Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   37   38   39   40   41   42   43   44   45

92 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                            SUMMARY 

 

 



    By a master's degree dissertation of  Gurbanov  Veis Aydin on a theme:  

"Great Caucasus in the north- east and south -west slopes of the destructive 

processes of natural environmental problems and measures against them ". 

   Master's dissertation 86 page printed , entry 3 chapters, conclusions and 

proposals , as well as to the literature list . During the implementation of the 

dissertation , published a rich literature in this area ,

 

" Weather , Seismic Network 



Stations and The State Statistics Committee of Azerbaijan " the actual materials 

were used . Gurbanov Veys Aydin  used general facilities of mathematical 

statistics, geographical-comparative and  physical and chemical methods of 

supervision. 

 

At the end of master's degree dissertation conclusions, suggestions, 



and also list of the used literature, are presented. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


93 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                              REFERAT 

     G R Ş 

   Demokratik ölkələrdə bazar iqtisadiyyatı şəraitində bir qayda olaraq ərazi 

istehsal potensialından səmərəli istifadə, dövlətin təbii şəraitini, təbii ehtiyat 

potensialını qorumaq və qiymətləndirmək, regionların iqtisadiyyatının inkişafı və 

təbii mühitin qorunmasının təmin edilməsi ən mühüm amil hesab 

olunur.  

    Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar təsərrüfatın, elmin, təhsilin 

bütün sahələri yenidən qurulur, müstəqil dövlətin tələblərinə uyğun şəkildə təşkil 

edilir. 


   Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıx bağlı mexanizmlərini bilmədən, 

yəni ekoloji biliyə dərindən yiyələnmədən, təbiətdən, onun  ehtiyatlarından 

səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı 

proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekoloji tədqiqatlara tələbat və 

maraq dünü-gündən artır.  

   Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və mütəxəssislərin, 

müəsisə və dövlət rəhbərlərinin diqqət mərkəzindədir. Bu baxımdan tərəfimizdən 

yerinə yetirilən “Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında təbii 

dağıdıcı proseslərin yaratdığı ekoloji problemlər və onlara qarşı mübarizə 

tədbirləri” adlı elmi-tədqiqat işi çox aktualdır. 

   Bu baxımdan Böyük Qafqazın ümumi coğrafi şəraitinin təhlili, şimal-şərq  və 

cənub-qərb yamaclarında təbii dağıdıcı hadisələrin yaratdığı ekoloji problemlər və 

onlara qarşı mübarizə tədbirləri tədqiq edilmiş, iqlim, torpaq və bitki 

ehtiyyatlarının ekolojı cəhətdən qiymətləndirməsinə cəht göstərilmişdir. 



    

                                                     FƏS L I 

  

 BÖYÜK QAFQAZIN ÜMUM  COĞRAF  ŞƏRA T N N TƏHL L  




94 

 

1.1.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının fiziki-coğrafi 



səciyyəsi. Azərbaycan Respublikasının ümumi  sahəsi  86.6 min km

2

-dır.  



Respublikada mütləq hündürlük Böyük Qafqazda 4480 m ( Bazardüzü zirvəsi ) ilə  

-26.0 m ( Xəzər dənizinin səviyyəsi ) arasında dəyişir. Ərazinin orta hündürlüyü 

384 m olub, onun 18%-i dəniz səviyyəsindən aşağı, 24%-i 0 – 200 m, 15.5%-i 200 

– 500 m, 15.5%-i 500 – 1000 m, 27%-i isə >1000 m hündürlükləri əhatə edir.  

   Vilayətin daxilində aşağıdakı fiziki-coğrafi rayonlar ayrılır: Samur-Dəvəçi, 

Qonaqkənd, Zaqatala-Lahıç, Alazan-Əyriçay, Şamaxı (Dağlıq Şirvan), Qobustan-

Abşeron. 

   1.2.Böyük Qafqazın təbii-iqtisadi zonalarının ekoloji qiymətləndirilməsi. Təbii-

iqtisadi zonaya aşağıdakı ərazilər daxildir: Böyük Qafqaz, Abşeron, Quba-Xaçmaz, 

Şə

ki-Zaqatala, Dağlıq Şirvan. Ərazinin təpəlik relyefi, burada sürüşmələr baş 



verməsi onun mənimsənilməsində müəyyən problemlər yaradır. Ərazinin fəal 

seysmik zonada yerləşməsi yaşayış məntəqələri və təsərrüfat üçün ciddi təhlükə 

yaradır. Dağların yamaclarında sürüşmələr müşahidə edilir. Ona görə də burada 

təsərrüfat işləri aparılarkən əlavə texniki tədbirlər görülməsi zəruridir. 

   1.3. Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının iqlim ehtiyatları. 

Böyük Qafqaz dağlıq ərazidə iqlimin başlıca üstünlüyü havaların sərin və çox vaxt 

günəşli keçməsidir. Böyük Qafqazın yüksək dağlıq zonası rekreasiya məqsədləri 

üçün Kiçik Qafqazdakına nisbətən az istifadə edilir. Aşağı və orta dağlıq zonaları 

isə burada iqlim və balneoiqlim kurartlarının yaradılması üçün perspektivlidir. Bu 

cəhətdən (3a) subtropik yarımrütubətli Balakən – Qəblə, (3q) mülayim iqlimli 

Quba – Qalaaltı rayonları və bütünlüklə  stisu Qonaq-kənd zonası özünün landşaft 

– estetik və komfort hava şəraitinə görə daha əlverişlidir. 

   1.4. Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının geotektonik və 

geomorfoloji şəraiti. Geoloji-geomorfoloji şəraitlə təbii ehtiyatlar arasındakı 

qanunauyğun əlaqə mürəkkəb relyefə malik olan Böyük Qafqazın cənub 

yamaclarında özünü daha aydın təzahür etdirir. Bu baxımdan bölgə ərazisinini 

geoloji-geomorfoloji xüsusiyyətlərinə görə iki zonaya dağlıq və düzənlik 

zonalarına ayırmaq olar. Dağlıq zona Baş Qafqaz silsiləsinin Mazımçayla Göyçay 

arasında qalan şimal hissəsini əhatə edir və yüksək, orta və alçaqdağlıq 

qurşaqlardan ibarətdir. Orta və alçaq dağlıq qurşaqlar əsasən meşələrlə əhatələnir.  

Lakin meşələrdə plansız qırılma, mal-qara salınması, yamaclarda eroziya və 

sürüşmə prosesləri, qravitasiya tipli sel ocaqlarının yaranmasına şərait yaradır.  

   Mövcud ədəbiyyat materiallarının təhlili göstərir ki, bütün fəaliyyətdə olan yeni 

sel ocaqları meşələrin məhv edilməsi və ya onların mühafizə rolunun azalması ilə 

ə

mələ gəlmişdir. 



   1.5. Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında  

torpaqəmələgətirən amillər, torpaq ehtiyatları və torpaqların iqtisadi - ekoloji 

qiymətləndirilməsi. Öz xarakterik xüsusiyyətlərinə görə Böyük Qafqazın şimal-

şə

rq və cənub-qərb yamaclarında aşağıdakı torpaqəmələgətirən amillər özünü 



birüzə verir: ərazinin iqlimi, relyefi, ana süxurun xarakteriki xüsusiyyətləri, 

ə

razinin yaşı, torpaq orqanizmlər (bakteriyalar, aktinomistlər, mamırlar, heyvanat 



aləmi), antropogen amillər və s.  


95 

 

   1.6.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının bitki örtüyü və 



heyvanat aləminin antropogen təsir nəticəsində dəyişməsi. Böyük Qafqazın cənub 

yamacına daxil olan rayonların (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ) 

ə

razisində bitki örtüyü dağlıq əraziyə məxsus yüksək zonallıq qanununa uyğun 



olaraq dəniz səviyyəsindən yuxarı qalxdıqca dəyişir. Balakən, Zaqatala, Qax 

rayonlarının cənub hissəsində düzən meşələrinin qalıqlarına (qızılağac, yalanqoz, 

ağyarpaq qovaq, uzunsaplaq palıd) rast gəlinir. Burada pozulmuş düzən meşələri 

çox yerdə bağlar, kənd təsərrüfatı sahələri, törəmə tipli kolluqlar (şibləklər) və 

yaşayış məntəqələri ilə əvəz olunmuşdur. Regionun meşə təsərrüfatları ərazisində 

meşə ilə örtülü sahə 218047 hektar (cədvəl 7), qoruqların ərazisində isə 30438 ha 

təşkil edir. Bu regionun ümumi ərazisinin 28,3 faizidir (meşəlik faizi). Ən yüksək 

meşəlik faizi Oğuz rayonunun payına düşür. (37,6%). 

   Yuxarı  meşə  qurşağında  uzunmüddətli  intensiv  maldarlığın  təsiri  nəticəsində 

meşə heç yerdə təbii sərhədində qalmamışdır. Dağlıq ərazidə meşə örtüyü müxtəlif 

meyllikli yamaclarda yerləşir. Qəbələ və Şəki rayonlarında meşə ərazisinin 40%-ə 

qədəri,  Qax  və  Zaqatala  rayonunda  50%-dən  çoxu,  Oğuz  rayonunda  isə  60%-ə 

qədəri dikliyi 30°-dən artıq olan yamacları tutur. Lakin bu meşələrin çoxu bu və ya 

digər  dərəcədə  antropogen  təsirlərə  məruz  qalaraq  öz  qoruyucu  funksiyasını 

zəiflətmişdir. Buda ərazidə sürüşmə aktivliyini artırır. 

 

                                         



                                      FƏS L  II 

 

BÖYÜK QAFQAZIN Ş MAL-ŞƏRQ YAMACLARINDA TƏB  DAĞIDICI 

HAD SƏLƏR N YARATDIĞI EKOLOJ  PROSESLƏR 

 

      2.1.Böyük Qafqazın şimal-şərq yamaclarının (Quba-Xaçmaz) torpaq 



ehtiyatları. Bölgənin tərkibinə Quba, Qusar, Şabran, Xızı, Siyəzən və Xaçmaz 

rayonları daxildir. Sahəsi 696,5 min hektar olmaqla respublika ərazisinin 8,1% ni 

ə

hatə edir. Bölgənin relyef quruluşu qərbdən və cənubdan dağlıq olmaqla Baş 



Qafqaz silsiləsinin şimal-şərq yamacı və yan silsilənin cənub şərq hissəsini tutur. 

Ə

n yüksək nöqtəsi Şahdağ (4252m) zirvəsidir. Şimalşərqdə isə Beşbarmağ dağı 



(800m) ən yüksək zirvə hesab olunur. Bölgədə dərin kanionlar, suayrıcılar, 

yaylalar, dağarası çökəkliklər, uçqunlar və sürüşmələr geniş yayılıb. Ərazinin bitki 

aləmi çox müxtəlifdir və şaquli zonallıq qanunu daha aydın nəzərə çarpır. Ərazidə 

yağıntılar əsasən bərabər paylanmışdır. Belə ki, ilin soyuq dövründə Quba və 

Qusar rayonlarında 255-278 mm, isti dövrlərində isə 316-337 mm yağıntı düşməsi 

müşahidə olunur. Bölgənin torpaq örtüyünün tərkib hissəsini təşkil edən kənd 

təsərüffatına yararlı torpaqlar ümumi torpaq fondunun 55,5%-ni (386,6 min ha) 

təşkil edir. Bunun 32,9%-i əkin və dincə qoyulmuş torpaqlardır. Biçənək sahə kimi 

istifadə olunan torpaqlar 7,5%-ə, 

çoxillik əkinaltı torpaqlar 7,3%-ə çatır. Kənd təsərrüfatına yararlı torpaqlar 

içərisində ən genış sahəni örüş və otlaq torpaqları tutur. Bu torpaqlar torpaq 

ehtiyatınının 48,3%-ni əhatə edir. Həyətyanı torpaq sahələri isə 4,0% (15,3min ha) 




96 

 

təşkil edir. Kənd təsərrüfatında istifadə olunmayan torpaqlar isə ümumi torpaq 



fondunun 26,8%-ni (187,0 min ha) tutur. 

    2.2.Böyük Qafqazın şimal-şərq yamaclarında baş verən eroziya proseslərinə 

antropogen və təbii proseslərin təsiri.    Ərazinin müxtəlif relyefi, iqlimi, bitki, 

torpaq örtüyü və bu təbii komponetlərin yüksəklikdən asılı olaraq yaratdığı təbii 

meşə, alp və subalp çəmən və çəmən-çöl biosenozları zaman-zaman insanın 

təsrrüfat fəaliyyətinin təsirinə məruz qalaraq öz arealını və təbii – tarixi strukturunu 

dəyişmiş və transformasiyaya məruz qalmışdır. Eroziya prosesi torpağın üst 

münbit və bioloji fəal qatını dağıdır, yağış və qar suları torpağı yamac boyu 

üzüaşağı yuyaraq, çay və dərələrə tökür. Quba, Qusar, Xaçmaz bölgəsində eroziya 

prosesinin çox genış inkişaf etməsinə təbii və antropogen amillərin birgə təsirinə 

rəvac vermiş, 696,5 min hektar sahəni və ya ərazinin torpaqlarının 369,4 min ha və 

ya 53%-i sıradan çıxaraq yararsız hala düşmüşdür . Bölgənin ümumi torpaq 

ehtiyyatlarının eroziya durumu (ha/%) cədvəl 9 göstərmək olar. 

   2.3. Böyük Qafqazın şimal-şərq yamaclarında antropogen təsir nəticəsində gedən 

eroziya prosesləri və onların qarşısının alınması yolları. Quba, Qusar, Xaçmaz 

bölgəsində eroziya proseslərinin çox genış inkişaf etməsinə təbii və antropogen 

amillərin birgə təsiri rəvac vermiş, 696,5 min hektar sahənin 369,4 min hektarı 

(53%) sıradan çıxaraq yararsız hala düşmüşdür.     Müəyyən edilmişdir ki, Böyük 

Qafqazın yüksək dağlıq zonasında bu və ya digər dərəcədə eroziyaya uğramış 

sahələr 45%-ə qədərdir. Antropogen amillərin təsiri, xüsusilə sistemsiz otarma 

nəticəsində otlaqlarda ot örtüyü xeyli seyrəkləşmişdir. Mal-qaranın yemədiyi bəzi 

bitkilər otlaq sahələrində qalır və inkişaf edir. Hazırda mövcud çəmənliklərin 50-

60%-i tam yararlı vəziyyətdədir, qalan yerlərin isə bu və ya digər dərəcədə 

fitomeliorativ tədbirlərə ehtiyacı var. Bu tip sahələrdə 1 hektar çəmənlikdə 5-8 baş 

davarın otarılması normal hal hesab olunur, lakin buna riayət olunmadıqda 

yamacdakı çim qatı dağılır və nəticədə eroziya prosesinin genişlənməsi üçün 

ə

lverişli şərait yaranir. 



   2.4.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında sürüşmə  

proseslərinə səbəb olan amillər:  

1.Ərazinin relyefi. 

2.Ərazinin geoloji quruluşu. 

3.Ərazinin iqlimi. 

4.Ərazinin torpaq örtüyü. 

   2.5.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında ekoloji gərginlik 

yaradan səbəblər. Dağ-meşə torpaqalrı eroziyaya qarşı yaxşı davamlı olub 3-5 mm 

böyüklükdə olan hər bir aqreqatın dağılmasına 3-4 litrə qədər su tələb edir. 

Torpağın  yuyulub dağılması müddəti onun əkin qatının qalınlığından asılıdır. 

Yuxa torpaqlarda bu proses sürətlə gedir, qalın torpaqlarda isə uzun müddət davam 

edir. 


Azərbaycanda torpaq eroziyasına qarşı mübarizəyə dağlıq rayonlarda daha ciddi 

fikir verilməlidir. Dağ rayonlarında eroziyaya qarşı mübarizə  torpağı pozulub 

dağılmaqdan mühafizə edir və aran rayonlarının su rejiminə müsbət təsir göstərir.  

Ə

sas ekoloji gərginlik yaradan amil antropogen amilləridir. 




97 

 

     2.6.Böyük  Qafqazın  şimal-şərq  və  cənub-qərb  yamaclarında  ekoloji  mühitin 



nizamlanması yolları. Eroziya probleminin həlli aşağıdakı prisiplərə əsaslanmışdır: 

     1.  Eroziyaya qarşı təklif edilən tədbirlər sistemi (aqrotexniki, meliorativ və s.) 

vasitəsilə aşağıdakılara nail olunmalıdır: 

     a. eroziya proseslərinin öz təbii həddində sabitləşməsinə; 

     b.torpaq  zonası  üçün  səciyyəvi  olan  yüksək  münbitlik  göstəricilərinin 

reallaşmasına və torpağın ilkin ekoloji parametrlərinin bərpasına; 

     2. Eroziyaya qarşı görülən tədbirlər sistemi Azərbaycanın bütun regionları üçün 

universal səciyyə daşımamalı, yerli iqlim, relyef, torpaq və təsərrüfat fəaliyyətləri 

nəzərə alınmaqla layihələşdirilməlidir. 

 

                                        FƏS L  III 



 

BÖYÜK  QAFQAZIN  CƏNUB-QƏRB  YAMACLARINDA  TƏB   DAĞIDICI  

HAD SƏLƏR N  YARATDIĞI  EKOLOJ   PROSESLƏR  VƏ  ONLARA  QARŞI 

MÜBAR ZƏ TƏDB RLƏR  

 

    3.1.Böyük Qafqazın cənub-qərb zonası torpaqlarının ekoloji səciyyəsi. Böyük 



Qafqazın şimal-şərq yamacının yay otlaqları (alp və subalp çəmənləri) altında 

yayılmış yüksək dağlığın dağ-çəmən torpaqları əsas etibarı ilə dəniz səviyyəsindən 

1500-2500 m hündürlükdə yerləşir. Tədqiq olunan ərazidə dağ-çəmən torpaqları 

ibtidai, çimli-torflu, çimli və qaramtıl dağ-çəmən yarımtipləri ilə təmsil 

olunmuşlar, bu yarımtiplər öz tərkibi və yayılma arealına görə birbirlərindən 

fərqlənirlər. Tədqiqat obyektində dağ-çəmən torpaqlardan götürülmüş kəsimlərin 

analizlərinin nəticələri aşağıdakı cədvəldə əks olunmuşdur . Böyük Qafqazın 

ş

imal-şərq yamacı dağ-çəmən torpaqlarının fiziki-kimyəvi  analizin nəticələri 



Işdə 10-cu cədvəldə verilmişdir. 

    3.2.Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində dağıdıcı təbiət 

hadisələri və onların təsnifatı. Əvvala, butun TFH yerustu və yerdən kənar novlərə 

bölunurlər. Yerdən kənar TFH kosmogen mənşəyə malik olub atmosferdə, yerustu 

TFH isəYer kurəsinin cografi örtuyundə əmələ gəlirlər. Ərazidə təbii hadisələrinin 

sistemlərinin təsnifatı işdəki cədvəl 11-də göründüyü kimi TFH-nın mənşəyi və 

inkişafına ayrı-ayrı amillər (kosmik, meteoroloji-iqlim, hidroloji və sair) və ya 

onların birləşməsi(hidrometeoroloji və geoloji-geomorfoloji, tektonik-hidroloji, 

biometeroloji) təsir göstərir. Böyük Qafqazın şimal-şərq və cənub-qərb 

yamaclarında əsas təbii dağıdıcı hadisələr aşağıdakılardır:(T.V.Zvankova görə) 

1.Zəlzələlər, sürüşmələr. 

2.Sellər, qar və daş uçqunları. 

3.Torpağın donmuş halda qabarması, karst uçurumu, torpaq sürüşmələri. 

4.Eroziyalı-akkumlyativ. 5.Suffozionlu, torpağın donmuş halda solifikasiyası. 

                                                   

                                             Ə T   C Ə 



 


98 

 

   Azərbaycan Respublikasında bir qayda olaraq, ərazi istehsal potensialından 

səmərəli istifadə, respublikanın təbii şəraitini, təbii ehtiyat potensialını qorumaq və 

qiymətləndirmək məqsədilə tədqiqat işində əldə olunan nəticələr: 

   -Azərbaycanın  təbii komplekslərinin spesifik xüsusiyyətləri nəzərə 

alınmadığından, xalq təsərrüfatının intensiv inkişafı və urbanizasiya nəticəsində, 

respublika ərazisinin çox hissəsində ekoloji müvazinət pozulmuşdur. 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında yay otlaqları altında 

inkişaf etmiş dağ-çəmən torpaqlarının morfogenetik və bioekoloji xüsusiyyətləri 

aparılan tədqiqatların, kameral-laboratoriya, ədəbiyyat və fond materialların 

ümumiləşdirilməsi və analiz nəticəsində öyrənilmiş və müasir torpaq-ekoloji 

səciyyəsi verilmişdir. Aparılmış tədqitların nəticəsinə görə bu ərazidə yüksək 

münbitliyə malik ibtidai, çimli-torflu, çimli və qaramtıl dağ-şəmən torpaqları 

yayılmışdır və yüksək məhsuldarlıqlı yay otlaqları kimi heyvandarlıqda intensiv 

istifadə olunur. 

   -Böyük Qafqazın cənub-qərb və şimal-şərq yamaclarına antropogen təsirlər   

eroziya proseslərinə, ərazinin səth örtüyünə, meşə ərazilərinin seyrəkləşməsinə və 

sürüşmə zonalarının aktivliyinə səbəb olmuşdur.  

   -Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində ekoloji gərginliyi 

yaradan səbəblər şimal-şərq və cənub-qərb yamaclarında bitki örtüyü və heyvanat 

aləminin antropogen təsiri nəticəsində dəyişməsidir. 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında meşə ərazilərinin 

seyrəkləşməsi və meşə sərhədlərinin tərəddüdü rütubət ehtiyatlarının və albedonun 

dəyişməsinə səbəb olur ki, bu da nəticədə dağıdıcı təbiət hadisələrinin baş 

verməsinə səbəb olur. 

   -


 Aparılan tədqiqatlar göstərir ki, sürüşmə və eroziya hadisələrinin qarşısını 

almaqdan ötrü otlaqlar müəyyən müddət dincə qoyulmalıdır. Bunun nəticəsində ot 

formasiyaları yeniləşərək sıx şəbəkə yarada bilsin. Digər tərəfdən bəndlərin 

çəkilməsi, terraslama işlərinin aparılması, ağacların əkilməsi və s. əməl edilməlidir. 

Optimal variantlar isə ərazinin relyefindən asılı olaraq seçilir. Bunlarla yanaşı 

həmin ərazidə yaşayan əhalinin maarifləndirilməsi vacib məsələlərdən sayılır ki, 

bu da antropogen təsirdən yaranan eroziya hadisələrinin qarşısının alınmasında 

mühüm rol oynayır. 

    - 

Böyük Qafqazın çənub-qərb yamacı landşaftlarının ekoloji-geokimyəvi 



xüsusiyyətləri bir tərəfdən ərazinin geoloji quruluşu və mövçud fiziki-çoğrafi 

şə

raitlə, digər tərəfdən isə burada sənaye saһələrinin inkişafı, dağ-kəşfiyyat və 



kənd təsərrüfatı işlərinin aparılması ilə əlaqədar olaraq meydana çıxan 

texnogenezin təsiri ilə müəyyənləşdirilir. 

   -Disertasiya işində Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında yay 

otlaqlarında gedən eroziya prosesləri araşdırılmış, bu proseslərdə antropogen və 

təbii amillərin rolu nəzərdən keçirilmiş, sürüşmə, sel və dağıdıcı təbiət 

hadisələrinin  qarşısını almaq üçün meşə, otlaq torpaqlarının münbitliyinin 

qorunması və bərpasına yönədilmiş tədbirlər planı təklif edilmişdir. 

 

 




99 

 

 



    

 

  



 

 

 



 

    


   

 

 



 

 

 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə