Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

48 

 

növbədə  onunla  izah  edilməlidir  ki, Şahbuz  rayonu  ərazisində  bitki  örtüyü  



yaxşı    inkişaf    edib.  Burada    eroziyaya    uğramış    torpaqlar    rayonun    ümumi  

ə

razisinin    28-29  %ni    təşkil    edir.  Müvafiq    olaraq    Şərur    rayonunun    dağlıq  



hissəsində  quraq  iqlimlə  əlaqədar  bitki  örtüyündən  kasad  ərazilərdə  eroziya  

prosesi  geniş  yayılaraq  rayonun  ərazisinin  80 %-dən  çoxunu  tutur. Ordubad  

və  Culfa  rayonlarında  bitki  örtüyü  Şahbuza  nisbətən  zəif  inkişaf  etdiyindən  

burada    torpaqların    56,2-55,4  %    eroziyanın    təsirinə    məruz    qalıb.  Burada  

eroziyanın  sürətli  inkişafını  səciyyələndirən  əsas  amillərdən  biri  də  relyefin  

kəskin    parçalanması    ilə    əlaqədardır,  dik    yamacların    üstünlük    təşkil  

etməsidir[31]. 

Muxtar  Respublikanın  dağlıq  zonasında  yamaclarda  eroziyanın  inkişafı  

həmin  ərazilərdə  yayılmış  torpaq  tiplərindən  asılı  olaraq  dəyişir. Çimli  dağ-

çəmən    torpaqlarının    əsas    hissəsi    meylliyi    20

0

-dən    çox    olan    yamaclarda  



yayılıb. Bozqırlaşmış  dağ-çəmən  torpaqları  isə  əsasən  10-20

0

  arası  meylliyə  



malik    yamaclarda    inkişaf    edib.  Birinci    halda    yamacların    dik    olmasına  

baxmayaraq    torpaqlar    eroziyanın    təsirinə    az    məruz    qalır.  Bu    onunla    izah  

olunur  ki, çimli  dağ-çəmən  torpaqlarının  bozqırlaşmış  yarımtəpələrə  nisbətən  

eroziyaya  qarşı  davamlılığı  yüksəkdir. 

Torpaqların    eroziyaya    uğraması    və    eroziyanın      müxtəlif    formalarının  

inkişafı    ayrı-ayrı    dağ    massivləri    və    inzibati    rayonlar    üzrə    yerli  

xüsusiyyətlərdən  asılı  olaraq  dəyişir. Muxtar  Respublikanın  dağlıq  zonasında  

eroziyanın  inkişafına  nəzər  salanda  görürük  ki, ayrı-ayrı  inzibati  rayonlarda  

yamacların    meylliyi,  hidrotermik    və    botaniki    amillərlə    əlaqədar    eroziyanın  

inkişafı  müxtəlifdir. 

 

§2.2. Eroziya  prosesinin  ərazinin  bitki  örtüyünə  təsiri. 



 

Dağlıq  ərazilərdə  torpaq  əmələgəlmə  prosesində  bitki  örtüyü  müstəsna  

rol    oynayır.  Yüksək    dağlıq    zonada    çəmən    bitkiləri    torpağı    yuyulma    və  

dağılmadan  mühafizə  etməklə, böyük  miqdarda  üzvi  maddələrin  toplanması  və  




49 

 

su  hopdurma  qabiliyyətinə  malikdir. Bitki  örtüyü  seyrək  olan  sahələrdə  isə  



səthi    axın    artmaqla    torpağın    eroziyaya    uğraması    sürətlənir.  Eyni    zamanda  

eroziya  prosesi  də  ərazinin  bitki  örtüyünə, onun  inkişafına  və  məhsuldarlığına  

öz  təsirini  göstərir. Bu  məsələ  müasir  dövrdə  eroziya  prosesi  və  onun  ekoloji  

nəticələri    nöqteyi    nəzərdən    çox    aktualdır.Dağlıq    zonalarda    bitki    örtüyünün  

sıxlığını  artırmaq, torpağın  ekoloji  vəziyyətini  yaxşılaşdırmaq  üçün  dünyanın  

bəzi  ölkələrində  süni  suvarma  tətbiq  edilir. 

Eroziya    prosesi    təkcə    bitki    örtüyünün    məhsuldarlığına    deyil,  eyni  

zamanda    onun    botaniki    tərkibinə    də    öz    mənfi    təsirini    göstərir.  Belə    ki, 

yumşaq    çimli    dağ-çəmən    torpaqlarında    ot    örtüyünün    məhsuldarlığı    1 ha-da 

1720    kq    olduğu    halda    şiddətli    dərəcədə    eroziyaya    uğramış    növlərdə    bu  

göstərici  xeyli  azalaraq  820  kq  olmuşdur. Analoji  azalma  Böyük  Qafqazın  

eroziyaya  məruz  qalmış  torpaqlarında  da  qeyd  olunur.  

Eroziya  prosesi  inkişaf  etdikcə  torpaqda  yaşıl  kütlənin  miqdarı  azalır. 

Bu  prosesin  inkişafını  sürətləndirən  başlıca   faktor  dağ-çəmən  torpaqlarının  

yay    otlağı    kimi    intensiv    və    nizamsız    istifadəsidir.  Burada    otarmanın  

müddətinə,  vaxtına    və    həcminə    əməl    edilməməsi    bitki    örtüyündə    ciddi  

pozuntular  törədir. Belə  ki, ot  bitkilərinin  erkən  və  gec  toxumlama  dövründə  

mal-qaranın   otlaq   sahəsinə   buraxılması    bitki   örtüyünün   seyrəkləşməsinə   və  

növ  müxtəlifliyinin  azalmasına  səbəb  olur. Bu  proses  nəticəsində  20-ci  əsrin  

ortaları  ilə  müqayisədə  on  min  hektarlarla  çox  qiymətli  yay  otlaqları  kimi  

istifadə    olunan    torpaq    sahələri    eroziya    prosesinin    müxtəlif    formalarının  

təsirinə  məruz  qalıb. Eroziya  prosesinin  təsiri  ilə  son  30-40  ildə  20  min  ha-

dan  çox  torpaq  sahəsi  faktiki  olaraq  yararsız  hala  düşmüşdür. Belə  sahələrdə  

torpaqda  yaşıl  kütlənin  miqdarı  xeyli  azalaraq  hər  hektara  100-200  kq-dan  

artıq  olmur. 

Bu    proseslərin    inkişafına    görə    Muxtar    Respublikanın    dağlıq    zonası  

Azərbaycanda  ekoloji  təhlükəli  obyektlərdən  hesab  olunmalıdır. Yay   otlaqları  

kimi  istifadə  olunan  torpaqlarda  bitki  örtüyünün  tərkibi  təkcə  torpaqda  gedən  

fiziki-kimyəvi    və    bioloji    prosesin    təsiri    altında    deyil,  eyni    zamanda    otlaq  



50 

 

rejiminin  müxtəlifliyindən  də  asılı  olaraq  dəyişir.Muxtar  Respublikanın  dağlıq  



zonasında  kənd  təsərrüfatının  qeyri-düzgün  təşkili, o  cümlədən  sistemsiz  və  

uzun    müddətli    otarma,  suvarmanın    səmərəsizliyi,  meyllik,  baxarlıq    və    başqa  

relyef    ünsürlərinin    torpağa    ciddi    təsiri    vardır.  Muxtar    Respublikanın    təbii-

ekoloji  şəraiti  eroziya  ehtimalını  artıran  əsas  bazadır. Təkcə  yay  otlaqlarını  

götürsək  onu  qeyd  etmək  lazımdır  ki, burada  birinci  kateqoriyaya  aid  yay  

otlağı  yoxdur. Otarmanın  miqdarı  isə  normadan  10-15  dəfə, bəzi  hallarda  isə  

daha  çoxdur. 

Ə

n    yüksək    məhsuldarlıq    eroziyaya    uğramamış    növlərdən    alınmışdır. 



Eroziya   prosesinin  təsirinə  müxtəlif  dərəcədə  məruz  qalmış  torpaqlarda  bitki  

örtüyü  kəskin  azalmışdır. Yalnız  zəif  dərəcədə  eroziyaya  uğramış  növlərdə  bu  

göstərici    nəzərə    çarpmayacaq    dərəcədədir.  Belə    ki,  yuyulmamış,  ot    örtüyü  

pozulmamış  sahələrdə  1  hektar   sahədə  bitkilərin  miqdarı (məhsuldarlığı)  1750  

kq,  olduğu  halda,  orta  dərəcədə  yuyulmuş  növlərdə  880 kq/ha  və  50,3 % , 

ş

iddətli    dərəcədə    eroziyaya    uğramış    torpaqlarda    isə    180    kq/ha    və    89,7  %  



azalmışdır.  Bu    isə    ilk    növbədə    otlaq    və    biçənəklərdən    düzgün    istifadə  

edilməməsi  ilə  izah  olunmalıdır. Qeyd  olunanlardan  belə  bir  nəticəyə  gəlmək  

olar    ki,  eroziya    prosesinin    inkişafı    nəticəsində    əsasən    yay    otlaqları    altında  

istifadə    olunan    Muxtar    Respublikanın    dağlıq    zonasında    bitki    örtüyünün  

məhsuldarlığı    xeyli    azalır    ki,  bu    da    kənd    təsərrüfatında    böyük    payı    olan  

heyvandarlığın  inkişafı  üçün  ciddi  problemlər  yaradır. Bu  problemin  qarşısını  

almaq    üçün    dağlıq    zona    torpaqlarında    yay    otlaqlarının    kateqoriyalara  

ayrılması    və    hər    kateqoriyaya    uyğun    otarma    normasının    tətbiq    edilməsi  

aktual    məsələlərdəndir.  Bu    tədbir    ilk    növbədə    torpaqda    eroziya    prosesinin  

qarşısının    alınmasına,  bitki    örtüyünün    inkişafına    və    növ    müxtəlifliyinin  

yaxşılaşmasına  kömək  edir.  

Analoji    azalma    Naxçıvan    Muxtar    Respublikasının    dağ-meşə    və    dağ-

kserofit    bitkilərin    inkişaf    etdiyi    ərazilərdə    də    müşahidə    olunur.  Dağ  

kserofitlərinin    inkişaf    etdiyi    ərazilər    eroziya    prosesinin    təsirinə    daha    çox  

məruz  qalır.  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə