Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
1   ...   4   5   6   7   8   9   10   11   12

 

45 


deyil.  Yəni  Quran  tam  müstəqil,  analoqu  olmayan, 

onunla  müqayisə  olunacaq  hər  hansı  bir  kitabdan 

üstündür.  

Yuxarıda  qeyd  olunan  ehtimallara  belə  cavab 

vermək olar: 

Birincisi,  bu  təfsir  və  açıqlamaların  bəzisi  təhriflə 

üst‐üstə  düşür.  Buna  misal  olaraq,  Qütadə  və 

Suddinin fikirlərini göstərmək olar.  

İkincisi,  heç  bir  təfsirçi  alim  məlum  ayənin  təhriflə 

bağlı olduğunu bildirməsə belə, lazımi yerlərdə sübuta 

yetirilmişdir  ki,  təfsir  metodlarından  biri  ilkin  zahiri 

(ibtidai)  mənaya  əsaslanmaqdır.  Məlum  ayənin  ilkin 

zahiri (ibtidai) mənası təhrifə aiddir.  

Təfsirçı  alimlərin  açıqlamalarına  gəldikdə  isə, 

bildirməliyik  ki,  onların  bu  və  ya  digər  fikirləri  öz‐

özlüyündə,  məsum  sözünə  əsaslanmadan  heç  də 

etibarlı hesab oluna bilməz.  

Üçüncüsü,  məlum  ayədə  yer  alan  “batil”

  anlayışını 

izah  edən  rəvayətlərdə  hər  hansı  bir  inhisar, 

məhdudiyyət nəzərə çarpmır. Bu açıqlamalar sadəcə 

olaraq bir neçə nümunədir.  

 

 

 



 

 

 



 

 

 



46

ON ÜÇÜNCÜ MƏQAM 

TƏHRİF MÜDDƏASI QƏBUL OLUNDUĞU TƏQDİRDƏ, 

QURANIN İLKİN ZAHİRİ (İBTİDAİ) MƏNASI 

ETİBARDAN DÜŞÜRMÜ? 

Təhrif  müddəasının  qəbul  olunduğu  təqdirdə 

Quranın  ilkin  zahiri  (ibtidai)  mənası  etibardan 

düşürmü  və  ya  belə  olan  halda  ona  əsaslanmaq 

düzgündürmü?  Bu  sual  yalnız  Quranın  təhrif 

olunduğunu  iddia  edən  hər  hansı  bir  şəxsin  təhrifi 

“icmali” şəkildə (ümumi bilik şəklində) bildiyi halda 

düzgündür. 

Bir  çoxlarının  fikrincə,  hər  hansı  bir  ayənin  təhrif 

olunduğu ehtimal olunarsa, “aqillər metodu”nun ən 

mühüm  prinsipi  olan  “dəlilsizlik”  qanununa 

güvənərək  həmin  ayənin  ilkin  zahiri  (ibtidai) 

mənasına əsaslanmaq olar.  

Başqa  sözlə,  təhrif  olunmuş  kitabın  etibarlı 

sayılması  üçün  məsumların  (ə)  təsdiq  etməsinə 

ehtiyac yoxdur.  

Bu  metoddan  yalnız  “aqillər”in  bu  qanuna  “birgə 

dəlil”  mövcud  olduğu  güman  olunduqda  icazə 

verdikləri  zaman  yararlanmaq  olar.  Halbuki, 

araşdırmalara  əsasən,  “aqillər”  bu  qanundan 

yararlanmağa  yalnız  “birgə  dəlil”  olmadıqda,  yəni 

danışanın  sözündən  ayrı  hər  hansı  bir  dəlil 

olmadıqda  icazə  verirlər.  “Birgə  dəlil”in  olduğu 

ehtimal  olunduqda  isə  bu  metoddan  istifadə  etmək 

olmaz.  Təhrif  məsələsində  də  “icmali”  şəkildə 



 

47 


(ümumi  bilik  şəklində)  bildikdən  sonra  ehtimal 

olunan,  “birgə  dəlil”in  mövcudluğudur;  hansı  ki, 

təhrif nəticəsində aradan getmişdir.  

 

 



 

 

 



 

 

 



 

48

ON DÖRDÜNCÜ MƏQAM 



“SƏQƏLEYN” HƏDİSİ, QURANIN TƏHRİF 

OLUNMADIĞINA ƏN TUTARLI DƏLİLDİR 

Quranın təhrif olunmadığına dəlil olan ən mühüm 

rəvayət “Səqəleyn” hədisidir. Hansı ki, Peyğəmbərin 

(s)  Əli  (ə),  Əbuzər,  İbn  Abbas,  Abdullah  ibn  Ömər, 

Hüzeyfə  və  Əbu  Əyyub  Ənsari  kimi  33  min  nəfərə 

yaxın  böyük  səhabələri    nəql  etmiş  və  200‐ə  yaxın 

böyük  “əhli‐sünnə”  alimi  öz  kitabında  qeyd 

etmişdir.  Sözügedən  hədis,  sənədlərindən  birinə 

əsasən belədir: 

Həzrət Peyğəmbər (s) buyurur: 

 

 

 اﻮُﮑﱠﺴَﻤَﺘَﻓ ،رﻮﱡﻨﻟا َو ﯼﺪُﻬْﻟا ِﻪﻴﻓ َو ﯽﺗَﺮْﺘِﻋ َو ِﷲا َبﺎﺘِﮐ ،ْﻦْﻴَﻠَﻘﱠﺜﻟا ُﻢُﮑﻴﻓ ٌﮎِرﺎﺗ ﯽّﻧإ



 ﯽﺘْﻴَﺑ ِﻞْهأ ﯽﻓ ﷲا ُﻢُﮐُﺮُﮐْذأ ،ﯽﺘْﻴَﺑ َﻞْهأ َو ِﻪِﺑ اوُﺬُﺧ َو ِﷲا ِبﺎﺘِﮑِﺑ

)

تاّﺮَﻣ َثﻼَﺛ

(

1

 

 

Təhrifin inkarı üçün bu hədisə iki yolla əsaslanmaq 



mümkündür: 

Birinci  yol:  Bu,

  altı  məqama  diqqət  yetirdikdə 

aydınlaşır.  



1.

Hədisdə  göstərilir  ki,  Qiyamət  gününə  qədər 

Qurana tapınmaq mümkündür. 

2.

Quranın 


təhrif 

olunması 

ona 

tapınmağın 



mümkünlüyünü şübhə altına alır.  

3.

Qurana  tapınmaq,  onun  bütün 

buyuruq

larına 


əməl  etmək  deməkdir.  Burada  məqsəd  yalnız 

əhkamla  bağlı  məhdud  ayələrə  əməl  etmək  deyil. 

                                                 

1

 Sünəni‐Darəmi, c. 2, səh. 431. 




 

49 


Başqa  sözlə  desək,  Quranda  məqsəd,  yalnız  əhkam 

və  əməli  (praktiki)  göstərişlərin  izahı  deyil,  əksinə, 

daha  geniş  məna,  insanlıarın  hidayət  olunması, 

zülmətdən nura doğru nicatıdır. 



4.

Təhrifdə  məqsəd,  Quranın  bəzi  həqiqətlərini 

gizlətmək və nurunu qismən də olsa söndürməkdir. 

Təbii  ki,  təhrif  olunmuş  kitab  bütün  sahələrdə  bir 

hidayət  çırağı  kimi  bəşəriyyətin  yoluna  işıq  saça 

bilməz.  Bir  halda  ki,  Quran  öz  məqsədinin  insanları 

zülmətdən  nura  çıxarmaq,  onları  ən  yüksək  maddı 

və mənəvi məqamlara ucaltmaq olduğunu bildirir və 

bu, yalnız ona əməl etməklə mümkündür.  

5.

Qurana  tapınmaq,  itrətə  tapınmaqdan  fərqli 

olaraq,  yalnız  Quranın  özünü  əldə  etdikdən  sonra 

mümkündür.  Bu,  “Əhli‐beyt”in  yanında  qorunub 

saxlanan

 

və 



əlçatmaz 

Quran  deyil,  insanların 

ixtiyarında olan Quran olmalıdır.  

6.

Hədisdən  aydın  olur  ki,  Qurana 

tapınmaq  nəinki 

mümkün


,  əksinə,  vacibdir.  Çünki  burada  xəbər 

cümləsi  əmr  cümləsi  şəklində  işlədilmişdir  və  bu 

“təklifi  hökm”dür.  “Üsul”  elmindən  aydın  olduğu 

kimi,  şəriət  göstərişlərində  əmr  olunan  hökm  ona 

əməl 

edəcək 


insanların 

bacarığı 

xaricində 

olmamalıdır.  Təbii  ki,  Quran  təhrif  olunsaydı,  ona 

tapınmaq mümkün olmayacaqdı.  

İkinci yol: Hədisdən məlum olur ki, iki ağır yükün 

hər  biri  ayrı‐ayrılıqda,  müstəqil  və  tam  dəlildir. 

Birinin  etibarlı  hesab  olunması,  digərinin  təsdiq 

etməsinə  bağlı  deyil.  Əlbəttə,  bu  heç  də  onların  hər 

 

50



birinin  ayrı‐ayrılıqda  bəşəriyyəti  son  kamillik 

həddinə ucaltmaq və azğınlıqlardan, büdrəmələrdən 

qorumaq üçün kifayət olduqları demək deyil. Bütün 

bunlar  bu  iki  ağır  yükün  üzərinə  düşən  müştərək 

vəzifələrdir. Deməli, Quran təhrif olunduğu təqdirdə 

ilkin zahiri (ibtidai) mənası etibardan düşür və nəticə 

etibarı  ilə  təhrif  olunmuş  kitaba  əsaslanmaq  üçün 

məsumların  (ə)  onu  təsdiq  etməsi  zərurəti  meydana 

çıxır  və  hədisin  ilkin  zahiri  (ibtidai)  mənası  ilə 

ziddiyyət  təşkil  edir.  Çünki  hədisin  ilkin  zahiri 

(ibtidai)  mənasından  bu  iki  dəlilin  müstəqil  olduğu 

məlum  olur.  Ümumiyyətlə,  böyük  əmanətin  etibarı 

kiçik əmanətə necə bağlı ola bilər? 

Bu iki əsaslanmadan belə bir nəticə alırıq: 

Birincisi, Qurana tapınmaq, ona əməl etmək nəinki 

mümkün, əksinə, vacibdir. 

İkincisi,  Quran  müstəqil  dəlildır.  Məlum  olduğu 

kimi, təhrif nəzəriyyəsi hədisdən alınan bu iki nəticə 

ilə ziddiyyət təşkil edir.  

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə