Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 



 

öyrənilən  prosesin  tam  mənzərəsinin  qurulması)  malikdir.  Təhlil  sintezdən  əvvəl 

gəlir, onları bir-biri ilə ayrılmaz daxili əlaqələr bağlayır.  

darə  heyətinin  idarə  edilməsi  nəzəriyyəsi  və  yaxud  inzibati  idarəçilik  elmi 

təəssüflər  olsun  ki,  heç  də  həmişə  deduktiv  və  eksperimental  tədqiqat  obyektlərinə 

istinad  edə  bilmirlər,  çünki  öyrənilən  halları  xarici  mühitin  və  kənar  amillərin 

təsirindən təcrid etmək mümkün olmur. Təhlil və sintezdən başqa, elm (və xüsusilə 

incəsənət) daha bir qəribə və sirli alətə - intuisiyaya (duyğu alətinə)  malikdir.  

darəetmə  təkcə  elm  deyil,  həm  də  sənət  olduğu  üçün  intuisiyanın  idarəetmə 

qərarlarının  qəbul  olunmasında  rolu  xüsusilə  böyük  və  məsuliyytəlidir.  darəetmə 

nəzəriyyəsi  və  sənəti  özünün  minillik  tarixinə  malikdir  və  damla-damla  yığılmış 

biliklər, təcrübələr bizim yaddaşımızda saxlanılmaqdadır. 

darəetmə  nəzəriyyəsi  həyatın  konkret  vəziyyəti  üçün  hazır  tövsiyyə  verə 

bilməz  və  hər  bir  insan  intuisiyaya  və  öz  şəxsi  təcrübəsinə  əsaslanaraq  qərar  qəbul 

edir.  Lakin  hər  bir  improvizasiya  qanunlara  dərindən  yiyələnməyə,  elmi  cəhətdən 

ə

saslandırılmış və insan tərəfindən başa düşülən ustalıq metodlarına əsaslanır. 



darəetmə sənəti – insanın informasiya və vaxt çatışmazlığı şəraitində qeyri-adi 

qərar  qəbul etmək bacarığıdır. Bunun əsasında idarəetmə elminin metodologiyası və 

və  prinsipləri  durur  ki,  bu  da  öz  növbəsində,  elmlərin  inteqrasiya  dövrünün  fənni 

sayılır  və  avtomatik  nizamlanmanın,  informasiya  nəzəriyyəsinin,  kibernetikanın, 

iqtisadiyyatının  nailiyyətlərinə  əsaslanır  və  cəmiyyətin  ictimai  həyatının  əsas 

konsepsiyalarının  dəyişmələrinə  münasibətini  göstərir.  Eyni  zamanda,  idarəetmə 

sənəti  psixologiyanın,  məntiqin,  etikanın,  ritorikanın,  fəlsəfənin,    hüququn 

ümumbəşər  nailiyyətlərini,  həmçinin  şəxsiyyətə  təsir  metodlarını  və  müxtəlif  dini 

qurumların sosiumlarını özündə cəmləşdirmişdir. 

Bir  sözlə,  səmərəli  idarəetmə  üçün  onun  nəzəri  əsaslarını  bilməli,  praktiki 

ə

saslara  və  praktiki  təcrübəyə  malik  olmalı,  nəzəriyyə  və  praktikadan  yaradıcılıqla 



istifadə etməli, yəni idarəetmə sənətinə malik olmak lazımdır. 

 

 



 


 

 



 

     


 

 

 



 

 

 



 

 

 



 

 

Şə



k. 1.1.  darəetmə sənətinin “geneоloji ağacı” 

 

Beləliklə,  idarəetmə  elminin  məqsədi  –  idarəetmənin  prinsiplərinin, 



strukturunun,  metodlarının  və  texnikasının  öyrənilməsi  və  təkmilləşdirilməsidir. 

darəetmənin optimal metodlarının axtarışı daimi olaraq həyata keçirilir və bu, geniş 

diapazonda  –  texnoloji  metodlardan  (əl  ilə,  avtomatik,  telemexaniki  idarəetmə, 

Avtomatlaşdırılmış  darəetmə  Sistemləri-A S)  tutmuş,  iqtisadi,  inzibati  və  sosial-

psixoloji  metodlaradək  həyata  keçirilir.  darəetmə  metodunu  qarşıya  qoyulan 

vəzifələr  çatmaq  üçün  idarəedilən  sistemə  təsir  vasitəsi  kimi  müəyyən  etmək  olar. 

darəetmə  metodları  adətən  bir-birlərini  tamalayırlar,  onların  seçimi  hər  hansı 

istənilən əsas metodların iqtisadi məqsədəuyğunluğu, vaxtlı-vaxtında olması və  əldə 

edilməsi ilə bağlıdır. 

darəetmə problemlərinin həll olunması çoxsaylı çətinlikliklərlə bağlıdır, çünki 

kəmiyyətlə  ölçülən  (resursların  kəmiyyət  və  dəyər  ifadəsində  məsrəfləri,  enerji 

məsrəfi, metaltutumluluğu və s.) proseslərlə yanaşı elələri də vardır ki, onlar obyektiv 

olaraq  kəmiyyət  qiymətləndirilməsi  ilə  ölçülə  bilinmir.  Bu  halların  təhlili  və 

qiymətləndirilməsi,  ancaq  uzunmüddətli  təcrübədən  keçmədən  və  əldə  olunan 

nəticələrin riyazi işlənilməsindən sonra mümkündür.  

Psixologiya 

Məntiq 

Ritorika 



Etika 

darəetmə


 

nəzəriyyəsi 

darəetmə 

sənəti 


Sosiologiya 

Hüquq 


Din 

Fəlsəfə 


Siyasət 

qtisadiy-

yat 

Kibernetika 



nformasi-

ya nəzəriy-

yəsi 

Avtomatik



 

nizamlanma 

nəzəriyyəsi 



 

 



 

darəetmə,  özünün  geniş  mənasında  –  az  vaxt  və  resurs  məsrəfi  ilə  optimal 

nəticələrin  əldə  olunması  üçün  idarəetmə  obyektinə  (şəxsiyyət,  kollektiv,  texnoloji 

proses,  müəssisə,  dövlət)  daimi  təsir  prosesidir.  darəetmə  sahəsindəki  hər  bir 

mütəxəssis  idarəetmə  nəzəriyyəsinə,  təcrübəsinə  və  bacarığına  malik  olmağa 

borcludur,  onlar  öz  fəaliyyət  məqsədlərini  dəqiq  müəyyən  etməyi  bacarmalı, 

strategiya və taktikanı müəyyən etməli, idarəetmə qərarlarını qəbul etməli və onlara 

görə şəxsi məsuliyyət daşımalıdırlar.  

Həyat  rəhbər  qarşısında  müasir  texnologiyaların  tətbiqi,  yeni,  rəqabət 

qabiliyyətli malların buraxılışının təşkili, məhsulun keyfiyyətinə formal deyil, faktiki 

diqqətin  yetirilməsi,  sosial  məsələlər  kompleksinin  həll  olunması,  əməyin 

həvəsləndirilməsinin  yeni  metodlarının  axtarılması,  özünüidarəetmənin  inkişaf 

etdirilməsi  və  eyni  zamanda  təkbaşçılığın  və  intizamın  möhkəmləndirilməsi    kimi 

problemli məsələlər qoyur.  

Hazırda yeni və çox vacib olan – risk və məsuliyyət haqqında.   ndiki zamanda 

rəhbərin  və  idarəetmə  aparatının  əlində  müəssisənin  taleyi  durur:  əvvəllər  olduğu 

kimi  indi  heç  kim  geridə  qalana  kömək  etməyəcəkdir.  Rəhbərlər  bir  sıra  çoxsaylı 

istehsalat  problemlərini:  idarəetmənin  strateji  məqsəd  və  vəzifələrinin  müəyyən 

olunması,  bu  məqsədlərə  nail  olmağın  təfsilatlı  planının  işlənilməsi,  konkret 

ə

məliyyatlar  üzrə  məsələlərin  dekompozisiyası,  müəssisənin  fəaliyytəinin  digər 



ş

irkətlərlə  və  firmalarla  əlaqələndirilməsi,  iyerarxik  strukturun  daimi  olaraq 

təkmilləşdirilməsi,  idarəetmə  qərarlarının  qəbul  edilməsi  proseduralarının 

optimallaşdırılması,  idarəetmənin  daha  səmərəli  üsullarının  axtarılması  və  işçilərin 

hərəkətlərinin  motivləşdirilməsinin  təkmilləşdirilməsi  kimi      problemləri  sərbəst 

olaraq həll etmək məcburiyyətindədirlər. 

darəetmə  təcrübəsində  yeni  meyl  yaranmışdır  və  bu  meyl  uğurla  inkişaf 

etməkdədir:  müəssisənin  müvəffəqiyyətli  işi,  onun  əldə  etdiyi  yüksək  mənfəət  və 

yüksək rəqabət qabiliyyti daha çox təşkilati mədəniyyətdən asılıdır.  

Daha  aydınlıqla  görünür  ki,  idarəetmə  metodları  cəmiyyətin  bütün  tərəflərini 

ə

hatə etməlidirlər. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə