63
işlənib çıxan çirkab suları Naxçıvançaya axıdılır. Bu çay hövzəsində 15– 20
ha torpaq sahəsi çirkab bataqlığına, qamışlığına çevirmişdir.
Qeyd etmək lazımdır ki, Naxçıvanda olan yaşayış məntəqələrinin 95%-i
çay kənarlarında salınmışdır. Ona görə də bütün bu yaşayış məntəqələrində
yaranan çirkab suları axaraq çay sularına qovuşur və onların əsas çirklənmə
mənbəyi hesab olunur. Çaylarda maşınların yuyulması nəticəsində də çay
sularına xeyli miqdarda neft və neft məhsulları axıdılır. Neft təbəqəsi suyun
üzərində qalaraq su ilə atmosfer arasındakı qaz mübadiləsini, buxarlanmanın
təbii gedişini pozur və sudakı canlıların inkişafına mənfi təsir göstərir.
Naxçıvan Muxtar Respublikasının iqlim, torpaq, relyef, hidrogeoloji
xüsusiyyətlərini nəzərə alaraq çayların və su anbarlarının mühafizəsi, onlardan
səmərəli istifadə edilməsi üçün bir sıra təxirəsalınmaz təbiəti mühafizə
tədbirlərinin həyata keçirilməsi zəruridir.
Naxçıvan Muxtar Respublikasının dağlıq zonası təbii- ekoloji şəraitə,
rekreasiya ehtiyatlarına malikdir. Hazırda dağlıq zonanın təbii ehtiyatlarının
ə
traflı öyrənilməsi və onların istehsal dövriyyəsinə cəlb edilməsi, nəticədə
istehsal sahələrinin genişləndirilməsi, onun kompleks inkişaf etdirilməsi,
həmçinin təbiətin mühafizəsi kimi mühüm vəzifələrin həlli tələb olunur.
Naxçıvan Muxtar Respublikasının dağlıq zona ərazisi qədim və
mürəkkəb geoloji quruluşa malik olması burada bir sıra metal və qeyri-
metal faydalı qazıntı yataqlarının yaranmasına səbəb olmuşdur. Faydalı
qazıntılardan sink, qurğuşun, gümüş, mis, qızıl, polimetallar iqtisadi cəhətdən
mühüm əhəmiyyətə malikdir. Gəc, əhəngdaşı, dolomit, gil, mərmər, tuf daşı
kimi tikinti materialları geniş yayılmışdır.
Qeyd etdiyimiz, hələlik istifadə edilməyən bir sıra təbii sərvətlərin
xüsusilə mineral xammal ehtiyatlarının istehsal dövriyyəsinə cəlb olunması
istehsalın kompleks inkişafına təsir edən amillərdən biri kimi
qiymətləndirilməlidir. stehsal prosesində təbiəti mühafizə məsələləri ön
planda saxlanılmalıdır. lk növbədə təbii sərvətlərin emalı və istifadəsi
iqtisadi- ekoloji baxımdan səmərəli təşkil olunmalıdır. Ətraf mühiti mühafizə
64
tədbirlərinə zəruri olan xərclər ayrılmalıdır. Tullantıların azaldılmasına və
onların təkrar emalına dair tədbirlər sistemi hazırlanmalı və həyata
keçirilməlidir. Təbii sərvətlərin səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi
bir- biri ilə sıx bağlı olan sosial- iqtisadi, ekoloji sistemi təşkil edir.
Naxçıvan Muxtar Respublikasının dağlıq zona ərazisində fəaliyyət
göstərən dağ- mədən, tikinti və s. sahələrin ətraf mühitə göstərdikləri mənfi
təsirlər, torpaq fondunun azalmasında, keyfiyyətinin pozulmasında, bitki və
heyvanat aləminə dəyən ziyanlarda, su ehtiyatlarının çirkləndirilməsində
torpaqların məhsuldarlığının aşağı düşməsində, əhalinin səhhətinin
pozulmasında özünü göstərir.
Dağ- mədən tullantıları, tikinti sənayesi, və digər sənaye müəssələri
altında torpaqların qalmasından yaranan zərər ətraf mühitə vurulan zərərin bir
hisssəsidir. Mədənlər altında qalan torpaqlarda aparılan istismar və qazma
işləri, emal prosesləri də ətraf mühitə texnogen və antropogen təsir edir. Belə
təsirlərə məruz qalan torpaqların verdiyi ziyanların miqdarının azaldılması
rekultivasiya tədbirlərinin aparılmasını tələb edir. Azərbaycan Respublikasının
Torpaq Məcəlləsinə əsasən faydalı qazıntı mədənlərində istismar işləri başa
çatdıqdan sonra, müvafiq idarə və müəssisələr aşınmış, qazılmış, korlanmış
torpaqları kənd təsərrüfatına yararlı hala salmalıdırlar. Ümumiyyətlə, belə
nəticəyə gəlmək olar ki, dağ- mədən, tikinti materialları və digər
müəssisələrin korladıqları torpaqların zərəri kənd təsərrüfatı məhsullarının
itirilməsində, ekoloji mühitin nizami inkişafının pozulmasında, təbiəti bərpa
xərclərində özünü göstərir. Korlanmış torpaqların bərpası, ona çəkilən xərclər
məhsulun maya dəyərinə daxil edilməklə, iki mənbədən müəssisələrin və
dövlət büdcəsinin hesabına maliyyələşdirilməlidir.
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin vəziyyəti, onun saf
saxlanılması, atmosferin, su mənbələrinin, torpağın, bitki və heyvanat
aləminin, faydalı qazıntıların, meşələrin səmərəli istifadəsi, texnogen və
antropogen təsirlərin aradan qaldırılmasından asılıdır. Bunun üçün Muxtar
Respublika qarşısında duran əsas vəzifə əhalinin ekoloji savada, bacarığa
65
malik olmasını təmin etməkdir ki, onlar təbiət qarşısında öz borclarını dərk
etsinlər və faydalı işləri ilə təbiətin qorunmasına nail olsunlar.
§3.2. Naxçıvan MR-ın dağlıq zonasında eroziya prosesinin qarşısının
alınması və ekoloji şəraitin yaxşılaşdırılması.
Torpaqların eroziyadan mühafizəsini təmin etmək və bununla da bitki
örtüyünün məhsuldarlığını yüksəltməyə nail olmaq üçün təsərrüfat sahələrinin
eroziyaya qarşı düzgün təşkili əsas məsələdir.
Torpaq eroziya tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, Muxtar
Respublikanın dağlıq zonasının torpaqları acınacaqlı vəziyyətə düşmüşdür.
Iqtisadiyyatının böyük hissəsi kənd təsərrüfatı ilə əlaqədar olan region üçün
bu çox təhlükəlidir. Belə bir şəraitdə torpaq eroziyası prosesinin qarşısını
almaq kimi aktual məsələ günümüzün tələbidir. Naxçıvan MR-in dağlıq
zonasında eroziyanın müxtəlif dərəcədə inkişafı müşahidə edilir. Yerli fiziki-
coğrafi, relyef-iqlim şəraitindən asılı olaraq eroziyanın bütün formalarının
ə
razi üzrə yayılması müxtəlifdir. Eroziyanın müxtəlif formalarının inkişaf
etdiyi bu ərazilərin əsas hissəsini yay otlaqları altında istifadə olunan
torpaqlar təşkil edir. Bu torpaqlarda eroziya prosesi daha intensiv gedir. Belə
ki, dağ-çəmənlərinin həddindən artıq otarılması, tapdalanması nəticəsində
eroziyanın inkişafı üçün əlverişli şərait yaranır. Məhz bu amilin təsiri ilə
Naxçıvan MR-in dağlıq zonasında yay otlaqlarının 47%-ə qədəri yararsız
hala düşmüşdür. Qeyd etmək lazımdır ki, Naxçıvan MR-də yay otlaqları kimi
istifadə olunan ərazilər heyvandarlıq təsərrüfatlarını yemlə təmin etmə
göstəricisinə görə Azərbaycanda ən aşağı yeri tutur. Belə ki, bu otlaqlar
heyvandarlığın yemə olan tələbatının cəmi 57,3%-ni ödəyə bilir. Torpaqların
məhsuldarlığının belə aşağı göstəriciyə malik olması ilk növbədə Naxçıvan
MR-in təbii-coğrafi şəraiti ilə izah edilməlidir. Onu qeyd edək ki, eroziya
nəticəsində torpaqların onsuz da aşağı olan məhsuldarlığı xeyli aşağı düşür
və Muxtar Respublika iqtisadiyyatına ciddi ziyan vurulur. Hesablamalara görə
Dostları ilə paylaş: |