28
qayalı aşırımlarda və dik çılpaq qayalarda 10 hektara yaxın sahədə qarmaqvarı şam
ağacları bitir. Fikrimizcə bu şamlar buzlaq dövründən bizə qalan yadigarlardır.
Regionda yerləşən 6 meşə təsərrüfatlarının düzən lıissəsində 15 min hektar sahədə
meşə meyvə təsərrüfatları yaradılmışdır. Bu təsərrüfatların çoxunda qoz və şabalıd
ə
kinləri mövcuddur. Bundan başqa regionun dağlıq hissəsində ayrı-ayrı sahələrdə
qoz, şabalıd və digər cinslərdən ibarət meşə əkinləri hazırda meşəlik şəklini
almışdır.
Regionun bütün ərazisində ilkin meşə tipləri, həmçinin bitki örtüyünün
yüksəklik qanunauyğun yayılması insan fəaliyyətinin təsiri nəticəsində bu və ya
digər dərəcədə pozulmuşdur. Xüsusi qiymətli meşə massivində saqqız, ardıc
meşəliklərində ağacların qanunsuz kəsilməsi və intensiv mal-qara otarılması
nəticəsində kserofil, bəzən yarımsəhra bitki qrupları ilə əvəz olunur. Vaxtilə palıd
meşələri üstünlük təşkil edən Acınohur öndağlığı ərazisində meşələrin yox
edilməsi, uzun müddət əkinçilik və maldarlıqda istifadə edilməsi nəticəsində
törəmə tipli bitki örtüyü formalaşmışdır. Burada palıd meşələrinin və törəmə tipli
dəmirqara ağaclarının qalıqlarına təsadüf edilir. Yayla ərazisində dik yamaclarda
palıd meşəsinin məhv edilməsi torpaq örtüyünün güclü eroziyaya uğramasına,
onun quraqlaşmasına, daşlı-çınqıllı sahələrin yaranmasına səbəb olmuşdur. Belə
yerlərdə isə quraqlığa daha davamlı bitkilərdən sumaq, dağdağan, acılıq,
iydəyarpaq armud, tək-tək saqqızağac və gəvən inkişaf edir. Yaylada törəmə tipli
qaratikan kolluqları və yovşanlıqlar daha geniş yayılmışdır. Bu kolluqlar daşdayan
və dovşantopalı üstünlük təşkil edən bozqırlarla kompleks bitki örtüyü yaradır.
Orta dağ-meşə qurşağında yüksək gövdəli məhsuldar fıstıq meşələri törəmə
tipli vələs meşələrilə, bəzən titrəkyarpaq qovaqla, fındıq, böyürtkən kolluqlarilə,
sıx ayıdöşəyiliklərilə zəngin olunmuşdıır. Yuxarı meşə qurşağında uzunmüddətli
intensiv maldarlığın təsiri nəticəsində meşə heç yerdə təbii sərhədində
qalmamışdır. Dağlıq ərazidə meşə örtüyü müxtəlif meyllikli yamaclarda yerləşir.
Qəbələ və Şəki rayonlarında meşə ərazisinin 40%-ə qədəri, Qax və Zaqatala
rayonunda 50%-dən çoxu, Oğuz rayonunda isə 60%-ə qədəri dikliyi 30°-dən artıq
olan yamacları tutur. Lakin bu meşələrin çoxu bu və ya digər dərəcədə antropogen
təsirlərə məruz qalaraq öz qoruyucu funksiyasını zəiflətmişdir.
Heyvanat alə
mi. lk dəfə olaraq qoruq ərazilərinin yerləşdiyi zonalarda
Q. .Radde quşları öyrənərək onların təsvirini verir, 1911-1912-ci illərdə isə
K.A.Satunin ərazidə yayılan quşların kataloqunu hazırlayır. Həmin illərdə H.V
Dinnik Zaqatala qoruğunun məməli heyvanları öyrənir. Qoruq təşkil edilənədək,
ə
razidə ornitoloji müşahidələr aparılmış və avifaunanın təsviri verilmişdir. Qoruq
təşkil edildikdən sonra, heyvanların öyrənilməsi geniş şəkil alır. Qafqaz uları və
tetrası hərtərəfli tədqiq edilir. Bu quşların dağ hündürlüklərindən asılı olaraq
yayılmaları sayları müəyyənləşdirilir. Onların subalp və alp çəmənliklərində yalnız
soyuq qış aylarında aşağı qurşaqlara enmələri qeyd edilir. Qoruğun gəmirici
heyvanları və cütdırnaqlıları öyrənilərək, onların yayılma əraziləri və bir sıra
morfoloji, ekoloji xüsusiyyətləri müəyyən edilir. K.M.Qəmbərovun baş Qafqazın
cənub ətəkləri və ona bitişik ərazilərin quşlarına dair tədqiqat işləri diqqətə
layiqdir. N. .Drozdov tərəfindən dağ-meşə zonasının ornitokompleksləri tədqiq
29
edilir və quşların qış fəslində sayları haqda maraqlı məlumatlar verilir. Təbii
qoruğun məməli heyvanları və quşlarının öyrənilməsində .F.Popkova və
A.S.Popkovun xidmətləri böyük olmuşdur. Onlar Azərbaycanda rast gəlinən
quşlardan 89 növünün, məməlilərdən 32 növün qoruqda yaşadığını müəyyən
etmişlər. Bu növlərin ekoloji xüsusiyyətlərini öyrənən tədqiqatçılar müəyyən
etmişlər ki, onların əksəriyyəti dağətəyi vadilər (Alazan çayı) üçün xarakterik olan
növlərdir. Müəlliflər qoruqda çaqqal, dovşan, qırqovul, vağ, şanapipik, qur-qur, su
quşlarına rast gəlinmədiyini və ya tək-tük olduqlarını qeyd edirlər.
Ancaq son illərdə landşaftda baş verən bir sıra ekoloji dəyişikliklər və
regiondakı hərbi münaqişələrlə əlaqədar olaraq qoruq ərazisində ona xas olmayan
heyvanları (dovşan, çaqqal, şanapipik, qırqovul və s.) qeydə alınması və saylarının
dəyişilməsi barədə məlumatlar verilir. Xüsusilə də Dağıstan turunun (Capra
caucasica), köpkərin (Ropicapra rupicapra), Avropa cüyürünün (Capreolus
capreolus), Qafqaz uları (Tetraogallus caucasicus) və Qafqaz tetrasının sayı
azalmışdır. Qoruq ərazisində su samuruna 2 dəfə rast gəlinibdir. Katexçay
dərəsində və Silibançay ərazisində Bəbir axrıncı dəfə 1955-ci ildə qoruğun işçiləri
M.Həsənov və P.Jdanov tərəfindən Kilsəçay dərəsində qeydə alınıb 80-cı illərdə
isə leopardı qoruq ərazisindən kənarda ovlayıblar. Qoruq ərazisində Zoologiya
nstitutu əməkdaşları tərəfindən sürünənlər və amfibilər, eyni zamanda
cütdırnaqlılar quşlar, gəmiricilər, qoluqanadlıların ayrı-ayrı növləri, ekoloji
qrupları müxtəlif illərdə tədqiq edilmişdir.
Belə ki, 1986-1988-ci illərdə Zoologiya
nstitutunun ornitologiya
laboratoriyasının əməkdaşları tərəfindən qoruqdakı həşəratyeyən quşların
strukturu, təsnifatı və akustik davranışları öyrənilmişdir. Qoruqdakı nadir və kökü
kəsilməkdə olan quşlar, onların bioloji xüsusiyyətləri və vəhşi cütdırnaqlı
heyvanların helmintofaunası, onların aradan qaldırılması yolları öyrənilmişdir.
Qoruq ərazisində fındıq bitkisinin yarpağını yeyən zərərvericilər tədqiq ediimişdir.
Faunanı təşkil edən növlər, ekoloji qruplar - təsnifat, təkamül, morfoloji,
fenoloji və ovçuluq baxımından geniş təsvir edilsələr və öyrənilsələr də, hazırda
bütöv landşaftların, biosenozların ən müxtəlif təsirlərə məruz qaldığı və tədricən
dəyişildiyi indiki şəraitdə, bu təbii sistemlərin fəaliyyətini, inkişafını və
davamlılığını təmin edən komponentlərin öyrənilib, onların müasir ekoloji
vəziyyətini qiymətləndirməyə imkan verən yeni materialların toplanmasına və
ümumiləşdirilməsinə böyük ehtiyac vardır. Bütün bunlar mövcud tədqiqat işinin
aparılmasını tələb edən şərtlərdən biri oldu.
1.7.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının landşaft
xüsusiyyətlərindən asılı olaraq torpaqların yayılması. Uzun dövrdən bəri
aparılan kompleks torpaq tədqiqat işləri Şəki-Zaqatala iqtisadi rayonu ərazisində
Göyçay çayın orta və yuxarı axınları sahələrindən, yəni Qəbələ rayonu ərazisindən
başlayaraq Balakən rayonu ərazisidə Gürcüstan respublikası ilə sərhəd zonasına
qədər olan geniş ərazidə dağ-çəmən, dağ meşə-çəmən, qonur dağ-meşə, qəhvəyi
dağ-meşə, bozqırlaşmış qəhvəyi dağ-meşə, çəmən-qəhvəyi, adi dağ boz-qəhvəyi,
dağ qara, adi dağ şabalıdı, tünd, adi, açıq şabalıdı, tipik boz, boz-qonur, subasar