Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   23   24   25   26   27   28   29   30   31

75 

 

müqayisədə  o  qədər  də  riskli  olmayacaqlar  və  bazar  2%  artırsa  kağızlar  da  2% 



artacaqlar; bazar 8% aşağı düşürsə, kağızlar da 8% aşağı düşəcəklər. 

nvestisiya  portfelində  adekvat  diversifikasiya  (şaxələnmə)  üçün  betasının 

ölçüsü həm yüksək olan,  həm də aşağı olan kağızları saxlamaq lazımdır. Yuxarı və 

aşağı betası olan  kağızların  əlverişli  nisbəti bazarın güclü qalxıb-enmələrini  yaşamağa 

imkan  verir.  Lakin  betası  az  olan  kağızlar  adətən  fond  bazarından  artım  zamanı  geri 

qalırlar, buna görə də müxtəlif betası olan kağızların əlverişli nisbəti bazarın maksimal 

artımı zamanı  maksimal gəlir əldə etməyə imkan yaradacaqdır. 

Maliyyə  təhlilinin  və  proqnozlaşdırılmasının  digər  alətləri  kimi,  beta  da 

bazardakı  gələcək  dövrə  olan  vəziyyəti  tam  olaraq  qabaqcadan  görməyə  imkan 

vermir. Faktiki olaraq, beta, qiymətli kağızın keçmişdəki volatilliyini xarakterizə edir. 

Bunun əsasında gələcək volatilliyi proqnozlaşdırırıq, lakin nəticə həmişə dəqiq  olmur. 

Qiymətli kağızın betası ildən ilə kəskin surətdə dəyişə bilər. Buna görə də keçmiş dövrə 

betanın ölçüləri – volatilliyi qabaqcadan bildirmək üçün o qədər dəqiq alət deyildir. 

• 

Beta, qiymətli kağızın volatilliyini, müəyyən dövr ərzində  bazarın artımda və ya 



azalmada  olmasını  nəzərə  almadan  təhlil  edir.  Keçmiş  nəticələrin  təhlilinə  əsaslanan 

digər göstəricilər kimi, beta, kağızların gələcəkdəki hərəkətini proqnozlaşdıra bilmir. 

• 

Təkcə  bir  beta-əmsalla  hər  hansı  bir  iki  kağızadan  hansının  riskli  olduğunu 



müəyyən etmək mümükn deyildir və xüsusilə o zaman ki, yüksək volatilliyə malik olan 

kağızın gəlirliliyin korrelyasiyası  bazarın gəlirliliyindən aşağıdırsa və ya da ki,  aşağı 

volatilliyə  malik  olan  kağızın  gəlirliliyin  korrelyasiyası    bazarın  gəlirliliyindən 

yuxarıdırsa. 

Beta-əmsal – aktivə olan qiymətin dəyişilməsi ilə bazarın ümumi dəyişkənliyi arasında 

olan qarşılıqlı münasibətləri təsvir edən bir rəqəmdir. Yüksək beta onu göstərir ki, bazar 

yuxarı  doğru  artdıqca,  aktivə  olan  qiymət  də  güclü  artır  və  bazar  aşağı  doğru  hərəkət 

etdikcə,  qiymət  də  güclü  aşağı  düşür.  Aşağı  beta  onu  göstərir  ki,  aktivin  dəyişmələri 

ümumi bazarın qalxıb-enmələrindən asılı olmayaraq baş verir.  

          Belə ki, beta ümumi bazara görə hesablanır, ümumi bazarı əks etdirən bençmark 

lazımdır.  Вir  çox  hallarda  Amerika  bazarından  söhbət  gedəndə 

S&P  500


  indeksindən 

istifadə  olunur,  baxmayarq  ki,  beta  bölmə  üçün  spesifik  olan  indekslərə  qarşı  da 

hesablana  bilər.  Betanın  hesablanması  üçün  dəqiq  metodlar  bir-birindən  fərqlənə 



76 

 

bilərlər.  



          Yüksək beta və aşağı beta nəyi izah edirlər?  

          Bita, birgə işləyən iki amildən asılıdır:  

1. Aktivin dəyişməsinin nisbi  volatilliyinin bazarın 

volatilliyinə

 nisbətindən.  

2. Aktivin dəyişməsinin bazarın dəyişməsi ilə korrelyasiyasından.  

          Betanın  bir  neçə  düzgün  olmayan  izahı  vardır  ki,  onlardan  əsasları 

aşağıdakılardan ibarətdir:  

-  “Beta  aktivin  qiymətinin  nisbi  volatilliyini  bazarın  qiyməti  ilə  müqayisədə  ölçür”.  

Beta  elə  bir  ölçüdür  ki,  o,  qiymətlərin  özlərini  deyil,  onların  dəyişmələrini  müqayisə 

edir, bazar artan zaman müsbət beta ilə aktiv qiymətdə aşağı düşə bilər. Вeta üçün vacib 

deyil ki, aktivin qiymətinin orta dəyişməsi necədir, o, müsbətdir, ya mənfi.  

-  “Beta  aktivin  qiymətinin  dəyişməsinin  nisbi  volatilliyini  bazarın  dəyişməsi  ilə 

müqayisədə  ölçür”.  Betanın  iki  tərkib  hissəsi  vardır:  qiymətlərin  dəyişməsinin  nisbi 

volatilliyi  və 

dəyişmələrin  korrelyasiyası

.  Əgər  korrelyasiya  +1.0  və  yaxud  -1.0 

bərabərdirsə, beta dəyişmələrin nisbi volatilliyini ölçmür. 

-  “Müsbət  beta  o  deməkdir  ki,  aktivin  qiymətinin  dəyişməsi  və  bazarın  dəyişməsi 

birlikdə  müsbət  və  yaxud  mənfi  olmağa  çalışırlar,  mənfi  beta  o  deməkdir  ki,  bazarın 

dəyişmələri  müsbət  olanda  aktivin  qiymətinin  dəyişməsi  mənfi  olmağa  çalışırlar  və 

ə

ksinə”.  Вetanın  hesablanması  bazarın  və  aktivin  onların  müvafiq  orta  dəyişmələrinə 



nisbətən dəyişmələrin kənarlaşmalarını özündə əks etdirir.  Mənfi orta dəyişmə ilə aktiv 

müsbət  betaya  malik  ola  bilər,  müsbət  orta  dəyişmə  ilə  aktiv  mənfi  betaya  malik  ola 

bilər.  

- “1.0-ə malik olan beta onu göstərir ki, aktivin volatilliyi bazardakı kimidir”. Bu belə 

ola  bilər,  və  yaxud  dəyişmələrin  korrelyasiya  əmsalı  +0.5-ə  bərabər  olanda  aktivin 

dəyişmələri  iki  dəfə  çox  volatilliyə  malik  ola  вilərlər.  Beta  özlüyündə  volatillik 

münasibətlərini təsvir etmir.  

            Belə  ki,  beta  nisbi  volatilliyin  və  qiymət  dəyişmələrinin  korrelyasiyalarının  

məhsulu olmaqla, o, bir neçə faydalı nəticələr etməyə imkan verir:  

-  Beta  1.0-ə  bərabər    onu  göstərir  ki,  aktivin  volatilliyi  bazardakı  olduğu  kimidir  və 

onların qiymət dəyişmələrinin korrelyasiyası +1.0-dir,  və yaxud  volatilliyin nisbəti 2.0, 

korrelyasiya +0.5 olanda, və ya volatilliyin nisbəti 5.0, korrelyasiya +0.5 olanda. Böyük 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə