Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   2   3   4   5   6   7   8   9   ...   12

 

15 


1.  Ləfzdə  (sözdə)  təhrif:  Bu  növ  təhrifdə  məqsəd 

sözlərin 

artırılıb‐azaldılması, 

yerlərinin 

dəyişdirilməsidir.  

2.  Mənada  təhrif:  Bu  növ  təhrifdə  məqsəd  mənanı 

heç bir aidiyyatı olmayan yanlış mənaya yozmaqdır. 

Təhrifin  bu  növünə  “şəxsi  rəyə  əsaslanan  təfsir”  də 

deyilir.  Hansı  ki,  rəvayətlərdə  kəskin  şəkildə 

məzəmmət  olunmuşdur.  Peyğəmbər  (s)  bu  barədə 

buyurur:  “Quranı  öz  şəxsi  rəyinə  əsaslanaraq  təfsir 

edən kimsə, özünə oddan yer hazırlamışdır”.

1

 

3.  Yerdəyişmə  yolu  ilə  olunan  təhrif:  Bu  növ 



təhrifdə  məqsəd,  bu  və  ya  digər  ayənin,  yaxud 

surənin  nazil  olduğu  ardıcıllığa  əks  şəkildə  qeyd 

olunmasıdır.  Təhrifin  bu  növü  nadir  hallarda  baş 

vermişdir.  Belə  ki,  bütün  ayələr  nazil  olunduğu 

ardıcıllıqla  qeydə  alınmışdır.  Surələrə  gəldikdə  isə, 

onların  hamısının  Peyğəmbərin  (s)  göstərişi  ilə 

həmin  ardıcıllığa  əks  şəkildə  qeydə  alındığını  iddia 

etmək olar.  

4.  Qiraətdə  (oxunuşda)  təhrif:  Bu  növ  təhrifdə 

məqsəd,  Quranın  bu  və  ya  digər  sözünü 

müsəlmanların  yekdilliklə  qəbul  etdikləri  qiraətə 

uyğun olmayan şəkildə oxumaqdır. Bir çox qarilərin 

qiraət  zamanı  etdikləri  dəyişiklikləri  buna  misal 

göstərmək olar.  

                                                 

1

 Əvali əl‐ləali, c. 4, səh. 104. 



 

16

5.  Ləhcədə  təhrif:  Müxtəlif  qəbilələr  arasındakı 



ləhcə  fərqləri  ayələri  öz  ləhcələrinə  uyğun  şəkildə 

oxumalarına səbəb olur. 

6.  Ayrı‐ayrı  sözlərin  digər  sinonimləri  ilə,  yaxud 

başqa  sözlərlə  əvəz  olunması  yolu  ilə  olunan  təhrif: 

Artıq  məlum  olduğu  kimi  təhrifin  bu  növündə 

məqsəd,  bu  və  ya  digər  sözün  başqa  sözlə  əvəz 

olunmasıdır. İstər bu sözlər sinonim olsun, istərsə də 

sinonim  olmasın.  İbn  Məsud  bu  növ  təhrifi 

sinonimlərdə  düzgün  hesab  edir.  Onun  rəyinə  görə, 

Quranda  “



ﻢﻴﻠﻋ

  (  Əlim)  ifadəsini  “

ﻢﻴﻜﺣ

  (Həkim) 

ifadəsi ilə dəyişmək olar. 

 

 

 




 

17 


ÜÇÜNCÜ MƏQAM 

“İCMALİ” VƏ “TƏFSİLİ” TƏHRİF 

Öncə qeyd etdiyimiz kimi, təhrif (digər bir bölgüyə 

görə) “icmali”, yaxud da “təfsili”dir.  

Burada  bizim  mübahisə  obyektimizə  daxil  olacaq 

qisim  “Təfsili”  təhrifdir.  Başqa  sözlə  desək,  biz 

burada  Quranda  baş  vermiş  konkret  artım  və  ya 

azalma  haqqında  söhbət  açacağıq.  Lakin  “İcmali” 

təhrif,  yəni  Quaranda  ümumi  şəkildə  artim,  yaxud 

azalma baş verməsi (belə ki, təhrif baş verdiyini bilir, 

lakin  bunun  konkret  olaraq  hansı  ayə  və  ya  surədə 

olduğunu  bilmirik)  bizim  mübahisə  obyektimizdən 

xaricdir.  Misal  üçün  qiraətlərdə  mövcud  fərqləri,    



  ِﻢﻴِﺣﱠﺮﻟا  ِﻦَﻤْﺣﱠﺮﻟا  ِﻪﱠﻠﻟا  ِﻢْﺴِﺑ

 



﴿

  (Bismillahir‐Rəhmanir‐Rəhim) 

ayəsinin Qurandan olub‐olmamasını və s. göstərmək 

olar.  Çünki  bizim  söhbət  açdığımız  təhrif  istər 

azaldılma  yolu  ilə  olsun,  istərsə  də  çoxaldılma  yolu 

ilə,  hər  iki  halda  Allahın  sözü  ilə  müvafiq  deyil. 

Amma  qiraətlər  isə  fərqli  olmalarına  baxmayaraq, 

birinin  Allah  kəlamı  ilə  müvafiq  olmasına  şübhə 

yoxdur. 

  ِﻢﻴِﺣﱠﺮﻟا  ِﻦَﻤْﺣﱠﺮﻟا  ِﻪﱠﻠﻟا  ِﻢْﺴِﺑ

 



﴿

  (Bismillahir‐Rəhmanir‐

Rəhim) ayəsinə gəldikdə isə, şübhəsiz ki, Peyğəmbər 

(s)  onu  hər  surənin  əvvəlində  oxumuşdur.  Fikir 

ayrılığı  yalnız  onun  xırdalıqlarındadır.  Xırdalığa 

varanlar 

əsl 

Quranın 


məhz 

belə 


olduğu 

qənaətindədirlər,  xırdalığa  varmayanlar  isə,  əsl 

Quranın bu ayəsız olduğu fikri üzərində dayanırlar. 

Nəticə etibarilə bu iki düşüncənin daşıyıcılarının heç 

 

18

biri  öz  versiyalarının  əsl  Qurana  zidd  olduğunu 



(yəni  əsl  Qurana  əlavə  nə  isə  artırılıb,  yaxud 

azaldılmasını)  güman  etmirlər.  Belə  ki,  hər  iki 

versiyanın  tərəfdarları  Qurana  ilahi  vəhydən  başqa 

bəşər  sözünün  daxil  olmadığını  yekdilliklə  qəbul 

edirlər. Qiraətlərin fərqliliyi də bu qəbildəndir.  

Demək,  “icmali”  təhrifin  nümunələri  hər  hansı  bir 

şəxsin  həqiqi  sözü,  yaxud  qiraəti  olmadığına 

baxmayaraq, bizim mübahisə obyektimiz xaricindədir. 

Bizim  mübahisə  obyektimiz  olan  təhrif  əsl  Qurana 

nəyinsə artırılması və yaxud da azaldılmasıdır.  

 

 

 



 

 

 



 


 

19 


DÖRDÜNCÜ MƏQAM 

“XƏBƏRİ‐VAHİD”İN

1

 TƏHRİFİN SÜBUTU ÜÇÜN 

YETƏRSİZLİYİ 

Bu  və  ya  digər  ayənin  Qurandan  olduğunu  iddia 

etmək üçün kəskin elmi dəlilə ehtiyac var. Hər hansı 

bir ayənin Qurandan olduğunun isbatı üçün “Xəbəri‐

vahid”in  yetərli  olmadığı  kimi,  təhrifin  isbatı  üçün 

də  yetərli  deyil.  Təhrif  nəzəriyyəsini  dəstəkləyənlər 

öz  müddəalarının  isbatı  üşün  kəskin,  yetərli  elmi 

dəlillər  göstərməlidirlər.  Başqa  sözlə  desək,  etiqadla 

bağlı  məsələlərin  isbatı  üçün  “xəbəri‐vahid”  və  bu 

kimi  sırf  gümana  əsaslanan  dəlilləri  yetərli 

bilmədiyimiz  kimi,  ən  mühüm  dəlil  olan  Quranı  da 

heç  bir  şəkildə  “xəbəri‐vahid”lə  qəbul  edib,  yaxud 

etməmək olmaz. Məhz elə buna əsaslanan Şeyx Tusi 

“Tibyan” adlı təfsir kitabının müqəddiməsində yazır: 

“Quranın təhrifini iddia edən rəvayətlər bütünlüklə 

“xəbəri‐vahid”dirlər.  “Xəbəri‐vahid”  tam  elmi  dəlil 

olmadığı  üçün  təhrif  məsələsində  də  yetərli 

sayılmır”. 

Şeyx  Tusinin  məqsədi,  bu  məsələnin  tam  yəqin 

edilməsi şərt olan məsələlərdən olmasıdır. 

 

 

 



 

                                                 

1

 “Hədis” elmi terminologiyasında sənəd silsiləsində mövcud olan 



rəvayətçiləri mütəvatir həddinə yetməyən hədisə “xəbəi‐vahid” deyilir. 

 

20



BEŞİNCİ MƏQAM 

BÖYÜK ŞİƏ ALİMLƏRİNİN QURANIN TƏHRİF 

OLUNMASI BARƏSİNDƏ FİKİRLƏRİ 

Böyük  şiə  alimləri  Quranın  təhrif  olunmadığı 

qənaətindədirlər.  Belə  ki,  onlar  hazırkı  Quranın  heç 

bir artım və ya azalma baş vermədən Peyğəmbərə (s) 

nazil olunan Quran olduğunu qəbul edirlər. 

Burada  şiə  məzhəbinin  dayaqları  və  qələmə 

aldıqları  əsərlər  bu  məzhəbin  əqidəsi  hesab  olunan 

bir  neçə  alimin  görüşlərini  qısa  şəkildə  diqqətinizə 

çatdıracağıq.  Lakin  oncə  iki  məsələyə  diqqət 

yetirməyi zəruri hesab edirik. 



1.

Bir çox Quran elmləri ilə bağlı kitablarda Quranın 

təhrif 

olunması 



nəzəriyyəsini 

Əhli‐sünnənin 

“Həşviyyə” 

qoluna 


aid 

etdikləri 

kimi, 

Şiə 


məzhəbinin də “Əxbari” qoluna aid etdikləri nəzərə 

çarpır.  Nəzərə  almaq  lazımdır  ki,  “Vəsailüş‐Şiə” 

kitabının  müəllifi,  Şeyx  Hürr  Amili  kimi  bir  çox 

əxbari  alimlər  Quranın  təhrif  olunmadığı  fikrində 

olmuş,  hətta  bu  haqda  elmi  əsər  belə  yazmışlar. 

Deməli, əxbari olmaq heç də Quranın təhrif olunması 

qənaətində olmaq deyil.  

2.Şübhəsiz  ki,  şiə  alimləri  Qurana  nəyinsə 

artırılması  yolu  ilə  təhrif  olunmaması  haqqında 

yekdil  rəyə  malikdirlər.  Lakin  azaldılma  yolu  ilə 

təhrif olunmaması barəsində isə Müqəddəs Bağdadi

1

 

(Vafiyə  kitabının  izahinda),  görkəmli  şiə  mərcəi‐



                                                 

1

 Alaur‐Rəhman, Bəlaği, səh. 26. 




Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə