Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

49 

 

 



 

Rəqabət  qabiliyyəti  –

inkişafda  olub  daimi  dinamik  dəyişiklərə  məruz  qalan 

çoxcəhətli mürəkkəb iqtisadi anlayışlardan biridir.  

Rəqabət  qabiliyyətinin  nə  Azərbaycanda,  nə  də  dünyada  vahid,  universal, 

ümumi  qəbul  olunmuş  tərifi  yoxdur.  Adətən  rəqabət  qabiliyyəti  altında  ölkənin 

sahənin,  təsərrüfat  vahidinin  qarşıya  qoyulan  iqtisadi  məqsədlərinin  (rəqabət 

bazarında  mövqelərin  möhkəmləndirilməsi  və  ya  onların  qazanilması)  əldə 

olunmasında  rəqibləri  qabaqlamaq  başa  düşülür.  Başqa  sözlə,  rəqabət  qabiliyyəti  –

iqtisadi,  sosial,  siyasi  amillərlə  şərtləndirilən  ölkənin,  onun  iqtisadiyyatının,  mal 

istehsalçılarının daxili və xarici bazarda vəziyyəti deməkdir. 



Milli  iqtisadiyyatın  rəqabət  qabiliyyəti 

altında  həm  daxili,  həm  də  xarici 

bazarlarda əcnəbi mallar və xidmətlərə rəqabət göstərən mallar və xidmətlərdə özünü 

biruzə verən iqtisadi, elmi-texniki, istehsalat, təşkilati-idarəetmə, marketinq və digər 

imkanların təmərküzləşdirilmiş anlayışı başa düşülür.  

Milli  iqtisadiyyatın  rəqabət  qabiliyyəti  dedikdə,  ölkənin  ictimai  və  dövlət 

quruluşu sisteminin rəqabət qabiliyyəti, milli iqtisadiyyatın dinamik inkişafı, dövlətin 

dünya  standartlarından  geri  qalmayan  cəmiyyət  üzvlərinin  maddi  rifah  səviyyəsini 

təmin etmək qabiliyyəti nəzərdə tutulur.   

Mövcud olan təcrübə göstərir ki, milli iqtisadiyyatın rəqabət qabiliyyəti, onun 

tərkib  hissələri  –  çox  dəyişkən  ölçülərdir.  Ölkənin  rəqabət  qabiliyyətinin  mövcud 

səviyyədə  saxlanılması  sadəcə  olaraq  daimi  və  geniş  cəhdlərin  göstərilməsini  deyil, 

həm də dövlətin rolunun daha çox olduğu strateji xarakterli məqsədyönlü düşünülmüş 

hərəkətlərin edilməsini tələb edir.  

Bazar  iqtisadiyyatı  şəraitində  dövlət  birbaşa  raqabət  qabiliyyətini  idarə  edə 

bilmir,  ona  müxtəlif  təsir  vasitələri  və  tədbirləri  –  qanunvericilik  aktları,  hökumət 

qərarları, iqtisadi vasitələrlə təsir edir. Başqa sözlə, dövlətin vəzifəsi ondan ibarətdir 

ki,  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətinin  idarə  olunması  üçün  imkan  daxilində 

ə

lverişli şərait yaradılsın. 



Sahənin  (sahələr  kompleksinin)  rəqabət  qabiliyyəti 

yüksək  keyfiyyətli 

məhsulları  yaratmağa  və  istehsal  etməyə  imkan  verən  müəyyən  rəqabət 

üstünlüklərinin olması ilə müəyyən edilir. 




50 

 

 



 

Sahənin rəqabət qabiliyyəti aşağıdakıların olmasını nəzərdə tutur: 

-  səmərəli sahəvi quruluş; 

-  sahənin  digər  müəssisələrini  öz  səviyyəsinə  dartıb  çıxara  bilən  yüksək 

rəqabət qabiliyyətli firma (müəssisə) - liderlər qrupu; 

-  sazlanmış  təcrübi-konstruktor,  mütərəqqi  istehsalat-texnoloci  bazanın, 

inkişaf etmiş sahəvi infrastrukturun olması; 

-  sahə  daxilində,  həm  də  ölkə  daxilində  və  onun  xaricindəki  digər 

sahələrlə  çevik  elmi-texniki,  istehsalat,  maddi-texniki,  kommersiya 

ə

məkdaşlığı sistemi. 



əssisənin (firmanın) rəqabət qabiliyyəti – 

rəqabətli bazar şəraitində səmərəli 

təsərrüfat  fəaliyyətinin  və  mənfəətli  satışın  təmin  olunması  deməkdir.  Rəqabət 

qabiliyyəti  göstəricisi  hər  bir  müəssisə  üçün  onun  bütün  bölmə  və  xidmətlərinin 

işlərini özündə əks etdirən güzgüdür. Xarici bazara raqabət qabiliyyətli malla çıxmaq  

-  müəssisənin bazarı ələ  alması  və  orada möhkəmlənmsi  sahəsində  ilkin  məqamdır. 

Bundan sonra malların rəqabət qabiliyyətlərinin idarə olunması üzrə böyük, vacib iş 

başlayır. 

Rəqabət  qabiliyyətinin  idarə  olunması  –  məlumatın  daima  təkmilləşdirilməsi, 

mütəmadi  olaraq  onun  yeni  satış  kanallarının,  yeni  alıcı  qruplarının  axtarılması, 

servis xidmətinin, reklamın yaxşılaşdırılması üzrə tədbirlər məcmuusudur. 

Malın  rəqabət  qabiliyyəti  –

  alıcınin  konkret  tələbatını  ödəyən  malın  rtyfiyyət 

və dəyər (qiymət) xarakteristikalarının məcmuusudur. Lazımi istehlak dəyərinə malik 

olan mal nəinki nəzərdə tutulmuş miqdarda və vaxtda istehlakçıya çatdırılmalı, həm 

də onun dünya təcrübəsində mövcud olan servis xidmətinə zəmanət olmalıdır. 

Rəqabət qabiliyyəti rəqabətlə çox sıx bağlıdır. Rəqabət qabiliyyəti ancaq orda 

yaranır  və  özünü  biruzə  verir  ki,  orada  rəqabət  olsun.  Bazar  və  rəqabət  -    müasir 

iqtisadiyyatın əsas və eyni zamanda ən güclü və təsirli inkişaf mexanizmidir.  

Malin  rəqabət  qabiliyyətini  açıqlayan  əsas  xarakteristikalar  aşağıdakılardan 

ibarətdir: 

-  malın  keyfiyyəti  və  istehlak  dəyərliliyi,  yəni  onun  ödədiyi  tələbatın 

dərəcəsi və diapazonu; 




51 

 

 



 

-  malın dəyəri; 

-  malın istehlak olunma qiyməti; 

-  texniki xidmətin keyfiyyəti və s. 

Sahibkarlıq qərarlarını ənənəvi olaraq analitik və axtarış (yaradıcı) qərarlarına 

ayırmaq olar. Bu cür ayırmanın bütün şərtiliklərinə baxmayaraq, digər tərəfdən, belə 

ayırma alternativlərin işlənilməsi alətlərinın düzgün tapılmasına imkan yaradır. 

Qərarların  işlənbilməsinin  analitik  yanaşması  aşağıdakı  hallarda  özünü 

doğruldur: 

•  problem nisbətən sadədir; 

•  alternativləri asan ifadə etmək olur; 

•   qərarın işlənilməsi və qəbul olunması üçün lazım olan informasiya əldə 

oluna biləndi; 

•  axtarılan qərarın dqğruluğunu göstərən standartlar mövcuddur.  

Buna  görə  də,  aydındır  ki,  təkcə  analitik  yanaşmanın  tətbiq  olunması  bir  sıra 

çox mühüm məhduduiyyətlərlə bağlıdır. Çətinliklərin birinci qrupu problemin özünün 

müəyyən olunmasına aiddir. Çox nadir hallarda qərarın axratışına başlamazdan əvvəl, 

tərəflər    konsensusa  (razılığa)  gəlirlər.  Çox  vaxt  problemlər  elə  formalaşdırılar  ki, 

onlara  qarşı  hazır  qərarlar  tətbiq  etmək  mümkün  olsun.  Çətinliklərin  ikinci  qrupu 

alternativlərin işlənilməsinə aiddir.  



Yaradıcı  (axtarış)  yanaşmasından 

qeyri-standart,  əvvəllər  istifadə  olunmamış 

qərarlar  axtarılan  zaman  istifadə  edirlər.  Müəyyən  dərəcədə  rəsmiləşdirilə  bilən 

analitik  yanaşmadan  fərqli  olaraq,  yaradıcı  yanaşma,  formallaşdırmağa  daha  az 

hallarda yol verir.  

darəetmə qərarlarının səmərəliliyi bir sıra amillərin təsiri ilə müəyyən olunur 

və  bu,    qərarların  işlənilməsinin  və  həyata  keçirilməsinin  müxtəlif    mərhələlərində 

özünü biruzə verir. Bütövlükdə isə onlardan ən əsasları – qərarı qəbul edənin səriştəsi 

və  iş  təcrübəsi;  qərar  qəbul  edən  şəxsin  (QQŞ)  məlumatlanma  dərəcəsi;  qərarların 

işlənilməsi  prosesində  kollegiallıq  dərəcəsi;  nəzarətdə  olan  qərarların  xüsusi  çəkisi; 

qərarı  işləyib  hazırlayan  rəhbər  işçilərin  və  mütəxəssislərin  həmin  qərarların 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə