34
yer səthinin dəniz səviyyəsindən hündürlüyü torpaqların şaquli zonallıq
qanununa uyğun olaraq yayılmasına əlverişli şərait yaradır.
Qafqaz torpaqlarının tədqiqatçılarından biri S.A.Zaxarov özünün
apardığı çox illik tədqiqatlarına əsasən şaquli zonallığın əsas tərkib
hissələrini işləyib hazırlayaraq onları “ inversiya” , “miqrasiya” torpaq zonası
adlandırmışdır.
Naxçıvan MR ərazisinin ovalıq zonalarında, əsasən Arazsahili
düzənliyində yayılmış boz, boz-qonur, boz çəmən və s. torpaqlarda suvarma
ə
kinçiliyi şəraitində taxılçılıq, üzümçülük, bostan, tərəvəz bitkiləri, meyvə
bağları altında istifadə edilir.
Müasir dövrdə bütövlükdə Azərbaycan üzrə əhalinin adambaşına düşən
torpaq sahəsi 1,1 ha, MR-da 1,8 ha təşkil etdiyi halda, şumluq torpaq 0,14
ha, kənd təsərrüfatı yerləri 0,51 ha, Azərbaycanda isə müvafiq göstəricilər 0,2
ha və 0,65 ha təşkil edir.
Məqsədinə görə torpaq fondu 6 kateqoriyaya ayrılır:[5].
- Kənd təsərrüfatı təyinatlı torpaqlar;
- əhalinin yaşayış məntəqələrinin torpaqaltı ( şəhərlər, şəhər tipli
qəsəbələr, kənd yaşayış məntəqələri) ;
- sənaye, nəqliyyat və digər kənd təsərrüfatı təyinatlı torpaqlar;
- dövlət meşə fondunun torpaqları;
- dövlət ehtiyat torpaqları.
Muxtar Respublikada meşə təsərrüfatı üçün torpaq fondunun 0,61%-i
ayrılmışdır. Çayların, göllərin və digər su mənbələrinin aid edildiyi dövlət su
fondu torpaqları ərazinin 1,9 %-ni tutur.
Naxçıvan Muxtar Respublikasının ərazisində meşələr çox da geniş sahə
tutmasada əvvəllər meşə massivlərinin böyük olması nəticəsində bəzi
ə
razilərdə torpaq əmələgəlmə prosesi meşə xarakterinə malikdir. Əsasən ağac
və kol bitkilərinin inkişaf etdiyi qəhvəyi dağ meşə torpaqlarında hündür,
qalın ağac və kol bitkilərinin inkişafı üçün torpaq altında qalın kök kütləsi
mövcuddur.
35
Qeyd edildiyi kimi, Naxçıvan MR-in meşə ehtiyatları çox zəifdir.
Ə
razidə yüksək dağ çəmənliklərinin sərhədində böyük olmayan sahələrdə
meşəliklər mövcuddur.
Meşəliklər ərazinin 0,63 %-ni təşkil edir ki, bu da Azərbaycan üzrə
göstəricidən (11% ) 18 dəfə aşağıdır.
Meşəliklərin ümumi sahəsi 3365 hektardır. Ümumi fondunun 46,4 % - ni
meşə torpaqları, o cümlədən 41%-ni meşə örtüyü təşkil edir.
Naxçıvan Muxtar Respublikasının torpaqlarını aşağıdakı 4 fiziki-coğrafi
zonalara ayırmaq olar:[13].
1) Araz çayı vadisi və onun aşağı hissələrinə birəşən qolları, aşağı
dağətəyi 762 m-dən 1200 m-ə qədər olan sahələrdə açıq boz torpaqlar zonası.
`
2) Orta dağətəyi təqribən 1720 m-dən 1930 m-ə qədər olan qonur boz.
3) Yüksək dağətəyi və alçaq dağlıq hündürlüyü 1830 m-dən 2440 m -ə
qədər boz-qəhvəyi torpaqlar zonası.
4) 2440 m-dən yüksəklikdə yerləşən dağ-çəmən zonası.
Naxçıvan MR-in dağlıq zonasının alp və subalp qurşağında torpaq
ə
mələgətirən (relyef, iqlim, bitki örtüyü, ərazinin geoloji və geomorfoloji
quruluşu və s.) amillərin təsiri ilə aşağıdakı torpaq tipləri və onların yerli
şə
raitə uyğun formalaşmış müxtəlif yarımtipləri yayılmışdır.
1)
btidai çimli dağ - çəmən torpaqları
2)
Kip çimli dağ - çəmən torpaqları
3)
Yumşaq çimli dağ - çəmən torpaqları
4)
Bozqır dağ - çəmən torpaqları
Ş
aquli istiqamətdə çox qısa bir məsafədə dəniz səviyyəsindən 2800 – 3900
m yüksəkliklər arasında yerləşməsi və torpaq əmələgətirən amillərin hər
birinin birbaşa və dolayı təsiri altında öz təbii - ekoloji xüsusiyyətlərinə görə
fərqlənən torpaq tip və yarımtipləri formalaşmışdır.
36
Eroziya proseslərinin intensiv getməsi, fiziki və temperatur aşınması
nəticəsində külli miqdarda kobud süxur, daş – kəsək qırıntı materiallarının
səthdə toplanması, uçqun və sürüşmə hadisələri dağ – çəmən torpaqlarının
yayıldığı ərazilər üçün səciyyəvidir[7].
btidai çimli dağ- çəmən torpaqları.Bu torpaqlar bütöv, tam örtük
yaratmamaqla çox vaxt skeletli və primitiv profili ilə seçilir ki, bu da
onların sıx ana süxurun üzərində formalaşması ilə əlaqədardır. btidai çimli
dağ - çəmən torpaqları alp qurşağınln suayrıcı hissələrində dəniz
səviyyəsindən 2800- 3900 m yüksəkliklər arasında ayrı-ayrı yüksək
zirvələrində yayılmışdır. btidai çimli dağ - çəmən torpaqlarının əsas yayıldığı
sahələr Soyux, Qapıcıq, Sağarsu, Gəmiqaya, Küküdağ, Keçəldağ, Qonaqgörməz
və digər zirvələrdir. Bu ərazilərdə ibtidai dağ- çəmən torpaqları ləkələr
şə
klində yayılıb[5].
Torpaq əmələgəlmə prosesi burada ilkin mərhələdə olub, ibtidai quruluşu
ilə səciyyələnir. Kəskin və əlverişsiz iqlim şəraitində bitki örtüyü inkişaf edə
bilmədiyindən göbələklər, mamırlar və şibyələr əsas biokütlə rolunu oynayır.
Ə
sas torpaq əmələgətirən amillərdən olan bitki örtüyünün inkişaf etməməsi
və əlverişsiz iqlim şəraitində formalaşan bu torpaq yarım tipi ibtidai, litogen,
kobud, skeletli, fraqmental, tam inkişaf etməmiş, primitiv, yuxa və başqa
adlar altında ölkəmizdə, o cümlədən Naxçıvan MR-in ərazisində qeyd
olunmuşdur. Bu torpaqlar torpaq qatının narın və yuxa olması, skeletliyi ilə
seçilir. Bu torpaqlar həddən artıq ibtidai quruluşa malikdir. Bu onu göstərir
ki, ibtidai çimli dağ- çəmən torpaqları inkişafının və ya torpaq əmələgəlmə
prosesinin başlanğıc mərhələsindədirlər. Bu torpaqlar təkcə dağlıq zonada
deyil, bütünlükdə Muxtar Respublika ərazisində yayılmış torpaqların ən cavanı
hesab olunur.
btidai çimli dağ- çəmən torpaqlarında humusun miqdarı o qədər də
çox olmayıb, üst qatda 1,41- 3,43 % arasında dəyişir. Burada humusun
miqdarının az olması bir tərəfdən mikrobioloji prosesin zəif getməsi ilə, digər
Dostları ilə paylaş: |