Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   2   3   4   5   6   7   8   9   ...   30

13 

 

 



 

§ 1.2. Bazar şəraitində müasir iqtisadi və sosial idarəetmənin metodları. 

darəetmə metodları sistemi 

 

darəetmə - sənət kimi qədim olduğu kimi, bir elm kimi müasirdir.  darəetmə 



üzrə  mütəxəssislər  belə  bir  fikrə  gəliblər  ki,  idarəetmə  böyük  siyasi,  iqtisadi, 

texnoloji, sosial və etik sistemlərin bir hissəsi olmaqla yanaşı, həm də özünün şəxsi 

konsepsiyalarına,  prinsiplərinə  və  metodlarına  əsaslanir,  yəni  ciddi  elmi-metodiki 

ə

sasa malikdir. 



darəetmə  nəzəriyyəsi  özünün  və  təkcə  ona  məxsus  olan  tədqiqat  predmetinə 

malikdir, o, idarəetmə prosesinin təşkilinin qanunauyğunluqlarını, insanlar arasındakı 

münasibətləri öyrənir, tədqiqat obyektinə xas  olan metodoloji üsulları müəyyən edir, 

idarəetmə obyektinə fəal təsir metodlarını və sistemlərini işləyib hazırlayır, öyrənilən 

proseslərin  proqnozlaşdırılması  və  qabaqcadan  görülmə  üsullarını  müəyyən  edir. 

Hadisələrin, vəziyyətlərin qeyd olunması və sistemləşdirilməsi, qanunauyğunluqların 

açılması,  praktiki  nəticə  və  təkliflərin  işlənilib  hazırlanması  üçün  onlar  arasında 

ə

laqələrin  müəyyən  olunması,  –  bütün  bunlar  hər  bir  elmin,  o  cümlədən,  idarəetmə 



elminin əsas vəzifələrindən biridir. 

Bəşəriyyətin praktiki fəaliyyəti təkcə ictimai istehsalla izah olunmur, o, həyatın 

bütün  tərəflərini  əhatə  edir;  cəmiyyətin  maddi  və  mənəvi  mədəniyyətini  inkişaf 

etdirir.  Elm  bir  qayda  olaraq,  praktikanın  ehtiyaclarını  qabaqlayır,  yeni  halları 

qabaqcadan  görməyə  imkan  verir;  bununla  belə  öz  müstəqilliyinə  baxmayaraq, 

nəzəriyyə  praktikadan  asılı olur, orada özünün  konsepsiyalarının təsdiqini və yaxud 

inkarını axtarır ki, bu da şüurun mücərrədiliyindən konkretliyə doğru yüksəlməsinin 

böyük  bir  prosesidir.  darəetmə  nəzəriyyəsinin  inkişaf  tarixi  özünün  kəşfləri  və 

məğlubiyytələri  ilə,  yeni  orijinal  fərziyyələrin  yaradılması  və  onların  praktikada 

qəbul  olunmaması  ilə  bu  fikri  təsdiqləyir.  Elm  dünyanın  dərk  edilməsinin  güclü 

vasitələrinə  -  təhlil  (analiz)  metoduna  (yəni  halların  tərkib  hissələrə  bölünməsi, 

inkişafın  xüsusiyyətləri  və  onun  pillələri)  və  sintez  metoduna  (ümumiləşdirmələr, 

öyrənilən  prosesin  tam  mənzərəsinin  qurulması)  malikdir.  Təhlil  sintezdən  əvvəl 

gəlir, onları bir-biri ilə ayrılmaz daxili əlaqələr bağlayır.  




14 

 

 



 

darə  heyətinin  idarə  edilməsi  nəzəriyyəsi  və  yaxud  inzibati  idarəçilik  elmi 

təəssüflər  olsun  ki,  heç  də  həmişə  deduktiv  və  eksperimental  tədqiqat  obyektlərinə 

istinad  edə  bilmirlər,  çünki  öyrənilən  halları  xarici  mühitin  və  kənar  amillərin 

təsirindən təcrid etmək mümkün olmur. Təhlil və sintezdən başqa, elm (və xüsusilə 

incəsənət) daha bir qəribə və sirli alətə - intuisiyaya (duyğu alətinə)  malikdir.  

darəetmə  təkcə  elm  deyil,  həm  də  sənət  olduğu  üçün  intuisiyanın  idarəetmə 

qərarlarının  qəbul  olunmasında  rolu  xüsusilə  böyük  və  məsuliyytəlidir.  darəetmə 

nəzəriyyəsi  və  sənəti  özünün  minillik  tarixinə  malikdir  və  damla-damla  yığılmış 

biliklər, təcrübələr bizim yaddaşımızda saxlanılmaqdadır. 

darəetmə  nəzəriyyəsi  həyatın  konkret  vəziyyəti  üçün  hazır  tövsiyyə  verə 

bilməz  və  hər  bir  insan  intuisiyaya  və  öz  şəxsi  təcrübəsinə  əsaslanaraq  qərar  qəbul 

edir.  Lakin  hər  bir  improvizasiya  qanunlara  dərindən  yiyələnməyə,  elmi  cəhətdən 

ə

saslandırılmış və insan tərəfindən başa düşülən ustalıq metodlarına əsaslanır. 



darəetmə sənəti – insanın informasiya və vaxt çatışmazlığı şəraitində qeyri-adi 

qərar  qəbul etmək bacarığıdır. Bunun əsasında idarəetmə elminin metodologiyası və 

və  prinsipləri  durur  ki,  bu  da  öz  növbəsində,  elmlərin  inteqrasiya  dövrünün  fənni 

sayılır  və  avtomatik  nizamlanmanın,  informasiya  nəzəriyyəsinin,  kibernetikanın, 

iqtisadiyyatının  nailiyyətlərinə  əsaslanır  və  cəmiyyətin  ictimai  həyatının  əsas 

konsepsiyalarının  dəyişmələrinə  münasibətini  göstərir.  Eyni  zamanda,  idarəetmə 

sənəti  psixologiyanın,  məntiqin,  etikanın,  ritorikanın,  fəlsəfənin,    hüququn 

ümumbəşər  nailiyyətlərini,  həmçinin  şəxsiyyətə  təsir  metodlarını  və  müxtəlif  dini 

qurumların sosiumlarını özündə cəmləşdirmişdir. 

Bir  sözlə,  səmərəli  idarə  etmə  üçün  onun  nəzəri  əsaslarını  bilməli,  praktiki 

ə

saslara  və  praktiki  təcrübəyə  malik  olmalı,  nəzəriyyə  və  praktikadan  yaradıcılıqla 



istifadə etməli, yəni idarəetmə sənətinə malik olmak lazımdır. 

Beləliklə,  idarəetmə  elminin  məqsədi  –  idarəetmənin  prinsiplərinin, 

strukturunun,  metodlarının  və  texnikasının  öyrənilməsi  və  təkmilləşdirilməsidir. 

darəetmənin optimal metodlarının axtarışı daimi olaraq həyata keçirilir və bu, geniş 

diapazonda  –  texnoloji  metodlardan  (əl  ilə,  avtomatik,  telemexaniki  idarəetmə, 

Avtomatlaşdırılmış  darəetmə  Sistemləri-A S)  tutmuş,  iqtisadi,  inzibati  və  sosial-




15 

 

 



 

psixoloji  metodlaradək  həyata  keçirilir.  darəetmə  metodunu  qarşıya  qoyulan 

vəzifələr  çatmaq  üçün  idarəedilən  sistemə  təsir  vasitəsi  kimi  müəyyən  etmək  olar. 

darəetmə  metodları  adətən  bir-birlərini  tamalayırlar,  onların  seçimi  hər  hansı 

istənilən əsas metodların iqtisadi məqsədəuyğunluğu, vaxtlı-vaxtında olması və  əldə 

edilməsi ilə bağlıdır. 

darəetmə problemlərinin həll olunması çoxsaylı çətinlikliklərlə bağlıdır, çünki 

kəmiyyətlə  ölçülən  (resursların  kəmiyyət  və  dəyər  ifadəsində  məsrəfləri,  enerji 

məsrəfi, metaltutumluluğu və s.) proseslərlə yanaşı elələri də vardır ki, onlar obyektiv 

olaraq  kəmiyyət  qiymətləndirilməsi  ilə  ölçülə  bilinmir.  Bu  halların  təhlili  və 

qiymətləndirilməsi,  ancaq  uzunmüddətli  təcrübədən  keçmədən  və  əldə  olunan 

nəticələrin riyazi işlənilməsindən sonra mümkündür.  

darəetmə,  özünün  geniş  mənasında  –  az  vaxt  və  resurs  məsrəfi  ilə  optimal 

nəticələrin  əldə  olunması  üçün  idarəetmə  obyektinə  (şəxsiyyət,  kollektiv,  texnoloji 

proses,  müəssisə,  dövlət)  daimi  olaraq  təsir  göstərən  bir  prosesdir  [8].    darəetmə 

sahəsindəki  hər  bir  mütəxəssis  idarəetmə  nəzəriyyəsinə,  təcrübəsinə  və  bacarığına 

malik  olmağa  borcludur,  onlar  öz  fəaliyyət  məqsədlərini  dəqiq  müəyyən  etməyi 

bacarmalı, strategiya və taktikanı müəyyən etməli, idarəetmə qərarlarını qəbul etməli 

və onlara görə şəxsi məsuliyyət daşımalıdırlar.  

Hazırda yeni və çox vacib olan – risk və məsuliyyət haqqında.   ndiki zamanda 

rəhbərin  və  idarəetmə  aparatının  əlində  müəssisənin  taleyi  durur:  əvvəllər  olduğu 

kimi  indi  heç  kim  geridə  qalana  kömək  etməyəcəkdir.  Rəhbərlər  bir  sıra  çoxsaylı 

istehsalat  problemlərini:  idarəetmənin  strateji  məqsəd  və  vəzifələrinin  müəyyən 

olunması,  bu  məqsədlərə  nail  olmağın  təfsilatlı  planının  işlənilməsi,  konkret 

ə

məliyyatlar  üzrə  məsələlərin  dekompozisiyası,  müəssisənin  fəaliyytəinin  digər 



ş

irkətlərlə  və  firmalarla  əlaqələndirilməsi,  iyerarxik  strukturun  daimi  olaraq 

təkmilləşdirilməsi,  idarəetmə  qərarlarının  qəbul  edilməsi  proseduralarının 

optimallaşdırılması,  idarəetmənin  daha  səmərəli  üsullarının  axtarılması  və  işçilərin 

hərəkətlərinin  motivləşdirilməsinin  təkmilləşdirilməsi  kimi      problemləri  sərbəst 

olaraq həll etmək məcburiyyətindədirlər. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə