Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

40 

 

 



 

-  informasiya axınları 

 

Şə

k. 2.2. əssisədə strateji idarəetmənin təşkil olunması sxemi 



 

Öz mahiyyətinə görə planlaşdırma funksiyası aşağıdakı üç əsas suallara cavab 

verir:  

1.  Biz  hazırki  zaman  haradayıq?

    Rəhbər  işçilər  maliyyə,  marketinq, 

istehsalat,  elmi  tədqiqatlar  və  işləmələr,  əmək  resursları  kimi  vacib  sahələrdə 

təşkilatın  güclü  və  zəif  tərəflərini  qiymətləndirməlidirlər.   Bütün  bunlar o  məqsədlə 

edilir ki, təşkilat real olaraq nə əldə edə bilər. 



2. Biz hansı istiqamətdə hərəkət emək istəyirik?

 Rəqabət, müştərilər, qanunlar, 

siyasi  amillər,  iqtisadi  şərait,  texnologiya,  təchizat,  sosial  və  mədəni  dəyişikliklər 

kimi  təşkilatı  əhatə  edən  mühitdə  imkan  və  təhlükələri  qiymətləndirərək,  rəhbərlik, 

təşkilatın məqsədlərinin necə olacağını və bu məqsədlərə nail olmaqda təşkilata nəyin 

mane olmacağını müəyyən edir. 

3.    Biz  bunu  necə  edəcəyik?

  Rəhbər  işçilər  həm  ümumi  şəkildə,  həm  də 

komkret  olaraq  müəyyən  etməlidirlər  ki,  təşkilatın  üzvləri  həmin  təşkilatın 

məqsədlərinə çatmaq üçün nə etməlidirlər. 

Planlaşdırmanın  fasiləsiz  həyata  keçirilməsinini  ikinci  səbəbi,  -  gələcəyin 

daimi  qeyri-müəyyənliyidir.  Ətraf  mühitdə  baş verən  dəyişiklik və yaxud   yeridilən 

mühakimələrdə  buraxılan  səhv  nəticəsində  hadisələr  rəhbərliyin  istədiyi  kimi,  yəni 

işlənilmiş  planlarda  nəzərdə  tutulduğu  kimi  cərəyan  etməyə  bilər.  Buna  görə  də 

planlara yenidən baxmaq, onları reallıqla uzlaşdırmaq lazımdır..  

Təşkil  etmək  –  hər  hansı  bir  qurum,  struktur  yaratmaq  deməkdir.    Təşkilat 

tərəfindən  öz  planlarını  yerinə  yetirmək  və  bununla  da  öz  məqsədlərinə  nail  olmaq 

üçün lazım olan və struktur halına salına bilən çoxlu elementlər mövcuddur. Bu cür 

elementlərdən  biri  iş,  təşkilatın  konkret  vəzifələridir.  Sənaye  inqilabı  o  məsələnin 

dərk  edilməsindən başlamışdır  ki,  işin  lazımi    qaydada təşkili   zamanı  işçilər  qrupu 

daha böyük nailiyyətlər əldə edə bilirlər.  şin təşkili elmi idarəetmə hərakatının diqqət 

mərkəzində olmuşdur. 




41 

 

 



 

Rəhbər həmişə yadında saxlamalıdır ki, planlar nə qədər gözəl tərtib olunmuş 

olsalar  da  və təşkilatın  strukturu  nə qədər  mükəmməl  olsa  da, əgər kimsə  təşkilatın 

faktiki  işini  yerinə  yetirmirsə,  bunların  heç  bir  mənası  yoxdur.  Motivləşdirmə 

funksiyasının  vəzifəsi  də  ondan  ibarətdir  ki,  təşkilatın  üzvləri  öz  işlərini  onlara 

verilmiş vəzifələrə əsasən və planlarla uyğun olaraq yerinə yetirsinlər. 

Rəhbərlər  özləri  də  bunu  dərk  etmədən  motivləşdirmə  funksiyasını  həmişə 

həyata keçirmişlər. Beləliklə, motivləşdirmə - sadəcə bir məsələ olmaqla, özlüyündə 

göstərilən  səylərə  əsasən  müvafiq  pul  mükafatların  təklif  olunmasından  ibarətdir. 

Elmi idarəetmə məktəbinin motivləşdirməyə yanaşması buna əsaslanırdı. 

Rəhbər hər nə isə eləyirsə, bunun hamısı gələcəyə doğru istiqamətlənib. Rəhbər 

məqsədə hansısa  bir vaxtda nail olmağı planlaşdırır, bu vaxt da gün, həftə və yaxud 

ay,  il  və  ya  gələcəkdə  daha  uzaq  məqam  ola  bilər.  Bu  vaxt  ərzində  çox  şey,  o 

cümlədən,  əlverişsiz  dəyişmələr  baş  verə  bilər.  şçilər  öz  vəzifələrini  plana  uyğun 

olaraq yerinə yetirməkdən imtina edə bilərlər. Rəhbərlik tərəfindən seçilən yanaşmanı 

qadağan eləyən qanunlar qəbul oluna bilər. Bazarda yeni güclü rəqib yarana bilər və 

bu  da  təşkilata  öz  məqsədlərinə  çatmaqda  çətinliklər  yaradar.  Və  yaxud  insanlar 

sadəcə olaraq öz vəzifələrini yerinə yetirən zaman səhvə yol verə bilərlər. 



Nəzarət

 – təşkilatın həqiqətən nail olmaq istədiyi məqsədlərin təmin olunması 

prosesidir. Standartların müəyyən olunması – müəyyən eduilmiş vaxt kəsiyi ərzində 

nail  olunacaq  məqsədlərin  dəqiq  müəyyən  edilməsidir.  Bu  da  planlaşdırma  prosesi 

zamanı işlənilmiş planlara əsaslanır.  kinci baxış – müəyyən vaxt ərzində həqiqətən 

ə

ldə edilmiş nəticələrin ölçülməsi və əldə olunanların gözlənilən nəticələrlə müqayisə 



olunmasından  ibarətdir.  Əgər  bu  iki  mərhələ  düzgün  yerinə  yetirilibsə,  təşkilatın 

rəhbərliyi  nəinki  mövcud  problemlər  haqqında  məlumatlanıb,  o,  həm  də  bu 

problemlərin həlli yollarını da bilir.  

Uçot müəssisənin bütün bölmələri üzrə aparılmalıdır və o, uçot göstəricilərinin 

dinamikasını  əks  etdirməlidir  ki,  bu  da  istehsalın  inkişaf  meyllərinin  təhlili  alətini 

tətbiq  etməyə  imkan  verəcəkdir.    Daimi  xüsusi  diqqət  müəssisənin  maliyyə 

fəaliyyətinə nəzarətə həsr edilir. Hazırda auditor yoxlamaları – maliyyə fəaliyyətinin 

təftişi  geniş  tətbiq  olunur  və  bunu  müvafiq  lisenziyaya  malik  olan  səlahiyyətli  və 




42 

 

 



 

müstəqil  (xarici)  auditor  təşkilatı  yerinə  yetirir.  Bu  cür  yoxlamadan  əsas  məqsəd 

maliyyə  hesabat  göstəricilərinin  düzgünlüyünün,  onların  işin  faktiki  vəziyyətinə 

uyğunluğunun  müəyyən  edilməsi  və  qoyulmuş  vergilər  üzrə  ödənişlərin  aparılması, 

həmçinin konsultasiya yardımının edilməsidir. Audit - obyektiv və nəzarətin ən təsirli 

metodlarından biridir, çünki o, təkcə müəssisənin fəaliyyətinin hər hansı bir tərəfinin 

təhlilini deyil, vəziyyətin tam, açıqlanmış mənzərəsini verə bilir.  

darəetmənin dörd funksiyası - planlaşdırma, təşkil olunma, motivləşdirmə və 

nəzarət  –  iki  ümumi  xarakteristikaya  malikdirlər:  onların  hamısı  qərarların  qəbul 

edilməsini tələb edir, və onların hamısı üçün düzgün qərarın qəbul edilməsi və həmin 

qərarın təşkilatın digər üzvləri tərəfindən  başa düşülən olması üçün kommunikasiya, 

informasiya  ilə  mübadilə  lazımdır.  Buna  görə  də,  həm  də  bunun  səbəbindən  bu  iki 

xarakteristika  bütün  dörd  idarəetmə  funksiyalarını  bir-biri  ilə  bağlayır,  onların 

qarşılıqlı asılılığını təmin edir. Kommunikasiyaları və qərarların qəbul edilməsini çox 

vaxt bağlayıcı proses də adlandırırlar. 

darəetmənin adları sadalanan dörd funksiyasından başqa, müəssisə, bir-biri ilə 

qarşılıqlı  bağlılıqda  olan  əhəmiyyətli  məsələlər kompleksini:  maliyyə  fəaliyyətinin, 

kadr  siyasətinin,  işçi  heyətinin  öyrədilməsi  və  ixtisasının  artırılmasının  idarə 

edilməsi,  elmi-tədqiqat  və  konstruktor  problemlərinin  həll  edilməsi  və  s.  kimi 

məsələləri də həll etməlidir.  stehsalın idarə edilməsi funksiyaları arasında xüsusi yeri 

marketinq  tutur  ki,  bunun  da  vəzifəsi  istehsalın  bazarın  ehtiyaclarına  və  tələbinə 

uyğunlaşdırılmasından 

ibarətdir. 

Metodoloji 

nöqteyi-nəzərdən 

idarəetmə 

funksiyalarının  öyrənilməsi,  ölkənin  iqtisadiyyatında  baş  verən  dərin  prosesləri  əks 

etdirən  idarəetmə  konsepsiyalarının  məzmununda  baş  verən  dəyişikliklərə 

istiqamətlənməlidir.  

Məlumdur  ki,  marketinq  ifadəsi  (vurğunu  birinci  hecada  etmək  lazımdır, 

bəziləri  səhvən  vurğunu  ikinci  hecada  qoyurlar)  ingilis  sözü  olan  market    bazar 

sözündən yaranmışdır. Müasir marketinqin dünya iqtisadiyyatı üçün aktuallığı keçən 

ə

srin 60-cı illərində aydın oldu. Elmi-texniki tərəqqi bazara yeni yüksək keyfiyyətli 



mallar  yeritdi  ki,  bu  da  satış  problemini  xeyli  kəskinləşdirdi.  stehsalçı  artıq 

mücərrəd,  şəxsiyyətsizləşdirilmiş  istehlakçı  üçün  deyil,  müəyyən  bazara  işləməyə 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə