Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   ...   4   5   6   7   8   9   10   11   12

 

33 


İkinci  cavab:  Quranın  təhrif  olunduğunu  iddia 

edənlər  bunu  olduqca  məhdud  şəkildə,  yalnız  bəzi 

rəvayətlərdə  qeyd  olunan  ayələrə  aid  edirlər  və 

təhrifi inkar edən ayələrin təhrif olunmadığını onlar 

da  qəbul  edirlər.  Başqa  sözlə,  təhrif  müddəası  ilə 

çıxış  edənlər  özləri  belə  bu  ayələrin  təhrif 

olunmadığı qənaətindədirlər.  

Bu cavab da tutarlı deyil. Çünki təhrif haqqında iki 

nöqteyi‐nəzər mövcuddur:  

1.

Bir çoxlarının fikrincə, Quranın bir neçə müəyyən 

ayəsi  təhrif  olunmuşdur.  Yuxarıda  qeyd  olunan 

cavab bu nöqteyi‐nəzərə nisbətdə düzgündür.  



2.Bəzilərinə  görə  isə  rəvayətləri  nəzərə  almasaq 

belə  Quranın  təhrif  olunması  “icmali”  şəkildə 

(ümumi bilik şəklində) məlumdur və bu təhrifi inkar 

edən  ayələrə  də  aiddir.  Bu  nöqteyi‐nəzərə  əsasən, 

yuxarıdakı cavab doğru deyil.  

Üçüncü  cavab:  Bir  çoxları  bu  irada  cavab  olaraq 

belə  bir  fikir  irəli  sürmüşlər  ki,  bu  ayələrin  təhrf 

olunmadığı haqda yekdil rəy mövcuddur.

1

 

Bu  cavab  da  tam  olaraq  yetərli  deyil.  Çünki  təhrif 



müddəasını  qəbul  edənlər  Quranın  “icmali”  şəkildə 

təhrif  olunduğu  qənaətindədirlərsə,  bu  ayələri  “icmali 

bilik”lər  dairəsindən  xaric  edə  bilməzlər.  Başqa  sözlə, 

həmin  yekdil  rəyi  dəstəkləyə  bilməzlər,  əks  təqdirdə 

irəli sürdükləri fikrə qarşı çıxmış olacaqlar. 

                                                 

1

 Ukzubətu təhrifil‐Quran,



 səh. 4. 

 

34



Dördüncü 

cavab: 


Görkəmli 

tədqiqatçı 

fəqih 

Ayətullah  Fazil  Lənkərani  bu  problemin  həlli  yolunu 



belə izah edir: 

“Təhrif  müddəasını  rədd  etmək  məqsədi  ilə  bu 

ayələrə  əsaslanmağın  kimə  ‐  hansı  fikir  sahiblərinə 

qarşı olduğuna diqqət yetirmək lazımdır. 

Bu,  yalnız  rəvayətlərdə  qeyd  olunan  bir  neçə  ayənin 

təhrif  olunduğunu  iddia  edənlərə  qarşıdırsa,  “əbəs 

dairə”  yaranması  problemi  mövzudan  xaricdir.  Çünki 

bu  ayələr  rəvayətlərin  təhrif  olunduğunu  göstərən 

ayələrdən deyil.  

Lakin  təhrifin  “icmali”  şəkildə  olduğunu  iddia 

edənlərə qarşıdırsa, burada iki fərziyyə mümkündür:  

1.

Burada Quranın təhrif olunduğu qənaətində olan 

kimsə  onun  ilkin  zahiri  (ibtidai)  mənasını  təhrif 

olunmasına  baxmayaraq  etibarlı  hesab  edir.  Burada 

“əbəs dairə”dən söhbət gedə bilməz. Çünki ayələrin 

ilkin  zahiri  (ibtidai)  mənası  öz  etibarını  əldən 

verməmiş  və  bu  fərziyyəyə  görə,  təhrif  onun 

etibardan  düşməsinə  səbəb  olmamışdır.  Nəticə 

etibarilə  məlum  ayələrə  əsaslanmaq  mübahisəyə 

səbəb olmayacaqdır. 



2.Burada  təhrif  müddəasını  qəbul  edən  kimsə 

təhrifin  Quranın  ilkin  zahiri  (ibtidai)  mənasını, 

etibardan saldığı qənaətindədir. Bu fərziyyədə təhrif 

müddəasını  qəbul  edən,  onu  “icmali”  şəkildə 

bildiyini iddia edir, yaxud da heç bir bilikdən söhbət 

açmır  və  bunun  sırf  ehtimal  olduğunu  bildirir. 

Birinci  halda,  hətta  öz  etibarını  əldən  verməsə  belə 



 

35 


məlum  ayələrə  əsaslanmaq  olmaz.  Çünki  Üsul 

elmində sübuta yetirilmişdir ki, insana yalnız güman 

bəxş  edə  bilən  ilkin  zahiri  (ibtidai)  məna,  elm  ona 

qarşı  çıxmadıqda  faydalı  ola  bilər.  Deməli,  belə  bir 

şəraitdə  məlum  ayələrə  əsaslanmaq  olmaz.  İkinci 

halda  isə  heç  bir  elmi  dayağı  olmayan  sırf  ehtimal, 

(ayələri)  etibardan  sala  bilməz  və  həmin  ayələrə 

əsaslanmaq mübahisəyə səbəb olmaz”.

1

  

Bu  cavabda  da  təhrif  “icmali”  şəkildə  olarsa,  bu 



ayələrə əsaslanmaq olmaz.  

Beşinci cavab: Fikirimizcə, təhrif də digər məsələlər 

kimi  hər  hansı  bir  məqsədə  xidmət  edir.  Təbii  ki, 

təhrifin  məqsədləri  hədsiz  çox  olduğu  üçün,  bu 

ayələr  təhrif  olunduğu  surətdə,  artıq  təhrifə  aid 

olmayacağı  dərəcədə  nöqsanlı  hala  salınmalı  idi. 

Məsələn,  “

ﻆﻔﺣ

”  (qoruma)  ayəsində  ayənin 





 

 ُﻪَﻟ  ﺎﱠﻧِإَو

َنﻮُﻈِﻓﺎَﺤَﻟ

 

﴿

  hissəsi  çıxarılmalı,  yaxud  ən  azı  ayənin 

təhrifi inkar etməsinə aidiyyatına çox təsirli olan “



ُﻪَﻟ

” 

sözü  götürülməli  idi.  Deməli,  Quranda  ayələrin  bu 



şəkildə  mövcudluğu,  təhrif  olunmamasına  insanı 

əmin  edə  biləcək  aydın  dəlildır.  Təhrifi  “icmali” 

şəkildə  bildikdə  belə,  onun  əksini  göstərən  “icmali” 

şəkildə  bilmədiyimiz  bu  ayələri  “icmali”  bilik 

hüdudlarından xaric edir. 

 

 



 

                                                 

1

 Mədxəlut‐təfsir, səh. 202. 



 

36

ONUNCU MƏQAM 



TƏHRİF HAQQINDA İKİ İDDİA  

Öncəki  açıqlamalardan  aydın  oldu  ki,  təhrif 

haqqInda iki növ iddia mövcuddur:  

1.Bir  çoxlarının  fikrincə  təhrif  yalnız  rəvayətlərdə 

göstərilən  müəyyən  ayələrə  məxsusdur.  Buna  görə 

də  Quranın  digər  ayələri  təhrif  təhlükəsindən 

amanda  qalmış  və  onların  ilkin  zahiri  (ibtidai) 

mənasına əsaslanmaq mümkündür.  

Bu  fikirdə  olanların  dəlil  olaraq  göstərdikləri,  bəzi 

hədis kitablarında qeyd olunan rəvayətlərdir.  

2.Bəzilərinə  görə,  Quran  “icmali”  şəkildə  təhrif 

olunmuşdur. Başqa sözlə, Quranın təhrif olunmasını 

“icmali bilik” həddində bildiklərini iddia edirlər. Bu 

fikri  irəli  sürənlər,  təhrif  məsələsində  “etibar”  və  s. 

bu kimi dəlillərə əsaslanmışlar.

1

  



 

 

 



 

                                                 

1

 Ətraflı məlumat üçün bax: Mədxəlut‐təfsir, səh. 292. 




Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə