Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

46 

 

Meylliyi  15-20



0

  arası  olan  ərazilər  yüksək   dağlıq  zonanın  hər  yerində  

yayılmaqla geniş  sahə  tutur. Dəniz  səviyyəsindən  yuxarıya  qalxdıqca  kəskin  

parçalanmış  dağ  massivlərində  (xüsusilə  Zəngəzur  dağlarının  yüksək  dağlıq  

hissəsində) belə  sahələrə  tez-tez  rast  gəlmək  olur. Meylliyi  15-20

0

 olan  dağ  



yamacları    Şahbuz    rayonu    ərazisində    geniş    sahə    tutmaqla    rayonun    ümumi  

ə

razisinin  23,5 %  təşkil  edir. Şahbuz  rayonunda  belə  sahələrə  Biçənək  aşırımı  



sahəsində    Gülfada    Əlincə    çayın    yuxarı    axarındakı    yamaclarda    Gilançayın  

yuxarı    axarının    cənub-qərb    yamaclarında    rast    gəlinir.  Bu    yamaclar    eroziya  

baxımından    çox    təhlükəlidir    və    demək    olar    ki,    addımbaşı    eroziya    prosesi  

müşahidə  olunur. Bu  yamacların  bitki  örtüyündən  məhrum  olan  hissələrindən  

eroziyanın    ən    ağır    formaları    fon    təşkil    edir.  Əsasən    yay    otlaqları    kimi  

istifadə    olunan    bu    yamaclarda    nizamsız    otarma    nəticəsində    terrasa    bənzər  

cığırlar    əmələ    gəlmişdir.  Bu    cığırlarda      torpağın    tapdalanması    və    bitki  

örtüyünün    tamamilə    məhv    edilməsi    nəticəsində    yağışlar    və    qar    ərimələri  

zamanı    asanlıqla    səthi    axın    əmələ    gəlir.  Yamacların    meylliyinin    yüksək  

olması    səthi    axının    sürətini    artırmaqla    ona    xüsusi    dağıdıcılıq    gücü    verir. 

Muxtar  Respublikanın  dağlıq  zonasında  belə  torpaqların  ümumi  sahəsi  36800  

ha  təşkil  edir  ki,  bu  da  ərazinin  12,8%-dir. 

Meylliyi  20-30

0

 arası  olan  yamaclar  özündən  əvvəlki  sahələrə  nisbətən  



geniş  ərazi  tutur. Bu  yamaclar  Ordubad  və  Şahbuz  rayonları  ərazisində  daha  

çox    sahə    tutur.  Relyefin    kəskin    parçalandığı    yüksək    dağ    massivlərində  

meylliyi    20-30

arası    olan    yamaclar    ərazinin    əsas    hissəsini    təşkil    edir. 



Ordubad    rayonunun    ümumi    ərazisinin    təqribən    20  %-dən    çoxunu    belə  

yamacların  yayıldığı  sahələr  təşkil  edir. Bu  yamaclar  əsasən  Ayrıkar, Kükü, 

Keçəldağ,  Soyuq,  Qapıcıq    dağlarının    cənub  və    cənub-qərb    hissələrini    əhatə  

etməklə  geniş  sahə  tutur.  

Yamacların  dik  olması  eroziyanın  inkişafı  üçün  əlverişli  şərait  yaradır. 

Ə

sas    etibarilə    bu    yamaclarda    orta    dərəcədə    eroziyaya    uğramış    sahələr  



üstünlük    təşkil    edir.  Lakin    nizamsız    və    həddən    artıq    otarma    nəticəsində  

torpaq    tapdalanır,  bitki    örtüyü    tamamilə    məhv    olur    ki,  bunun    nəticəsində  




47 

 

torpaq  eroziyanın  başqa  formaları  inkişaf  edir. Əsasən  yumuşaq  və  kip-çimli  



dağ-çəmən  torpaqlarının  yayıldığı  yamaclarda  eroziyanın  səthi  forması  inkişaf  

etsə    də    cənub    və    şərq    ekspozisiyalı    dağ-çəmən    torpaqlarının    bozqırlaşmış  

yarımtiplərinin    imkişaf    etdiyi    yamaclarda    eroziya    prosesi    yarğan    xarakteri  

alır.  Bu    sahələrdə    torpaq    qatının    tamamilə    yuyulması    nəticəsində    yamac  

çılpaqlaşaraq  ana  süxur  səthə  çıxır.  

Naxçıvan    Muxtar    Respublikasının    dağlıq    zonasında    yüksək    dağ  

massivlərində  kəskin  parçalanmış  relyef  formalarının  geniş  sahə  tutması ilə  

ə

laqədar  meylliyi  30



0

-dən  yüksək  olan  yamaclar  ümumi  zonasının  az  qala  

yarısını    tutur.  Dərələyaz    və    Zəngəzur    sıra    dağlarının    ən    uca    zirələrinin  

yerləşdiyi    Şahbuz    və    Ordubad    rayonları    ərazisində    bu    göstərici    daha  

yüksəkdir.  Bu    yamaclar   xüsusilə    ərazinin   cənub-şərq    hissəsində   daha    geniş  

sahəyə    malikdir.  Yüksək    dağlıq    zonanın    Yağlıdərə,  Ayıçınqıl,  Hazaraməçid, 

Dəmirlidağ,  Buğakar    zirvələrinin    və    Eşşəkmeydanı    aşırımında    yamacların  

meylliyi  30

0

-dən  yuxarıdır. Bu  yamaclar  eroziya  təhlükəsi  baxımından  yüksək  



göstəriciyə  malik  olub, xüsusi  təhlükəli  ərazilər  hesab  olunur. Yüksək  dağlıq  

zonanın    əsasən    baş    suayrıcılarının    yamaclarında    torpaq    profilinin    nazik  

olduğu    ərazilərdə    səthin    meylliyinin    yüksək    olması    ilə    əlaqədar    eroziya  

təhlükəsi    çox    yüksəkdir.  Bu    ərazilər    yalnız    yay    otlaqları    altında    istifadə  

olunur. Azacıq  nizamsız  otarma  nəticəsində  eroziya  prosesinin  baş  verməsi  

reallaşa  bilər. Muxtar  Respublikanın  dağlıq  zonasında  meylliyi  30

0

-dən  çox  



olan  ərazilərin  ümumi  sahəsi  138805ha-dan  çoxdur. 

Naxçıvan  MR-ın  dağlıq  zonasında  torpaqlarının  yuyulub  dağılmasında  

yamacların  meylliyinin  böyük  rolu  vardır. Dağlıq  zonada  yamacların  meylliyi  

qərbdən  şərqə  və  cənubdan  şimala  doğru  artır. Torpaqların  eroziyası  əsasən  

bu  qanunauyğunluqlara  görə  inkişaf  etsə  də, bəzi  ərazilərdə  bitki  örtüyünün  

də  təsiri  müşahidə  olunur. Belə  ki,  Culfa  və  Ordubad  rayonlarında  torpaqların  

ə

n  azı  40 %-i  eroziyanın  təsirinə  məruz  qalır. Lakin  yamacların  meylliyinə  



görə    Şahbuz    rayonu    Ordubaddan    başqa    digər    rayonları    geridə    qoyur. 

Ş

ahbuzda  torpaqlar  başqa  rayonlara  nisbətən  eroziyaya  az  məruz  qalır. Bu  ilk  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə