Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə14/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   10   11   12   13   14   15   16   17   ...   90

 
54 
lərinin şahidi olmağa) kifayətsən!”
1
 Elə isə insan bu dünyada nəyi 
edib-etmədiyinə diqqət yetirməlidir. Orada olanlardan biri əz-
bərlədiyi, ancaq doğru-dürüst başa düşmədiyi bir hədisi misal 
çəkdi və dedi: “Elə yaxşı insanlar var ki, alın yazısı səbəbi ilə şər 
xasiyyət olub gələcək həyatlarını bərbad edirlər. Elə pis insanlar 
da var ki, alın yazısı onları saleh qullardan edir, gələcək həyatları 
qurtulmuş olur”.  
Bu cür rəvayətləri iqtibas gətirənlər çoxdur. Ancaq buna 
rəğmən, problem olduğu kimi qalır: müsəlmanlar əşya və hadisə-
lərə kompleks yanaşmır, dini mətnləri başa düşmür, obyektiv dü-
şünmürlər.  
Yuxarıda göstərilmiş hədis bir gündə olsun düzgün məna-
da başa düşülməyib. Sözügedən mənanı ifadə etdiyi təqdirdə, isti-
nadı səhih olsa belə bu hədis haqda tələsik hökm çıxarmamalıyıq. 
Onu ya izah, ya da tə`vil etməliyik ki, Quranla üst-üstə düşsün... 
Onlara hədisin mənasını bu cür izah etdim: bir müəllim 
sinifdəki şagirdlərdən kimin çalışqan, kimin də tənbəl olduğunu 
bilir. Ondan nəticə, yəni, kimlərin sinifdən-sinfə keçəcəyi, kimin 
də kəsiləcəyi haqda soruşurlar. Cavab verir ki, filan uğur qazana-
caq, filan da kəsiləcək. Daha sonra imtahan keçirilir. Tale elə gə-
tirir ki, müəllimin dediyi olur. Bir tərəfdən, iftixarla, digər tərəf-
dən də baş verənlər haqda doğru-dürüst proqnoz verdiyini düşü-
nərək deyir: “Gördünüzmü, sözüm havada qalmadı. Mən olacaq 
söz söyləmişdim”... Bu, onun biliyinin, zəkasının mötəbərliyini 
göstərir.  
Yuxarıdakı hədis Allahın elmi ilə hesablaşmağımızın zəru-
riliyini ifadə edir. Elə insanlar var ki, yaxşı işlər görürlər. Ancaq 
yalnız Allah bilir ki, onların aqibətləri xoş olmayacaq. Çünki 
                                                 
1
 “əl-İsra” surəsi, 14-cü ayə. 


 
55 
müəyyən vaxt keçdikdən sonra aydın olur ki, həmin insanlar riya-
kar və yalançıdırlar. Yəni, məhz onlar bugünləri və sabahlarını 
müəyyənləşdirirlər...   
İslam ümməti bu qanunauyğunluqları nəzərə alan zehniy-
yətdən məhrum olub unutqanlığa qurban getdiyi zaman şüursuz, 
baş verənlərdən nəticə çıxarmayan ümmət halına gəldi; qələbə 
qazansa da, məğlubiyyətə düçar olsa da, bütün bunların səbəblə-
rini araşdırmadı. Qələbə gətirən amilləri, məğlubiyyətin səbəbləri 
ilə maraqlanmadı da! Bu laqeydlik tarixi kitablara köçürənlərdən 
də yan keçmədi; ümmət tarixən üzləşdiyi faciələrdən ibrət çıxar-
madı ki, çıxarmadı! Görürəm ki, qədlərini iki qat edən fəlakətlərə 
tuş gəlsələr də, müsəlmanlar heç nə olmayıbmış kimi özlərini 
aparırlar. Nə üçün? Əndəlüs boyda müsibətə, faciəyə adi bir 
beytlə münasibət bildirirlər: 
 
Bütöv görünsə də, hər şey əslində qüsurludur, 
Xoş güzəran, rifah insanı aldatmamalıdır. 
 
Bumu layiqli münasibət? Nə üçün alimlər, hökmdarlar, si-
yasətçilər, sərkərdələr bu faciəyə münasibət bildirməyiblər? Nə 
üçün axı? Bu boyda faciəni yalnız nəfsi günahlandırmaqlamı təhlil 
edəcəyik?! Adi bir şirkət iflasa uğrayanda bu iflasın səbəblərinin 
araşdırıldığı hesabatlar hazırlanır. Elə isə haradadır, müsəlman 
ümmətinin Əndəlüs məğlubiyyətinə aparıb çıxarmış ətalətinin sə-
bəblərinin öyrənildiyi hesabatlar? Haradadır, bu torpaqların itiril-
məsinə səbəb olmuş amillərin tədqiq edildiyi ciddi hesabatlar? 
Deyin, haradadır? Bu öz növbəsində zəruri edir ki, papağımızı qa-
bağımıza qoyub yaşadığımız həyat tərzi haqqında kişi kimi düşü-
nək!  


 
56 
Biz mövcud qanunauyğunluqları başa düşə bilmədik. Təc-
rübə, deduksiya və müşahidə məntiqi əsasında bu qanunauyğun-
luqları başa düşməli idik. Halbuki bu məntiq həm Quranda, həm 
də Peyğəmbərin praktik həyatında mövcuddur. Allahın qanuna-
uyğunluqlarından sosial-mədəni həyatda lazımınca istifadə etmə-
dik, əvvəlki sivilizasiya və millətlərin aqibətindən ibrət götürmə-
dik. Nəticədə müsəlmanlar amansız müstəmləkəçiliyin caynağına 
keçdilər. Bu günümüzdə müsəlman ümməti həmin müstəmləkə-
çiliyin qanlı əllərindən qurtulmağa çalışır; qəfəsdə bağlı qanadla-
rını çırpır və çırpır, ancaq nə fayda! Ümmət bu müstəmləkəçiliyin 
siyasi və hərbi zorbasına sinə gərdi. Ancaq daha təhlükəli tərəfinə 
diqqət yetirməyib, – bu, həmin müstəmləkəçiliyə imkan yaradan 
fikri aşınma, düşüncəsizlik və bəsirətsizlik idi!  
Müsəlmanlar Qurandakı qanunları öyrənmədən bu gir-
dabdan xilas ola bilməyəcəklər; onlar bu qanunları yaxşıca öyrən-
məlidirlər. Bununla yanaşı, keçmişlərinə dair hesabat hazırlamalı-
dırlar. Öyrənməlidirlər ki, nə üçün tənəzzül və aşınma, ətalət on-
ların nəsibi olub? Onda görəcəklər ki, sosial-təbii qanunauyğun-
luqlara düzgün olmayan münasibət bu ətaləti, tənəzzülü doğuran 
səbəbdir. Habelə anlayacaqlar ki, siyasi-hərbi mübarizə yenidən 
dirçəlmək, intibaha qədəm basmaq üçün kifayət deyildir. 
 
 


 
57 
 
 
İLAHİ QANUNAUYĞUNLUQLAR: 
DƏRK VƏ TƏTBİQ 
 
 
əsənə
: Quranla əlaqədar müzakirə olunub araşdırıl-
malı mövzulardan biri də ilahi qanunauyğunluqları ne-
cə dərk etmək məsələsidir. Çünki düşdüyümüz bu ha-
lət zəruri edir ki, fərdi və sosial qanunauyğunluqları diqqətlə öy-
rənək. Axı bu qanunauyğunluqlar mədəni intibah və tənəzzülü 
şərtləndirir... Son zamanlar bu qanunauyğunluqlardan istifadə et-
məmizin vacibliyi haqda tez-tez eşidirik. Hətta deyərdim ki, in-
sanlarda bu barədə ümumi qənaət də formalaşıb. Ancaq bu qə-
naət əməli olan heç nə vəd etmir; biz hələ də dəyişməmişik. Hələ 
də keçmişin təqlid problemindən xilas olmamışıq. Kiməsə bu 
haqda sual versən, o dəqiqə dillənər ki: “Nə bilim ey! Quranda 
millətlərin intibahı və tənəzzülü amilləri göstərilib, bəs orada də-
yişməz qanunlardan söz açılır...” və sair. Bu səbəbdən düşünürəm 
ki, ilahi qanunauyğunluqları başa düşüb həyata keçirmək müşkül 
məsələyə çevrilib. Ümmət bu halı ilə necə etsin ki, bildiyini, başa 
düşdüyünü praktikada tətbiq etsin. Hələdə eyni qənaətdəyəm ki, 
müsəlmanlar düşünmə və bilik metodikası problemini lazımınca 
dərk etməyiblər. Etsəydilər, sözlə kifayətlənməz, bir iş görərdilər; 
sözügedən qanunauyğunluqları “emal” edib təcrübədən keçirər-
dilər. Çünki təcrübə və emal həqiqi eksperimentin əsas göstərici-
ləri hesab olunur. Əslində, bu problem hələ də cəmiyyətdə tələb 
olunan diqqəti özünə çəkə bilməyib, özünə “cığır” açmayıb.  



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə