8
cənubda Acınohur alçaq dağlığı, qərbdə Mazın çayı,şərqdə Girdiman çayı təşkil
edir. Burada IV dövrün çay və sel çöküntüləri çoxdur, çayların vadilərində gətirmə
konusları və terraslar əmələ gəlmişdir.
Ərazinin qışı quraq keçən mülayim-isti iqlimi şəraitində 400-600 mm-dən 1000
mm-ə qədər yağıntı düşür. Burada havanın orta illik temperaturu 10° -12°S-yə
çatır.Yanvarda havanın orta aylıq temperaturu 0°S-dən 3°S-yə qədər, iyulda
25°-27°S qeydə alınır. l ərzində mütləq minimum temperatur -18°S, mütləq
maksimum temperatur 37°-40°S olur.
Alazan-Əyriçay vadisində çəmən-meşə və çəmən torpaqları yaranmışdır. Yeraltı
suların səthə yaxın olması ilə əlaqədar burada palıd, vələs, qovaq və qızılağacdan
ibarət düzənlik meşələri vardır. Cənub hissələrdə, daha yuxarı sahələrdə müxtəlif
otlu çöl bitkilərinə rast gəlinir. Bu ərazilər enliyarpaqlı düzənlik meşələri və
meşələrdən sonrakı çəmən-kol landşaft qurşağına aiddir. Lakin onlar hazırda
tamamilə mənimsənilmişdir.
Şamaxı (Dağlıq Şirvan) fiziki-coğrafi rayonu. Böyük Qafqaz dağlarının cənub-
şə
rq kənarları Dağlıq Şirvan fiziki-coğrafi rayonuna daxildir. Rayon şimalda
Böyük Qafqaz silsiləsinin suayrıcısından cənub və cənub-qərbdə Şirvan duzunə
qədər uzanır. Dağlıq Şirvan şərqdə Qobustanda qərbdə Girdiman çayına qədər bir
ə
razini əhatə edir. Burada Nialdağ, Ləngəbiz, Böyük Hərəmi, Aladaş silsilələri və
Ş
amaxı yaylası əsas oroqrafik vahidlərdir. Gülümdostu dağı və Dübrar dağı (2205
m, Aladaş silsiləsi) fiziki-coğrafi rayonda ən yüksək zirvələrdir. Rayonun
relyefində hamar platolara, geniş çökəkliklərə rast gəlinir.
Ərazinin geoloji quruluşunda Mezozoyun Təbaşir dövrünə aid əhəngdaşı və gil
süxurları üstünlük təşkil edir. Burada Paleogen (qumdaşı, gil, konqlomerat) və
Neogen yaşlı süxurlarla örtülən sahələr geniş sahə tutur, palçıq vulkanları vardır.
Dağlıq Şirvan rayonu yayı quraq keçən mülayim-isti iqlimə malikdir. Fiziki-
coğrafi rayonda havanın orta illik temperaturu dağlıq ərazilərdə 2°S olur. Düzən
zonalarda onun qiyməti 12°S-dir. Yanvarda havanın orta aylıq temperaturu 0°S-
dən -6°S-yə qədərdir. Havanın orta iyul temperaturu dağlıq ərazilərdə 10°S, düzən
ə
razilərdə 20°S-yə çatır.
Burada havanın mütləq minimum temperaturu dağların yuxarı hissələrində -
30°S-yə qədər aşağı düşür. Şamaxıda onun qiyməti 14°S-dir. Havanın mütləq
maksimum temperaturu 20° -37°S arasında olur. l ərzində 400-900 mm yağıntı
düşür.
Rayonun ərazisi dağların yamaclarından zirvələrinə doğru şabalıdı, dağ-qara,
qəhvəyi dağ-meşə və dağ çəmən torpaqları ilə örtülür. Dağ çölləri yovşan, ağ ot,
topal, şivyə otlarından ibarətdir. Enliyarpaqlı meşələr daha sonra kolluqlar, seyrək
meşələr və çəmənliklərlə əvəz edilir.
Qobustan-Abşeron fiziki-coğrafi rayonu. Böyük Qafqaz təbii vilayətin şərqində
yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən
ş
imal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-
qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır.
Qobustan alşaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef
9
formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası
çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır.
Qobustan-Abşeron fiziki-coğrafi rayonu və onun Xəzər sahili zonaları
Azərbaycanda palçıq vulkanlarının cəmləşdiyi əsas ərazilərdir. Burada Torağay,
Lökbatan, Bozdağ, Osmanbozdağ, Ayrantökən, Mişovdağ, Axtarmapaşalı və s.
Palçıq vulkanları yerləşir. Ərazi Kaynazoy yaşlı, şist, əhəngdaşı, qum, gil kimi
süxurlarla örtülür. Sumqayıt çayının sol sahillərində Təbaşir yaşlı süxurlara da rast
gəlinir.
Burada yayı quru, isti, qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi
hakimdir. Qobustanda havanın orta illik temperaturu 14°-14,5°S-dir. Rayonun
qalan ərazilərdə havanın orta illik temperaturu 10°-12°S müşahidə edilir. Yanvarda
havanın orta temperaturu 0°-3°S arasında olur, iyulda isə bu göstərici 25°-27°S
arsında dəyişi. Bakıda havanın maksimum temperaturu yayda 40°S-yə qədər
qalxırsa, qışda havanın minimum temperaturu -13°S-yə enir. Abşeron
yarımadasının şimalında havanın maksimum temperaturu 42°S, havanın minimum
temperaturu qışda -16°S qeydə alınmışdır. Regionda 150 mm-dən 400 mm-ə
qədər yağıntı düşür. Qobustanın cənub-şərq kənarlarını külək tutmadığına görə
ə
razi respublikada ən az ( 150 mm ) yağıntı alan sahədir.
Qobustandan axan Pirsaat, Ceyrankeçməz, Sumqayıt çayları, həmçinin digər
kiçik çaylar yağış suları ilə qidalandığına və orta dağlıq zonadan başlandığına görə
yayda çoxu quruyur. Ərazinin yumşaq və asan yuyulan süxurlarla örtülməsi burada
sıx yarğanlar şəbəkəsinin əmələ gəlməsinə səbəb olmuşdur.
Qobustan-Abşeron fiziki-coğrafi reyonunun boz-qonur və şorakətli boz-qonur
torpaqlarında yovşan, şoran, dəvətikanı, kəndiz və efemerlər bitir. Onlar
yarımsəhra landşaft qurşağına daxildir və ərazinin başdan-başa əhatə edir.
Rayonun şərqində açıq şabalıdı torpaqlar inkişaf edir. Xəzərin sahillərində
qumluqlar vardır.
1.2.Böyük Qafqazın təbii-iqtisadi zonalarının ekoloji qiymətləndirilməsi.
Abşeron iqtisadi rayonu. Abşeron iqtisadi rayonunun tərkibinə respublika
tabeliyində olan Bakı, Sumqayıt şəhərləri, Abşeron və Xızı inzibati rayonları
daxildir. Böyük Qafqazda olan iqtisadi rayonlar haqqında məlumatlar cədvəl 1-də
verilmişdir.
Cədvəl 1
Təbii-
iqtisadi
zonalar
və
iqtisadi
rayonlar
Ə
razisi,
min
kv.km
Respub-
likada
payı, %
Ə
halisi, min
nəfər ( 1997 )
Miqra-
siya,
min
nəfər
Ə
hali-
nin
sıxlığı
nəfər
kv.km
Cəmi
Respub-
kada
payı, %
Şə
hər
ə
halisi
Xüsusi
çəkisi,
%
Kənd
ə
halisi
Böyük
Qafqaz
Abşeron
28,60
5,90
33,0
6,9
3212,6
2073,0
42,8
27,6
2377,3
2051,9
74,0
98,98
835.3
21,1
-25,1
-18,0
112
351