58
Qəzali
: Bəlkə də Qurana olan münasibətimiz bir günah-
karın halını xatırladır. Bu günahkar tövbəyə çağırış edən ayələrə
qulaq assa da, günahını dərk etmir, ayələrin çağırışına – tövbəyə
yönəlməyin zərurəti haqda heç fikirləşmir də! O, ayələrin oxunuş
gözəlliyinə, tilavət cazibədarlığına bağlanaraq qulaq asdığı bu ne-
mət, bu gözəl səs qarşısında “Ay Allah... İlahi, nə gözəl səsdir” –
deməklə kifayətlənir; ayələrdəki tövbə çağırışı üzərində düşün-
məyi ağlından belə keçirmir. Düşünmür ki, qulaq asdığı ayələr
onun vəziyyətini əks etdirir, onu halını düzəltməyə çağırır. Hey-
hat! Bəli, bizim Qurana münasibətimiz bu cürdür.
Bir dəfə məscidlərin birində bir şeyx Qiyamətin əzəməti və
dəhşətini təsvir edən ayələri gözəl səslə oxuyurdu. Ayələrdəki bu
dəhşətli təsviri düşündükcə tüklərim biz-biz olmuşdu. Birdən bi-
risi yerindən dəhşət içərisində qışqırdı: “Pərvərdigara! Şeyxim,
necə də gözəl səsin var! Bir daha oxu o gözəl səsinlə!” Budur bi-
zim Qurana münasibətimiz! Təəssüflər olsun ki, biz övladlarımı-
za Qurana bu tərzdə münasibəti öyrədirik. Çox təəssüf!!!
Düşünməli və nəticə çıxarmalıyıq... Ayələr üzərində dü-
şünsək, ən azından onları praktik müstəviyə çıxararıq. Ya da Qu-
ran bizim davranışlarımızı tənzimləyər. Tənzimləyər ki, düşdüyü-
müz vəziyyətdən qurtulmağı düşünək, problemlərin həlli yolla-
rını müəyyənləşdirək.
“...Allah fitnə-fəsad çıxaranların əməlini düzəltməz! Gü-
nahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haq-
qı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!” ayələri
1
əsasında
əməllərimizdəki çatışmazlıqlara nəzər salmalıyıq. Görsən, Allah
təala bizim bu naqis əməllərimizi düzəldəcəkmi? Əsla, düzəltmə-
yəcəkdir! Çünki O, fitnə-fəsad çıxaranların əməlini düzəltməz!
1
“Yunis” surəsi, 81-82-ci ayələr.
59
Elə isə əməllərimizdəki çatışmazlıq nədən ibarətdir ki, praktik hə-
yatda yaradıcı deyilik? Deməli, əməllərimizdəki nöqsanların fər-
qinə varmalıyıq ki, Allah işlərimizə yön versin. İşimizi doğru-dü-
rüst və səmimi-qəlbdən görməliyik.
Ayələrdə deyildiyi kimi, özümüzü dəyişməliyik. “Həyatına
yeni nəfəs qat!” kitabımda Deyl Karnegidən belə bir iqtibas gətir-
mişəm: “Atası müalicə olunmaq üçün yola çıxan oğluna deyir:
“Problem sənin özündədir. Səfərə çıxsan da, ölkələr qət etsən də,
fərqi yoxdur – nəfsini (özünü) dəyişmədikcə, bədbinlikdən, xə-
bislik və alçaqlıqdan qurtulmadıqca bunlar sənə fayda verməyə-
cək. Özünü dəyiş ki, səfərinin bir mənası olsun!”
60
İDRAK METODLARI VƏ ÖYRƏNMƏ
VASİTƏLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
əsənə
: Bugün müsəlmanların mədəni həyatına nəzər
salsaq görərik ki, istər oxuyanı, istərsə də savadsızı ol-
sun, fərqi yoxdur, bütövlükdə ümmətin Quranı öyrən-
məsində, ona yanaşmasında çatışmazlıq mövcuddur. Bu çatış-
mazlığın “səbəbkar”ı tədris üsuludur, təlim-tərbiyə metodikasıdır,
Quranı əzbərlətmə qurumlarıdır... Şəxsiyyəti formalaşdıran bir
çox müəssisələrin də bu çatışmazlıqda rolu istisna edilmir. Əgər
biz səbəbiyyət qanununu – vəhyin göstəricisi olan bu qanuna la-
qeyd yanaşdıqları üçün müsəlmanlar dünya işlərində, dünyanın
abadlaşdırılmasında geriyə qaldılar, dində, əxlaq davranışlarında
süstlük özünü göstərdi – nəzərə alsaq, tətbiq etməyə cəhd göstər-
sək, təlim-təhsil sistemimizdəki, Qurana yanaşmağımızdakı çatış-
mazlıqları üzə çıxara bilərik. Qurana münasibətin dəyişdirilməsi
üçün əvvəlcə, öyrənmə və çatdırma metodlarındakı çatışmazlığı
aradan qaldırmaq, açıq-aydın idrak metodu əsasında zehniyyəti
yenidən formalaşdırmaq lazımdır. Düşünürəm ki, açıq-aşkar id-
rak metodu Qurana münasibətimizi dəyişdirə bilər.
Qəzali
: Quranda deyilir:
“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar)
üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yer-
lərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəl-
zələ baş verər, dənizlərdə gəmilər batar)...” (ər-Rum, 41).
H
61
Göründüyü kimi, fəsad insanların pis əməllərinin nəticə-
sidir. Bu əməllər aradan qaldırılmadıqca fəsad da yox olmaz. Qu-
randa Məhəmməd peyğəmbərə xitabən deyilir:
“(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yö-
nəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru
yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir!” (əl-Qə-
səs, 56).
Məsələ Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı
olsun!) bir xalqı və ya bir fərdi doğru yola yönəltmək istəməsi
məsələsi deyil... Əgər bir şəxs üzünü ağardacaq, əxlaqını yüksəldə-
cək bir iş görməyibsə, Peyğəmbərin onu doğru yola yönəltmək is-
təyi kifayət deyil... Bizim yüksəlişimizi istəyənlər ola bilər, ancaq
qanadlarımız qırıqsa, nə fayda! Elə isə səbəbiyyət qanununa üzü-
müzü çevirməli, geriliyimizin səbəbini diqqətlə öyrənməliyik...
Gerilik xəstəlik kimi bir şeydir. Məsələn, insan qızdırmaya tutu-
lur. Şəfa tapması üçün müalicə olunmağı lazımdır. Qızdırma gə-
tirmiş bakteriyalar orqanizmdə qaldıqca xəstə sağalmayacaqdır.
Ancaq müxtəlif dərmanlarla bu bakteriyaların məhv edilməsi xəs-
təni sağaldacaqdır.
Quran möminlərə şəfadır. Bu nə deməkdir? Lətifələrin bi-
rində deyilir: “Osmanlı türklərinin zamanında donanmaya “Bu-
xari”ni oxuyan bir şəxs gəlir ki, bunun bərəkəti sayəsində növbəti
döyüş uğurlu olsun (yəni, “Buxari”ni oxumaq döyüşə bərəkət gə-
tirsin). Dənizçilər ona deyirlər: “Donanma buxarla işləyir, “Buxa-
ri” ilə yox!”
“Buxari”dəki səbəbiyyət qanunu ilə əlaqəli hədisləri başa
düşmədən oxumaq, hətta əzbərləmək dəniz döyüşlərində fayda
gətirməz. Təkcə “Buxari”ni oxumaqla kapitan gəmini idarə edə
bilməz.
Dostları ilə paylaş: |