Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

62 

 

 



 

 


63 

 

 

 

Dinamik təhlil: 

 

 

Ə

n yaxşı təklif/qiymət  



N/A / N/A 

1 illik məqsə

50 

Bu günki Yuxarı/Aşağı Qiymə

$ 50.57 / $ 49.95 

Səhmlərin həcmi 

759,794 

Avq.50 gün Gündəlik Həcmi 

949,915 

Sonuncu Bağlanış 

$ 50,455 

52 Həftəlik Yuxarı/Aşağı Qiymə

$ 51.22 / $ 33.49 

Bazar kapitallaşması 

$ 8,478,014,188 

Qiymət/Gəlir Əmsalı  (P/E Ratio) 

20,97 

Forvard Qiymət/Gəlir (1 il) 

14,87 

1 Səhmə Düşən Gəlir (EPS) 

$ 2,39 

Dividendin illik hesablanmanmış ölçüsü 

$ 0,60 

Sonuncu hesablanmış dividendin Tarixi 

Mart 11.2015 

Dividendin Ödənildiyi Tarix 

Mart 27.2015 

Cari  ldə 

$ 1,19 

Betta-əmsal 

0,76 


64 

 

NASDAQ-da Rəsmi Açılış Qiyməti 



$ 50,41 

Açılış Qiymətinin Tarixi 

Aprel 2.2015 

NASDAQ-da Rəsmi Bağlanış Qiyməti 

$ 50,11 

Bağlanış Qiymətinin Tarixi 

Aprel 2.2015 

Ümumi Gözlənilmə 

«Öküz (buğa)» bazarı 

 

intraday - gün ərzində baş verə

 

market cap - market capitalization 

ETF (electronic transfer of funds) - elektron ödəniş sistemidir.

 

Risk Grade 

[15] 


 

 

 



 


65 

 

FƏS L III. Bazarın fundamental təhlili və texniki təhlil mexanizmlərinin 



təkmilləşdirilməsi 

 

§ 3.1. Səhmlər bazarının kompleks təhlilində beta-əmsaldan istifadə 

olunmasının bəzi xüsusiyyətləri 

 

 

Səhmlərin kursunun hərəkəti ilə  səhmlər bazarının bütövlükdə  hərəkəti arasında 

kəmiyyətcə münasibəti əks etdirən bir ölçü vahidi – Beta

 (β)

 əmsal mövcuddur. 

Beta-əmsal  (ingiliscə  beta  coefficient)  –  investisiya  portfelinə  və  yaxud  konkret 

qiymətli  kağızalara  risk  dərəcəsini  göstərən  göstəricidir;  mövcud  səhmlərin  kursunun 

yerdə  qalan  fond  bazarı  ilə  müqayisədə  dayanıqlıq  dərəcəsini  əks  etdirir;  mövcud 

səhmin qiymətinin qalxıb-enməsi ilə bütövlükdə bazardakı qiymət dinamikası arasında 

münasibəti müəyyən edir. Əgər bu əmsal 1-dən çoxdursa, deməli, səhm dayanıqsızdır; 

1-dən  aşağı  olan  beta-əmsalda  1  –  daha  dayanıqlıdır;  məhz  buna  görə  də  konservativ 

investorlar  bu  əmsalla  maraqlanırlar  və  onun  aşağı  səviyyəsi  olan  səhmlərə  daha  çox 

üstünlük verirlər. 

lk dəfə olaraq beta-əmsalı daimi olaraq riskin ölçülməsi üçün istifadə olunmasını 

G.Markoviç  təklif  etmişdir  və  və  onları  diversifikasiya  olunmayan  (şaxələnməyən) 

indekslər adlandırmışdır. Onların hesablanması  konkret aktivin (investisiya obyektinin) 

gəlirliliyi ilə bu aktivin fəaliyyət göstərdiyi bazardakı orta bazar gəlirliliyi arasında xətti 

asılılıq düsturuna əsaslanır. Məsələn, hər hansı bir şirkətin səhmlərinin gəlirliliyi ilə bu 

səhmlərin  qiymətləndirildiyi  fond  birjasının  bütövlükdə  orta  gəlirliliyi  arasında, 

müəssisənin  və  ya  sənaye  sahəsinin  gəlirliliyi  ilə    sənayenin  bütövlükdə  gəlirliliyi 

arasında və s. 

Bu zaman əgər hər hansı bir aktivin beta-əmsalı 1 bərabərdirsə, bu o deməkdir ki, 

bu  aktivin  diversifikasiya  olunmayan  riski  ümumbazar  riskinə  bərabərdir,  əgər  beta-

ə

msal  0  bərabərdirsə,  bu  o  deməkdir  ki,  bu  aktiv  diversifikasiya  olunmayan  risk 



hissəsində  risksiz  aktivdir.    Nəyi,  beta-əmsalın  göstəricisi  nə  qədər  yuxarıdırsa, 

investisiya  obyekti  o  qədər  risklidir.  Bu  metod  riskin  diversifikasiya  olunan  hissəsini 

həm  makro-,  həm  də  mikrosəviyyədə  təhlil  etməyə  imkan  verir  ki,  bu  da  onun  əsas 

üstünlüklərindən biridir.  




66 

 

Buna baxmayaraq, bir sıra hallarda investor, riskin ümumi ölçüsünü bilməlidir və 



investisiya  qərarlarının  qəbul  olunması  üçün  təkcə  beta-əmsallardan  istifadə  olunması 

kifayət etmir. Bu cür hallar o zaman yaranır ki, diversifikasiya üçün vəsait və imkanlar 

olmasın,  bu  da  istehsaı  investisiyasında  daha  çox  müşahidə  olunur.  Вir  sıra  hallarda 

qərar  qəbul  olunması  üçün  müxtəlif  bazarlarda  fəaliyyət  göstərən  investisiya  qoyulan 

obyektlər üçün müqayisəli risk qiymətləndirilməsinə malik olmaq lazımdır, çünki beta-

ə

msallar  bu  və  ya  digər  aktivin  konkret  bazardakı  riskinin  qiymətini  verir.      Məsələn, 



onların  köməyi  ilə  zavodun  tikintisinin  investisiya  riski  ilə  səhmlərə  qoyuluş  riskinin 

müqayisə etmək olmaz.   

Müxtəlif cür halları nəzərdən keçirək. 

Hər hansı bir А səhminin beta-əmsalının ölçüsü = -1,7. Bu o deməkdir ki, portfel 

səhmlərinin  gəlirliliklərinin  dəyişmələrində  və  bazar  portfelinin  gəlirliyindəki 

dəyişmələrdə  əks  meyllər  üstünlük  təşkil  edirlər,  özü  də    А  səhmlərinin  gəlirlilikləri 

bazardakı ümumi risklə müqayisədə daha az risklidir. 

Beta-əmsal  –  qiymətli  kağızalar  və  yaxud  qiymətli  kağızların  portfeli  üçün 

hesablanan  göstəricidir.  Bazar  riskinin  ölçüsüdür,    qiymətli  kağızın  (portfelin) 

gəlirliliyinin portfelin (bazar) orta gəlirliliyinə olan nisbətinin dəyişkənliyini əks etdirir. 

Ə

gər  beta-əmsalın  ölçüsü  1-dən  yuxarıdırsa,    bu  o  deməkdir  ki,  konkret  səhmə 



olan  investisiyanın  gəlirliliyi    bazar  portfelinə  və  yaxud  hər  hansı  bir  fond  indeksinə 

olan gəlirliliyindən çoxdur. Belə səhmləri «təcavüz edən» səhmlər adlandırırlar. 

Ə

gər  beta-əmsalın  göstəricisi    0  və  1  arasında  formalaşırsa,  bu  o  deməkdir  ki, 



konkret  səhmə  olan  investisiyanın  gəlirliliyi    bazar  portfelinə  və  yaxud  hər  hansı  bir 

fond  indeksinə  olan  gəlirliliyindən  aşağıdır.  Belə  səhmləri  «müdafiəedən»  səhmlər 

adlandırırlar. 

Ə

gər beta-əmsalın göstəricisi  0-a bərabərdirsə, bu o deməkdir ki, konkret səhmə 



olan  investisiyanın  gəlirliliyi    bazar  portfelinə  və  yaxud  hər  hansı  bir  fond  indeksinə 

olan gəlirliliyindən demək olar ki, asılı deyildir. 

Beta-əmsalın  0-dan  az  göstəricisi  müqayisə  olunan  obyektlər  arasında  mənfi 

korrelyasiyanı  əks  etdirir.  Məsələn,  səhmin  artımıfond  indeksinin  aşağı  düşməsi  ilə 

müşayiət  olunacaqdır  və  yaxud  əksinə.  Beta-əmsalın  konkret  göstəricilərinin  təfsiri 

yuxarıda göstərilən kimidir (mənfi korrelyasiya istisna edilməklə).       




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə