Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

67 

 

Beləliklə, əgər beta-əmsalın ölçüsü = -1,7-dirsə, bu,  aşağıdakıları ifadə edəcəkdir: 



• 

portfel səhmlərinin gəlirliliyinin və bazar portfelinin gəlirliliyinin dəyişkənliyində 

ə

ks meyllər üstünlük təşkil edirlər; 



• 

formalaşdırılmış  portfel  bütövlükdə  bazara  nisbətən  risklidir,    çünki  portfelin 

dəyərinin qalxıb-enməsi bazarın qalxıb-enmələrindən çoxdur. 

 

Beta-əmsal  qiymətli  kağızın  riskinin  bütün  fond  bazarının  riskinə  nisbətən  risk 



ölçüsünü  ifadə  edir.  Beta  -    əsas  göstəricilərdən  biri  sayılır  (qiymətin  mənfəətə  olan 

nisbəti, səhmdar kapital, borc və xüsusi vəsaitlərin nisbəti və s. göstəricilərlə birlikdə) 

və  investisiya  portfelləri  üçün  qiymətli  kağızalar  seçən  zaman  fondun  təhlilçiləri  

bunları nəzərdən keçirilirlər. 



Betanın hesablanması. Sadə düstur. 

 

1.  lk  əvvəl  risksizlik  dərəcəsini  müəyyən  etmək  lazımdır. Bu,  investorun 

təhlükəsiz  səhmlərə  investisiya  edə  bildiyi  gəlirlilik  səviyyəsidir  ki,  buraya  ABŞ 

Xəzinədarlığının  veksellərini  və  yaxud  Almaniya  hökumətinin  veksellərini  aid  etmək 

olar. Bu rəqəm adətən faizlə ifadə olunur. 



 

2. Sonra isə qiymətli kağızın və bazarın və yaxud indeksin müvafiq gəlirliyini 

əyyən  etmək  lazımdır.     Bu  rəqəmlər  də  faizlə  ifadə  olunurlar.  Bir  qayda  olaraq, 

gəlirlilik bir neçə ay ərzindəki müddətə görə hesablanır. 

• 

Bu ölçülərdən biri və yaxud bunların hər ikisi  mənfi ola bilərlər; bu o deməkdir 



ki, qiymətli kağızlara və yaxd bazara qoyulan investisiyalar bütövlükdə itkilərə gətirib 

çıxaracaqdır. Əgər göstəricilərin ikisindən biri mənfidirsə, beta da mənfi olacaqdır. 



 

3. Risksizlik dərəcəsini qiymətli kağızın gəlirliliyindən çıxmaq lazımdır. Əgər 

qiymətli  kağızın  gəlirliliyi  7%,  risksizlik  dərəcəsi  2%-ə  bərabərdirsə,  fərq  5%  təşkil 

edəcəkdir. 

 

4.  Risksizlik  dərəcəsini  bazarın  gəlirliliyindən  (və  ya  indeksdən)  çıxmaq 

lazımdır. Əgər bazarın gəlirliliyi 8% və risksizlik dərəcəsi yenə də 2%-ə bərabərdirsə, 

fərq 6% təşkil edəəcəkdir. 



 

5.  Birinci  fərqin  ölçüsünü  ikinci  fərqin  ölçüsünə  bölmək  lazımdır. Bu  da 

məhz həmin betadır ki, o da onluq kəsr şəklində ifadə olunur. Yuxarıda göstərilən misal 

üçün beta = 5/6=0,833. 



68 

 

• 



Bazar (indeks) betası susma rejimində 1-ə bərabər qəbul olunur, çünki bazar özü ilə 

bərabərləşir və 0-dan fərqli olan və özünə bölünən rəqəm 1-ə bərabərdir.  1-dən az olan 

beta  onu  ifadə  edir  ki,  qiymətli  kağız  bazara  nisbətən  az  volatildir  (dəyişkəndir),  eyni 

zamanda 1-dən çox olan beta o deməkdir ki, qiymətli kağız bütövlükdə bazara nisbətən 

daha  çox  volatildir.  Beta  0-dan  az  ola  bilər;  вu  halda  investor  bu  qiymətli  kağızda  ya 

pullarını  itirir,  eyni  zamanda  isə  bazarda  bütövlükdə  qazanc  əldə  edə  bilir  (və  bu  da 

daha çox ehtimal oluna bilir); və yaxud investor bu qiymətli kağızda qazanc əldə edir, 

lakin bütövlekdə bazarda puııarını itirir (bu da az ehtimal olunur). 

• 

Betanın hesablanması  zamanı  adətən qiymətli kağızın  satıldığı  bazarın indeksindən 



istifadə olunması məsləhət görünür (lakin bu o qədər də məcburi deyildir). Amerikanın 

qiymətli  kağızları  üçün  adətən  S&P500  indeksindən  istifadə  olunur,  lakin  sənaye 

qiymətli  kağızlarının  təhlili  üçün  Dow  Jones  Industrial  Average    indeksindən  istifadə 

olunması daha məqsəduyğun olardı. Beynəlxalq bazarda satılan qiymətli kağızlar üçün 

daha  əlverişlisi    MSCI  EAFE  indeksidir  (bu  indeks  Avropanı,  Avstraliyanı  və  Uzaq 

Şə

rqi təmsil edir). 



 

Qiymətli  kağızın  gəlirliliyinin  müəyyən  olunması  üçün  betadan  istifadə 

olunması. 

 

Risksizlik dərəcəsinin tapılması. Məsələn, yuxarıda ölçünü – 2% götürmək olar. 

 

Bazarın və yaxud indeksin gəlirliliyinin müəyyən olunması. Əvvəlki kimi 8%-

də istifadə edək. 



 

Betanı  bazar  gəlirliyi  ilə  risksizlik  dərəcəsinin  ölçülərini  fərqinə  vurmaq 

lazımdır. Вetanın  əvvə  alınmış  ölçüsündən  (1,5)  istifadə  etməklə  hesablayırıq:  (8  – 

2)*1,5 = 9%. 



 

Alınmış  nəticə  ilə  risksizlik  dərəcəsini  toplayırıq. 9+2=11%  -  bu  da  qiymətli 

kağızın gözlənilən gəlirliliyidir. 

• 

Qiymətli kağız üçün betanın ölçüsü nə qədər yüksəkdirsə, onun gözlənilən gəlirlilik 



səviyyəsi  də  bir  o  qədər  yuxarı  olacaqdır.  Lakin,  gözlənilən  gəlirlilik  nə  qədər 

yüksəkdirsə, risklilik dərəcəsi də bir o qədər yüksəkdir; buna görə də, investisiya barədə 

qərar qəbul  etməzdən  əvvəl qiymətli kağızların digər vacib göstəricilərini  təhlil etmək 

lazımdır. 



 


69 

 

Excel qrafiklərindən betanın hesablanmasında istifadə olunması 



 

 

Excel-də rəqəmlərdən ibarət üç sütun yaratmaq lazımdır. Вirinci sütunsa dövr əks 

olunmalıdır (məsələn: iki il aylar üzrə).  kincidə – indeksin (bazarın) qiyməti öz əksini 

tapmalıdır.  Üçüncü  sütunda  isə    –  betanın  hesablanmasının  tələb  olunduğu  qiymətli 

kağızın qiyməti göstərilməlidir. 

 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə