Xülasətür‐rical, səh. 266. 



 

58

Bundan  başqa,  bu  rəvayətlərin  qeyd  olunduğu 



kitabların 

böyük 


əksəriyyəti 

olduqca 


etibarsız 

kitablardır. Bu kitabları nəzərdən keçirək:  



1.

Bu  rəvayətlərin  bəzisi  Səd  ibn  Abdullah  Əşəriyə 

aid  edilən  kitabdan  götürülmüşdür.  Bu  kitabın 

Noman  və  Seyid  Mürtəzaya  aid  olduğu  qənaətində 

olanlar  da  vardır.  Kitab  müəllifi  dəqiq  məlum 

olmadığından  heç  bir  Rical  alimi  onu  etibarlı  hesab 

etməmişdir.  

2.Bu  hədislərin  bir  neçəsi  Süleym  ibn  Qeys 

Hilalinin  kitabından  götürülmüşdür.  Hansı  ki,  Şeyx 

Müfid bu kitab barəsində yazır: 

“Bu  kitaba  heç  bir  şəkildə  etibar  etmək  olmaz. 

Əksər  hallarda  ona  uyğun  şəkildə  əməl  etmək 

düzgün  deyil.  Sözügedən  kitabda  dəyişikliklər 

aparılmışdır.  Dinə  bağlı  kimsələr  bu  kitabdan  uzaq 

gəzməlidirlər”.

1

 

3.



Üçüncü kitab “Kitabüt‐tənzil vət‐təhrif” və yaxud 

“Qiraətlər” kitabıdır. Bu kitabın müəllifi Əhməd ibn 

Məhəmməd  Səyyardır.  Öncə  qeyd  etdiyimiz  kimi 

“rical” alimləri onun (elm və iman baxımından) zəif 

olduğunu bildirmişlər.  

4.

Bu  rəvayətlərin  bəzisi  Əbil‐Carudun  bədii 

təfsirindən 

götürülmüşdür. 

Əbil‐Carud 

İmam 


Sadiqin  (ə)  lənət  oxuduğu  şəxs  olmuşdur.  Bundan 

başqa,  bu  təfsirin  sənədində  Kəsir  ibn  Əyyaş 

                                                 

1

 Təshihül‐etiqad, səh. 72. 




 

59 


müşahidə  olunur.  Hansı  ki,  onun  da  (elm  və  iman 

baxımından) zəif olduğu bildirilmişdir. 



5.

Belə  kitablardan  biri  də  Əli  ibn  İbrahim  Qumiyə 

aid  edilən  təfsir  əsəridir.  Bu,  onun  öz  şagirdi 

Əbülfəzl 

əl‐Abbas 

ibn 


Məhəmməd 

Ələviyə 


dediklərinin  yazılı  formasıdır.  Bundan  başqa,  Əbil‐

Carudun təfsiri ilə də qarışmışdır.  



6.

Bu rəvayətlərin istinadgahlarından biri də Əli ibn 

Əhməd  əl‐Kufinin  “İstiğasə”  kitabıdır.  Hansı  ki,  İbn 

Qəzairi onun yalançı və ğali olduğunu bildirmişdir. 



7.

Bu  rəvayətlərin  bəzisi  Təbərsinin  “Ehticac” 

əsərindən götürülmüşdür. Hansı ki, bu kitabda qeyd 

olunan  hədislərin  əksəryyəti  “mürsəldir”.

1

 Ona  görə 



də bu kitaba bir hədis kitabı kimi əsaslanmaq olmaz.  

8.Bu  hədislərin  əksəriyyəti  “Üsuli‐kafi”  kitabında 

da  qeyd  edilmişdir.  Lakin  bu  və  ya  digər  hədisin 

yalnız  hər  hansı  bir  kitabda  qeyd  olunması,  onun 

düzgün  olduğuna  dəlil  ola  bilməz.  Bir  çoxlarının 

iddiasına  görə  “Üsuli‐kafi”də  mövcud  olan  16199 

hədisin yalnız 5172‐si “səhih”dir. Təqribən, 144 hədis 

“həsən”

2

,  2128  hədis  “müvəssəq”



3

,  302


 

hədis


 

                                                 

1

 “Hədis” elmi terminologiyasında “mürsəl” sənəd silsiləsinin sonunda 



və ya hamısında rəvayətçilərin məlum olmadığı hədisə deyilir.  

2

 “Hədis” elmi terminologiyasında “həsən” o tipli hədislərə deyilir ki, 



sənəd silsiləsində mövcud olan rəvayətçılərin hamısı və ya bəzisi mədh 

edilmiş, lakin ədalətlı olduqları açıq şəkildə bildirilməmişdir. 

3

 “Hədis” elmi terminologiyasında “müvəssəq” o tipli hədislərə deyilir 



ki, sənəd silsiləsində mövcud olan rəvayətçılərin etibarlı olmasına 

baxmayaraq, bəziləri 12 imamlı deyil. 

 

60

“qüvvətli”,



 

7480  hədis  isə  “zəif”

1

 hədislər 



sırasındadır.

2

  



İkinci iradın izahı: 

Sözügedən  hədislər  məzmunca  fərqlidirlər  və  bu 

baxımdan  onları  aşağıdakı  şəkildə  qruplaşdırmaq 

olar:  


1.

Bu  hədislərin  bəzisi  “mənəvi  təhrif”lə  bağlıdır. 

Hansı ki, bizim mübahisə obyektimizdən xaricdir.  

2.

Bu  rəvayətlərin  bəzisi  qiraətdə  mövcud  olan 

fərqlərlə bağlıdır. Ona görə də mövzu etibarilə təhrif 

məsələsinə heç bir aidiyyatı yoxdur.  



3.Belə hədislərin bir qismi isə bir ayənin izahı və ya 

təfsiridir. Lakin bir çoxları ayənin izahını təfsir deyil, 

məhz ayənin bir hissəsi olduğunu güman etmişlər.  

Buna misal olaraq aşağıdakı hədisi göstərmək olar: 

 

 ﺮﻔﻌﺟ ﻦﺑ ﯽﺳﻮﻣ ْﻦَﻋ ِﻩِدﺎﻨﺳﺄﺑ ﯽﻨﻴﻠُﮑﻟا ﯼوَر

-

 

 مﻼﺴﻟا ﻪﻴﻠﻋ

-

 

ﯽﻟﺎﻌﺗ ﻪﻟﻮﻗ ﯽﻓ

:

 

﴿

 

 َﻦﻳِﺬﱠﻟا

 ﴾ ﺎًﻐﻴِﻠَﺑ ًﻻْﻮَﻗ ْﻢِﻬِﺴُﻔﻧَأ ﻲِﻓ ْﻢُﻬﱠﻟ ﻞُﻗَو ْﻢُﻬْﻈِﻋَو ْﻢُﻬْﻨَﻋ ْضِﺮْﻋَﺄَﻓ ْﻢِﻬِﺑﻮُﻠُﻗ ﻲِﻓ ﺎَﻣ ُﻪّﻠﻟا ُﻢَﻠْﻌَﻳ  

   

 ﻪﻧإ

-

 

 مﻼﺴﻟا ﻪﻴﻠﻋ



 

ﻪﻟﻮﻗ ﯽﻟا ﺔﻳﻵا ﻩﺬه ﻼﺗ

:

 

 ﴾ ْﻢُﻬْﻨَﻋ ْضِﺮْﻋَﺄَﻓ ﴿

 فﺎﺿا و

"

 ْﺪَﻘَﻓ

َﻤِﻠَﮐ ْﻢِﻬْﻴَﻠَﻋ ْﺖَﻘَﺒَﺳ

ﺎﻔﱠﺸﻟا ُﺔ

باﺬَﻌْﻟا ْﻢُﻬَﻟ َﻖَﺒَﺳ َو ِء

 "

ﺔﻳﻵا ﺔﻴﻘَﺑ ﻼَﺗ َو

 

3

 

 

Mühəddis Nuri yazır:  



“Hədisdə  mövcud  olan  ümumi  vəziyyət  bu 

əlavənintəfsir  deyil,  məhz  Quranın  bir  hissəsi 

olduğunu göstərir”.

4

 



                                                 

1

 “Hədis” elmi terminologiyasında “səhih”, “həsən” və  “müvəssəq” 



olmayan hədisə “zəif” hədis deyilir. 

2

 Derasatun fil‐hədis vəl‐muhəddisin, səh. 137. 



3

 Rəvzətu Kafi, 8/184. 

4

 Fəslül‐xitab, səh. 275. 




 

61 


Əllamə  Məclisi  və  s.  alimlər  bu  əlavənin  təfsir 

(açıqlama, izah) olduğu qənaətindədirlər. 



4.

Bəzi  ayələrdə  həzrət  Əlinin  (ə)  və  digər 

məsumların  (ə)  adlarının  olduğunu  iddia  edən 

hədislər. Bu məzmunda olan hədislər də yalnız təfsir 

əhəmiyyəti  daşıyır  və  əsla  məsumların  (ə)  adının 

Quranın tərkib hissəsi olduğunu bildirmir.  



5.Bəzi  hədislər  də  Qüreyş  qəbiləsindən  olan  bir 

neçə  nəfərin  adının  Quranda  olduğunu  göstərir. 

Guya  Quran  təhrif  olunaraq  həmin  adlar  çıxarılmış, 

yalnız Əbu Ləhəbin adı saxlanılmışdır.  

Bu  qrupa  daxil  olan  hədislərdə  iki  irad  özünü 

açıqca göstərməkdədir: 

Birinci  irad:  Bu  hədislər  biri  digərini  inkar  edəcək 

dərəcədə  ziddiyyətlidir.  Çünki  çıxarıldığı  iddia 

edilən adların sayı bəzi hədislərdə 70, bəzilərində isə 

7 şəklində göstərilmişdir.  

İkinci  irad:  Bu  hədislərin  məzmununa  diqqət 

yetirdikdə yalan olduğu üzə çıxır. Ümumiyyətlə, bu 

adlardan  nə  üçün  yalnız  Əbu  Ləhəbin  adı  qalmalı 

idi?  


6.Peyğəmbərin  (s)  vəfatından  sonra  Quranda  bəzi 

sözlərin  dəyişdirilməsini,  başqa  sözlə,  Quranın  həm 

azaldılma yolu ilə həm də əlavələr olunması yolu ilə 

təhrif olunduğunu göstərən hədislər.  

Bu  qrupa  daxil  olan  hədislər  də  müsəlmanların 

yekdil  rəyi  ilə  ziddiyyət  təşkil  edir.  Çünki 

müsəlmanlar  bütünlüklə  Qurana  bir  hərf  belə 

artırılmadığı qənaətindədirlər.  

 

62

7.Həzrət  İmam  Zamanla  (ə)  bağlı  hədislər.  Bu 



hədislərə  görə,  O,  zühur  etdikdən  sonra  camaatı 

həzrət  Əlinin  (ə)  özündə  saxladığı  “müshəfi” 

(Quranı) oxumağa məcbur edəcək.  

Bu  məzmunda  olan  hədislərin  təhriflə  heç  bir 

əlaqəsi  yoxdur.  Çünki  həzrət  Əlinin  (ə)  tərtib  etdiyi 

“müshəf”in  hazırkı  Quranla  fərqliliyi  danılmazdır, 

lakin bu fərqlər Quranın mətni ilə bağlı deyil, əksinə, 

onun  tərtib  olunmasında  bəzi  əlavə  izah  və 

açıqlamalarla bağlıdır.  

8.

Qurandan  hər  hansı  bir  sözün  və  ya  ayənin 

çıxarıldığını göstərən hədislər. Bu hədisləri aşağıdakı 

şəkildə qruplaşdırmaq olar:  



1.

Quran ayələrinin həqiqi sayının hazırkından daha 

çox olduğunu göstərən hədislər.  

2.

Quranda  mövcud  olan  bəzi  surə  və  ayələrinin 

sayının  əslində  olduğundan  az  olduğunu  göstərən 

hədislər.  



3.Bir  sözün  və  ya  ayənin  azaldıldığını  göstərən 

hədislər.  

Bunlara cavab olaraq deməliyik ki: 

Birincisi,  bu hədislər Quranla ziddiyyət təşkil edir. 

Ona görə də onlara əsaslanmaq olmaz.  

İkincisi,  belə  hədislər  arasında  biri  digərini  inkar 

edəcək dərəcədə ziddiyyətli hədislər mövcuddur.  

Üçüncüsü,  əgər  bu  hədislərin  içində  “səhih”  hədis 

olsa  belə,  ona  əsaslanmaq  olmaz.  Çünki  bunlar 

“xəbəri‐vahid”  qisminə  daxildirlər  və  belə  mühüm 




 

63 


məsələdə 

“xəbəri‐vahid”ə 

əsaslanmaq 

məqsədəuyğun deyil.  

Dördüncüsü,  bu  hədislərin  bəzisi  məsumların  (ə) 

adının  Qurandan  çıxarılmasından  xəbər  verir.  Öncə 

qeyd  etdiyimiz  kimi,  bu  məzmunda  olan  hədislər 

yalnız təvil, təfsir və ya nümunələrin izahıdır. 

 

 

 



SON 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

64

 



Mündəricat 

 

ALLAHIN ADI İLƏ ...................................................................... 3 



İKİNCİ MƏQAM .......................................................................... 9 

DÖRDÜNCÜ MƏQAM .............................................................. 19 

BEŞİNCİ MƏQAM ..................................................................... 20 

ALTINCI MƏQAM ..................................................................... 26 

YEDDİNCİ MƏQAM ................................................................. 28 

SƏKKİZİNCİ MƏQAM .............................................................. 30 

DOQQUZUNCU MƏQAM ......................................................... 31 

ONUNCU MƏQAM .................................................................... 36 

ON BİRİNCİ MƏQAM ............................................................... 37 

ON İKİNCİ MƏQAM .................................................................. 42 

ON ÜÇÜNCÜ MƏQAM ............................................................. 46 

ON DÖRDÜNCÜ MƏQAM ....................................................... 48 

ON BEŞİNCİ MƏQAM .............................................................. 51 

ON ALTINCI MƏQAM .............................................................. 54 



ON YEDDİNCİ MƏQAM ........................................................... 56 

 

Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə