28
dəniz səviyyəsindən 1000- 1500 m yüksəklikdə torpağın temperaturu iyul
aylarında +32- 35
o
arasında tərədüd edərək Kür- Araz ovalığının rejiminə
yaxın olur, baxmayaraq ki, obyektin arasında kəskin fərq var. səhralarını
xatırladır[18].
Naxçıvan Muxtar Respublikasının ərazisində hakim küləklər yerli
küləklərdir. Küləklər relyef şəraitindən və atmosfer proseslərinin qarşılıqlı
dövranı nəticəsində əmələ gəlir. l ərzində “Araz” vadisində əsasən şərq
istiqamətində əsən küləklər hakimlik edir. Küləyin orta sürəti 1-5 m/san
arasında tərəddüd edir və düzən zonada azalır. Culfa istiqamətində düzən
zonada güclü küləklərin əsməsi səciyyəvidir. Naxçıvan Muxtar
Respublikasında küləyin rejimi, yay aylarında düzən zonada olan istiqamətinə
bərabər olub, dağ və dağətəyi zonalarda dağ küləkləri əsir. Yayın axırında
cənub və cənub- şərq istiqamətində əsən küləklər müşahidə olunur.
Külək rejimi.
Naxçıvan MR ərazisində müşahidə edilən küləklər əsasən yerli
küləklərdir. Onların istiqaməti çox hallarda mürəkkəb relyef quruluşundan
asılı olur. Bəzən əraziyə müxtəlif tip hava kütlələrinin daxil olması
nəticəsində bu ümumi qanunauyğunluq pozulur.
Muxtar Respublika ərazisində ilin soyuq dövründə əsasən şimal-şərq və
ş
imal-qərb, ilin isti dövründə isə qərb və cənub küləkləri əsir. Yanvar ayında
Arazboyu düzənlikdə şimal küləkləri 20-30% təşkil edir. yun-avqust aylarında
qərb, cənub-qərb küləkləri 30-70%-ə, şimal-şərq və şərq küləkləri isə 0-4%-ə
çatır. Yüksək dağlıq qurşaqda (2000-3200 m) ilin isti dövründə əsasən şimal,
ş
imal-şərq və şərq küləkləri müşahidə edilir.
Küləklərin istiqaməti dağlıq ərazidə dərələrin istiqamətinə uyğun gəlir.
Arazboyu düzənlikdə isə dəyişkəndir. Muxtar Respublika ərazisində ən güclü
küləklər xüsusilə iyul-avqust aylarında şərq küləkləri, ən zəif küləklər isə
ş
imal küləkləridir.
29
Arazətrafı düzənlikdə ilin soyuq dövründə küləklərin sürəti 1-2 m/san,
iyul-avqust aylarında 3-5 m/san çatır. Yüksək dağlıq qurşaqda ilin soyuq
dövründə küləyin sürəti 3-7 m/san bərabər olur.
Ağ yel və isti quru küləklər əsəndə havanın temperaturu 30 dərəcədən
yuxarı qalxır, rütubət isə 30% aşağı enir. Bu növ küləklər Arazboyu düzənlikdə
(aprel-sentyabr ayları ərzində) 50-70 gün, alçaq dağlıq qurşaqda 30-49 gün, orta
dağlıq qurşaqda 10-29 gün, yüksək dağlıq qurşaqda isə 10 günə kimi
müşahidə edilir.
Yuxarıda qeyd etdiyimiz ayrı-ayrı iqlim ünsürlərinin təhlili bir daha
göstərir ki, Naxçıvan MR-nin ərazisi yüksək termik şəraiti və cüzi
rütubətlənməsi ilə respublikanın digər fiziki-coğrafi vilayətlərindən kəskin
fərqlənir və Cənubi Qafqazda müstəsnalıq təşkil edir.
Torpağın temperaturu: Torpaq temperaturu onun tipindən, rütubətin
dərəcəsindən, mexaniki tərkibdən və s. amillərdən asılıdır. Naxçıvan Muxtar
Respublikasının torpaqlarının orta aylıq temperaturu qış aylarında (yanvar)
1000-1500 m dəniz səviyyəsindən yüksəklikdə 4
o
- 6
o
təşkil edir. Buna
müvafiq olaraq dəniz səviyyəsindən 1000-1500 m yüksəklikdə torpağın
temperaturu iyul aylarında +32-35
0
arasında tərəddüd edərək Kür-Araz
ovalığının rejiminə yaxın olur, baxmayaraq ki, obyektin arasında kəskin fərq
vardır.
Havanın nisbi rütubəti: Məlum olduğu kimi, havanın nisbi rütubətinin
kənd təsərrüfatı bitkilərinin becərilib inkişaf etməsi üçün əhəmiyyəti
böyükdür. Nisbi rütubətin illik və sutkalıq miqdarı temperatur rejiminin
ə
ksinə olur. Belə ki, ən yüksək rütubət qış (yanvar- fevral) aylarında müşahidə
olunur.
Qeyd etmək lazımdır ki, qışda az miqdarda su buxarı alçaq temperatur
şə
raitində havanın nisbi rütubətini xeyli artırır. Nisbi rütubətin minimum
miqdarı iyul və avqust aylarında müşahidə olunur.
Muxtar Respublikanın ərazisində ilin fəsillərindən və ərazinin
hündürlüklərindən asılı olaraq havanın nisbi rütubəti bir- birlərindən həcminə
30
və yayılma səviyyəsinə görə fərqlənir. Havanın minimal nisbi rütubəti Araz
boyu sahələrdə müşahidə edilir. Yanvar ayının orta illik nisbi rütubəti 60- 80
% təşkil edir.
Naxçıvan Muxtar Respublikası şəraitində quraq keçən günlərin sayı
Azərbaycanın digər fiziki- coğrafi rayonlarından kəskin fərqlənir. Belə ki,
quraqlıq olan günlərin sayı Babək rayonunda 140 gün,buna müvafiq olaraq
Ordubad rayonunda 153 gün olub yüksək dağlıq ərazilərdə onların sayı xeyli
azdır.
Atmosfer yağıntıları: Naxçıvan Muxtar Respublikasının ərazisində
atmosfer yağıntılarının düşməsi şaquli zonallıq qanununa tabedir. Minimum
atmosfer yağıntıları ovalıq düzən (çöl) sahələrə düşür. Dəniz səviyyəsindən
yüksəklərə qalxdıqca onların miqdarı artır, ərazinin yuxarı dağ qurşaqlarında
maksimal miqdara çatır.
Eroziya təhlükəsi ehtimalı iqlim ünsürlərindən atmosfer çöküntülərinin
intensivliyindən, miqdarından, yağıntının növündən və başqa xüsusiyyətlərindən
asılıdır. Leysan yağışları özünün intensivliyinin qeyri-bərabər olması ilə
səciyyələnir. Belə ki, bir leysan yağışı müddətində onun sürəti 0,1-0,2
mm/dəqiqədən 6-10 mm/dəqiqəyə qədər dəyişə bilər. Bir qayda olaraq yağışın
davamiyyəti çox olduğu hallarda onun intensivliyi orta sürətdən aşağı olur.
Naxçıvan Muxtar Respublikasının mürəkkəb fiziki- coğrafi şəraiti, dərəli-
təpəli relyefə malik olması, burada düşən yağıntılarının miqdarının təkcə
dəniz səviyyəsindən hündürlükdə yerləşməsi deyil, ondan əlavə yamacların
baxarlığının da böyük rolu var.
Ə
razidə mövcud olan hidrotermik rejim aran zonasında 2 kəskin
fazanın əmələ gəlməsinə səbəb olur.
Yaz və payız isti mezotermik yarı quraq və isti (kserotermik) keçir.
Maksimum buxarlanma yay aylarında baş verir və illik buxarlanmanın
58- 60 %-ni təşkil edir.
Məlum olduğu kimi, eroziya prosesinin inkişafına təsir edən mühüm
iqlim amillərindən biri də yağıntılar, onların miqdarı, səviyyəsi, intensivliyi,
Dostları ilə paylaş: |