Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   2   3   4   5   6   7   8   9   ...   12

 

25 


məsələdə  qarşı  tərəfin  nadir  versiyasına  əsaslanmaq 

olmaz”.


1

 

Bütün  bunlar  böyük  şiə  alimlərinin  görüşlərindən 



nümunələrdir.  Onlardan  yadigar  qalmış  yazılı 

əsərlərdən  aydın  görünür  ki,  Quranın  təhrif  olunması 

versiyası  yanlış  versiyadır.  Belə  ki,  bu  versiyanın 

yanlışlığı  özlüyündə  aydın  olan,  təkzibedilməz 

müddəadır.  Bir  neçə  nəfərin  öz  kitabında  zəif 

rəvayətlərə  yer  verməsi  bütöv  bir  məzhəbin  əqidəsini 

təmsil edə bilməz. Belə olan halda, təhrif nəzəriyyəsini 

şiə  alimlərinə  necə  aid  etmək  olar?  Bu  ittiham 

haramlığı  aydın  olan  iftira  deyilmi?  Öz  etiqadını, 

həmişəyaşar  fikirlərini  Qurandan  alan  bir  topluma  bu 

kimi iftiranı necə yaxmaq olar? 

 

 



 

 

 



 

                                                 

1

 Kaşifül‐ğita, səh. 299. 



 

26

ALTINCI MƏQAM 



QURAN VƏ DİGƏR SƏMAVİ KİTABLARIN FƏRQİ 

Qarşılaşdığımız  mühüm  məsələlərdən  biri  Quran 

və digər səmavi kitabların fərqi məsələsidir. Nə üçün 

Quranın  təhrif  olunmadığını  iddia  edirik?  Bir  halda 

ki,  digər  səmavi  kitabların  təhrif  olunması  sübuta 

yetmış  müddəalardandır.  Belə  ki,  bir  çoxları  bunu 

Quranın da təhrif olunduğuna sübut kimi göstərirlər. 

Çünki  bir  tərəfdən  Qurandan  öncəki  səmavi 

kitabların  təhrif  olunması  təkzibedilməzdir,  digər 

tərəfdən  isə  şiə  və  əhli‐sünnənin  qəbul  etdiyi 

“mütəvatir”  hədisdə  deyilir:  “Keçmiş  ümmətlərin 

başına gələnlər bu ümmətin də başına gəlməlidir”.

1

 

Deməli, Quranın da təhrif olunması qaçılmazdır.  



Bu  kimi  rəvayətlərin  tədqiqi  və  cavabı  təhrif 

nəzəriyyəsini  qəbul  edənlərin  iradlarına  cavab 

verərkən  verilməlidir.

2

 Burada  aydınlıq  gətirmək 



istədiyimiz  məsələ  Quranla  digər  səmavi  kitabların 

fərqidir.  Bir  çoxları  deyirlər:  Keçmiş  kitablarda  baş 

vermiş  təhrif  “Mənəvi  təhrif”  və  ya  şəxsi  fikirlərlə 

olunan  təfsir  şəklində  olmuşdur.  Quran  keçmiş 

ümmətlərin  kitablarında  bu  növ  təhrifin  baş 

verdiyini  təsdiqləyir,  lakin  azaldılıb  çoxaldılması 

haqqında 

bir 


söz 

demir.


3

 Bundan 


başqa, 

rəvayətlərdə, alimlərin əsərlərində məlum kitabların 

                                                 

1

 Biharul‐ənvar, “İftiraqul‐ümməti bədən‐Nəbi” babı, c. 8, səh. 4. 



2

 Bax: Əl‐Bəyan, səh. 221. 

3

 Siyanətul‐Quran ənit‐təhrif, səh. 94. 




 

27 


azaldılıb‐çoxaldılmasını  təsdiq  edəcək  hər  hansı  bir 

dəlil  yoxdur.  Quran  Tövrat,  İncil  və  nazil  olunmuş 

digər  kitabların  dövrün  alimləri  tərəfindən  qorunub 

saxlanılmadığını vurğulayaraq buyurur: 

 

﴾ ﻢِﻬِﻠُﺟْرَأ ِﺖْﺤَﺗ ﻦِﻣَو ْﻢِﻬِﻗْﻮَﻓ ﻦِﻣ ْاﻮُﻠَآﻷ ْﻢِﻬﱢﺑﱠر ﻦﱢﻣ 

َو َةاَرْﻮﱠﺘﻟا ْاﻮُﻣﺎَﻗَأ ْﻢُﻬﱠﻧَأ ْﻮَﻟَوَ

 َلِﺰﻧُأ ﺎَﻣَو َﻞﻴِﺠﻧِﻹا

ﻢِﻬﻴَﻟِإ ﴿ 

 

“Əgər  onlar  Tövrata,  İncilə  və  Rəbləri  tərəfindən 

onlara nazil edilənə (ilahi kitabların sonuncusu olan 

Qur’ana)  düzgün  əməl  etsəydilər,  həm  (başları) 

üstündə,  həm  də  ayaqları  altında  olanlardan 

(göylərin və yerin nemətlərindən) qidalanardılar”.

1

 

 

Əsas  məsələ,  bu  dəyərli  kitabın  əbədi  və 



həmişəyaşar bir möcüzə olaraq təqdim olunmasıdır. 

Elə  buna  görə  də  daim  təhrif  olunmadan,  heç  bir 

qatqısız  qalması  zəruridir.  Digər  kitablar  isə 

Qurandan  fərqli  olaraq,  əbədi  bir  möcüzə  kimi 

təqdim olunmamışlar. 

 

 



 

 

 



 

 

 



                                                 

1

 Maidə, 66. 



 

28

YEDDİNCİ MƏQAM 



QURANIN MƏQAM VƏ MƏRHƏLƏLƏRİ 

Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də 

mübahisə  obyektinin  hansı  Qurana  aid  olduğu, 

başqa  sözlə  desək,  Quranın  mövcud  məqam  və 

mərhələlərindən  hansına  aid  olmasıdır.  Quranın 

özünün  də  buyurdğu  kimi,  bu  müqəddəs  kitabın 

məqam və mərhələləri var. 

Birinci  mərhələ:  “Lövhi‐məhfuz”.  Təbii  ki,  bu 

mərhələdə  təhrif  ola  bilməz.  Çünki  bu,  bəşərin 

qüdrəti  xaricindədir.  Quran  bu  mərhələdə  Allah 

dərgahında hər bir təhlükədən

 

amandadır.  



İkinci 

mərhələ: 

Quranın 

Cəbrayıl 

vasitəsilə 

Peyğəmbərə (s) nazil olunduğu mərhələ. Bu mərhələdə 

də  təhrif  ola  bilməz.  Buna  sübut  Cəbrayılın  bir  mələk 

kimi məsum olmasıdır.  

Üçüncü  mərhələ:  Quranın  Peyğəmbər  (s)  vasitəsilə 

insanlara  təqdim  olunması.  Bu  mərhələdə  həzrət 

Peyğəmbər  (s)  Cəbrayılın  onun  qəlbinə  nazil 

etdiklərini  heç  bir  azaltma  və  ya  çoxaltma  olmadan 

insanlar  üçün  açıqlamışdır.  Təbii  ki,  Quran  bu 

mərhələdə  də  təhrif  olunmamış,  Peyğəmbərin  (s)  öz 

dönəmində  tam  bir  kitab  şəklində  toplanaraq  tərtib 

olunmuş,  çox  sayda  insan  onu  əzbərləmiş  və  zaman 

keçdikcə 

mütəvatir 

şəkildə 

gələcək 


nəsillərə 

ötürülmüşdür.  

Dördüncü mərhələ: Bu mərhələdə məqsəd, mütəvatir 

Quranı təmsil edən Quranların mövcudluğudur. Başqa 

sözlə  desək,  yazılı,  istər  əlyazma,  istərsə  də  çap 



Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə