Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   23   24   25   26   27   28   29   30   31

83 

 

bazarında  sövdələşmələrin  bağlanılmasının  vahid  mərkəzi  yoxdur,  sövdələşmələr  bir 



çoxlu  sayda   

banklar


  arasında  bağlanılır  və  onların  əməliyyatlarıının  həcmləri  heç  bir 

yerdə  nəşr  olunmur,  hər  bir  bank  acaq  öz   

kotirovkalarını

  nəşr  edirlər,  sövdələşmələr 

bazar  günlərindən  başqa,  hər  gün  həyata  keçirilir.  Birjalarda  bütün  sövdələşmələr  bir 

yerdə  həyata  keçirilir,  sövdələşmələrin  qiymətləri  və  həcmləri  xüsusi  komissiya 

tərəfindən nəşr olunur, ticarət 

ticarət sessiyası

 çərçivəsində aparılır.  

Texniki  təhlilin  yaranmasının  ilkin  şərti,    əsrlər  boyu 

maliyyə  bazarlarında

  

qiymətlərin  dəyişməsi  üzərində  aparılan  müşahidələr  olmuşlar.  Texniki  təhlilin  ən 



qədim  üsullarından  biri    XVIII-XIX  əsrlərdə 

yapon


  düyü  tacirləri  tərəfindən  işlənib 

hazırlanmış  KEYSEN  (

けい

けい

けい



けい線



)  metodudur.  Qərbdə  bu  metod    «

yapon  şamları

»  kimi 


tanınmışdır.  

XIX  əsrin  sonunda  Amerika  jurnalisti 

Çarlz  Dou

  qiymətli  kağızlar  bazarı 

haqqında  silsilə  məqalələr  nəşr  etmişdir  ki,  bunlar  da 

Dou  nəzəriyyəsinin

  özülünü 

qoyaraq,  XX  əsrin  əvvəllərində  texniki  təhlil  metodlarının  qızğın  inkişafının  əsasını 

təşkil  etdilər.    XX  əsrin  ikinci  yarısında  kompüter  texnologiyalarının  inkişaf  etməsi 

təhlilin  alət  və    metodlarının  təkmilləşdirilməsinə,  həmçinin  hesablama  texnikasının 

imkanlarından  istifadə  edən  yeni  metodların  meydana  çıxmasına  əhəmiyyətli  şərait 

yaratdı.  

Texniki təhlil qiymətin nəyə görə öz istiqamətini dəyişməsini nəzərdən keçirmir 

(səhmlərin gəlirliliyinin aşağı olması, digər mallara qiymətlərin qalxıb-enməsi və yaxud 

digər  şərtlərin  dəyişməsi  səbəbindən),  lakin  ancaq  o,  qiymətin  bu  və  ya  digər 

istiqamətdə hərəkətini və yaxud bir neçə vaxt ərzində hər hansı bir qiymət intervalında 

olarkən müəyyən vəziyyətdə olması  faktını nəzərə alır.   

Analitikin  nöqteyi-nəzərincə,  əgər 

trendi 

düzgün 


başa  düşmək  mümkündürsə  və 

trend istiqamətində mövqe açılarsa, və sonradan vaxtında ticarət mövqeyi bağlanılarsa, 

istənilən bazarda gəlir əldə etmək olar. Belə ki, əgər qiymət ən aşağı səviyyəyə düşübsə, 

vəziyyətdən istifadə etmək və 

alış üçün mövqe açmaq

 və, əgər qiymət ən yüksək həddə 

çatıb  çevrilirsə,   

satış  üçün  mövqe  açmaq

  lazımdır.  Həmçinin  sövdələşmələrin 

həçmlərinin uçotunun aparılması da mümkündür.  

Trenddən  başqa,  texniki  təhlildə 

patternlər

  və  yaxud  qrafiklərdə  formalaşan 

nümunəvi şəkillər nəzərdən keçirilir və təhlil olunurlar. Daha çox tanınlarından -«Üçqat 




84 

 

zirvə»,  « kiqat  zirvə»,  həmçinin  onlara  əks  olan  «Üçqat  dib»  « kiqat  dib»,  trendin 



davam  etdirilməsi  modeli  olan  «Üşbucaq»,  «Bayraq»  və  s.    Üçqat  zirvənin  müxtəlif 

növlərindən  biri  də  «Baş  və  çiyinlər»  fiqurudur  ki,  onun  birinçi  və  üçüncü  zirvələri 

ikincidən aşağıdır. Üçbucaqlar növləri çox müxtəlifdir.  

Texniki  təhlil  əsasında  alınmış  nəticələr  fundamental  təhlil  nəticəsində 

alınmışlardan fərqlənə bilərlər.  Fundamental təhlil, əsasən, ona əsaslanır ki, əmtəənin, 

malın (qiymətli kağızın, valyuta cütünün) real 

dəyəri

 onun bazar 



qiymətindən

  fərqlənir 

–  o,  ya  yüksək,  ya  da  ki,  aşağı  qiymətləndirilib.    Əgər  «dəqiq»  qiyməti  hesablamaq 

mümkündürsə,  o  zaman  belə  fərz  etmək  olar  ki,  bazar  aşağı  səviyyəyə  kimi 

«

dəqiqləşdirilməlidir



»  (dəqiqləşmə  yuxarı  və  yaxud  aşağı  istiqamətdə  baş  verə  bilər).  

Buna görə də 

fundamental təhlilin

 tövsiyələri texniki təhlilin tövsiyələrinə zidd ola bilər.  

Qeyd eləmək lazımdır ki, hər iki metod müxtəlif xarici və daxiliamillərinin təsiri 

altında bazar konyunkturunun mümkün olan əyintilərini nəzərə almırlar. Həm dünyada, 

həm də ölkə daxilində baş verən siyasi, iqtisadi hadisələr həm ayrı-ayrı səhmlərin, həm 

də bütöv bölmələrin davranışına ciddi təsir göstərə bilərlər.  Bu cür təsirlər qanunların 

dəyişməsi, gömrük rüsumlarının tətbiq olunması və yaxud onların ləğv olunması, vergi 

dərəcələrinin dəyişilməsi və digər hadisələrlə bağlı ola bilərlər.  



Texniki təhlilin üç aksiomu 

Qiymətlərin ba

zardakı hərəkəti bütün informasiyanı nəzərə alırlar

 

Bu 


aksioma

  əsasən  əmtəənin  qiymətinə  təsir  göstərən  bütün  informasiya,  artıq 

qiymətin  özündə  və  sövdələşmələrin  həcmlərində  nəzərə  alınmışdır  və  artıq,  qiymətin 

siyasi, iqtisadi və digər amillərin təsirindən asılılığını ayrıca öyrənməyə ehtiyac yoxdur.  

Qiymət/həcm dinamikasının öyrənilməsində diqqəti cəmləşdirmək və bazarın 

daha çox 

ehtimal olunan inkişafı

 haqqında informasiya əldə etmək kifayətdir. 



Qiymətlərin hərəkəti tendensiyalara (meyllərə) tabedir 

Qiymətlər  sadəcə  olaraq  təsadüfi  şəkildə  dəyişmirlər,  bu  zaman  onlar  bir  neçə 

trendlərə

 (meyllərə) əməl edirlət, yəni qiymətlərin zaman sıralarını intervallara bölmək 

olar ki, onlarda qiymətlərin müxtəlif istiqamətlərdə dəyişmələri üstünlük təşkil edirlər.   

Tarixi  məlumatlar  əsasında  təhlili  zamanı  qiymətlərin  dəyişməsinin  qrafik 

modelinin  (fiqurunun)  tətbiq  olunması  məqsədəuyğun  olardı,  çünki  qiymətlərin 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə