Microsoft Word tagizade orxan doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix07.11.2017
ölçüsü0,76 Mb.
#8741
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

46 

 

 



 

aktivlər,  satışlar,  xalis  və  ümümi  mənfəət,  əsas  və  dövriyyə  kapitalı,  kapital 

qoyuluşları, xüsusi və borc kapitalı, istehsalat gücləri, elmi-tədqiqat bazası və s. 

Rəqiblərin  fəaliyyətlərinin  güclü  və  zəif  tərəflərinin  müəyyən  olunması 

mərhələsində rəqiblərin bütün istehsal, satış aktivlərinin və strategiyalarının təhlilinin 

nəticələri  verilir  və  bunlara  əks-təsir  üsulları  barədə  nəticələr  formalaşdırılır. 

Firmaların  fəaliyyətlərində  güclü  və  zəif  tərəfləri:  idarəetmə,  texniki  yenilik, 

istehsalat, maliyyə, satış, istehlakçılar kimi əsas bölmələr üzrə qiymətləndirilir. 

Müvəffəqiyyətlə işləmək üçün firma öz rəqibləri barədə konkret anlayışa malik 

olmalı,  rəqabət  mübarizəsinin  müəyyən  qanunauyğunluqlarını,  həmçinin,  rəqabət 

mübarizəsində davranış qaydalarını bilməlidir. 

Baxmayaraq ki, hər bir bazar özünəməxsus xüsusiyyətlərinə malikdir, müxtəlif 

bazarlarda rəqabətin həyata keçirilməsində bənzər cəhətlər vardır. Bu da onu deməyə 

ə

sas  verir  ki,  rəqabətin  mahiyyəti  rəqabətin  təbiətini,  qiymətləndirilməsini  və 



intensivliyini müəyyən etməyə imkan verən vahiq analitik konsepsiya ilə ifadə oluna 

bılər. 


Məşhur ingilis alımı, rəqabət sahəsində nüfuzlu alim M.Porterin tədqiqatlarına 

ə

sasən müəyyən bazarda rəqabətin vəziyyətinin beş rəqabət qüvvələri ilə xarakterizə 



etmək olar [13].  

Rəqabətin  beş  qüvvəsi  sahənin  mənfəətliliyini  müəyyən  edir,  çünki  onlar 

qiymətlərə, vəsrəflərə, kapital qoyuluşlarının ölçülərinə təsir edirlər. 

Yeni rəqiblərin yaranma təhlükəsi sahənin mənfəətliliyinin ümumi potensialını 

aşağı salır, çünki onlar sahəyə yeni istehsalat gücləri gətirirlər və satış bazarından pay 

almağa cəhd göstərirlər və bununla da mövqe üzrə mənfəəti aşağı salır. 

Sahədə  gedən  şiddətli  rəqabət  mənfəətlilik  səviyyəsini  aşağı  salır,  çünki 

rəqabət  qabiliyyətini  saxlamağa  görə  əlavə  xərclər  çəkilməli  (reklama,  satışın 

təşkilinə,  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərinə)  və  ya  qiymətlərin  aşağı 

düşməsi hesabına mənfəət istehlakçıya “axıb gedir”. 

Ə

vəzedici  malların  mövcudluğu  qiyməti  məhdudlaşdırır:  yüksək  qiymətlər 



istehlakçıları  əvəzedici  ucuz  mala  müraciət  etməyə  sövq  edə  bilər  və  bu  da  sahədə 

istehsal həcmlərinin aşağı düşməsinə gətirib çıxara bilər. 




47 

 

 



 

Rəqabətin hər bir beş qüvvəsinin əhəmiyyəti sahənin strukturu ilə, yəni onun 

ə

sas  iqtisadi  və  texniki  xarakteristikaları  ilə  müəyyən  edilir.  Öz  strategiyaları  ilə 



firmalar  bütün beş qüvvələri bu və ya digər tərəflərə dəyişə bilərlər. 

 

 



Şə

k.2.3. Sahədə rəqabəti müəyyən eləyən beş qüvvə 



Sahədəki  mövqe  – 

firmanın  bütövlükdə  rəqabətə  yanaşması  strategiyasından 

asılıdır. Sahədəki mövqeyi rəqabət üstünlüyü (competitive advantage) müəyyən edir. 

Rəqabət üstünlüyü iki əsas növə bölünür: 

1)  daha aşağı məsrəflər; 

2)  malların fərqləndirilməsi. 

Rəqabət  üstünlüyü  firma  tərəfindən  ayrı-ayrı  fəaliyyət  növlərini  necə  təşkil 

etməsi və həyata keçirməsi hesabına əldə olunur. 

Rəqabət  üstünlüklərini  nəqədər  çox  vaxnda  saxlamaq  qabiliyyəti  üç  amildən 

asılıdır. 

  

Birinci amil 

onunla müəyyən edilir ki, üstünlüyün mənbəyi nədən ibarətdir. 



Yeni rəqiblərin yaranma təhlükəsi 

Malgöndərənlə-

rin sövdələşmə 

imkanları 

Mövcud rəqiblə

arasında rəqabə

Satıcıların 

sövdələşmə 

imkanları 

 

Ə



vəzedici mallar və 

xidmətlərin yaranma 

təhlükəsi 


48 

 

 



 

Aşağı  dərəcəli  üstünlükləri  (ucuz  işçi  qüvvəsi  və  ya  xammal)  rəqiblər  də 

asanlıqla əldə edə bilərlər. 

Daha yüksək dərəcəli üstünlükləri (patentləşdirilən texnologiya, unikal mallar 

və  ya  xidmətlər  ilə  fərqlənmə,  güclü  marketinq  fəaliyyətinə  əsaslanan  firmanın 

nüfuzu  və  ya  müştərilərlə  sıx  əlaqələrin  mövcudluğu)  daha  uzun  müddət  ərzində 

saxlamaq olur. 

Rəqabət  üstünlüklərinin  saxlanılmasını  müəyyən  edən  ikinci  amil  müəyyən 

firmanın aşkar rəqabətli istehsal mənbələrinin sayından asılıdır. 

Rəqabət  üstünlüyünün  saxlanılmasının  üçüncü  amili  –  istehsalın  və  digər 

fəaliyyət  növlərinin  daima  yeniləşdirilməsindən  ibarətdir.  Əgər  üstünlüyü  əldə 

saxlamaq istəyirsənsə, bir yerdə dayanmaq olmaz. Firma yeni üstünlükləri rəqiblərin 

mövcud  olan  şeyləri  təqlid  etdikləri  sürətlə  yaratmalıdır.  Əsas  vəzifə  -  firmanın 

göstəricilərini  yorulmadan  yaxşılaşdırmaq  və  bununla  da  mövcud  üstünlükləri 

gücləndirməkdən ibarətdir (məsələn, istehsalat güclərindən səmərəli istifadə etmək və 

ya müştərilərə çevik xidməti təşkil etmək). 

Hər hansı bir ölkənin rəqabət üstünlüyünün formalaşmasında rolunu təhlil edən 

zaman o sahələr daha çox maraq təşkil edirlər ki, orada rəqabət beynəlxalq xarakter 

daşıyır. Müxtəlif sahələrdə beynəlxalq rəqabətin formaları köklü surətdə fərglənirlər. 

Rəqabət  formasının  spektrinin  bir  ucunda  çoxsaylı-milli  forması  kimi  adlandırıla 

bilən  forma  dayanır.  Hər  bir  ölkədə  və  kiçik  ölkələr  qrupunda  rəqabət  bir-birindən 

asılı  olmayaraq  baş  verir.  Beləliklə,  beynəlxalq  sahə  ayrıayrı  sahılər  toplanımdan 

ibarət olur. 

Spektrin əks tərəfində - qlobal sahələdayanır ki, firmanın bir ölkədəki rəqabət 

mövqeyi  onun  digər  ölkələrdəki  mövqelərinə  əhəmiyyətli  təsir  edir.  Qlobal  rəqabət 

özünü  sərnişin  təyyarələri,  televizorlar,  yarımkeçirici  cihazlar,  surətçıxarma 

aparatları,  avtomobil  və  saatlar  istehsalı  sahələrində  daha  çox  biruzə  verir.  Qlobal 

sahələrdə  rəqabət  üstünlüyünü  qazanmaq  qabiliyyəti  ölkənin  firmasına  həm  ticarət 

sahəsində,  həm  də  xarici  sərmayələrdə  böyük  mənfəət  vəd  edir.  Qlobal  strategiya 

altında o başa düşülür ki, firma öz məhsullarını bir çox ölkədə satır və bu zaman eyni 

cür yanaşma prinsiplərini tətbiq edir. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə