Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar. 1906. Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol



Yüklə 5,73 Kb.
tarix19.11.2017
ölçüsü5,73 Kb.
#11144

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1906.
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,
Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvardə xak ol,
Sök aləmi, yandır;
Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə,
Məclubi-üyun ol;
Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,
İmanə sütun ol;
Səy eylə ki, saqqal uzanıb üç çərək olsun,
Papaq ona nisbət;
Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,
Təfsilə nə hacət...
Qoyma yerə təsbihini, əl çəkmə duadən,
Övrad oxu daim;
Məclisdə çəkib dut özünü, ol nücəbadən,
Söz söylə mülayim;
İştə geyinib məzhəbi, imanı büründün,
Pək möhtərəm oldun;
İndi nəzəri-xəlqdə sən pak göründün,
Əhli-kərəm oldun;
Başdan-ayağa əmnü əman oldu vücudan,
Zəhd ilə bitişdin;
Nolmaq diləyirdinsə, həman oldu vücudun,
Məqsudə yetişdin!
Vəqt oldu ki, imdi edəsən aləmi talan,
Dut, qoyma qaçanı!
Hökm imdi sənindir, dəxi çək işlərə saman,
Yığ müşkül açanı;
Dul övrətə bidad elə, eytamə xəyanət,
Xovf etmə əcəldən;
Məkr isə özün qıl, oxu şeytanə də lənət!
Şad ol bu əməldən,
Əl çəkmə hiyəldən,
Təzvirü dəğəldən,
İImanı da versən,
Vermə pulu əldən!..



Balalar-Az.Com

Yüklə 5,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə