31
fəsillər üzrə paylanmasıdır. Belə ki, bitki örüyü tam inkişaf edə bilmədiyi
üçün yağıntılar asanlıqla torpağın dağılmasına səbəb olur, eyni zamanda
torpağın yuyulması prosesi baş verir. Ərazidə düşən illik yağıntının 30- 40 %-
i yazın axırı, yayın əvvəllərində düşməklə leysan səciyyəlidir.
Ayrı- ayrı illərdə yağıntının intensivliyi dəqiqədə 1- 2 mm-ə çatır ki, bu
da meylli yamaclarda səthi axını sürətləndirməklə torpaqların yuyulmasına,
onların münbit üst qatının dağılmasına və ərazidə müxtəlif dərəcədə eroziya
prosesinin baş verməsinə səbəb olur.
Muxtar Respublikanın ərazisində iqlimə təsir edən mühüm amillərdən
biri də ərazidə dolu hadisələrinin baş verməsidir. Belə ki, burada tez- tez baş
verən dolu hadisələri respublikanın kənd təsərrüfatına küllü miqdarda ziyan
vurur. Dolu hadisələri burada may ayından sentyabr ayına kimi olub, ən çox
isə Şahbuz yaylasında baş verir.
Göstərilən məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikasının iqlimi
haqqında belə bir nəticəyə gəlmək olar ki, ərazinin iqliminin müxtəlifliyi,
meylli yamaclardan istifadə, torpaq ekoloji şəraiti, dağlıq sahələrdə eroziya
prosesinin inkişafı nəticəsində səthi və qobu eroziyasının intensiv inkişafına,
düzən sahələrdə isə irriqasiya eroziyasının geniş yayılmasına səbəb olur.
Su və hidroenerji ehtiyatları Naxçıvan MR iqtisadiyyatı üçün böyük
ə
həmiyyətə malikdir. Belə ki, Naxçıvanın su ehtiyatları məhduddur və bununla
bərabər ərazidə qeyri-bərabər yerləşmişdir.
Su ehtiyatlarının miqdarının və onun ərazi üzrə bölgüsünün düzgün
müəyyən edilməsi üçün su ehtiyatlarının əsas mənbələrinin uçotu diqqət
mərkəzində olmalıdır. Onlara aşağıdakılar aiddir:[ 13]
-
Çayların yuxarı axar suyu
-
Kəhriz və bulaqların suyu
-
Süni yaradılmış su obyektləri, su anbarları və suvarma sistemləri.
Naxçıvan MR-da bütün çaylar Araz çayı hövzəsinə aid olub, ümumi sayı
400-ə çatır. Çayların ümumi uzunluğu 1750 km olub, çay şəbəkəsinin orta
32
sıxlığı 0,33 km
2
təşkil edir. Çayların orta illik su ehtiyatı 1 mlyrd m
3
-dən
artıqdır.
Su tutumuna görə Arpaçay, Naxçıvançay, Gilançay, Əlincəçay ərazinin əsas
çayları sayılır.
Naxçıvan MR-nın su ehtiyatlarının formalaşmasına ərazinin relyefinin və
təbii-iqlim şəraitinin spesifikliyi təsir edir. Azərbaycan su problemləri ET -nin
hesablamalarından görünür ki, Naxçıvan MR-nin su ehtiyatları təbii tranzit
ortasulu illər üzrə 626 mln.m
3
/il, azsulu illər üzrə 515 mln.m
3
/il daxili su
ehtiyatları, ortasulu illər üzrə 626 mln.m
3
/il , azsulu illər üzrə 515 mln.m
3
/il
daxili su ehtiyatları təşkil edir. Ümumi halda, çayların orta illik axın həcmi
1140 mln.m
3
, azsulu illərdə isə 870 mln.m
3
təşkil edir.
Naxçıvan MR-ın su ehtiyatlarında kəhriz sularının xüsusi əhəmiyyəti
vardır. MR ərazisində 1500-ə qədər kəhriz qeydə alınıb və onun 400-ə
qədərindən istifadə edilir. Istifadə olunan kəhrizlərin yerləşməsi rayonlar
arasında aşağıdakı kimidir:
Şə
rur, Sədərək-200, Babək-100, Ordubad-60, Culfa, Şahbuz-40. Naxçıvanda
olan kəhrizlərdən istifadə etmək üçün 3800 - ə yaxın hidrotexniki qurğu
işlədilməklə 142400 m-dən artıq yeraltı kanal çəkilmişdir.
Geologiya komitəsinin məlumatlarına görə, Naxçıvan MR su resurslarının
ümumi istifadə ehtiyatları 182 mln.m
3
qiymətləndirilir ki, bunun da 35%-i
yeraltı və 21,4%-i yerüstü resurslardan təşkil olunur. Yeraltı sulardan əhalinin
yeyinti, məişət, təsərrüfat tələbatlarının ödənilməsi və suvarma üçün istifadə
olunur(163 mln.m
3
). Bu isə istifadə edilən ehtiyatlarının 89,6%-nə bərabərdir.
Su resursu balansının təşkilindən görünür ki, hər il suya olan tələbat artaraq
mövcud resurslardan üstünlük təşkil edir.
§1.4. Naxçıvan MR-in əsas torpaq tipləri.
Naxçıvan MR-ın torpaq və bitki örtüyü olduqca müxtəlifdir.Ərazinin torpaq
örtüyü B.Şəkuri [ 1, 2] və C.Məhərrəmov tərəfindən öyrənilmiş, buranın torpaq,
33
torpaq eroziyası və qida maddələrini müxtəlif illərdə tədqiq edərək bir neçə
elementlər, o cümlədən manqan, mis, sink, bor, kobalt, molibden, xrom,
vanadium, stronsium elementləri üzrə xəritələr tərtib etmişlər. Bu tədqiqatlarda
respublikanın torpaq örtüyünün tərkib və yayılma relyefin mürəkkəbliyi və
bitki assosiyalarının, kontinental iqlim və insan fəaliyyətinin təsiri əks
etdirilir.
Naxçıvan MR ərazisində aşağıdakı torpaq tipləri yayılmışdır:
- Arazboyu düzənliklərdə və aşağı dağlıq sahələrində (1200 m-dək)
boz, ibtidai-boz, boz-çəmən, boz-qonur, şoran, şabalıdı və s. torpaqlar
yayılmışdır.
- Orta və yüksək dağlıq (1300-2400 m) sahədə şabalıdı, dağ-açıq
ş
abalıdı, dağ-qəhvəyi, dağ-çəmən və s. torpaq növləri iştirak etmişdir.
- Yüksək dağlıq sahənin (2400 m-dən yuxarı) çimli dağ-çəmən, qəhvəyi
torpaqlar, yuyulmuş sahələr, çılpaq qayalıqlar və dağlıqlar örtmüşdür.
Yüksək dağ zonası torpaqlarının səmərəli istifadəsi burada mal-
qaranın, əsasən qoyunçuluğun inkişafı üçün münasibdir.
Naxçıvan MR-də ən məhsuldar hesab edilən qara torpaqlar orta dağ
zonasının cənub hissələrində yayılmışdır. Əsasən taxıl bitkiləri və üzümlüklər
altında istifadə edilir. Bundan aşağıda yerləşən dağ şabalıdı torpaqlardan dənli
bitkilər əkinində və otlaq kimi istifadə olunur.
Bunlardan aşağıda, ayrı-ayrı kiçik sahələrdə iştirak etmiş açıq-şabalıdı
torpaqlarda taxıl və üzüm yetişdirilir.
Dağətəyi meylliyi düzənliyi örtmüş şabalıdı torpaqlar suvarma
şə
raitində taxılçılığın və üzümçülüyün inkişafında istifadə edilir. Boz-qonur
torpaqlardan da taxıl və üzüm yetişdirilməsində istifadə edilir.
Naxçıvan Muxtar Respublikasının torpaqlarının şaquli zonallıq əsasında
formalaşması V.V.Dokuçayev 1898-ci ildə torpaqların şaquli zonllıq qanunu
kəşfi əsasında yazılmışdır. O ilk dəfə olaraq müəyyən etmişdir ki, Qafqazda
Dostları ilə paylaş: |