Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   2   3   4   5   6   7   8   9   10   ...   45

14 

 

çoxdur. Lakin ərazidən axan çaylarda baş verən sel hadisələri təsərrüfatın 



inkişafına mane olan problemlərdən biridir. 

   Şəki-Zaqatala respublikanın mühüm kurort-sanatoriya regionlar sırasındadır. 

Ə

lverişli təbii şərait, mineral bulaqlar, meşələr, həmçinin tarixi memarlıq abidələri 



mühüm istirahət və turizm mərkəzləridir.  qtisadi rayonda tarixi memarlıq abidələri 

kimi Şəkidə XVIII əsrdə aid olan Xan sarayını, Balakəndə XVIII əsrə aid, Qaxda 

IV-VI əsrlərə aid,  lisuda XVII əsrə aid, Qəbələdə XV aid olan memarlıq 

abidələrini, Çuxurqəbələdəki arxeoloji qazıntıları göstərmək olar. 

    qtisadi rayonda əhalinin milli tərkibi azərbaycanlılardan, avarlardan, ləzgilərdən, 

saxurlardan, gürcülərdən və s. millətlərdən ibarətdir. Avarların çoxu Zqatala və 

Balakən rayonlarında, ləzgilərin əsas hissəsi Qəbələ və Oğuz rayonlarında, saxurlar 

Zaqatala və Qax rayonlarında, gürcülər Qax rayonunda məskunlaşırlar. 

   Şəki-Zaqatalada yerləşən sənaye müəssisələri əsasən kənd təsərrüfat məhsullarını 

emal edir. Meyvə-tərəvəz konservləri istehsalı (Niç, Balakən, Qəbələ, Qax), 

ş

irniyyat, şərab (Şəki), tütünfermentasiya (Zaqatala, Şəki, Balakən, Qəbələ), fındıq, 



çay, qızıl gül yağı (Zaqatala), ət-süd məhsullarının emalı (Zaqatala, Şəki) yeyinti 

sənayesinin əsas sahələridir. 

   Yüngül sənaye Şəkidə fəaliyyət göstərən ipəkçilik və tikiş sənayesi ilə təmsil 

edilir. Burada kustar üsulla bəzəkli toxumaların olan ipək parçalar, pərdələr, 

kəlayağılar, yaylıqlar toxunur. 

   Sənayenin digər sahələrinə yerli xammal bazasına əsaslanan Zaqatala mebel 

fabrikini və kərpic zavodunu, Balakən tara müəssisəsini aid etmək olar. 

   Alazan-Əyriçay vadisi, Baş Qafqaz silsiləsinin dağətəyi zonaları, Acınohur 

öndağlığı mühüm kənd təsərrüfatı sahələridir. Bu ərazilərdə becərilən tütün, 

qərzəkli meyvələr, taxıl, bəslənən barama iqtisadi rayonun kənd təsərrüfatının əsas 

sahələridir. Tütün yığımına görə Şəki (1995-ci ildə 2,9min t) və Zaqatala (2,7 min 

t) rayonları, meyvə yığımına görə Şəki (0,5 min t), Oğuz, Balakən, Zaqatala, Qax 

(0,2-0,3 min t) rayonları irəlidə durur. Şəki (51 min t), Zaqatala (23,9 min t), 

Qəbələ (20,2 min t) rayonlarında daha çox taxıl yığılır. 

    qtisadi rayonda həmçinin çayçılıq (Zaqatala və Balakəndə), gülçülük, çəltikçilik, 

maldarlıq və onun mühüm sahəsi kimi camışçılıq da inkişaf edir. 

   Yevlax-Balakən dəmir və avtomobil yolları iqtisadi rayonun dıgər ərazilərlə 

ə

laqə yaratmasına xidmər edir. Balakənin Bakı ilə hava nəqliyyatı əlaqəsi vardır. 



   Şəki respublika tabeli şəhərlər sırasına daxildir. Şəki 1940-ci ildə şəhər statusu 

almışdır. Əhalisi 60,9 min nəfərdir. Şəki, iqtisadi rayonun və eyni adlı inzibati 

rayonun əsas sənaye, sosial-mədəni mərkəzidir. Lakin burada yalnız yüngül və 

yeyinti sənayesi müəssisələri vardır. 

   Zaqatala, Qəbələ, Qax, Balakən, Oğuz iqtisadi rayonun şəhərləri, Qabaqçöl, 

Ə

liabad və Orcanikidze onun şəhər tipli qəsəbələridir. 



   Dağlıq Şirvan iqtisadi rayonun.  qtisadi rayonun ərazisinə Şamaxı,  smayıllı, 

Ağsu və Qobustan inzibati rayonları aiddir. 

   Dağlıq Şirvan iqtisadi rayonu Abşeronun qərbində, Böyük Qafqaz daqlarının 

cənub-şərq ətəklərində yerləşir. Onun düzən əraziləri Şirvan düzünə daxildir. 

Abşeron kimi sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş iqtisadi rayona yaxın 



15 

 

olması ilə əlaqədar Dağlıq Şirvanı  CM-i əlverişlidir. Lakin ərazisinin əsas 



hissəsinin dağlıq zonalardan ibarət olması təsərrüfat sahələrinin inkişafında 

müəyyən problemlər yaradır. 

   Neft, təbii qaz, yanar şist, tikinti materialları, mineral sular, Şamaxı və  smayıllı 

rayonlarında olan iqlim-balneoloji şərait, meşələr iqtisadi rayonun əsas 

sərvətləridir. Meşələr ərazinin 8%-ni örtür. Burada olan aqroiqlim şərait dağlıq 

ə

razilərdə dəmyə üsulu ilə, düzənliklərdə suvarma şəraitində kənd təsərrüfat 



məhsullarının becərilməsinə imkan verir. Lakin Qobustanın əsas hissəsinin quraq 

iqlim zonasına düşməsi və şirin su ehtiyyatlarının çatışmaması torpaqların əkin 

dövriyyəsinə daxil edilməsində olan əsas problemdir. 

   Dağlıq Şirvan fəal seysmik zonada yerləşməsi yaşayış məntəqələri və təsərrüfat 

üçün ciddi təhlükə törədir. Ona görə də burada tikinti işləri apararkən əlavə texniki 

tədbirlər görülməsi zəruridir. Dağların yamaclarında sürüşmələr müşahidə edilir.   

   Dağlıq Şirvan iqtisadi rayonu respublikanın təsərrüfatında üzümçülük, taxılçılıq, 

heyvandarlıq məhsullarını istehsal edən və onların elalını həyata keçirən sahələrin 

inkişafına görə fərqlənir. Üzümlük sahələrinin azalması hesabına dənli bitkilərin 

ə

kinləri genişləndirilir. Üzüm yığımında Ağsu (1995-ci ildə 9,3 min t), Şamaxı (6,0 



min t) və  smayıllı (8,2 min t) rayonları, taxıl yığımında  smayıllı (30,06 min t) və 

Ağsu (16,0 min t) rayonları irəlidə durur. Dağlarda yayılan qaratorpaqlarda kartof 

( smayıllıda və Şamaxıda) yetişdirilir. Ağsu rayonunun düzən sahələrində pambıq 

ə

kilir.  qtisadi rayonun əhalisinin yerli təlabatının ödənilməsi üçün bostan-tərəvəz 



məhsulları, meyvə yetişdirilir, barama, arı, saxlanılır. 

   Dağlıq Şirvanda heyvandarlığın maldarlıq, qoyunçuluq, baramaçılıq sahələrinin 

inkişafı üçün əlverişli şərait vardır və bu imkanlardan geniş istifadə olunur. Bu 

sahənin iqtisadi rayonun təsərrüfat strkturunda rolu böyükdür. 

   Becərilən kənd təsərrüfatı məhsullarının emalı üçün iqtisadi rayonda 

müəssisələrin, xüsusilə üzüm emalı zavodlarının geniş şəbəkəsi yaradılmışdır. 

Üzümünün ilkin emalı zavodları xammal rayonlarında, şərab zavod ları Şamaxı, 

Ağsu və  smayıllıda yerləşir.  smayıllıda həmçinin konserv, yağ-pendir, ağac emalı 

zavodları, Şamaxıda tara müəssisəsi fəaliyyət göstərir, xalça toxunur. Qədim 

sənətkarlıq sahələri kimi Şamaxıda və Basqalda ipək yaylıqlar, kəıağayılar 

toxunur, Lahıçda mis qablar hazırlanır. 

   Bakı-Qazax avtomobil yolu buradan keçsə də ondan yalnız ilin isti dövründə 

istifadə etmək olur. Bakı-Ağstafa magistral dəmir yolu xəttindən Çöl, Goylər 

kəndinə qədər dəmir yolu qolu çəkilmişdir. 

   Şamaxı Dağlıq Şirvanın əsas iqtisadi, sosial-mədəni və tarixi mərkəzidir. 1824-

cü ildə şəhər statusu alan Şamaxıda bu gün əhalinin sayı 85,3 min nəfərdən çoxdur. 

Eyni adlı inzibati rayonun mərkəzi olan şəhərdə yüngül və yeyinti sənayesi 

müəssisələri fəaliyyət göstərir.  qtisadi rayonda respublika tabeli şəhərlər yoxdur. 

    smayıllı və Ağsu iqtisadi rayonun şəhərləri, Mərəzə Basqal, Lahıç, Mədrəsə 

şə

hər tipli qəsəbələrdir. Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə 



qəsəbəsində əhalinin sayı 37,137 min nəfərdir. Mərəzə şəhər tipli qəsəbə 

statusunun 1968-ci ildə almışdır. 90-cı illərin əvvəllərində Qobustan müstəqil 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə