Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

43 

 

getmişdir. Eroziya  prosesinin  intensivliyinə  görə  Muxtar  Respublikanın  ərazisi  



respublikamızın    ən    ekoloji    təhlükəli    regionlarındandır.  Naxçıvan    MR-də  

eroziyanın  baş  vermə  səbəblərini  onun  inkişafını, intensivliyini  öyrənmək  və  

buna    müvafiq    qabaqlayıcı    tədbirlərin    işlənib    hazırlanması,  torpaqların  

eroziyadan  mühafizəsi  bu  günün  ən  aktual  məsələlərindəndir.  

 

 

 



§2.1. Yamacların  meylliyinin  eroziya  prosesinin  inkişafına  təsiri. 

 

Eroziya    prosesinin    inkişafında    relyefin    rolu    böyükdür.  Eroziyanın  



yayılmasında    relyefin    həlledici    rol    oynadığını    Kozmenko  (1949),  Muratova 

(1953),  Məmmədov  (1960)    və    başqa    tədqiqatçılar    qeyd    edirlər. 

V.V.Dokuçayevə    görə    isə    “Relyef    anormal,  yuyulmuş,  təkrar    yuyulmuş  

torpaqların  formalaşmasında  həlledici  amildir”. 

Torpaq    əmələgəlmə    və    eroziya    prosesinin    inkişafında    relyef    ərazinin  

dəniz  səviyyəsindən  yüksəkliyi, yamacların  ekspozisiyası  və  səthin  meylliliyi  

kimi  amillərlə  səciyyələnir. Bu  amillərdən  yamacların  baxarlılığı  və  ərazinin  

dəniz    səviyyəsindən    yüksəkliyi    eroziya    və    torpaq    əmələgəlmə    prosesinə  

birbaşa, iqlim, hidroloji  və  təbii  bitki  örtüyü  amilləri  vasitəsilə  dolayı  yolla  

təsir    göstərir.  Səthin    meylliliyi    isə    əvvəlkilərdən    fərqli    olaraq    eroziya  

prosesini  bilavasitə  şərtləndirən  göstəricidir. Eroziyanın  inkişafı  birbaşa  səthin  

meylliyi  ilə  bağlıdır. Belə  ki, yamacların  meylliyi  artdıqca  torpağın  eroziyaya  

uğrama  dərəcəsi  də  artır. Eroziyanın  əmələ  gəlməsində  və  inkişafında  səthi  

meylliyin    rolu    müxtəlif    tədqiqatçılar    tərəfindən    qeyd    edilmişdir.  Relyef  

ünsürləri    içərisində    səthin    meylliyinin    eroziyanın    inkişafı    və    yayılmasında  

rolu  xüsusi  qeyd  edilməlidir. N.B.Alekseyevin  (1952) məlumatına  görə  səthin  

meylliyi  3

0

-dən  başlayaraq  ləkələr  şəklində  də  olsa  yuyulmuş  ərazilərə  rast  



gəlinir.  4-5

0

-dən    sonra    isə    bu    göstərici    bütün    sahəni    əhatə    edir.  Azmeylli  



yamaclarda    torpaq    örtüyü    tədricən,  gözlə    görünməyəcək    şəkildə    eroziyaya  

uğrayır.Maili  düzənliklər  dəniz  səviyyəsindən  700-1200 m  yüksəklikdə  Araz  




44 

 

çayı  vadisi  boyunca  uzanır. Ərazinin  ümumi   meylliliyi  şimaldan-cənuba  və  



qərbdən    şərqədir.Cənub-qərb    və    cənub-şərq    istiqamətində    qobulara    rast  

gəlinir.Bu    qobular    Araz    və    Arpaçayına    qədər    uzanır.  Həmin    zonanın  

relyefinin  formalaşmasına  Naxçıvançay, Arpaçay, Şahbuz çay, Küküçay, Keçili 

çay və  başqaları  böyük  təsir  göstərmişdir. 

Yamacların  meylliyi  eroziya  prosesini  şərtləndirən  amil  kimi  hər  hansı  

bir  sahədə  şərait  yarandığı  halda  eroziya  təhlükəsini  artırır. Ümumiyyətlə, axın  

ə

msalı  ilə  səthin  meylliyi  bir-biri  ilə  sıx  bağlıdır. Bəzən  belə  bir  fikir  irəli  



sürülür  ki, səthin  meylliyi  praktik  olaraq  səthi  axıma  heç  bir  təsir  göstərmir. 

Ancaq  unutmaq  olmaz  ki, bu  fikir  yalnız  hədsiz  dərəcədə  sıx  bitki  örtüyünə  

malik  ərazilərdə  qar  sularına  şamil  edilə  bilər. Yağışlar  zamanı  bütün  hallarda  

axım  sürəti  səthin  meylliyindən  asılıdır. Yamacların  meylliyi  nə  qədər  çox  

olsa  yağışlar  zamanı  bütün  hallarda  axım  sürəti  və  dağıdıcılıq  qabiliyyəti  də  

bir    o    qədər    yüksək    olar    ki,  bu    da    torpağın    eroziyaya    uğrama    dərəcəsini  

müəyyən  edən  əsas  göstəricidir. 

Naxçıvanın    dağlıq    zonasında    eroziya    prosesinin    inkişafı    yamacların  

dikliyi    ilə    əlaqədar    yerli    eroziya    bazisinin    çox    yüksək    olması    ilə    izah  

edilməlidir. Naxçıvan  MR-də  yerli  eroziya  bazisi  350 m-dən  çoxdur. Naxçıvan  

MR-in  dağlıq  zonasında  səthi  meyllik  ümumi  Muxtar  Respublika  ərazisinin  

analoji  göstəricisindən  qat-qat  çoxdur. Dağlıq  zonanın  müxtəlif  hissələrində  bu  

göstərici  dəyişir. Muxtar  Respublikanın  dağlıq  zonasının  Ordubad  və  Culfa  

rayonları    ərazisinə    düşən    Zəngəzur    dağlarının    yamacları    meylli    olması    ilə  

xarakterizə  olunur.  

Ümumiyyətlə    meyllilik    göstəriciləri    artdıqca    onun    eroziyaya    uğrama  

dərəcəsi    də    artır. Meylliyi    5

0

-yə    qədər    olan    ərazilərdə   ciddi    eroziya    izləri  



müşahidə    edilmir.  Burada    meylliyin    azlığı    torpağın    eroziyaya    uğrama  

təhlükəsinin    demək    olar    ki,  olmadığını    deməyə    əsas    verir.  Lakin    istisna  

hallarda    leysan    xarakterli    yağışlar    zamanı    bu    təhlükə    xeyli    reallaşa    bilər. 

Bitki  örtüyünün  çox  sıx  olduğu  kip  çimli  dağ-çəmən  və  qəhvəyi  dağ  meşə  




45 

 

torpaqlarının  yayıldığı  ərazilərdə  belə  meylliyə  malik  yamaclarda  eroziyanın  



baş  verməsi  praktik  olaraq  mümkün  deyil. 

Meylliyi  10

0

-yə  qədər  olan  yamaclarda  əksər  hallarda  eroziya  prosesi  



inkişaf  etməyib. Lakin  bitki  örtüyünün  zəif  inkişaf  etdiyi  yamaclarda  eroziya  

intensivləşir. Meylliyi  10

0

-yə  qədər  olan  sahələrdə  Şahbuz  rayonu  ərazisində  



Batabat    yaylası    bütünlükdə,  Salvartı    dağının    cənub-qərb    yamacı,  Gömrü  

kəndinin  şimal-şərq  hissəsi, Ordubad  rayonu  ərazisində  Tilyək-Göygöl  sahəsi, 

Babək    rayonu    ərazisində    Yuxarı    Buzqov,  Günnüt,  eyni    zamanda    Yuxarı  

Remeşen  kəndləri  rayonundakı  ərazilər  daxildir. Bu  ərazilərin  ümumi  sahəsi  

23718,75  ha  olub  ümumi  dağlıq  zonanın  8,25 %-ni  təşkil  edir. Bu  ərazilərdə  

təbii    eroziya    təhlükəsi    ciddi    olmasa    da,    antropogen    amilin    təsiri    ilə    bu  

təhlükə  reallaşır.Meylliyi  10

0

-dən  aşağı, bitki  örtüyünün  sıxlığı  20-25%  olan  



yamaclarda  eroziya  təhlükəsi  ehtimal  olunan  torpaqların  sahəsi  6,8% olduğu  

halda,  meylliyi    10-20

0

-də    bitki    örtüyünün    sıxlığı    40-45%    olan    sahələrdə  



13,7%,  20-30

0

-də    24,6%    meylliyi    30



0

-dən    çox    olan    yamaclarda    isə    54,9%  

olmuşdur. 

Meylliyi  10-15  dərəcə  arası  olan  ərazilərə  dağlıq  zonanın  əsasən  dağ  

yamacları,  baş    suayrıcı    yaxın    çökək    sahələr    və    çay    dərələri    daxildir.  Bu  

ə

razilər    Gömrü-Batabat    sahəsini,  Gilançay    hövzəsinin    yuxarı    hissəsini, 



Göygöldən    aşağıda    yerləşən    sahələri    əhatə    edir.  Həmin    ərazilər    uzun   

müddətdir    ki,  insanın    təsərrüfat    fəaliyyətinin    təsirinə    məruz    qaldığından  

eroziyaya  qarşı  davamlılığı  azalıb. Xüsusilə  yay  otlaqları  kimi  istifadə  olunan  

torpaqlarda    eroziya    proseslərinə    və    onların    izlərinə    tez-tez    rast    gəlinir. 

Torpağın    səthi    eroziyası    ümumi    fonda    nəzərə    çarpacaq    dərəcədə    geniş  

ə

razidə  yayılıb. Dağlıq  zonada   meylliyi  10-15



0

  arasında  olan  ərazilər  daha  

geniş  sahə  tutur. Muxtar  Respublika  ərazisində  bu  göstərici  10,3 %  olduğu  

halda,  Culfa    və    Ordubad    rayonları    ərazisində    meylliyi    10-15

0

  arası    olan  



sahələr  rayonun  ümumi  ərazisinin  müvafiq  olaraq  26,2 %  və  22,3 %-ni   tutur. 

Ş

ahbuz  rayonu  bu  göstəriciyə  görə  orta  mövqe  tutsa  da, Sədərək, Şərur  və  



Babək  rayonlarında  bu  rəqəm  xeyli  aşağıdır. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə