Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə80/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   76   77   78   79   80   81   82   83   ...   90

 
315 
Qəzali
: Düşünürəm ki, nəfsi istəkdən doğan əqli yanaşma 
qadağan edilib. Məsələn, birisi öz şəxsi mənafeyini təmin etmək 
üçün bədniyyətlə ayələri əqlən təfsir edir, – qadağan edilən də 
məhz budur! Belə bir təfsir növü şəriət baxımından haram sayılır. 
Bəzən də konkret linqvistik qaydalara baxmayaraq, ayələr sub-
yektiv təfsir edilir. Belə təfsir də rədd edilir. Sufilərin heç bir qay-
da ilə səsləşməyən cəfəng fikirləri vardır. Ürəklərinə nə damsa, 
onun əsasında Qurandakı sözlərə aidiyyəti olmayan məna ver-
mişlər. Məsələn, “Fironun yanına get. Çünki o, çox azmışdır 
(həddini aşmışdır)” ayəsini
1
 sufilər “Qəlbin(!) yanına get” – deyə 
təfsir etmişlər. Bu da deyiləsi sözmü?!  
Mühüm olanı budur ki, Quranı dilçilik qayda-qanunlarını 
pozmamaq şərti ilə siyasi-ictimai baxımdan başa düşək. 
Həsənə
: Əvvəlcə, əqli təfsirin əhəmiyyəti, sonra da onun 
qayda-qanunları haqda danışmaq faydalı olardı... 
Qəzali
: Əqli (dirayət) təfsir digər təfsir növlərindən (rəva-
yət, fiqh, kəlam, bəyan, sufi, elmi...) biridir. Ustad Rəşid Rzanın 
əsasını qoyduğu təfsir növü isə müxtəlif fikirləri özündə cəm edir. 
Rəşid Rza məktəbi Quranı anlamada çoxmetodluluğu ilə fərq-
lənir. Fikrimcə, əqli təfsir “ölməyib yaşayır”. Hətta rəvayət təfsi-
rinə də üstün gəlib. Çoxları hesab edir ki, rəvayət təfsiri ilə kifa-
yətlənmək ayələri “qandallayır”.  
Rəvayət təfsirində bəlağət, kəlam və bir çox problemlərə 
toxunulmur. Digər təfsir növlərində isə Quran həyatla, onun 
müxtəlif problemləri ilə əlaqələndirilib. Rəvayət təfsirində, belə 
demək mümkündürsə, ayələr hədislərə təhkim edilib. 
                                                 
1
 “ən-Naziat” surəsi, 17. 


 
316 
Həsənə
: Bəlkə də bu, səhih hədislər baxımından təbii hal-
dır. Çünki Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) 
rəbbinin dediklərini (ayələri) açıqlayandır. 
Qəzali
: Ancaq problem burasındadır ki, rəvayət təfsirlə-
rində göstərilmiş bəzi hədislər “zəif”dir. Misal üçün İbn Kəsirin 
təfsirində bəzi təzadlara rast gəlirik. İbn Kəsir “(Ya Rəsulum!) 
Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevir-
sinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qoru-
sunlar (və ya örtülü saxlasınlar)...” ayəsini
1
 təfsir edərkən ziddiy-
yətli rəvayətlər və “zəif” hədislər göstərmişdir. Daha sonra göz-
dəki sürmənin, yanaqdakı boyanın qəbahət olmadığına dair hə-
dislərdən söz açır. Bu cür təfsir tutarlı deyil, hədislərin səhihliyini, 
“zəifliyini” müəyyənləşdirən qaydalara ehtiyacı vardır.  
Təəssüflə qeyd etməliyəm ki, bəzən son dərəcədə səviy-
yəsiz olan rəvayət təfsiri variantlarına rast gəlirik. Məsələn, “Qəra-
niq” hadisəsi, Zeynəb bint Cəhş qissəsi əcaib formada xatırlanır.  
Rəvayət təfsiri dəqiqliklə nəzarətdə saxlanılmalıdır. Əqli 
təfsirə gəlincə, açıqlama xarakterli, elmi, linqvistik... olduğundan 
(əksər hallarda) tutarlı alınır. Çünki ayələr üzərində düşünmənin 
səmərəsi kimi özünü göstərir. Ayələr üzərində düşünmək rəy bil-
dirmək deməkdir, təfəkkür və mühakimə deməkdir.  
Quran ərəbcə bir kitabdır, ərəb dilinin fəhm üslubiyyatına 
tabedir. Cəfəngiyata icazə verə bilmərik. Söz necə varsa elə qəbul 
edilməli, Quran da ərəblərin ənənəvi xitab tərzinə uyğun olaraq 
başa düşülməlidir. Sözlərin ərəb dilindəki mənaları təhrif edilmə-
məlidir. Bir qəsidənin izahında sözlər, məcaz, metafora, təşbeh, 
kinayə və sair nəzərə alındığı kimi, Quran da eyni qaydada ərəb 
dilinin ümumi qayda-qanunları çərçivəsində gözdən keçirilməli-
                                                 
1
 “ən-Nur” surəsi, 30-cu ayə.  


 
317 
dir. Quranın ərəbcə olmasının mənası ərəbin anlama üslubuna 
uyğunluğu kimi başa düşülməlidir.   
 
 


 
318 
 
 
ƏQLİ TƏFSİRİN QAYDA-QANUNLARI 
 
 
qli təfsirin bir sıra qayda-qanunları vardır: 
Birinci qayda
. Quranın ərəblərin ənənəvi xitab tərzi 
əsasında başa düşülməsi; 
İkinci qayda
. Başa düşməyi asanlaşdırmaq, ürəyədam-
malardan (sufilərdə və digərlərində) və nəfsin aldatmalarından 
qorunmaq üçün səhih hədislərdən istifadə; 
Üçüncü qayda
. Bu və ya digər problemə hərtərəfli yanaş-
manı təmin edib dini mətnləri real həyata tətbiq etmək üçün ayə-
lərin endirilmə səbəblərinin müəyyənləşdirilməsi; 
Dördüncü qayda
. Məntiq qaydalarına, sağlam mühaki-
məyə, dürüst fitrətə, sözlərin forma və mənalarına zidd getməmə; 
Beşinci qayda
. Quranın aksiom olaraq müəyyənləşdirdiyi 
başlıca məqsədlərdən rasional təfəkkür əsasında kənara çıxmama; 
Altıncı qayda
. Həyatın sosial və digər sahələrində obyek-
tivliyi təsdiqlənən biliklərdən, elmi nailiyyətlərdən ayələrin iza-
hında istifadə. 
Bunlarla yanaşı, ayələri təfəkkürü (ağlı) istiqamətləndirən 
başlıca dəyər kimi nəzərdən keçirmək lazımdır. Bu məqamda ikili 
prosesin şahidi oluruq: ayələr bəşəri bilik və nailiyyətlərə təhkim 
edilmir; əksinə, ayələrin elmin məqsədini müəyyənləşdirən isti-
qamətləndirici dəyəri saxlanılır. Bununla da ayələr daha yaxşı ba-
şa düşülür. 
 
 
Ə 


 
319 
 
 
ÜMMƏTİN SAVADSIZLIĞI ŞƏRİƏTİN DƏ 
SAVADSIZLIĞI MƏNASINA GƏLİRMİ? 
 
 
elə bir mühüm problem var: ümmətin və şəriətin savad-
sızlığı problemi. İmam Şatibi də bu haqda danışıb. Bu, 
doğrudan da, ciddi problemdir. Onu mütləq mənada 
qəbul etsək, ağlı (düşüncəni) məhdudlaşdırmış olarıq. Bu savad-
sızlığın əbədiliyini qəbul etməyimiz ağlabatandırmı? Yoxsa bu, 
müvəqqəti bir haldır? Məlumdur ki, ərəblər əvvəl-əvvəl savadsız 
idilər, sonradan yazıb hesablamağı öyrənmişlər. Fikrimcə, bir 
xalq müəyyən dövrdə savadsız ola bilər. Ancaq axırda yazı-pozu-
nu öyrənəcəkdir. Bu, təbii dəyişiklikdir. Bir xalq təfəkkür, fəhm və 
bilik baxımından həmişəlik savadsız qala bilərmi? Müasir dövrdə 
İslam ümməti yazıb-oxuya bilir, hesabı da bacarır. Savadsızlığın 
ümmətin xüsusiyyəti olduğunu iddia etmək, müsəlmanları bu 
əsasda nəzərdən keçirmək doğru deyildir. Bu, həyatın mahiyyə-
tinə, gedişinə ziddir. Həmçinin, belə bir iddianın səsləndirilməsi 
islam mesajının əbədiliyi və zamanın tələblərinə cavab verməyi 
fikrinə əksdir. 
Bəzi alimlərin aşağıdakı hədisdə söz açılan “savadsızlıq” 
barədəki inadkarlığı necə də dəhşətlidir! Bu inadkarlıq özbaşına-
lığa, bəzi anlayışlarda “qısılıb” qalmağa səbəb olmuşdur. Həmin 
hədis budur: “Biz yazmağı, hesablamağı bacarmayan savadsız xal-
qıq”
1
. Gözəl, amma bu o deməkdirmi ki, ümmət ömrü boyu yaz-
                                                 
1
 Hədisi Abdullah ibn Ömərə (Allah ondan razı qalsın!) istinadən İmam Bu-
xari (“Came əs-Səhih” kitabı, “Oruc” fəsli, “Peyğəmbərin “Yazmırıq, hesab-



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə