Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

37 

 

tərəfdən    üzvü    maddələrin    bir    hissəsinin    termik    şəraitlə    əlaqədar    olaraq  



minerallaşmasıdır. 

btidai  çimli  dağ- çəmən  torpaqlarında  ümumi  azotun  miqdarı  0,04- 0,17 

%  arası    dəyişir.  Udulmuş    əsaslardan    Ca    və    Mg-  un    miqdarı    üst    qatlarda  

10,00-  23,46    mq/ekv.    arasında    dəyişir.    Beləliklə,    ibtidai    çimli    dağ-  çəmən  

torpaqları  yuxarı  alp  qurşağında  təkcə  fiziki  aşınmaya  deyil, həm  də  kimyəvi  

aşınmaya  məruz  qalır. 

Kip    çimli    dağ-çəmən    torpaqları.    Dağ-çəmən    zonasında    dəniz  

səviyyəsindən    2500-3200    m    və    daha    yüksəkliklərdə    Gilançay,  Əylisçay, 

Ə

lincəçay,  Kovaxsu    çaylaının    suayrıcı    hissələrində,  Buğakar,  Şıxyurdu, 



Dəmirlidağ,  Alçalıdağ,  Salvartı,  Təkəlik,  Buzqov,  Gəmiqaya    dağlarında,  

Nəsirvaz,  Parağa,  Kükü    kəndləri,    habelə    Biçənək    aşırımı    rayonunda    inkişaf  

edib  yayılmışdır. 

Kip  çimli  dağ-çəmən  torpaqlarında  bitki  örtüyü  şimal, qərb  və  şimal-

qərb  yamaclarında  əsasən  şəhduran, çoban  toppuzu, çəmən  qırtıcı, üç  yarpaq  

yonca    və    başqa    dənli-paxlalı    növlərdən    ibarətdir.  Yaxşı    inkişaf    etmiş    kök  

sisteminə    malik    alp    bitki    örtüyü    qalın    çim    qatı    əmələ    gətirərək,  torpaq  

qoruyucu    funksiyaya    malikdir.  Torpaqda    bitki    köklərinin    yaxşı    inkişafı  

nəticəsində    qalın    və    eyni    zamanda    bərk    olması    bu    torpaqlarda    bioloji  

prosesin  fəal  getməsinə  şərait  yaradır. Belə  bir  şərait  də  təbii  ki,  öz  təsirini  

bu    torpaqların    morfoloji    quruluşunda,  kimyəvi    tərkibində    və    su-fiziki  

xassələrində  aydın  göstərəcəkdir. 

Kip  çimli  dağ-çəmən  torpaqlarının  morfoloji  xüsusiyyətlərindən  torpaq  

profilinin  yaxşı  inkişafı, genetik  qatların  aydın  seçilməsi,  rənginin  daha  tünd  

olması, humusun  miqdarının  çoxluğu, nəmliyi, dənəvərliyi  və s.  səciyyəvidir. 

Kip  çimli  dağ-çəmən  torpaqları  humusla  zəngin  olub, onun  miqdarı  üst  

qatlarda  11,37-2,27%  arası, aşağı  qatlara  doğru  tədricən  azalaraq  7,24-1,81%  

arasında    tərəddüd    edir.  Kip    çimli    dağ-çəmən    torpaqlarının    eroziyaya  

uğramamış    və    şiddətli    eroziyaya    uğramış    növlərinin    bütün    fiziki-kimyəvi  

göstəricilərindən    kəskin    fərqlər    vardır.  Normal    halda  kip    çimli    dağ-çəmən  




38 

 

torpaqlarında    eroziya    prosesinin    getməsi    və    torpağın    üst    qatın    və    ya  



tamamilə    yuyulub    aparılması    çətin    prosesdir.  Lakin,  yamacların  

ekspozisiyasından,  səthin    meylliyindən,  yağıntıların    miqdarından    və  

xarakterindən,  eyni    zamanda    antropogen    amilin    təsirindən    asılı    olaraq  

eroziyanın  bütün  dərəcələri  baş  verə  bilər. 

Bu    zonada    torpaq    əmələgəlmə    prosesi    temperaturun    və    rütubətin  

dəyişkən,  yağıntıların    nisbətən    çox    düşdüyü,  bitkilərin    vegetasiya    dövrünün  

özündən    aşağıdakı    zonalara    nisbətən    çox    qısa,  bitki    örtüyünün    və    iqlimin  

kompleks  təsiri  altında  gedir.   

Yumşaq  çimli  dağ-çəmən  torpaqları.  Dəniz  səviyyəsindən  2200-2800 m  

yüksəkliklərdə  əsasən  qərb,  şimal-qərb,  şimal  yamaclarında  inkişaf  etmişdir. 

Bu  torpaqların  Muxtar  Respublika  ərazisində  yayılması  və  inkişafı  üçün  tələb  

olunan  təbii-ekoloji  şərait  bütünlüklə  dağ-çəmən  zonası  üçün  səciyyəvi  olsa  

da, onların  tutduğu  areal  çox  məhduddur. Belə  ki,  yumşaq  çimli  dağ-çəmən  

torpaqları    Şahbuz    rayonu    daxilində    Batabat-Salvartı    sahəsində,  Ordubad  

rayonu  ərazisində  isə  Tilyək-Göygöl-Gəmiqaya  massivlərində  daha  geniş  sahə 

tutur.  


Yumşaq  çimli  dağ-çəmən  torpaqlarının  inkişaf  etdiyi  ərazilərin  relyefi  

az    parçalanmış,  nisbətən    hamar    səthə    malik    olmaqla,  bəzi    yerlərdə    fiziki  

aşınma    nəticəsində    süxur    qırıntıları    ilə    örtülmüş    sahələrin    olması  

xarakterikdir. 

Bu   torpaqların  yayıldığı  ərazilərdə  hamar  sahələrdə  buzlaq  izləri  aydın  

nəzərə  çarpır. Onların  yaşı, həcmi, irəliləmə  və  çəkilmə  mərhələləri  haqqında  

müxtəlif    mülahizələr    olsa    da  ,  ümumilikdə    onu    qeyd    etmək    lazımdır    ki,  

buzlaq    mənşəli    relyef    formaları    pliosen    dövrünün    çöküntüləri    ilə  

örtülmüşdür[31]. 

 

Subalp    çəmən    bitki    örtüyü    xüsusilə    Şahbuz    və    Ordubad    rayonları  



ə

razisində  daha  geniş  sahədə  yayılıb. 

 

Subalp    çəmənləri    hündür    ot    örtüyü    bitkilərin    botaniki    tərkibinin  



müxtəlifliyi  ilə  səciyyələnir. Ot  örtüyünün  sıx  şəkildə  bütün  torpaq  sahəsini  


39 

 

örtməsi  ilə  əlaqədar  burada  eroziya  prosesi  əksər  hallarda  müşahidə  olunmur. 



Bitki    örtüyündə    çoxillik    otlar    üstünlük    təşkil    edir.  Müxtəlif    dənli    paxlalı  

bitkilərdən    ibarət    bitki    örtüyü    qalın    çim    qatı    bağlayaraq,  möhkəm    kök  

sisteminə  malik  olmaqla  zəngin  üzvü  qalığın  toplanması  üçün  şərait  yaradır. 

 

Lakin    burada    iqlimin    kəskin,    vegetasiya    dövrünün    qısa    olması, 



mikrobioloji    prosesin    zəifliyi    üzvi    maddələrin    çürüməsini    bəzən  

məhdudlaşdırır.  Nəticədə    torpağın    səthində    3-5  sm,  bəzən    isə    daha    çox  

qalınlıqda  üzvü  kütlə  yaradır. 

 

Yüksək  dağlıq  zonada  yumşaq  çimli  dağ-çəmən  torpaqlarının  inkişafı  



və  yayılmasını  bir  növ  “gözlənilmız”  olmasına  baxmayaraq  bu  ərazidə  onun  

ə

mələ  gəlməsi  Kiçik  Qafqazın  digər  dağlıq  rayonlarında  inkişaf  edən  eyni  



adlı  torpaqlardan  heç  bir  fiziki-kimyəvi  xüsusiyyətinə  görə  fərqlənmir. 

 

Yumşaq    çimli    dağ-çəmən    torpaqları    inkişaf    edən    ərazidə    denudasiya  



prosesinin  geniş  miqyas  alması, xüsusilə  səthi  yuyulmanın  intensiv  getməsi  

təbii  amillərlə  yanaşı, qeyd  etdiyimiz  kimi  insanın  təsərrüfat  fəaliyyəti  ilə  də  

ə

laqədardır. 



 

Naxçıvan    MR    ərazisində    yumşaq    çimli    dağ-çəmən    torpaqları    nazik  

profili, xeyli  skeletli  olması  ilə  səciyyələnir. Eroziyaya  uğrama  dərəcəsindən  

asılı  olaraq  hər  iki  parametr  torpaqların   morfoloji  quruluşunda  xüsusi  yer  

tutur. Torpaq  qatının  qalınlığı  eroziyaya  uğramamış  növlərdə  orta  hesabla  30-

40 sm-dir. Orta  dərəcədə  eroziyaya  uğramış  növlərdə  bu  göstərici  20-22  sm-ə, 

ş

iddətli  eroziyaya  uğramış  növlərdə  isə  10  sm-ə  qədər  azalır. 



 

Kök   sisteminin  güclü  inkişafı  və  külli  miqdarda  tam  çürüməmiş  bitki  

qalıqlarının  toplanması  yumşaq  çimli  dağ-çəmən  torpaqlarının  yaranıb  inkişaf  

etməsinə  şərait  yaradır. 

 

Yumşaq  çimli  dağ-çəmən  torpaqları  humusun  miqdarının  çoxluğu  ilə  



diqqəti    cəlb    edir.  Qeyd    etmək    lazımdır    ki,    bu    yalnız    bitki    örtüyü  

pozulmamış, normal  profilə  malik  növlərə  məxsusdur. 

 

Yumşaq  çimli  dağ-çəmən  torpaqları  yüngül  və  orta  gillicəli  olub, fiziki  



gilin    miqdarı    29,76-47,28  %    arasında    dəyişir.  Eroziyaya    uğramamış    növləri  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə