Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   18   19   20   21   22   23   24   25   26

75 

 

артыр  (консентрасийа)  вя  беляликля  даща  танынмыш  фонд  ширкятляри 



мейдана эялир.   

Olkənin fond bazarının inkişafında daha çox dovlət qiymətli kağızların üstün  

movqeyi  nəzərə  carpmaqdadır.  Xususilə  bazarın  dovriyyəsində  Mərkəzi  Bankın 

qiymətli  kağızlarının  xususi  cəkisi  öz  yuksəkliyi  ilə  nəzərə  carpır.  Korporativ 

qiymətli kağızların satışında və dovriyyəsində artım baş versə də, lakin səhmlərin 

təkrar  bazarının  inkişafına  ehtiyac  vardır.  Səhm  təkrar  bazarının  mövcud  inkişaf 

səviyyəsi daha çox muəssisə və təsərrufatların, əsasəndə ozəl sektorun, qeyri-neft 

sənaye  muəssisələrinin  burada  kifayət  qədər  fəallıq  göstərməməsi  ilə  bağlıdır. 

Təsnifləşdirilmiş  qiymətli  kağızlar  bazarı  kateqoriyasına  keçidin  təmin  edilməsi 

ölkənin fond bazarının inkişafı baxımından zəruridir. Bu kecid eyni zamanda səhm 

bazarının kapitallaşma səviyyəsinin artımı ilə sıx bağlıdır. Ölkənin fond bazarının 

kapitallaşma  səviyyəsinin  artımı  baş  versə  də,  lakin  bu  muəssisə  və  təsərrufat 

subyektlərinin  kapital-investisiya  ehtiyaclarının  qarşılanması  da  yetərli  sayıla 

bilməz. Belə ki, əsas kapitala investisiya qoyuluşlarının həcmi, həmin subyektlərin 

digər mənbələrdən maliyyə resurslarının cəlbi bazarın kapitallaşma səviyyəsindən 

hələ  ki,  üstündür.  Fond  bazarında  muəssisə  və  təsərrufat  subyektlərinin  iştirak 

səviyyəsi  və  onların  bazardan  investisiya  cəlbi,  imkanları  kifayət  qədər  yüksək 

deyildir.  Bu  amil,  xususilə  də  özəl  sektorun,  qeyri-neft  sənaye  muəssisələrinin 

fəaliyyətində özünü göstərir. 

Sənaye  sektorunda  aparıcı  rol  oynayan  mədənçıxarma  sahəsinin  texniki 

imkanlarının  yüksək  olması  və  fond  tutumluğu  onun  əsas  istehsal  fondlarının 

həcminin  böyüklüyünü  zəruriləşdirir.  Lakin  bir  önəmli  cəhəti  də  nəzərə  almaq 

lazımdır  ki,  mədənçıxarma  sənaye  muəssisələrinin  əksər  hissəsi  təbii  inhisar 

subyekti  olmaqla,  dovlət  mulkiyyətindədir.  Bu  baxımdan  onların  maddi-texniki 

təchizatının və investisiya-kapital qoyuluşları tələbatının qarşılanmasında əsas rol 

da dovlətə məxsusdur. 

Qeyri-neft,  əsasən  də  emal  sənaye  muəssisələri  özəl  sektora  aid  olunduğu 

ucun  onların  butun  maddi-texniki  və  maliyyə  ehtiyacları  oz  fəaliyyətinin 

nəticələrinə  görə  qarşılanır.  Məhz  bu  növ  milli  muəssisələrin  kapital-investisiya 



76 

 

tələblərinin  qarşılanmasında  dunya  təcrubəsində  olduğu  kimi  olkənin  də  fond 



bazarının rolu daim yuksək qiymətləndirilməlidir. 

Azərbaycanda  fond  bazarının  inkişafı  ilə  bağlı  yerli  muəssisə  və  təsərrufat 

subyektlərinin  ticarət  markalarının  bir  brend  kimi  formalaşmasına  ehtiyac  vardır. 

Belə  ki,  fond  bazarında  öz  səhmlərini  yerləşdirən  muəssisə  və  subyektlərin 

brendinə  inam  investorların  bu  istiqamətdə  investisiya-kapital  qoyuluşlarının 

artırılmasında  əhəmiyyətli  rol  oynamaqla,  fond  bazarının  ticarət  dövriyyəsinin 

artmasına, səhm bazarının kifayət qədər kapitallaşmasına müsbət təsir gostərir. 

Beynəlxalq  təcrübədə  fond  bazarında  satışa  çıxarılan  qiymətli  kağızların, 

səhmlərin  bazar  qiymətini  muəyyən  edən  muxtəlif  indekslərdən  istifadə  edilir. 

Azərbaycan  bazarında  belə  qiymətləndirici  indekslərdən,  səhmlərin  bazar 

qiymətini  daha  aydın  muəyyən  edən  vasitələrdən  istifadə  yubanmaqdadır.  Belə 

indekslər  ölkə  iqtisadiyyatının  inkişafının  başlıca  qiymətləndirici  gostəricisinə 

cevrilməklə, əsasən də təkrar səhm bazarının inkişafında önəmli rol oynaya bilər. 

Qüymətli  kağızların  dövriyyəsinin  artırılmasında,  bu  sahədə  şəffaflığın 

yuksəldilməsində  qiymətləndirici  indekslərin  tətbiqinin  zəruriliyi  nəzərə  alınmalı, 

onun istifadəsini təmin edəcək texniki-iqtisadi metodoloji sənədlərin hazırlanması 

məsələsi  də  xususi  diqqət  mərkəzində  saxlanılmalıdır.  Ümumilikdə,  bazarın 

muəyyən  dərinliyinə  nail  olmaqla,  indekslərin  tətbiqinə  nail  olmaq  daha 

məqsədəuyğundur.  Belə  ki,  bazarın  təkmilləşdirilməsi,  aparılan  əməliyyatların 

ceşidinin  və  keyfiyyətinin  yuksəldilməsi  bu  dərinliyin  təmin  edilməsində  xususi 

əhəmiyyət  kəsb  edir.  Bazarın  inkişafı,  burada  iştirakcıların  və  investorların 

fəallığının  yuksəldilməsi,  onların  qarşılıqlı  maraqların  qorunması  məsuliyyətlik-

inam  səviyyəsinin  gucləndirilməsi  kimi  məsələlərlə  sıx  bağlıdır.  Bununla  bağlı, 

həmcinin informasiya şəffaflığının artırılması da zəruri məsələlərdən hesab olunur. 

Sahə  uzrə  huquqi-normativ  bazanın  məhz  bu  baxımından  təkmilləşdirilməsinə 

ehtiyac  artmaqdadır.  Müvafiq  hüquqi-normativ  bazanın  təkmilləşdirilməsi  və 

informasiya  sisteminin  gucləndirilməsi  ilə  bağlı  aşağıdakı  amillərə  diqqətin 

artırılması məqsədəuyğundur: 

 informasiyanın acılması ucun zəruri olan tələblər sisteminin səmərəliliyinin 



77 

 

artırılması; 



 muəssisələrin informasiya şəffaflığının səviyyəsinin yuksəldilməsi; 

 informasiyanın açılması sisteminin səmərəliliyinin artırılması; 

informasiyanın açılmasının hüquqi muhitini muəyyən edən qanunvericiliyin 

təkmilləşdirilməsi,  informasiyanın  açılması  uzrə  tələblərin  yerinə  yetirilməsi  uzrə 

yoxlama və nəzarət mexanizmlərinin gücləndirilməsi, belə tələblərin pozulmasına 

gorə məsuliyyətin artırılması; 

 emitentlərin məsuliyyətinin artırılması. 

Fond  bazarının  inkişafı  baxımından  yeni  alət  kimi  bələdiyyələrin  qiymətli 

kağızlarının  buraxılmasına  ehtiyac  vardır.  Bu  qurumlar  geniş  əhali  kütləsi  ucun 

borc  qiymətli  kağızları  buraxa,  cəlb  olunmuş  vəsaitləri  bələdiyyə  proqramlarının 

reallaşmasında istifadə edə bilərlər. Hazırda regionlarda sosial-iqtisadi inkişafa nail 

olmağın  ən  vacib  amillərindən  biri  kimi  yeni  maliyyələşmə  aləti  olan  bələdiyyə 

qiymətli kağızlarının buraxılması da hesab oluna bilər. 

Azərbaycanın  fond  bazarında  xarici  investorların  fəaliyyətinin  təşkili  olkə 

iqtisadiyyatının  inkişaf  etdirilməsində  vacib  amillərdən  biridir.  Azərbaycan  fond 

bazarı  xarici  investorlar  və  beynəlxalq  qurumlar  ucun  cəlbedicidir.  Onlar  kapital 

yatırılması  imkanları  baxımından  Azərbaycan  bazarını  kifayət  qədər  perspektivli 

bazar hesab edirlər ki, bu da ölkədə əlverişli investisiya muhiti ilə əlaqədardır. 

Həmçinin  bazarın  fəaliyyətinin  genişləndirilməsi  ilə  bağlı  investorların 

maarifləndirilməsinə,  investisiya  və  korporativ  idarəetmə  mədəniyyətinin 

yuksəldilməsinə  və  bu  istiqamətdə  xüsusi  proqramların  işlənib  hazırlanmasına  və 

həyata keçirilməsinə də ehtiyac vardır. 

Ölkədə  iri  və  orta  muəssisələr  əsasən  əvvəl  dövlətə  məxsus  və  blok  halında 

özəlləşdirilən  və  səhmdar  cəmiyyətinə  cevirilən  muəssisələrdir.  Bu  muəssisələrin 

səhmdarlarının  təkrar  bazarın  inkişafında  necə  maraqlı  olacaqlarını  araşdırmaq 

zəruridir. 

Həmcinin  kicik  və  orta  muəssisələr  fond  bazarından  maliyyə  vəsaiti  əldə 

etmək  məqsədilə  istifadə  edə  bilərlər,  ancaq  bu  zaman  yeni  səhmdarların  da 

məqsədi  mühümdür.  Onlarda  təkrar  bazarın,  xüsusilə  də  səhm  bazarının 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə