Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   2   3   4   5   6   7   8   9   ...   45

 

 



   

                                                  FƏS L I 

 

         BÖYÜK QAFQAZIN ÜMUM  COĞRAF  ŞƏRA T N N TƏHL L  



 

    1.1.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının fiziki-coğrafi 

səciyyəsi. Böyük Qafqaz dağları respublikanın şimal və şimal – şərq hissələrini 

ə

hatə edir. Burada ölkənin ən yüksək zirvəsi olan Bazardüzü dağı, daimi dağ 



buzlaqları, buzlaq mənşəli göllər, düzənlik meşələrinin bir hissəsi, ən az yağıntı 

olan ərazilər yerləşir.Vilayətin daxilinə aşağıdakı fiziki – coğrafi rayonlar ayrılır: 

   Samur – Dəvəçi fiziki-coğrafi rayonu. Böyük Qafqaz fiziki - coğrafi vilayətinin 

ş

imal-şərqində yerləşən fiziki-coğrafi rayon Samur-Dəvəçi ovalığına uyğun gəlir. 



Samur-Dəvəçi ovalığı Xəzər dənizi ilə, şimalda Samur çayı ilə əhatə edilir. 

Cənubda Gilgilçayın mənsəbinə, qərbdə 200 m yüksəkliyə qədər olan ərazilər 

rayona daxildir. Dənizin sahilləri okean səviyyəsindən 26 m-ə qədər alçalır və 

dəniz çöküntüləri ilə örtülür. Qərbdə çay çöküntüləri və gətirmə konusları çoxdur. 

Samur və Qudyal çaylarının arasında Şollar düzü yerləşir. 

   Samur-Dəvəçi rayonu yayı quru və isti, qışı mülayim keçən yarımsəhra və quru 

çöl iqlimi zonasına daxildir. Burada havanın orta illik temperaturu  -14°S-dir. 

Yanvarda havanın orta aylıq temperaturu  0°S-dən  3°S-yə qədər, iyulda  25ºS 

qeydə alınır.  l ərzində mütləq minimum temperatur  -22ºS, mütləq maksimum 

temperatur  -43ºS olur. Fiziki-coğrafi rayonda ildə 300-400 mm yağıntı düşür. 

   Şimalda olan ərazilər allüvial çəmən-meşə torpaqları örtür. Onların üzərində 

meşə-çəmən bitki örtüyü yayılır. Bu təbii komponentlər enliyarpaqlı düzənlik 

meşələri və meşələrdən sonrakı çəmən-kol landşaft qurşağına uyğun gəlir. 

Rayonun cənubunda formalaşan boz-çəmən və boz torpaqlar çöllərə aid olan bitki 

örtüyü, boz qonur torpaqlarda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Onlar 

birlikdə yarımsəhra landşaft qurşağına daxildir. Samur-Dəvəçi rayonunun ərazisi 

tam mənimsənilmişdir. Və əkin sahələrinə çevrilmişdir. 

   Qonaqkənd fiziki-coğrafi rayonu. Fiziki-coğrafi rayon Böyük Qafqaz 

dağlarının suayrıcısından Samur-Dəvəçi ovalığına qədər sahəni tutur. Rayonda 

Yan silsiləsi, Şuduq silsiləsi, Qaynarca silsiləsi, Qaytar-Qoca silsiləsi, Yerf silsiləsi 

və Qusar maili düzənliyi kimi iri oroqrafik vahidlər vardır. Dağətəyi və orta dağlıq 

ə

razilər Antropogenin çaydaşı, qum, gil süxurlarından, Neogenin əhəngdaşı, 



qumdaşı və gillərdən təşkil olunur. Yüksək dağlıq ərazilər Mezazoyun Təbaşir və 

Yura yaşlı süxurları ilə örtülür. Yamaclarda olan gilli süxurlar sürüşmələrin baş 

verməsinə şərait yaradır. 

   Dağlarda aşağıdan yuxarıya doğru cənub-şərqdə yayı quraq keçən mülayim-isti 

iqlim və qışı quraq keçən mülayim-isti iqlim, şimal-şərqdə yağıntıları bərabər 

paylanan mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim və dağ-tundra iqlimi 

bir-birini əvəz edir. Bu istiqamətdə yağıntıların miqdarı 400 mm-dən 1200 mm-ə 

qədər artır. Rayonda havanın orta illik temperaturu dağların yuxarı hissələrində -




 

1ºS və ondan aşağı olur. Alçaq dağlıq ərazilərdə isə bu göstərici 10ºS-dir. 



Yanvarda havanın orta aylıq temperaturu yüksək dağlıq ərazilərdə  -14°S, alçaq 

dağlıq ərazilərdə 3°S-yə qədər qeydə alınır. 4000 m-dən yüksəyə qalxan zirvələrdə 

ə

n soyuq ayın orta temperaturu  -30°S-yə qədər azalır. Havanın orta iyul 



temperaturu yüksək dağlıq ərazilərdə  5°S-dən az, alçaq dağlıq ərazilərdə 20°S-yə 

çatır.  


    l ərzində havanın mütləq minimum temperaturu dağların yuxarı hissələrində    

-30° -35°S, orta hündürlük zolaqlarında  -26°S, alçaq dağlıq ərazilərdə  -22°S 

müşahidə edilir. Havanın mütləq maksimum temperaturu dağların yuxarı 

hissələrində 10°S, orta dağlıq zonalarında 20°S, alçaq dağlıq ərazilərdə 30°S olur. 

   Fiziki-coğrafi rayonun ərazisində formalaşan enliyarpaqlı dağ-meşə landşaft 

qurşağı şabalıdı torpaqlardan və onların üzərində bitən meşə və kollardan ibarətdir. 

Meşələrdən sonrakı dağ çəmənlikləri landşaft qurşağında çimli dağ-çəmən 

torpaqları yayılır. Onların üzərində subalp və alp çəmənlikləri bitkiləri bititr. Daha 

yuxarıdakı cubnival və nival landşaft qurşaqlarında daşlıqlar və daimi dağ 

buzlaqları vardır. 

   Zaqatala-Lahıc fiziki-coğrafi rayonu. Ərazi Böyük Qafqaz dağlarının cənub 

yamaclarında yerləşir. Fiziki-coğrafi rayon qərbdə Mazımçaydan şərqdə Girdiman 

çayına qədər uzanır. Cənubda onun sərhədləri Alazan-Əyriçay vadisindən, şimalda 

Suayrıcı silsiləsindən (Böyük Qafqaz dağları) keçir. Bu ərazilər daxilində relyefi  

600 mədən 4000 m-ə qədər yüksəlir. 

    Qovdağ silsiləsi və Nialdağ silsiləsinin qərb hissəsi Zaqatala-Lahıç rayonuna 

daxildr.Dağlıq rayonun eni 25-30 km, uzunluğu 220  km-dir.  

    Burada Mezazoyun Yura və Təbaşir dövrlərinə aid, dağətəyi zonalarda 

Kaynazoyun Antropogen dövrünə aid çöküntülər üstünlük təşkil edir. Rayonun 

ə

razisindən axan çaylarda sellər, onların keçdiyi yamaclarda isə sürüşmələr kimi 



təbii dağıdıcı hadisələr baş verir. 

   Fiziki-coğrafi rayonda yağıntıları il boyu bərabər paylanan mülayim-isti iqlim və 

soyuq iqlim hakimdir. Yüksək dağlıq sahələrdə dağ-tundra iqlimi formalaşır. 

Ə

razidə havanın orta illik temperaturu yüksək dağlıq ərazilərdə 0°S-dən aşağı olur. 



Dağətəyi zonalarda onun qiyməti 10°S-dir. Yüksək dağlıq ərazilərdə yanvarın orta 

aylıq temperaturu  -14°S, alçaq dağlıq ərazilərdə  0-3°S-yə qədərdir. Havanın orta 

iyul temperaturu yüksək dağlıq ərazilərdə 5°S-dən az, alçaq dağlıq ərazilərdə 15°-

20°S-yə çatır. 

    l ərzində havanın mütləq minimum temperaturu dağların yuxarı hissələrində  

-22° -30°S, mütləq maksimum temperaturu 10°S olur. Hündürlüyün artması 

istiqamətdə yağıntıların miqdarı 900-1600 mm arasında dəyişir.  

   Qonur dağ-meşə torpaqlarında 1400-1800 m yüksəkliklər arasında fıstıq,  

600-2000 m arasında vələs, cökə, palıd meşələri bitir. Daha yuxarıdakı çimli dağ-

çəmən  torpaqlarını çəmənliklər örtür, zirvələrdə buzlaqlar əmələ gəlir. Onlara 

Uyğun olaraq dağ meşələri, dağ çəmənlikləri, subnival və nival landşaft qurşaqları 

bir-birini əvəz edir. 

   Alazan-Əyriçay fiziki-coğrafi rayonu. Bi fiziki-coğrafi rayon eyni adlı vadidı 

yerləşir. Onun sərhədlərini şimalda Böyük Qafqaz dağlarının cənub ətəkləri, 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə