Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

40 

 

ş



iddətli  dərəcədə  eroziya  uğramış  növlərlə  müqayisə  etdikdə  aydın  olur  ki,  

eroziya  prosesi  nəticəsində  torpaqların  mexaniki  tərkibi  xeyli  yüngülləşmişdir. 

 

Yumşaq  çimli  dağ-çəmən  torpaqlarının  fiziki-kimyəvi  xassələri  eroziya  



prosesi  nəticəsində  xeyli  pisləşmişdir. Təbii  şəraitdə  yumşaq  çimli  dağ-çəmən  

torpaqlarının    səthi   yuyulmaya    məruz    qalmış,  lakin    antropogen    amilin    təsiri  

ilə, əsasən  otlaqların  nizamsız  və  intensiv  otarma  nəticəsində  bitki  örtüyünün  

pozulmasına,eroziya  prosesinin  asanlıqla  getməsinə  şərait  yaradır. 

 

Bozqır    dağ-çəmən    torpaqları.  Bu    torpaqların    ayrıca    torpaq    tipi    kimi  



ayrılması  müxtəlif  ədəbiyyatlarda  öz  əksini  tapmışdır. Eyni  adlı  torpaqlar  “ 

qəhvəyi  dağ-çəmən “ adı  altında  cənubi  Qırğızıstanda, şimali  Qafqazda  qeyd  

olunmuşdur.  Bu    torpaqların    həmin    ərazilərdə    geniş    sahədə    yayılıb    inkişaf  

etdiyi  qeyd  olunurdu. 

 

Bozqır  dağ-çəmən    torpaqlarının    Kiçik    Qafqazın    subalp      qurşağında  



inkişaf    edib    yayılması    zəif    öyrənildiyindən    1943-cü    ildə    tərtib    edilmiş  

Azərbaycanın    ilk    torpaq    xəritəsində    və    1953-cü    ildə    nəşr    edilmiş  

“Azərbaycan    torpaqları”monoqrafiyasında    öz    əksini    tapmamışdır.  Eyni  

zamanda    Cənubi    Qafqazın    digər    ərazilərində,    o    cümlədən    Gürcüstan    və  

Azərbaycanda  bozqır  dağ-çəmən  torpaqlarının  öyrənilib, tədqiq  edilməsi  arxa  

plana  keçmişdir. Bu  torpaqlar  dağ-çəmən, dağ-meşə  torpaqları  arasında  keçid   

zonasında    inkişaf    etdiyinə    görə,  uzun    müddət    onların    öyrənilməsinə    fikir  

verilməmişdir.  

 

Azərbaycan    ərazisində    bozqır    dağ-çəmən    torpaqları    Kiçik    Qafqazda  



Gədəbəy  və  Laçın  rayonları  ərazisində  və  Naxçıvan  MR-in  əsasən  cənub-şərq  

hissəsində  yayılmışdır. 

 

Bu  torpaqların  Muxtar  Respublika  ərazisində  yayılması  zona  səciyyəsi  



daşımaqla    dəniz    səviyyəsindən    2000-2900  m    yüksəklikdə    şimal-qərbdən  

cənub-şərq   istiqamətində  əksərən  cənub  yamaclarında  inkişaf  etmişdir. Bozqır  

dağ-çəmən    torpaqları    relyef    və    iqlim    şəraiti    ilə    əlaqədar    zonanın    qərb  

hissəsində    daha    az    sahəni    tutur.  Muxtar    Respublikanın    yüksək    dağlıq  

hissəsində    mərkəzdən    fərqli    olaraq    qərb    və    şərqdə    kontinentallıq    artmaqla  



41 

 

yanaşı    yağıntıların    miqdarı    tədricən    azalır.  Bu    xüsusilə    dağlıq    yaylasından  



gələn    quru    hava    kütlələrinin    təsirinə    daha    çox    məruz    qalan    şimal-qərb  

hissədə    kəskin    şəkildə    hiss    olunur.  Göründüyü    kimi,    bozqır    dağ-çəmən  

torpaqlarının  yayıldığı  ərazilər  üçün  əksər  hallarda  buxarlanmanın  yağıntıdan  

üstün    olması    və      rütubət    çatışmamazlığı    səciyyəvidir.  Bozqır    dağ-çəmən  

torpaqları  belə  bir  şəraitdə  inkişaf  etdiyindən  bitki  örtüyü  əsasən  quraqlığa  

davamlı    gəvən,  qatırquyruğu,  kəklikotu,  və    digər    paxlalı    dənli    bitkilərdən  

ibarətdir. 

 

Bozqır  dağ-çəmən  torpaqlarının  formalaşması  ərazinin  yüksək  dərəcədə  



drenləşməsi, kontinental  iqlim  və  mövcud  bozqır-çəmən  bitki  örtüyü  şəraitində  

gedir.  Torpaq    əmələgəlmə    prosesi    quru    kontinental    iqlim    şəraitində  

getdiyindən    üzvi    maddələrin    parçalanması    prosesi    çox    zəif    getdiyi    halda, 

minerallaşma    prosesi    çox    sürətlidir.  Bununla    əlaqədar    torpaqda    üzvi  

maddələrin  toplanması  üçün  şərait  Kiçik  Qafqazın  digər  yüksək  dağlıq  zonası  

torpaqlarından  fərqli  olaraq  o  qədər  də  əlverişli  deyildir. 

 

Bozqır    dağ-çəmən    torpaqları    əsrlər    boyu    yay    otlağı    və    örüş    kimi  



istifadə    olunduğundan,  səthində    çoxlu    miqdarda    cığırlar    əmələ    gəlmiş, 

tapdalanmış, bitki  örtüyü   pozulmuş, torpağın  strukturu  tozlanmışdır. Ona  görə  

də  belə  torpaqlar  asanlıqla  suyun  dağıdıcı  təsirinə  məruz  qala  bilir.  

 

Bozqır  dağ-çəmən  torpaqları  morfoloji  xüsusiyyətlərinə  görə  çim  qatının  



nisbətən    maddələrdən    tamamilə    yuyulması    və    karbonatlı    illivial    qatın  

olmaması    ilə    səciyyələnir.  Bu    torpaqlar    mexaniki    tərkibinə    görə    əsasən  

gillicəli  olub, fiziki  gilin  miqdarı  46,1-28,5 %  arasında  dəyişir. 

 

 



 

 

 



 

 



42 

 

II  Fəsil.Naxçıvan  MR-in  dağlıq  zonasında    eroziya    prosesinin  



inkişafı  və  onun  yaratdığı  ekoloji  nəticələ

 

 



Torpağın   eroziyası  (latın   sözü   olub,  erosio-yeyilmə    deməkdir )  – onun  

yuxarı  məhsuldar  qatının  dağılması  və  süxurların  küləklə  sovrulması (külək  

eroziyası),  yaxud    su    ilə    yuyulmasıdır.  Eroziya    prosesinə    sənaye    eroziyasını, 

hərbi  eroziya, otlaq  eroziyası, irriqasiya  və s.  aiddir. Lakin  bizim  ölkədə  və  

dünyada  əsas  eroziya  su  və  külək  eroziyası  sayılır [19]. 

Naxçıvan    MR-in    dağlıq    zonası    eroziyanın    inkişafı    üçün    ən    əlverişli  

ə

razilərdən  biridir. Burada  su  eroziyasının  bütün  növlərinin  inkişafı  üçün  real  



şə

rait  var. Ərazinin  relyef  xüsusiyyətləri, seyrək  bitki  örtüyü, iqlim  amilləri  və  

insanın    təsərrüfat    fəaliyyəti    eroziyanın    inkişafını    sürətləndirir.  Eroziya  

nəticəsində    torpağın    özünün    təbii-ekoloji    mühiti    pisləşməklə    yanaşı    onun  

məhsuldarlığı  da  xeyli  azalır.  

Azərbaycan    eroziyanın    intensiv    vüsət    aldığı    ölkələrdəndir.  Ölkəmizin  

təbii  ekoloji, relyef-iqlim  şəraiti  su  və  külək  eroziyasının  inkişafına  zəmin  

yaradır. Respublikamızda  eroziyanın  intensiv  getdiyi  regionlar  Böyük  və  Kiçik  

Qafqaz  dağlarının  yamaclarıdır. Bu  regionlar  içərisində  eroziyanın  inkişafına  

görə    Naxçıvan    Muxtar    Respublikasının    dağlıq    zonası    xüsusi    yer    tutur. 

Naxçıvan    MR-də    eroziya    prosesinin    inkişafı    məsələləri    ilə    S.A.Zaxarov, 

S.Q.Məhərrəmov,  V.V.Akimtsev,  M.Ə.Salayev,  H.Ə.Əliyev,  Q.F.Əliyev    və  s. 

tədqiqatçılar    məşğul    olublar.  Bitki    örtüyünün    daha    zəngin    sistemə    malik  

olmasında    atmosfer    və    biosfer    arasında    çox    tərəfli    əlaqə    yaradılmasında  

meşələrin  əvəzedilməz  əhəmiyyəti  vardır. Naxçıvan  ərazisində  demək  olar  ki, 

meşələr  yox  dərəcəsindədir.  

Naxçıvan    Muxtar    Respublikası    torpaq    eroziyasının    təsirinə    ən    çox  

məruz  qalmış  regiondur. Burada  su  eroziyasının  inkişafı  üçün  əlverişli  təbii  

şə

rait  var. Seyrək  bitki  örtüyü, mürəkkəb  relyef, rəngarəng  iqlim  göstəriciləri  



və    antropogen    faktorun    təsiri    şəraitində    eroziya    prosesi    çox    intensiv  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə